KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə85/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   80   81   82   83   84   85   86   87   88

197 
 
O,Az
ərbaycandan uzaqlarda yaşasa da, doğma vətəni ilə əlaqəsini heç 
vaxt  üzmür,sıx  əlaqə  saxlayırdı.  Doğma  Azərbaycan dilinin tədqiqində, 
öyr
ənilməsində, elmi qrammatikasının  yaradılmasında  Kazım  Bəyin  əvəzsiz 
xidm
ətləri olmuşdu. Onun yazmış olduğu “Azərbaycan dilinin qrammatikası” 
əsəri 1839 və  1840-cı  illərdə  iki dəfə  nəşr  edilmiş,  Azərbaycan dilini 
öyr
ənənlərə, təbliğ  edənlərə  böyük hədiyyə  olmuşdu.  Böyük  alimin  
Az
ərbaycan dilinin ilk  elmi qrammatikasını tərtib etməsi, onu nəşr etdirməsi, 
xarici dill
ərə tərcümə etməsi və daim onu təbliğ etməsi onun Vətən qarşısında 
göst
ərdiyi çox böyük xidmət idi (2. s.87). 
1845-ci ild
ən sonra o, öz ömrünü Peterberq Universiteti ilə bağlamış, 
m
əhz  burada  dünya  şöhrəti  qazanmış,  rus  şərqşünaslıq  elminin  əsasını 
qoymuş,  rus  şərqşünaslarının    böyük  bir  nəslinin  yetişdirilməsində  yaxından 
iştirak etmişdi. Akademik V.V. Bartold göstərirdi ki, Mirzə Kazım Bəy və O.İ. 
Senkovski öz mühazir
ələri ilə rus şərqşünslığını yaratmışlar (5, s.42). 
O dövrün görk
əmli rus mütəfəkkirləri ilə tanışlığı, onlarla ünsiyyətdə 
olması,  Mirzə  Kazım  Bəyin  yaradıcılığına  təsir etdiyi kimi, Mirzə  Kazım 
B
əyin də  onların  həyatında,  xüsusilə,  Şərq  ədəbiyyatı  ilə  tanışlığında,  Şərq 
dill
ərinin öyrənilməsində  böyük köməyi olmuşdu. Onun L. N. Tolstoya və N. 
Q.  Çernişevskiyə  Şərq dillərini öyrətməsi dediklərimizi bir daha təsdiq edir 
(4.s.122). 
Böyük iftixar  hissi il
ə  deyə  bilərik ki, Mirzə  Mazım  Bəyin  Şərqin 
böyük dahil
ərinin,  Şərq  ədəbiyyatının  və  tarixinin Rusiyada öyrənilməsində, 
yayılmasında və təbliğində çox böyük xidmətləri olmuşdur. Mirzə Kazım Bəy 
müs
əlman hüququnun Rusiyada ilk tədqiqatçısı,  Azərbaycan dilinin ilk elmi 
qrammatikasının 
yaradıcısı, 
Dağıstanda 
Şamil 
hərəkatının 
ilk 
t
ədqiqatçılarından  biri,  Sədinin “Gülüstan” əsərinin rus dilinə  ilk 
t
ərcüməçisidir. O, Azərbaycan tarixinin öyrənilməsində  də  mühüm  işlər 
görmüşdü. “Dərbəndnamə”ni ingilis dilinə tərcümə və şərhlə nəşr etdirmişdi. 
H
əmçinin özünün yazdığı “Azərbaycan dilinin qrammatikası” nı alman dilinə 
t
ərcümə etmişdi.  Mirzə Kazım Bəyin yazmış olduğu 40-dan artıq elmi əsərin 
əksəriyyəti ingilis, fransız, alman və başqa dillərə tərcümə edilmişdir (4, s.50). 
Doğma  Azərbaycan  torpağının  şərəfini yüksəklərə  qaldırmış  Mirzə 
kazım Bəy  sağlığında ümumdünya şöhrəti qazanan, əsərləri müxtəlif dillərdə
müxt
əlif xalqlar tərəfindən maraqla oxunan və  yüksək qiymətləndirilən 
xoşbəxt adamlardan biri idi. Hələ 1835-ci ildə Rusiya Elmlər akademiyası 35 
yaşlı  alimi  öz  müxbir  üzvü  seçmişdi.  M.  Kazım  Bəy həmçinin, Amerika, 
Fransa, Almaniya, Böyük Britaniya, Danimarka v
ə  başqa  ölkələrin elmlər 
akademiyalarının  elmi  cəmiyyətlərinin həqiqi və  müxbir üzvü idi. Rus 
şərqşünaslıq elmini zənginləşdirən əsərlərinə görə O, 3dəfə yüksək Demidov 
mükafatına layiq görülmüşdür (1, s.281). 


198 
 
Mirz
ə Kazım Bəy 1870- ci ildə Peterburqda vəfat etmişdir. Akademik 
İ.N.  Borcinin  onun  haqda  yazdığı  nekroloqda  deyilir:    “Nə  qədər  ki,  Şərq 
haqqında  məlumatlar  işlənəcək-bu  iş  heç  vaxt  dayandırılmayacaqdır-Kazım 
B
əyin adı şöhrətlə çəkiləcəkdir” (4, s.29). 
Böyük uzaqgör
ənliklə  deyilmiş  bu  sözlər onun ölümündən keçən 
yüzillikl
ərdə  özünü tamamilə  təsdiq  etmiş,  Mirzə  Kazım  Bəyin  şan-şöhrəti 
daha  da  artmış,  gələn nəsillər onu böyük hörmətlə  yad  etmiş,  əsərlərindən 
faydalanmışlar. 
Öz z
əmanəsinin böyük dahilərindən biri olan  Mirzə  Kazım  Bəyin 
olduqca  coşğun  keçən həyatı  həmişə  kitabla,  kitabxanalarla  bağlı  olmuş,  O, 
s
əriştəli bibliofil kimi öz dövründə məşhurlaşmışdır. Hələ uşaq ikən atasının 
şəxsi kitabxanasında  olan  qiymətli  Şərq  əlyazmalarını  çox  həvəslə  mütaliə 
ed
ən Kazım Bəy zaman keçdikcə bu kitabxana ilə kifayətlənməmiş, o dövrdə 
D
ərbənddə, sonra isə  Həştərxanda ictimai kitabxanalardan və  digər kitab 
kolleksiyalarından geniş surətdə istifadə etməyə başlamışdı (3, s.58). 
Öz  uşaqlıq  illərindən bəhs edən    M.Kazım  Bəy  sonralar  yazırdı  ki, 
m
ənin  14  yaşım  olanda  kitab  oxumaq  işinə  ciddi  girişmişdim.  Dərbənd 
şəhərində-kitab mütaliəsinə  xüsusi diqqət yetirən  şəhərin gəncləri dərnəkdə 
“D
ərbəndnamə” əsərinin kütləvi oxusunu təşkil edirdilər. Elə olurdu ki, belə 
oxular günl
ərlə  davam edirdi. Oxunan mətnlərin təhlili belə  oxuların 
əhəmiyyətini  xeyli  artırırdı.  Daha  sonra  O,  “Dərbəndnamə”  əsərinin üzünü 
köçürm
əmiş, məcburiyyət qarşısında Dərbəndi tərk etdiyindən təəssüfləndiyini 
bildirmişdi.  Elmi-tədqiqat və  pedaqoji  işdə  mütaliənin  əhəmiyyətini yüksək 
qiym
ətləndirən  M. Kazım Bəy həmişə deyirdi ki, mən zaman keçdikcə elmi 
bilikl
ərə yiyələnməkdə  mütaliənin çox böyük vasitə olduğunu dərk etdim və 
bütün ömrüm boyu mütali
ə etməkdən zövq aldım (1, s.311). 
Mütali
əyə böyük üstünlük verən M. Kazım Bəy kitab toplamağa, şəxsi 
kitabxana yaratmağa da çox erkən yaşlarından başlamışdır. Atasının qiymətli 
kitabları qoruyub saxlamaq, şəxsi kitabxana yaratmaq təşəbbüsü onun gözləri 
qabağında  baş  verdiyindən,  o,  özünün  şəxsi  kitabxanasını  yaratmaqda  bu 
t
əcrübədən bəhrələnmişdi.  Onun  şəxsi  kitabxanası  Kazan  Universitetində 

əllimliyə  başladıqdan  sonra  formalaşmağa  başladı.  Gənc ali məktəb 

əllimi  Kazım  Bəy məhz Kazan Universitetində  Şərqşünaslıqdan  dərs 
dem
əyə  başladıqdan  sonra  Universitet  kitabxanasıda  Şərqə  aid  ədəbiyyatın 
artmasını tezliklə hiss etdi və şərqşünaslığa: Şərq dillərinə, Şərq ədəbiyyatına, 
Şərq tarixinə,  Şərq  iqtisadiyyatına  və  s.  aid  kitabları  toplamağa  başladı.  O, 
h
əmçinin    Kazan  Universitetinin  kitabxanasında  Şərqşünaslıq  fondunun 
yaradılmasına  və  daha da təkmilləşməsinə  xüsusi diqqət yetirirdi. Kazan 
Universitetinin kitabxanası M. Kazım Bəyin məsləhətinə müvafiq kitab seçib 
almaq işinə xüsusi diqqət yetirir, onunla əlaqə saxlayırdı. M.Kazım Bəy Kazan 
şəhərində böyük şərqşünas- alim, Şərq dillərinin, Şərq ədəbiyyatının görkəmli 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə