KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə64/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   60   61   62   63   64   65   66   67   ...   88

147 
 
nümay
əndələrinin  əsərlərinin Azərbaycan dilində  nəşr  edilməsi (24 avqust 
2007) , “Az
ərbaycanda  Kitabxanaların  fəaliyyətinin  yaxşılaşdırılması”  (20 
aprel 2007) , “Az
ərbaycan dilində  latın  qrafikası  ilə  kütləvi nəşrlərin həyata 
keçirilm
əsi” (12 yanvar  2004)  haqqında  qərarlar respublikada kitabxana 
fondlarının  yeni  ədəbiyyatla zənginləşdirilməsini  mühüm  amil  kimi  qarşıya 
qoyur. 
Müasir dövrd
ə  Respublika  ərazisində  fəaliyyət göstərən bütün 
kitabxanaların idarə edilməsində əsas hüquqi bazanı aşağıdakı sənədlər təşkil 
edir: 
- Az
ərbaycan Respublikasının Konstitusiyası  

“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu (1999) 
- “M
ədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu (1998) 

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” 
Az
ərbaycan Respublikasının Qanunu (1998) 

Kitabxana işinə dair Nzirlər kabinetini n qərar və sərəncamlar;  

Kitabxana işinə dair dövlət standartları; 
-  Müvafiq icra hakimiyy
əti  orqanları  tərəfindən təsdiq  edilmiş  normativ 
s
ənədlər; 
- Metodik m
ərkəzlər tərəfindən tərtib edilmiş sənədlər
-  Beyn
əlxalq kitabxana təşkilatlarının  qəraraları,  manifestləri, bəyannamələri 
v
ə proqram sənədləri; 
- Kitabxanadaxili s
ərəncamlar, əsasnamələr, digər normativ sənədlər 
- Az
ərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və s. 
Bütün  bu  adları  çəkilən sənədlərə  əsasən Azərbaycan  Respublikası 
ərazisində fəaliyyət göstərən və mülkiyyət formasından aslı olmayaraq bütün 
kitabxanaların  elmi  metodik  təminat  işi  vahid  mərkəz tərəfindən yəni Milli 
Kitabxana v
ə  digər bu statusa malik kitabxanalar tərəfindən həyata keçirilir. 
Elmi metodik m
ərkəz  statusuna  malik  kitabxanalar  kitabxanaşünaslığa, 
biblioqrafiyaya  v
ə  informasiyaya dair metodik materiallar nəşr  edir
kitabxanaçılıq  nəzəriyyəsi və  təcrübəsində  mütərəqqi  iş  üsullarını 
ümumil
əşdirib tətbiq edir və kadrların ixtisasının artırılmasını təmin edir. 
Az
ərbaycan Respublikasında fəaliyyət göstərən belə kitabxanalardan biri 
d
ə  məqsəd və  vəzifəsinə  görə  universal  elmi  kitabxana  sayılan  Mirzə  Fətəli 
Axundov 
adına  Azərbaycan  Milli  Kitabxanasıdır.  23  may  1923-cü ildə 
yaradılmış bu Milli sərvətimiz uzun illərin sınağından çıxmış formalaşaraq bu 
günkü s
əviyyəyə  gəlib  çatmışdır.Hazırda  Milli  Kitabxana  dünyanın  bir  çox 
qabaqcıl ölkələrinin milli kitabxanaları ilə əməkdaşlıq edir. Bunlara Slovakiya 
Milli Kitabxanasını, Rusiya Federasiyası Milli Kitabxanasını, Qazaxıstan Milli 
Kitabxanasını, Qırğızıstan Milli Kitabxanasını misal göstərmək olar. Dünyanın 
40dan  artıq  ölkəsi ilə  Milli Kitabxana kitab mübadiləsi həyata keçirir. 
Kitabxana  2003-cü ild
ən Avrasiya Kitabxanalar Assembleyasının (BAE) üzvü 


148 
 
v
ə  onun 5 təsisçisindən biridir. 2005-ci ildən isə  Avropa Milli Kitabxanalar 
Konqresi Beyn
əlxalq Təşkilatının  (CENL)  üzvü  olmuşdur.  Milli  Kitabxana 
sırf  dövlətçilik  ənnənələrinə  və  milli hüquqi sənədlərə  əsaslanaraq  öz  iş 
prinsipini  qurmuşdur.  Kitabxana  öz  işində  “Mədəniyyət  haqqında”, 
“Kitabxana İşi haqqında”, “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası 
qanunları,  Azərbaycan Nazirlər  Kabinetinin  Milli  Kitabxana  haqqında 
əsasnamələri, Milli Kitabxana Nizamnamələri və  digər normativ aktlara 
əsalanaraq fəaliyyət göstərir. Buna görə  də  ümimmilli liderimiz Heydər 
Əliyevin 12 mart 1999-cu il tarixli fərmanı ilə qüvvəyə minən “Kitabxana İşi 
haqqında”    Azərbaycan  Respublikası  Qanununun 7-ci maddəsi “Milli 
Kitabxana”  adlanır.  Bu  bölmədə  dünya təcrübəsinə  əsaslanaraq Milli 
Kitabxananın tərifi verilmiş, onun statusu müəyyənləşmişdir: “Milli Kitabxana 
Az
ərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata 
keçir
ən,  milli nəşrləri, xarici ölkələrdə  nəşr  olunmuş  Azərbaycan 

əlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə 
qiym
ətli və  digər məlumat  daşıyıcılarını  toplayıb  mühafizə  edən milli 
m
ədəniyyət xəzinəsi və dövlət kitab saxlayıcısıdır”. “Kitabxana İşi haqqında” 
Az
ərbaycan  Respublikası  Qanununun  ən böyük əhəmiyyət kəsb edən 
madd
ələrindən biri 15-ci maddə  yəni  “Kitabxanaların  pulsuz  məcburi 
nüsx
ələrlə təchizatı” adlanır. Adı çəkilən maddəyə müvafiq olaraq dövlət və 
qeyri-dövl
ət nəşriyyatları,  nəşriyyat  işi  ilə  məşğul  olan  poliqrafiya 

əssisələri və  digər hüquqi və  fiziki  şəxslər tərəfindən  buraxılan  çap 
m
əhsullarından  4  pulsuz  məcburi nüsxə  , qəzet jurnal və  digər  ardı  davam 
ed
ən nəşr komponentlərindən isə 2 məcburi nüsxə Milli Kitabxanaya verilməsi 
n
əzərdə  tutulur.  M.F.Axundov  adına  Milli  Kitabxananın  fondunun  
formalaşması  hələ  keçmişə  nəzər salsaq müxtəlif mənbələr vasitəsilə  həyata 
keçirilmişdir.Hələ  sovet hakimiyyəti illərində  fondun komplektləşdirilməsi 
m
ənbələri  aşağıdakı  mənbələrdən həyata  keçirilirdi:  SSRİ  Dövlət Kitab 
Palatası;  Azərbaycan Nəşriyyatı;  Kitabxana  Kollektoru;  beynəlxalq 
mübadil
ələr;  kitab  mağazaları;  tarixi  əlyazmalar və  digər mənbələr.  Adları 
qeyd olunan m
ənbələrin bəziləri bu gün də öz aktuallığını itirməmişdir. Bəzi 
m
ənbələr isə  hazırda  depozitar  funksiyasını  itirmişdir.  Buna  misal  olaraq  öz 
f
əaliyyətini  dayandırmış  SSRİ  Dövlət  Kitab  Palatasını  göstərmək olar. Son 
ill
ərdə  kitabxana  fondununun  formalaşdırılmasının  əsas mənbələri 
aşağıdakıları  göstərmək olar: Heydər  Əliyev  Fondu;  Ali  Attestasiya 
Komissiyası  Respublika  kitab  mağazaları;  Respublika  nəşriyyatları;    Elmi-
T
ədqiqat  İnstitutları;  səfirliklər; xarici təşkilatlar;  ölkədaxili mübadilə; 
beyn
əlxalq mübadilə; kitabaxanaya edilən bəxşişlər və  s.Hədiyyə  yolu ilə 
daxil olan kitablar da fondun formalaşmasında az rol oynamır. Belə ki, 2012-ci 
ild
ə  Oruc  Musayev  öz  şəxsi  kitabxanasından  55  nüsxə, AMEA-nın  aparıcı 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə