KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə87/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   80   81   82   83   84   85   86   87   88

201 
 
Mirz
ə Kazım Bəy böyük tədqiqatçı-alim olmaqla yanaşı, kitabı sevən, 
onların gələcək nəsillər üçün qorununub-saxlanılmasına xüsusi diqqət yetirən, 
o dövrün kitabxanalarının komplektləşdirilməsinin qeydinə qalan böyük kitab 
t
əbliğatçısı olmuşdur.  XIX əsrdə Rusiyanın böyük ali məktəb kitabxanaları ilə 
yaxından tanış olan M.Kazım Bəy  Kazan, Peterburq, Odessa universitetlərinin 
kitabxanalarına xeyli kitab bağışlamışdır (2, s.64). 
Mirz
ə Kazım Bəy Kazan Universitetində işləyərkən həmişə universitet 
kitabxanası  ilə  əlaqə  saxlamış,  onun  komplektləşdirilməsi  işində  yaxından 
iştirak  etmiş,  kitabxananın  Şərq  fondunun  yaradılmasına  xeyli  əmək sərf 
etmişdir. M.Kazım Bəy öz məsləhətləri ilə kitabxanaya kömək etməklə yanaşı, 
1848-ci ild
ə şəxsi kitabxanasından bu kitabxanaya ərəb, fars və türk dillərində 
203 adda qiym
ətli əlyazması vermişdir. Məhz bu kitablarla kitabxananın Şərq 
şöbəsinin əsası qoyulmuşdu (4, s.100). 
M.Kazım  Bəy  şərqşünaslığa  aid  kitabları  və  qiymətli  əlyazmalarını 
toplamaqla kifay
ətlənmirdi, həmçinin onun Rusiyada və  dünyanın  digər 
ölk
ələrində təbliği sahəsində də mühüm işlər görürdü. 
Mirz
ə  Kazım  Bəy Kazan Universitetində  işləyərkən bu universitet 
kitab mübadil
əsi yolu ilə müntəzəm olaraq şərqşünaslığa dair kitabları Çinə, 
Hindistana,  Əfqanıstana,  İrana,  Türkiyəyə, Misirə, həmçinin,  Qərb 
ölk
əlkərinə göndərirdi. Bu dövrdə M.Kazım Bəyin öz əsərlərindən “Türk-tatar 
dill
ərinin ümumi qrammatikası”(1846) və “Müsəlman hüquqşünaslığı”(1845) 
kursuna böyük t
ələbat var idi (2, s.55). 
Kazan, Peterburq, Odessa universitet kitabxanaları ilə yanaşı, Moskva 
Universiteti  kitabxanası,  Peterburq  Ümumi  Kitabxanası  və  Rusiya Elmlər 
Akademiyasının  Kitabxanası  da  Şərq  fondlarını  yaratmaq  üçün  M.Kazım 
b
əyin kitabxanasından istifadə  etmişlər (5, s.122). 
Mirz
ə  kazım  Bəyin elmi və  pedaqoji fəaliyyətində  kitabxana  işi  və 
kitabxanaşünaslıq məsələləri də mühüm yer tutur. Mədəni inkişafda və təhsil 
prosesind
ə  kitabxana  işinə  yüksək qiymət verən  M.Kazım  Bəy  
kitabxanaşünaslığın  nəzəri problemləri  haqqında  bir  çox  qimətli fikirlər 
söyl
əmişdir.  M.Kazım  bəyin  kitabxana  işinə  dair mülahizələrinin, elmi 
görüşlərinin əsasını 1852-ci ildə yazdığı “ Sankt Peterburq İmperator Ümumi 
Kitabxanasında Şərq əlyazmaları və kalliqrafiyalarının təsviri” məqaləsi təşkil 
edir (1, s.301). Bu m
əqalədə  M.  Kazım  bəy  dünya  kitabxanaşünaslıq  fikri 
tarixind
ə demək olar ki, ilk dəfə kitabxana kataloqunun elmi mahiyyətini açır, 
ədəbiyyatın  kataloqlaşdırılmasına  elmi-nəzəri istiqamət verir.  O,  yazır: 
“Kataloq elml
ər ailəsinə,  kitabsaxlayıcı  və  kitabxanalara məxsus olub, elm 
x
əzinəsinin  açarı,  onun  gizli  sirlərinin göstəricisidir”. Daha sonra müəllif 
kitabxana  kataloqu  haqqında  ancaq  özünəməxsus olan bir təhlil tərzində 
aşağıdakı  fikri  söyləyir: “Kitabxana kataloqsuz fayda verə  bilməz: o, öz 
fikirl
ərini ətrafdakılara çatdıra bilməyən lala bənzəyər” (1, s.284). 


202 
 
M
əqalədə  M.Kazım  Bəy 1852-ci ildə  S-Peterburq Umumi 
kitabxanasının  Şərq  ədəbiyyatı  fondunun  kataloqunun  hazırlanıb  çap 
edilm
əsinin  əhəmiyyətini,  bu  işdə  rus alimlərinin  əməyini çox yüksək 
qiym
ətləndirib, həmin kataloqun mahiyyətini  açır,  Rusiyada    və  digər 
ölk
ələrdə nəşr edilmiş kataloqlardan üstün cəhətlərini göstərir. Müəllif burada 
bir  kitabxanaşünas  alim  kimi,  müasir  elmi  dillə  desək,  sistemli  yanaşma 
metodundan istifad
ə edərək  həmin  kataloqun aşağıdakı mühüm əlamətlərini 
göst
ərir: 
1.Kitabxananın Şərq fondunun bütün zənginliyinin, Şərq aləminin təfəkkür və 
m
ədəniyyət xəzinəsinin tam təsvir edilməsi. 
2.Z
əngin və qiymətli biblioqrafik məlumatları əks etdirən elmi əsər. 
3. Faydalı Şərq və Qərb biblioqrfik mənbələri üzrə tədqiqatçılar üçün açar. 
4. Bütün Avropada Şərq əlyazmaları və ksilloqrafiyalarına dair nəşr edilmiş ilk 
dolğun və dəqiq kataloq. 
5.İmperator Ümumi Kitabxanasının ilk çap kataloqu. 
6. Çox göz
əl nəşr əsəri. 
Daha sonra mü
əllif özünün yüksək  kitabxanaşünas-biblioqraf 
s
əviyyəsini  nümayiş  etdirərək kataloqun mühüm hissələrini xarakterizə  edir, 
onun t
ərtibi  metodikasının  açıq  təhlilini verir, S-Peterburq Ümumi 
Kitabxanasının Şərq ədəbiyyatı fondunun yaranması və formalaşması tarixini 
işıqlandırır, fondun dillər üzrə tərkibini təsvir edir (1, s.296). 
M
əqalədə  ümumi  kitabxananın  Şərq  fondunun  yaranması  və 
formalaşmasının əsas tarixi mərhələləri qeyd edilir ki, bu fondun 1814-1824-
cü ill
ərdə Şərq nadir əlyazmaları manuskriptləri əsasən satınalma və müxtəlif 
ian
ələr yolu ilə, 1828-1830-cu illərdə  isə  işğalçılıq  yolu  ilə  İrandan, 
Türkiy
ədən və  Dağıstandan  gətirilmiş,  440  nüsxə  zəngin və  nəfis  əlyazma 
hesabına,  sonralar  isə  müxtəlif yollarla  kitabxanaya  alınmış  qiymətli 
kolleksiyalar vasit
əsilə formalaşıb zənginləşmişdir (2, s.78). 
M
əqalədə  çap kataloqunda tətbiq  edilmiş  biblioqrafik  təsvir 
qaydalarının  mahiyyəti  açılır,  təsvirlərin bütün ünsürləri (manuskriptlərin ili, 
yaranması xüsusiyyətləri, kalliqrafik adı,  meydana gəldiyi ölkə, şəhər, zahiri 
t
ərtibatı,  əlamətləri və  bədiiliyi, həcmi, nöqsan cəhətləri və  s.) xarakterizə 
edilir. 
Daha sonra m
əqalədə kataloqun biblioqrafik təsvirlərdə əks etdirilmiş 
h
ər  bir  manuskript  haqqında  verilən  əlavə  məlumatlar  sadalanır  və  onların 
əhəmiyyəti göstərilir.  Bunların  işərisində  M.Kazım  Bəyin  Şərq  əlyazmaları, 
saxlayıcılar üçün xüsusi əhəmiyyət kəsb edən avtoqrafların,əlyazmasının, ilk 
nüsx
əsi, onun Avropada meydana gələn digər nüsxələri  haqqında  verilən 
m
əlumatların əhəmiyyətini xüsusi qeyd edir. 
Kataloqda t
ətbiq edilən  biblioqrafiyalaıdırma  metodlarının  təhlilini 
M.Kazım  Bəy  olduqca  obrazlı  şəkildə  ümumiləşdirərək  yazır:  “İmperator 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə