KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə70/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   66   67   68   69   70   71   72   73   ...   88

160 
 
 
О.АГАМИРЗАЕВ 
 
 
МЕНЕДЖМЕНТ КАК НОВАЯ СТРАТЕГИЯ УПРАВЛЕНИЯ 
БИБЛИОТЕКОЙ 
 
РЕЗЮМЕ 
 
В  статье  рассматривается  теоретические  и  организационные  вопросы 
информационно-библиотечного менеджмента.  
 
O.AGAMIRZAYEV 
              
MANAGEMENT AS A NEW STRATEGY OF  
GOVERNANCE BY LIBRARY 
 
SUMMARY 
 
Theoretic and organizational questions of the information bibliographic management 
is considered in the article.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


161 
 
 
Nurlana A
ĞAYEVA 
Biblioqrafiyaşünaslıq kafedrasının magistrantı 
 
RESPUBLİKA ELMİ-TİBB KİTABXANASINDA  
OXUCULARA 
BIBLİOQRAFİK-İNFORMASİYA XİDMƏTİNİN 
TƏŞKİLİ (2005-2010-CU İLLƏR) 
 
Açar sözl
əri: Respublika Elmi-Tibb Kitabxanası, biblioqrafik-informasiya 
xidm
əti 
Ключевые слова:
 
Республиканской научно-медицинской библиотеки, 
библиографические-информационной службы  
Key words: Republican Scientific-Medical Library, bibliographic-information 
service 
 
«İnformasiyalaşdırma-informasiya  ehtiyatlarının  formalaşdırılması, 
t
əqdim edilməsi, istifadə  olunması  əsasında  dövlət hakimiyyəti və  yerli 
özünüidar
ə  orqanlarının,  təşkilatı,  hüquqi və  mülkiyyət  formasından  asılı 
olmayaraq bütün v
ətəndaşların  informasiya  tələbatlarının  və  bu sahədəki 
hüquqlarının  təmin edilməsində  optimal  şəraitin  yaradılması  üçün  təşkilati, 
sosial-iqtisadi v
ə elmi-texniki prosesdir». (1) 
İnformasiya Cəmiyyəti – strukturlar, texniki baza və insan potensiallı 
bilikl
ərin  informasiya  resurslarına  çevrilməsinə  xidmət etməlidir və  bu 
resursların  üzərində  yenidən  işləmək tələb olunur bu isə  passiv  formaların 
(kitablar, m
əqalələr, patentlər) aktiv formalara (modellər, alqoritmlər, 
proqramlar, layih
ələr) çevrilməsində  vacibdir.  Lakin  yuxarıda  izah 
olunanlardan daha çox diqq
ət, infokommunikasion infrastruktur tərəfindən 
avtomatik idar
ə  olunan  modellərə  və  ekspert sistemlərinə  verilməlidir. 
İnformasiya  cəmiyyəti  –  məlumatla  işləmək qabiliyyətinə  malik yüksək 
texnologiyalar il
ə, qərarların  qəbulu üçün kompüter modelləri ilə,  İnternet 
(intranet) t
ərəfindən  avtomatik  aktuallaşdırılan  ekspert  sistemləri və 
intellektual  informasiya  robotları  ilə  təchiz  olunmuş  və  bütün  vətəndaşlara 
peşəkar fəaliyyətdə və məişətdə tələb olunan qərarların qəbul olunmasında bu 
texnologiyalardan istifad
ə etmək imkanı olan bir cəmiyyətdir.  
İnformasiya  cəmiyyəti termini 60-cı  illərin  II  yarısında  insanlar ilk 
d
əfə  “informasiya  partlayışı”  varlığını  dərk etdikdən  sonra  yaranmışdır. 
C
əmiyyəti dövr edən  informasiyanın  sayı  getdikcə  artmağa  başladı.  Sonra 
c
əmiyyətdə informasiyanın artması qanunu tapıldı. Məlum oldu ki, bu qanun 
“informasiya partlayışı” haqqında danışmağa imkan verir. Ekspotensial funk-
siyanı özündə əks etdirən bu qanun göstərdi ki, insan bu cür axınlı informasiya 


162 
 
il
ə  bacara bilməyəcək.  İnformasiyanın  işlənib  hazırlanması  ,  saxlanması  və 
işlədilməsi üçün xüsusi vasitə lazımdır. 
İnsan  tarixində  gələcək  eranı  nəinki informasiya cəmiyyəti, eyni 
zamanda bilik c
əmiyyəti, infoməkan adlandırmağa başlamışlar. Troffel aqrar 
s
ənaye  inqilabı  yaşamış  insanların,  informasiya  inqilabının  astanasında 
olduğunu nəzərə alaraq, 3 inqilab nəzəriyyəsini elmi dövriyyəyə daxil etdi.(5) 
 
 
İnformasiya  cəmiyyəti  adı  ilk  dəfə  olaraq  Yaponiyada  yaranıb.  Bu 
elmi-texniki iqtisadi t
ədqiqatlar üzrə  yapon dövləti tərəfindən ölkənin 
iqtisadiyyatının  gələcək  inkişafında  əsas yer tutdu. Bu termini təklif edən 
müt
əxəssislər cəmiyyətin xüsusiyyətlərini izah edir, bunun əsasında 
informasiya yüks
ək səviyyədə  dövr  edir.  İnformasiya  xidmətindən istifadə 
qiym
əti  o qədər  də yüksək deyil  və  onu hər kəs istifadə edə bilər.
 
 
 
Amerika müt
əxəssisi  F.Maxlup 60-cı  illərin  əvvəlində  informasiyanı, 
s
ənaye məhsulu və  istehsalı  kimi  başa  düşülə  biləcəyini irəli  sürmüşdü.  Bu 
haqda sonralar  idar
əetmə  sahəsinin təşkilində  kağızsız  texnologiya 
konsepsiyası  siyasətini təklif edən  B.M.Qluşkov  da  yazmışdır.  Lakin  məhz 
yaponlar, s
ənaye  informasiya  ideyasının  fəal  təbliğatçıları  olmuşdular  və 
m
əhz onlar dünya bazarında rəqabət mübarizəsində istifadə etmişdilər. Dünya 
bazarında  yüksək yer tutan yapon  cihazları,  hesablama  maşınları  olmadan 
informasiya c
əmiyyəti üçün texnomühit yaratmaq mümkün deyil. 80-cı illərdə 
yüks
ək  inkişaf  etmiş  ölkələrdə  informasiya biznesi sürətlə  inkişaf  etmişdir. 
İnformasiya  cəmiyyətinə  keçid  insanların  informasiyadan  istifadə  etməsinə 
köm
əklik göstərir.
 
 
 
İnformasiya cəmiyyətinin xüsusiyyətlərindən biri sənaye cəmiyyətində 
itmiş  fərdi  əməyin qiymətini  artırmaqdır.  Avtomatlaşdırılmış  iş  yerləri 
şəbəkəsinin inkişafı bir çox mütəxəssislərə  evdən çıxmamaq şərti ilə yaradıcı 
c
əmiyyətdə iştirak etmək imkanı verir. Təhsil sferasında da böyük dəyişiklər 
gözl
ənilir.(5)
 
 
 
Az
ərbaycanda  İnformasiya cəmiyyətinin  qurulması  dövlət siyasətinin 
əsas prioritetlərindən biri kimi qəbul  edilmişdir.  İnformasiya  cəmiyyətinin 
qurulmasının  əsas vəzifələrinə  İC-nin hüquqi əsaslarının  yaradılması,  insan 
amilinin inkişafı, vətəndaşların məlumat almaq, onu yaymaq və istifadə etmək 
hüquq
ları,  elektron  hökumətin, elektron ticarətin  formalaşması,  ölkənin 
iqtisadi, sosial v
ə intellektual potensialının möhkəmləndirilməsi, informasiya 
v
ə  biliklərə  əsaslanan, rəqabətə  davamlı  iqtisadiyyatın  qurulması,  müasir 
informasiya-
kommunikasiya  infrastrukturunun  yaradılması,  vahid  milli 
elektron informasiya m
əkanının 
formalaşdırılması, 
informasiya 
t
əhlükəsizliyinin təmini,  elektron  geriliyinin  aradan  qaldırılması  kimi 
m
əsələlər daxildir.
 
İnformasiya cəmiyyətinin əsas məqsədi bütövlükdə cəmiyyətin və ayrı-
ayrı  şəxslərin informasiya tələbatını  ödəmək üçün müasir informasiya 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə