KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə86/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   80   81   82   83   84   85   86   87   88

199 
 
t
ədqiqatçısı  kimi  formalaşmış,  bütün  dünyada  məşhur  bir  şərqşünas  kimi 
tanınmışdı.  M.Kazım  Bəyin Kazanda əldə  etdiyi bu nailiyyətlər onun 
Peterburq Universitetin
ə  dəvət edilməsi  üçün  şərait  yaratdı.  1849-cu ildən 
Peterburq universitetind
ə  işləyən  M.Kazım  Bəy az bir müddət içərisində 
universitetd
ə şöhrət qazandı (2, s.44). Rus elmi ictimaiyyəti M.Kazım Bəyi rus 
şərqşünaslığının  yaradıcılarından  biri kimi qəbul etdi. Peterburq 
Universitetind
əki elmi fəaliyyəti ona dünya şöhrəti gətirdi. 
Peterburq Universitetind
ə  tezliklə  M.Kazım  Bəyə  görkəmli professor 
kimi böyük etimad göst
ərilmiş, fars dili kafedrasının müdiri seçilmiş, 1855-ci 
ild
ə Universitetdə ayrıca Şərq fakültəsi yaradılarkən  onun ilk dekanı seçilmiş, 
ömrünün axırına qədər-15 il bu vəzifədə çalışmışdı (5, s.111). 
M.Kazım Bəyin kazanda əsasını qoyduğu şəxsi kitabxanası Peterburq 
Universitetind
ə  işlədiyi dövrdə  daha da zənginləşmişdi.  Onun  mütaliə 
dair
əsinin  genişliyi,  elmlərin müxtəlif sahələri ilə  maraqlanması,  Şərq 
dill
ərindən  başqa  bir  neçə  xarici dildə  sərbəst mütaliə  etməsi  şəxsi 
kitabxananın  hərtərəfli zənginləşmsi  zərurətini  yaradırdı.  O,  şəxsi 
kitabxanasının  həm müxtəlif elm sahələri,  həm də  bir  çox  Şərq və  Avropa 
dill
ərində  kitablarla komplektləşdirilməsinə  xüsusi diqqət yetirirdi və 
kitabxananı zənginləşdirmək  üçün vəsait əsirgəmirdi. Məhz buna görədir ki, 
M.Kazım  Bəyin  şəxsi  kitabxanası  o  dövr  Peterburq  Universitetinin  alimləri 

ərisində  ən böyük və  zəngin  şəxsi  kitabxana  sayılırdı  (1,  s.299).  Onun 
kitabxanası təsadüfi toplanmış kitab yığını deyildi. Düşünülmüş, ardıcıl olaraq 
elmin t
ələbatına və ixtisasına uyğun  sistemli qaydada seçilmiş bir kitabxana 
idi. Kitabxanada şərqşünaslığa dair nadir, ən qiymətli əlyazmalar toplanmışdı. 
M.Kazım  Bəyin tədqiqatçısı,  hüquqşünas  alim  A.  Rzayev  göstərir ki, onun 
kitabxanasında  Sədinin “Divan”ının  1802-ci il London nəşri,  134-cü il Paris 
n
əşri,  1846-cı  il  Leypsik  nəşri,  1855-ci il Təbriz nəşri,  Hafizin  “Divanı”nın 
1841-ci il Konstantinopol n
əşri,  1842-ci il Tehran nəşri,  1854-cü il Leypsik 
n
əşri,  Nizami  Gəncəvinin “Xəmsə”sinin  1819-cu il Paris nəşri,1812-ci il 
K
əlküttə  nəşri,  1844-cü il London nəşri  və  s. nəşrlər  olmuşdur.  Bunlarla 
yanaşı, kitabxanada Nizaminin “İsgəndərnamə”, “Leyli və Məcnun”və  “Sirlər 
x
əzinəsi” əsərlərinin bir neçə variantı, Füzulinin “Divan”ı da var idi. M.Kazım 
B
əyin  kitabxanasında  Şərq klassiklərinin  əsərləri  çox  geniş  səpkidə  təmsil 
edilmişdi (1, s.305). 
Firdovsinin, Rud
əkinin,  Caminin,  Xaqaninin,  Ənvər Soxeylinin, 
İmaminin,  M.F.Axundovun,  A.Bakıxanovun  əsərləri kiabxana fondunda 
mühüm yer tuturdu. Rus elmin
ə,  ədəbiyyatına  və  tarixinə  hörmət edən, onu 
böyük m
əhəbbətlə  öyrənən, tədqiq və  təbliğ  edən  M.Kazım  Bəyin 
kitabxana
sında  rus  alimlərindən Senkovskinin, Dornun, Berenin, Vasilyevin, 
Popovun,  Viskovun,  Kassoviçin,  Şmidtin,  Şarmianın,  Frenanın,  Zaxarovun, 
Leontyevin, Xvoleonanın və s. əsərləri geniş təmsil olunmuşdu (2, s.81). 


200 
 
Kitabxanada fransız alimlərindən Qorsen de Tasinin, Joberanın, Amio 
Jozefin,  Piera Şarlın, Lovenin, Abel Remyunanın, Antekil Düliperronanın və 
s., ingilis aliml
ərindən  Rostanın,  Morissonun,  Robertin  və  s., alman 
aliml
ərindən Şleseranın, Sott Vilhelmin, Qrotoford Fridrixin və s., Danimarka 
aliml
ərindən  Nibur  Karstenanın,  Avstriya  alimlərindən Qammer 
Purqştaeyanın,  Qədim Yunan alimlərindən Platonun, Aristotelin, Epikürün, 
Heraklitin, Emnedoklanın, Demokritin, şairlərdən Homerin, Heriodanın və s. 
əsərləri toplanmışdı (2, s.83). 
H
əmçinin  M.Kazım  Bəyin kitabxanasında  müxtəlif elm sahələrindən: 
astronomiyaya, riyaziyyata, h
əndəsəyə,  triqonometriyaya,  coğrafiyaya, 
hüquqşünaslığa,  qrammatikaya,  dilçiliyə, tarixə, fəlsəfəyə, arxeologiyaya, 
m
əntiqə,  ədəbiyyatşünaslığa,  şərqşünaslığa  və  s.  aid  çoxsaylı  kitablar 
toplanmışdı.  M.Kazım  Bəy  kitabxanasını  soraq-məlumat  ədəbiyyatı  ilə  də: 
ensiklopediyalarla, müxt
əlif elm sahələrinə aid məlumat kitabları ilə, bir çox 
dünya dill
ərinə aid lüğətlərlə zənginləşdirmişdi (1, s.300). 
Mirz
ə Kazım Bəyin vəfatından sonra onun ömrü boyu böyük çətinliklə 
əldə  etdiyi,  toplayıb,  qoruyub  saxladığı  zəngin elm xəzinəsi  olan  şəxsi 
kitabxanası  Peterburq  Universitetinin  kitabxanasına  verilmişdir.  Kitabxana 
kitabları  qəbul edərkən  onun  siyahısını  tərtib  etmişdi.  Bu  siyahıya  259  Şərq 
əlyazmasının və kitabların adı daxil edilmişdir. Bundan başqa M.Kazım Bəyin 
t
ədqiqatçısı  A.Rzayev    “XIX  əsr Azərbaycan alimləri və  mütəfəkkirləri 
haqqında  oçerklər”      (Bakı,  1969)  kitabında  M.  Kazım  Bəyin  şəxsi 
kitabxanasında  saxlanılan  kitabların  siyahısını  tərtib  etməyə  müvəffəq 
olmuşdur.  Bu  siyahıda  müxtəlif dillərdə  olan  391  kitabın  adı  vardır.  Bu 
kitablar dill
ər üzrə aşağıdakı kimi bölünmüşdür: rus dilində 40, fransız dilində 
96, ingilis dilind
ə  38, alman dilində  62,  latın  dilində  97,  ərəb, fars və  türk 
dill
ərində 58 kitab. 
M.  Kazım  Bəyin  şəxsi  kitabxanası  haqqında  ayrıca  araşdırmalar  
aparılmadığından onun fondunun miqdarı  və tərkibi haqqında dəqiq məlumat 
verm
ək  mümkün  deyil.  Şübhə  yoxdur  ki,  M.  Kazım  Bəyin  kitabxanasında 
göst
ərilən rəqəmlərdən qat-qat çox kitab və  elmi  jurnal  olmuşdur. 
Kitabxananın  jurnal  fondu  haqqında,  ümumiyyətlə, heç bir məlumat yoxdur 
(1, s.299). 
Bel
əliklə,  M.Kazım  Bəyin  şəxsi  kitabxanasının  kitab  fondu  haqqında 
Peterburq Universuteti t
ərəfindən tərtib  edilmiş  siyahısını  tam  hesab  etmək 
olmaz. Bu siyahı Peterburq Universitetinin M. Kazım Bəyin kitabxanasından 
seçil
ərək    kitabxanaya  aldıqları  kitabların  siyahısıdır.  M.  Kazım  Bəyin 
kitabxanasında  olan  bədii  ədəbiyyat, o cümlədən rus ədəbiyyatı,  rus 
klassikl
ərinin əsərləri, müasir dövrün ədəbiyyatı, M.Kazım Bəyin öz əsərləri, 
dövri m
ətbuat siyahıya daxil edilmişdir. 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə