Klonlaşdırma və sosiologiya



Yüklə 76,65 Kb.
Pdf görüntüsü
tarix22.10.2018
ölçüsü76,65 Kb.
#75545

background image
Klonlaşdırma müasir dövrün sosial-tibbi 

problemi kimi 

Ağayev Əsədulla Atamoğlan oğlu 

ATU-nun Pediatriya fakultəsinin II kurs, 413-cü qrup tələbəsi 

 

   Klonlaşdırma günümüzün ən aktual problemlərindən biridir. O elmin müxtəlif 



sahələrində böyük əks-sədaya səbəb olub. Klonlaşdırma nədir? Nəyə görə bu mövzu 

indi bir çoxlarını düşünməyə vadar edir? Onun cəmiyyətdə rolu və təsiri nə dərəcədə 

əhəmiyyətlidir? 

   Klonlaşdırmanı süni mayalandırma ilə səhv salmaq lazım deyil. Süni mayalan- 

dırma zamanı dişi yumurtahüceyrənin erkək toxumu(spermatozoid) ilə mayalanması- 

dır. Klonlaşdırma isə dişi yumurtahüceyrənin haploid nüvəsini kənarlaşdırılaraq baş- 

qa bir orqanizmin diploid nüvəsinin bu yumurtahüceyrəyə yeridilməsidir. Bunun nəti- 

cəsində elə bir fərd  meydana gəlir ki, o, diploid nüvəsini götürdüyümüz orqanizmlə 

tamamilə oxşar olur. Əvvəllər belə hal ancaq ekizlərdə müşahidə olunurdusa, klonlaş- 

dırma zamanı bu qanunauyğunluq kimi özünü göstərir. Bunu izah etmək asandır. Mə- 

sələ burasındadır ki,  diploid nüvəsi yumurtahüceyrənin daxilinə düşən kimi özünü 

normal halda yumurtanın mayalanmasından alınan ziqot kimi aparır və beləliklə də 

bölünür. Bölünmənin bütün mərhələləri normal ziqotda olduğu kimi gedir. Nəticədə 

yaranan yeni orqanizm  diploid nüvəsini götürdüyümüz orqanizmə genotip cəhətcə 

tam oxşayır. Bu o deməkdir ki, bu nəsil bütün xüsusiyyətlərinə görə(xasiyyəti, isteda- 

dı, imkanları və s.) eyni liə diploid nüvəsini götürdüyümüz orqanizmə bənzəyir. Bu 

baxımdan klonlaşdırma elmin son nailiyyətlərindən hesab olunur.   

   İndiyə qədər məlum idi ki, dünyada bir-birinə oxşayan iki insan tapmaq müm- 

kün deyil, klonlaşdırma isə bu fikirləri alt-üst etdi. Lakin “oxşamaq” kəlməsi burada 

şərti işlədilib. Çünki əgər yeni nəsil diploid nüvəsini götürdüyümüz orqanizmə təsir 

edən xarici amillərə məruz qalmasa, onun xasiyyətində müəyyən dəyişikliklər hiss 

olunacaq. Bu fikrin doğruluğunu isbat etmək üçün Avropada 20-ci əsrin əvvəllərində 

belə bir təcrübə aparılıb: Bir ailədə doğulan iki ekiz qızların birini varlı, digərini isə 

kasıb ailəyə saxlamağa verirlər. Bu qızlar müxtəlif mühitlərdə böyüdüklərinə görə 

eyni genotipə malik olmalarına baxmayaraq xasiyyətlərində müəyyən dəyişikliklər 

baş verib.  

  Klonlaşdırma müxtəlif məqsədlərlə aparılır. Bu baxımdan onu iki hissəyə ayır- 

maq olar: terapevtik və reproduktiv klonlaşdırma. 

          Terapevtik klonlaşdırma 14 günlük (2 həftəlik) rüşeymin inkişafının dayandı-  

rılması yolu ilə bu rüşeymin differensasiya etməmiş sütun hüceyrələrinin əldə 

olunmasıdır. Bu əməliyyat o məqsədlə aparılır ki, rüşeym hüceyrələri tam differen-

sasiya etmədiyindən onu insan orqanizminin hər hansı orqanının xəstə və ya ölmüş 

hüceyrələri ilə əvəz etmək olar. Çünki sütun hüceyrələri elə bir hüceyrələrdir ki, or-

qanizmin hər hansı hüceyrəsinə çevrilə bilər. Bu üsulla müalicəsi çətin olan bir çox 



xəstəliklərə qarşı (qastrit, infarkt miokard Parkenson xəstəliyi, ürək, qaraciyər, sü- 

Yüklə 76,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə