KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.

səhifə61/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
1   ...   57   58   59   60   61   62   63   64   ...   88

140 
 
konkret  planlaşdırma  mümkün  deyil.  Lakin  elmin  yaxın  gələcəkdə  nə  kimi 
praktik  tətbiq  imkanlarına  malik  olacağı  fundamental  elmlərin  bugünkü  real 
vəziyyəti  və  inkişaf  meylləri  əsasında  müəyyənləşdirilə  bilər.  Belə  ki, 
fundamental elmi yeniliklərdən praktik tətbiqə qədər olan bütün mərhələlərin 
keçilməsi bəzən bir neçə illik müddəti əhatə edir.  
Əməli  fəaliyyət  elmdən  asılı  olmadan,  müstəqil  surətdə  inkişaf  etdiyi 
vaxtlarda  onun  bir  sıra  sahələri  yetkinlik  dərəcəsinə  çatmışdı  və  burada 
insanlar  elə  xüsusi  biliklərə,  vərdişlərə  yiyələnmişdi  ki,  onlar  bu  gün  də 
əhəmiyyətli ola bilərdi. O dövrdə praktik biliklərin və əməli vərdişlərin yüksək 
dərəcədə  inkişafı  koqnitiv  biliklərin  məhdudluğuna  baxmayaraq,  mükəmməl 
qurğular yaratmağa imkan verirdi.  
O  dövrün  ixtiraçıları  tərəfindən  düzəldilən  və  Heronun  təsvir  etdiyi 
qurğulardan  biri  –  buxarın  təsiri  ilə  fırlanan  kürəvi  cisim  müasir  buxar 
turbinini  xatırladır.  Məşəl  yandırılarkən  məbədin  qapılarının  açılması,  ilk  su 
avtomatları  və  Platonun  dostu  Tarentli  Arxitasın  ağacdan  düzəltdiyi  uçan 
göyərçin isə qədim dövrdə avtomatikanın yüksək inkişaf səviyyəsindən xəbər 
verir.  
XVI-
XVII  əsrlərdə  yaylı  və  kəfkirli  saatların  ixtira  olunması  sonralar 
android adlandırılan mexaniki adam-avtomatların düzəldilməsinə böyük təkan 
verdi. XVI əsrdə İspaniya imperatoru V Karlın sarayında xidmət edən Tariano 
qədim yunanların nailiyyətini təkrar edərək avtomat əsgərlərin döyüş səhnəsini 
nümayiş  etdirirdi.  Deyilənə  görə,  XVII  əsrdə  yeni  dövrün  böyük  filosofu 
R.Dekart Fransina 
adlı mexaniki qadın düzəltmişdi.  
Belə  misalları  çox  çəkmək  olar.  Lakin  belə  bir  sual  ortaya  çıxır  ki, 
müasir mühəndislər həmin nailiyyətləri təkrar edə bilərlərmi? Bunun ehtimalı 
çox  azdır.  Bugünkü  robotlar,  əlbəttə,  bilavasitə  istehsal  sahəsində  faydalı 
əməklə  məşğul  olmaqla  demonstrativ  xarakterli  əyləncə-androidlərdən 
üstündür.  Lakin  bizcə,  mühəndis  təxəyyülünün  təkrarlanmazlığı  və  incə 
strukturu baxımından sələflərin istedadı daha çox təqdirəlayiqdir.  
Sonrakı tarixi dövrlərdə elmin inkişafı sayəsində elmi-texniki tereqqinin 
inkisafi üçün yeni-
yeni  imkanlar  açıldığından  və  yeni  keyfiyyətli  təbii-elmi 
prinsiplər  əsasında  işləyən  texniki  qurğular  yaradıldığından  keçmiş  texniki 
nailiyyətlərin sirləri tədricən unudulmuşdur.  
Elmi biliklər texnologiyaya getdikcə daha çox nüfuz etdiyindən texniki 
tərəqqi  elmdən  asılı  vəziyyətə  düşür.  Hər  bir  yeni  elmi  nailiyyətin  geniş 
miqyaslı  tətbiqi  ilə  əlaqədar  olaraq  texnika  yeni  keyfiyyət  halına  keçir  və 
əvvəlki  texnologiya,  praktik  biliklər  və  əməli  vərdişlər  əhəmiyyətini itirir. 
Praktik biliklərin nisbi müstəqil inkişafı tez-tez kəsilməklə diskret xarakter alır 
(1, 488). O  daha vahid və bütöv bir proses kimi davam edə bilmir. Varislik 
itdiyindən  yeni  nəsil  əvvəlki  nəslin  ixtiraçılıq  məharətinə  yiyələnə  bilmir. 


141 
 
Halbuki b
ilik  və  sənətkarlığın  yeni  nəslə  ötürülməsi  mədəni  tərəqqisinin  ən 
mühüm şərtlərindən biridir.  
Əgər əvvəllər məhdud zehni biliklər əsasında bəzən o dövrün ümumi inkişaf 
səviyyəsi  baxımından  ağlasığmaz  görünən  unikal  ixtiralar  edilirdisə,  müasir 
texniki na
iliyyətlər  elmin  bugünkü  inkişaf  səviyyəsində  açılmış  böyük 
imkanlar müqabilində heç də həmişə heyrətamiz görünmür. Əksinə, mühəndis 
işi, ixtiraçılıq fəaliyyəti elmlə müqayisədə geri qalır. Səbəbi isə odur ki, elm 
hələ XVII-XVIII əsrlərdən başlayaraq vahid sosial və qnoseoloji sistem kimi 
formalaşdığı  və  daxili  tamlığa  malik  bütöv,  müntəzəm  prosesə  çevrildiyi 
halda,  nə  texnologiya,  nə  də  elmi-texniki  fəaliyyət  hələ  sosial  institut  kimi 
formalaşmamışdır. Ona görə də, elmi-texniki tərəqqinin perspektivi ən çox bu 
sahədəki təşkilati işin səmərəsi ilə bağlıdır. Nə qədər ki, elmi-texniki fəaliyyət 
hələ nisbi müstəqillik statusu kəsb etməyib, elm ilə istehsalat arasındakı əlaqə 
də nizamlı və müntəzəm xarakter daşımayacaqdır.  
Elmi  tərəqqinin  hüdudsuzluğu  ən  çox  onun kumulyativ xarakterinin 
nəticəsidir.  Kumulyativlik  –  elmi  biliklərin  yenisi  ilə  əvəz  olunmayaraq  üst-
üstə 
toplanması 
deməkdir. 
Müasir 
elmşünaslıq 
elmi 
inkişaf 
qanunauyğunluğunun daha mürəkkəb xarakterə malik olduğunu aşkar etsə də, 
hər halda bu xassə elmin mühüm səciyyələrindən biri olaraq qalmaqdadır.  
Elmin  spesifikasından  danişarkən  bir  qayda  olaraq,  fəlsəfə,  din, 
incəsənət  və  əxlaqla  qarşılaşdırılır.  Dəqiq  elmdə  bir  günç  hər  hansi  bir 
korifeyin.  məsələn.  A.Eynşteynin  nəzəriyyəsinə  əlavələr  edir,  onun  tətbiq 
dairəsini    genişləndirir.  Başqa  cür  mümkün  də  deyil;  hər  hansı  elm  korifeyi 
elm binasında yeni bir mərtəbə tikir, sonrakı nəsil isə bu yeni mərtəbədə rahat 
yerləşərək onun üzərinə yeni kərpiclər qoymaqla məşğul olur (3, 121).  
İncəsənətdə belə deyil. Bu günün hər hansı bəstəkarının L.Bethovendən 
və  ya  Ü.Hacıbəyovdan  daha  mükəmməl  musiqi  bəstələməsi  nəinki 
qanunauyğunluq  deyil,  hətta  ağlasığmaz  bir  haldır.  Müasir  rəssamlar  İntibah 
dövrü rəssamlarından daha da yaxşı çəkə bilsə idilər Rafaelin, Leonardo da-
Vinçinin,  Mikelancelonun  əsərlərinin  qiyməti  günü-gündən  daha  da 
arttırmazdı. Sənət məmləkətində hər bir şairin, rəssamın, bəstəkarın ucaltdığı 
məbədlər  var  ki,  onlar  bir-birindən  seçilir  və  heç  vaxt  bir-birinin  üzərinə 
toplanmır.  Sənət  əsəri  hansı  isə  vahid  bir  binanın  kərpicinə  cevrilse  öz 
bütövlüyünü və ahəngini itirər və daha sənət əsəri olmaz.  
Eləcə  də  fəlsəfə  və  əxlaq  sahəsində.  Hər  bir  yeni  nəslin  nümayəndəsi 
əvvəlkindən daha zəngin mənəviyyatlı və daha tərbiyəlimi olur? Nəzəriyyədən 
də,  təcrübədən  də  məlumdur  ki,  belə  bir  qəti  hökm  səhvdir.  Tərəqqi  var,  o 
kumulyativ yolla  və  ya buna  bənzər  surətdə  həyata  keçmir.  Hər  sonra  gələn 
əvvəlkini  yaratdığının  üzərində  deyil,  onunla  yanaşı  başqa  əsərlər  yaradır, 
özünəməxsus mənəvi aləmə, əxlaqi keyfiyyətlərə malik olur. Bu keyfiyyətlər 




Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   88


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə