KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə68/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   64   65   66   67   68   69   70   71   ...   88

156 
 
na
mışlar.  Riyazi  üsulların və  modellərin tətbiqi, sözün əsl mənasında, 
t
əşkilatın əməliyyat problemlərinə elmin tətbiqidir.  
Müasir idar
əetmə  və  ya kəmiyyət məktəbi modellərin  qurulması, 
kompüterl
ərin tətbiqi, yüksək rabitə  texnologiyası,  iqtisadi-riyazi  üsulların 
t
ətbiqini menecmentə gətirdi və çox böyük dəqiqliklə həyata keçirdi. 
Bu m
əktəb: 
-  
kibernetikanı; 
-  
informatikanı; 
-  iqtisadi-
riyazi üsulları və modelləri; 
-  
kompüter texnologiyasını; 
-  mür
əkkəb rabitə texnologiyasını və s. elmi-texniki yenilikləri bərqərar 
etdi.  
Müasir dövrd
ə  «menecment»  termini  altında  daha  çox  rəhbərlik və 
t
əşkilati  sistemlərdə  təsərrüfat fəaliyyətinin idarə  olunması  prosesləri, 
perspektiv v
ə  cari  planlaşdırma,  istehsalın    təşkili  və  məhsulun realizə 
olunmasının  proqram-məqsədli idaretmə  sistemi xarakterizə  olunur.  Onun 
t
əşkili və idarəolunması aşağıdakı məsələlərin həllinə yönəldilmişdir: 
-
istehsalın və məhsulların rəqabətqabiliyyətinin təşkili
- istehsal prosesinnin t
əkmilləşdirilməsi; 
-yeni elmi 
əsaslandırılmış texnologiyaların tətbiqi; 
-m
əhsulun keyfiyyətinin artırılması; 
-istehsal x
ərclərinin azaldılması. 
Menecmentin m
əqsədi gəlir əldə etmə  və ya onu artırılması, təsərrüfat 
f
əaliyyətinin səmərəliliyinin yuksəldilməsi, bazar tələbatının  ödənilməsi, 
sosial m
əsələlərin həlli vasitəsi kimi bir-biri ilə qarşılıqlı əlaqədə olan  bir neçə 
f
əaliyyəti əks etdirir:  Bunlar aşağıdakılardır:  

istehsalın (kollektivin) təşkili  və idarəolunması; 
-v
əzifələrin qoyuluşu və təshih edilməsi; 

iş mərhələlərinin hazırlanması; 
- q
ərarların qəbulu; 
-
kommunikasiyaların  (informasiyanın  metodları  və  ötürülmə  formaları)  
qaydaya s
alınması;  
-prosesl
ərin tənzimlənməsi; 
-
informasiyanın toplanılması və işlənilməsi;  
-
işin nəticələrinə yekun vurulması. 
Menecmenti   h
əmçinin, fənlərarası sahə (idaretmə təfəkkürü), idaretmə 
bacarığı və təcrübəsi kimi də tərif etmək olar. 
Son ill
ər kimi bütün sferalarda olduğu kimi, kitabxana fəaliyyətində də 
menecmentd
ən  geniş  istifadə  olunur.  Bu gün kitabxana menecmenti yeni  
elmi f
ənn  kimi  kitabxanaların  idaretmə  fəaliyyətininin müxtəlif aspektlərini 
açır və çoxspektrlı konsepsiyalar şəklində təqdim olunur (4). 


157 
 
Professor A.X
ələfovun  qeyd  etdiyi  kimi,  "Müasir  şəraitdə 
c
əmiyyətimizdə  bazar  iqtisadiyyatının  tətbiqi bütün sahələrdə  olduğu  kimi 
kitabxana  işinin  idarə  edilməsi sahəsində  də  menecmentin tətbiqinə  böyük 
ehtiyac  meydana  çıxarmışdır.  Çünki  kitabxana  işinin  idarə  edilməsində  elə 
sah
ələr var ki, bunlar menecmenti öyrənmədən, onun müddəalarından istifadə 
etm
ədən keçinə bilməz» (3.284).  
Kitabxana  sferasında  menecment-bir yüksək  intellektli  şəxsin və  ya 
t
əşkilati  strukturun  kompleks  məqsədyönlü intellektual və  təsərrüfat 
f
əaliyyətidir. O, kitabxananın idarəetmə prosesini, onun fəaliyyətinin səmərəli 
t
əşkilini,  kitabxanaçılar  arasında  funksiyaların  və  məsuliyyətin 
bölüşdürülməsini,  kitabxana  resurslarının  (maddi-texniki, texnoloji, maliyyə, 
informasiya, 
kadr  resursları)  səmərəli seçimini və  istifadəsini,  çoxvariantlı 
kitabxanadaxili q
ərarların qəbul edilməsini, iş üslubunun müəyyən edilməsini 
v
ə s. nəzərdə tutur. Qeyd etmək lazımdır ki,  kitabxanaşünaslıqda  «kitabxana 
menecmenti»  termini  «kitabxanaların  idarəolunması»nın  sinonimi  deyil, 
inzibatçılıq, nəzarət anlayışlarını əvəz eləyən yeni bir anlayış kimi qəbul edilir.  
Kitabxana  işində  «idarəetmə» və  «menecment» terminləri  yalnız 
ümumişlək mənada bir-birinin  sinonimi  hesab  olunur.  Kitabxanaşünaslıq  
sah
əsinin terminlər sistemində bu anlayışların mənası  bir-birindən fərqlənir. 
Kitabxana  işinin  idarəolunması  özündə  texniki, texnoloji obyektləri
iqtisadiyyatı və təsərrüfatlaşmanı əks etdirməklə daha böyuk məna kəsb edir. 
Kitabxananın qarşıya qoyulmuş məqsədlərin həllinə yönəldilən və  menecment 
prinsipl
ərindən istifadə  edən idarəetmə  metodologiyasının  istifadəsi üçün isə 
«kitabxana menecmenti» termini daha m
əqsədəuyğun hesab olunur.  
Bu  fikir ilk d
əfə  öz  əksini 1987-ci ildə  Deli Universitetinin 
Kitabxanaç
ılıq və informatika fakultəsinin professoru K. Kumarın «Kitabxana 
inzibatçılığı və menecment adlı kitabında tapmışdır (7. 38-39). 
1997-ci ild
ə  isə  D.Ueynqand «Müasir kütləvi  kitabxanaların 
idar
əolunması. İnkişaf strateqiyası» adlı  kitabında  sərt tabeçilik prinsipləri ilə 
daxili ierarxik struktura malik  
ənənəvi idaretmə sistemi ilə yeni istehlakıçıya  
istiqam
ətlənmiş  idaretmə  metodunu  müqayisə  etmişdir.  O  qeyd  edirdi  ki, 
«menecerl
ər idaretmə prosesini az irəliləyəbilən perspektivdən azad edib,  yeni  
d
əyişən mühitin tələbatını  ödəmək  və  innovasiya fəaliyyətinin 
çiç
əklənməsinə xidmət etmək imkanı əldə etmişlər» (9). 
1990-
cı  illərin  birinci  yarısından  başlayaraq,    Rusiya  kitabxanaşınas 
aliml
əri V.K.Klüyev, E.M.Yastrebova, İ.K.Djereliyevskaya, S.P.Petrikina, N. 
İ.Tülina,  İ.M.Suslova  E.V.Klepper,  Y.F.  Çernyakova    və  b. kitabxana 
menecmenti  konsepsiyasını  işləməyə  başladılar.  Bu  konsepsiyalar içərisində 
İ.M.Suslovanın elmi baxışları xüsusi yer tuturdu. 
 Professor Y.M.Suslova kitabxana menecmentinin mahiyy
ətini 
kitabxanaların  idarə  olunması  sahəsində  dünya nəzəriyyəsi və  təcrübəsində 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə