KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə73/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   69   70   71   72   73   74   75   76   ...   88

169 
 
qaydanı  pozduğuna  fikir  verməmişdir.  O  yalnız  təbiət, bunun müqabilində
qisas aldığı vaxt ayrılmış və səhvlərini düzəltməyə başlamışdır (6, 18). 
Elm el
ə böyük nüfuz qazanmışdır ki, insan ekoloji problemi də məhz elmin öz 
nailiyy
ətləri sayəsində həll edəcəyinə inir. Elm doğrudan da, bu problemi həll 
etm
ək  iqtidarındadır.  Lakin  yalnız  bir  şərtlə  ki, elmdən  planlı  və 
m
əqsədəuyğun  surətdə, ehtiyatla istifadə  edilsin, təkcə  bugünkü nəticələr və 
şəxsi mənfəət deyil, həm də planetin gələcəyi, bütün bəşəriyyətin taleyi nəzərə 
alınsın. Bu isə artıq yeni təfəkkür deməkdir. 
İnsan  gələcək  haqqında  düşünərkən elmi-texniki tərəqqiyə  böyük 
ümidl
ər bəsləyir. Bəs elmi-texniki tərəqqi insanı hara apar.  
Biz elmi texniki t
ərəqqinin mənfi tərəfləri də  var ancaq bu hal  o vaxt 
labüddür ki, insan elmi-texniki t
ərəqqini deyil, elmi-texniki tərəqqi  insanı 
aparır. 
Biz elmi-texniki t
ərəqqiyə, onun gələcəyinə və insan həyatında roluna böyük 
ümidl
ə baxiırıq. Lakin bir şərtlə ki, elmi-texniki tərəqqi son məqsədə çevrilməsin 
v
ə  insan öz ixtiyarını  elmin,  texnikanın  əlinə  verməsin.  Əksinə, elmi də, 
texnikanı  da  çilovlayaraq  onlardan  yüksək bəşəri ideallara çatmaq üçün bir 
vasit
ə kimi istifadə etsin (7, 112). 
Müasir dövrd
ə  insan özünə  elmin vasitəsilə, lakin dialektik təfəkkür 
əsasında, zəka işığında yol açmalıdır. Məgər zəka elmdən kənar bir şeydirmi?  
Z
əka,  heç  şübhəsiz, elmlə  bağlıdır.  Lakin  təkcə  elmlə  yox, həm də  əxlaq və 
inc
əsənətlə,  insanın  min  illərdən bəri  formalaşmış  olan  mənəvi  idealları  ilə, 
humanist  f
əlsəfi fikirlə  və  nəhayət, onun ən ali metodu olan dialektika ilə 
bağlıdır.  Zəka  –  bütün  bunların  vəhdəti,  insanın  intellektual,  emosional  və 
m
ənəvi-əxlaqi inkişaf istiqamətlərinin birləşdiyi zirvədir. Bu gün yeni təfəkkür 
adlandırdığımız düşüncə tərzi də məhz dialektik zəka, sözün böyük mənasında 
kamal dem
əkdir. Cahanda kamalın qalib gəlməsi üçün əsas şərtlərdən biri isə 
elmi-texniki t
ərəqqinin humanistləşdirilməsi, onun insanın mənəvi ideallarına 
tabe edilm
əsidir. 
Antik dövrd
ə  praktik biliklər elmdən, elm isə  fəlsəfədən hələ  tamamilə 
ayrılmamışdı.  Ona  görə  də, bütün biliklərin mərkəzində, istər  aşkar,  istərsə  də 
qeyri-
aşkar şəkildə insan dayanırdı. Protaqorun sözü ilə desək, insan hər şeyin 
meyarıdir. 
Orta 
əsr Şərqində elm praktik biliklərdən ayrılaraq fəlsəfə və ilahiyyat ilə 
daha  çox  bağlandı. Bu dövrdə  elmin  humanitarlaşması  onun  təbii zəmindən 
ayrılması ilə nəticələndi. 
İntibah dövründəki  praktik biliklər də  orta əsr Şərq elmiylə bağlıdır. 
Yeni dövrd
ə  Elmi tədqiqatların  istiqaməti   texniki tələblərə uyğunlaşdırıldı 
v
ə tədricən vahid elmi-texniki proses formalaşmağa başladı. Elmin texnika ilə 
daha çox 
əlaqələnməsi və riyaziləşməsi onu ilkin sinkretik başlanğıcdan daha 
da uzaq
laşdırdı.  Rasionalizm və  texnisizm meyllərinin təzyiqi ilə  elmdə 


170 
 
humanitar  çalarlar  solğunlaşdı  və  elmdən  insana  qarşı,  onun  emosional  və 
əxlaqi-mənəvi ideallarına qarşı istifadə edilməsi ehtimalı artdı. Elmin insan 
m
ənəvi ahəngindən kənara  çıxaraq  onunla  ziddiyyətə  girməsi Qərb 
sivilizasiyasının süqutunun təməlini qoydu. 
Bu  gün  ABŞ-ın  ulduz  müharibələrinə  hazırlıq  sahəsindəki texniki 
t
ədbirləri  artıq  insan  nəzarətindən  çıxaraq  kompüterlərin nəzarətinə  əsaslanır 
ki, bu da insanın özünü elmi-texniki tərəqqinin ixtiyarına verməsi deməkdir. 
Elmi-texniki t
ərəqqinin  insanın  hara  apara biləcəyini isə  biz  artıq  yuxarıda 
izah  etmişik.  Yaranmış  vəziyyətin real təhlükəsini bütün tərəqqipərvər 
qüvv
ələrin nəzərinə  çatdırmaq  və  bəşəriyyəti bu təhlükədən xilas etmək bu 
gün dünya sosializm sisteminin tarixi v
əzifələrindən birinə çevrilmişdir.  
Qlobal miqyaslı yeni təfəkkürə keçidi zəruri edən mühüm səbəblərdən biri 
m
əhz elmi-texniki tərəqqidə  insan  amilinin ön plana çəkilməsinə, onun 
humanistl
əşdirilməsinə, elmin hərbi sənayeyə və ümumiyyətlə, istehsala tətbiqinin 
m
ənəvi meyar süzgəcindən keçirilməsinə  olan ehtiyacdır.  Ona  görə  də, 
ölk
əmizdə  yenidəqurmanın  həyata keçirilməsi bir tərəfdən elmi-texniki 
t
ərəqqinin sürətləndirilməsini  və  onun praktik tətbiqinin intensivləşdirilməsini 
t
ələb edirsə, digər tərəfdən də, bu hadisənin yekun istiqamətinin    insanın 
yüks
ək  mənəvi ideallarına tabe edilməsini nəzərdə tutur (2, 154). 
Elm v
ə  texnikanın  bəşəriyyət üçün daha çox müsbət,  yoxsa mənfi 
n
əticələr törətdiyi barədə mübahisələr yeni deyil. Elmə müxtəlif münasibət, xüsusən 
iki k
ənar mövqedən münasibət ictimai fikir tarixində  dərin köklərə  malikdir. 
H
ələ  XVIII  əsrdə  Volterlə  Russo  arasındakı  mübahisələr həmin məsələyə  əks 
münasib
ətlərin klassik nümunəsi sayıla  bilər. Fəlsəfi cərəyanlardan pozitivizm 
v
ə  ekzistehsializm  arasındakı  başlıca  fərqlərdən biri də  məhz  onların  elmə 
münasib
ətdə bir-birinə əks olan kənar mövqelər tutmalarıdır. 
"Elmi t
ərənnüm edən" pozitivizm insanın mənəvi fəaliyyətin digər sahələrinə 
etinasızlıq  göstərdiyi kimi, "incəsənəti tərənnüm edən" ekzistensializm də  elmə 
yalnız  onun törətdiyi mənfi nəticələr  prizmasından  baxır.  Elmə  bu cür təzadlı 
münasib
ət müasir dövrdə  ssientizm və  antissientizm kimi bir-birinə  əks 
c
ərəyanların mövqeyində daha aşkar surətdə üzə çıxır (1, 106). 
Elmin, elmi-texniki t
ərəqqinin nailiyyətləri artdıqca  bu məktəblər bir-birinə 
əks olan iki cəbhəyə ayrılırlar.  
Texnikaya v
ə  onun sosial nəticələrinə  münasibət  baxımından  da  fəlsəfi 
konsepsiyaları bir-birinə əks olan mövqelərə bölünərək texnisizm və antitexnisizm 
mövqel
ərindən çıxış edirlər. Lakin ilk baxışda bir-birinə zidd olan bu cür kənar 
mövqel
ər  əslində  eyni məqsədə  xidmət  edir, müasir cəmiyyətin sosial 
ziddiyy
ətlərini pərdələmək niyyətini güdür. Belə ki, antissientizm və antitexnisizm 
mövqel
əri cəmiyyətin bütün uğursuzluqlarının təqsirini elm və texnikanın üzərinə 
atmaqla daxili sosial ziddiyy
ətləri gizlətməyə çalışır. 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə