KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə69/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   65   66   67   68   69   70   71   72   ...   88

158 
 
formalaşmış  prinsiplər, funksiyalar və  metodların  tətbiq edilməsinin müasir 
konsepsiyası kimi xarakterizə edirdi (8.16-20). 
Kitabxanalar  mür
əkkəb sosial-iqtisadi sistem kimi kitabxana 
menecmentinin obyekti hesab olunur.  «Kitabxana menecmenti» termini il
ə  
kitabxana
nın  sosial-praktiki fəaliyyətinin xüsusi  forması,  bu  sferanının 
öyr
ənilməsi və onun  həyata keçirilməsi üçün praktiki tövsiyələrin işlənilməsi 
v
əzifəsini həyata keçirən elmi fənn ifadə  edilir. Kitabxana menecmentinin 
n
əzəri fənn  kimi  spesifikasını  hər  şeydən öncə  onun praktiki məsələlərə 
istiqam
ətlənməsi müəyyənləşdirir.  Bundan  əlavə, kitabxana menecmentinin 
əsas özəlliyi  ondadır  ki,  o  menecmentin  müxtəlif elm sahələri  üçün    işlənib 
hazırlanmış elmi bilik və konsepsiyaların milli və xarici kitabxanaşünaslıqda  
geniş şəkildə istifadəsinə icazə verməklə,  həm də fənlərarası  xarakter daşıyır. 
Başqa  sözlə,    kitabxana  menecmenti  konsepsiyasında  ideoloji  və  ya dar 
professional ç
ərçivəli məhdudiyyətlər  yoxdur. Bu mənada da  müasir 
kitabxanaların idarəetmə fəaliyyətində kitabxana menecmentinin təməlini  bir 
çox elml
ərin nailiyyətlərinin tətbiqinin  nəzəri əsasları təşkil edir. 
Kitabxana f
əaliyyətinin idarəolunmasında  menecmenin  nəzəri və 
metodoloji mövqel
ərinin tətbiqi kitabxana sferasında baş verən mürəkkəb  və 
birm
ənalı  olmayan  proseslərin  obyektiv xarakteri ilə  şərtləndirilən yeni 
idaretm
ə  qərarlarının yaratdığı axtarışdır.  
Kitabxana menecmenti  ilk növb
ədə,    yalnız  kitabxana  işinə  aid olan 
spesifik qanun v
ə  qanunauyğunluqları,  bu  qanunauyğunluqların  hərəkət 
mexanizmini v
ə  aşkara  çıxma  formalarını  öyrənir.  Onun  başlıca  məqsəd və 
v
əzifəsi kitabxanalarda mühafizə  edilən  informasiya  daşıyıcılarından, 
kitabxanaların  imkanlarına  əsaslanmaqla bəşəriyyətin informasiya 
potensialından səmərəli istifadə olunmasını təmin etməkdən ibarətdir (3. 5). 
Başqa sözlə, menecment kitabxananın daha az maddi, əmək və maliyyə 
ehtiyatlarından  istifadə  edərək səmərəliliyi yüksəltmək və  mənfəəti  artırmaq 
m
əqsədi ilə  həyata keçirdiyi idarəetmə  fəaliyyəti, bu idarəetmə  fəaliyyəti ilə 
bağlı  bütün  funksiyaların,  metodların,  prinsiplərin,  strategiyaların  və 
formaların məcmusu kimi başa düşülür.  
Menecment  kitabxana  sferasının  öyrənilməsində  və  idarəetməyə  dair  
praktiki tövsiy
ələrin  hazırlanmasında  mühüm  rol  oynayır.
 
Menecment 
n
əzəriyyəsinin  aktiv  şəkildə  tədqiq  olunması    müasir  kitabxanaşünaslığın  
bütün t
ərəfləri üçün stimul verici əhəmiyyət kəsb edir. Bir tərəfdən  
kitabxanaşünaslığın  ənənəvi elm sahələrində  işlənilmiş  əsas metodoloji 
mövqel
ərinin  əhəmiyyətinin qiymətlənldiriliməsi  üçün  imkanlar  açılır.  Digər 
t
ərəfdən isə,   yeni xüsusi  metodoloji araşdırma tələb edən  yeni problemlər 
meydana  çıxır.  Belə  problemlərə  əsasən    strateqiyasının  işlənilməsi, 
innovasiya prosesl
ərinin idarəolunması,  adaptasiya  oluna  bilən təşkilati 


159 
 
struktur
ların yaradılması, kitabxana fəaliyyətinin sosial-psixoloji aspektlərinin 
idar
əolunması  və s.  şamil edilir. (6. 36-40) 
Müasir idaretm
ənin dünya menecmentinin nailiyyətləri  əsasında  
kökünd
ən dəişliməsi o qədər tələb  olunan  olmuşdur  ki,    ötən illər  ərzində  
kitabxanalarda  menecment  konsepsiyasının  inkişafı  əhəmiyyətli nəticələr 
verm
əyə başlamışdır: 
1.  Kitabxana f
əaliyyətinin idarəolunmasının  problem  məqamlarının  həllinə  
yeni yanaşmalar aşkarlanmışdır. 
2. 
İdaretmə  mexanizmlərinin yenidən təşkilinin  konstruktiv    yolları 

əyyənləşdirilmişdir.  
3.  Elmi m
əktəb  formalaşmışdır.  Bu  məktəb çərçivəsində  bir  sıra  nəşrlər 
hazırlanmış və dissertasiyalar müdafiə olunmuşdur.  
4.  idaretm
ənin tədrisi ilə  bağlı      ali  məktəb  proqramı  yenilənmiş,  kurslar 
yaradılmışdır.  Bu  kurslara  əsas fənlərlə  yanaşı,  kitabxana-informasiya 
marketinqi, kitabxananın strateji menecmenti, idaretmə sistemlərinin təşkilati 
inkişafı, kitabxanaların idaretmə psixologiyası və s daxil edilmişdir.  
İdaretmə fəaliyyətinin ən uğurlu nümunələrini əks etdirən menecment 
n
əzəriyyəsi  daim  inkişafda  və  axtarışdadır.  O,    kitabxanalarda  biliklərin 
idar
əolunmasının  müasir  streqiyası  kimi  böyük  əhəmiyyətə  malikdir.  Buna 
gör
ə  də  kitabxana menecmenti kitabxana-informasiya infrastrukturunun 
ayrılmaz  sahəsi kimi  daim təkmiləşdirlməli və  prioritet idaretmə 
strategiyasına çevrilməlidir. 
 
ƏDƏBİYYAT 
 
1. İmran A.M. Menecment: Dərslik. – B.: Nurlan.- 2007.- 268s. 
2.  İsmayılov  X.İ.  Kitabxana menecmentinin əsasları:  Dərs vəsaiti.-  Bakı  Universiteti 
N
əşriyyatı. 2005.-197 s. 
3. X
ələfov A.A. Kitabxanaşünaslığa giriş: Dərslik: III hissə: Kitabxana işi haqqında təlim.-B.. 
2003. 
4. 
Кузоро К.А. Менеджмент и маркетинг библиотечно-информационной деятельности: 
опыт  исследования  отечественном  библиотековедении.-Вестник  Томского  Государ-
ственного Университета  (Культурология и искусствоведение).- 2011.-№ 2. 
5. 
Основы менеджмента / Под ред. А. И. Афоничкина. — СПб.: Питер, 2007. - 528 с.: ил. 

(Серия «Учебник для вузов»). 
6. 
Суслова И.М. Клюев В.К. Менеджмент библиотечно-информационной деятельности: 
учеб. для вузов культуры и искусств / И.М. Суслова, В.К. Клюев; под общ. ред. И.М. 
Сусловой; МГУКИ. - СПб.: Профессия, 2009.- 600 с.   
7.
Суслова  И.М.  Менеджмент  библиотечно-информационной  деятельности  :  учеб.  Для 
вузов культуры и искусств / И.М. Суслова, В.К. Клюев ; под общ. Ред. И. М. Сусловой ; 
МГУКИ.- СПб.: Профессия, 2010.- 600 с.  
8.Cycлoвa  И.M.  Библиотечный  менеджмент:  coвpeмeннaя  кoнцепция  ynpaвлeния  // 
Библиотека.-1995.- №2. 
9.Уэйнганд Д.Э. Управление современной публичной библиотекой. Стратегия развития. 
М.: Рудомино, 1997-222с. 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə