Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə1/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
  1   2   3   4   5   6   7   8   9   ...   93



s
il t rcüm olunub n şr edilmişdir
ifarişi ə ə
ə
ə
Эта книга переведена и издана
заказу фонда поддержки
по
политики тюркоязычных государств.
Kитеп бекер таркатылат
Kitab pulsuz yayılır
Книга распространяется бесплатно
Бóл кèтåп Ò¿рк тèлä¿¿ мамлåкåттåрäèн ñаяñатûн колäоо
Фонäóнóн
.
çакаçû мåнåн которóлóп áаñûлäû


3
Muxtar Şaxanov
HƏQİQƏT FORMULU 
VƏ MƏHƏBBƏTİN  
EVEREST  ZİRVƏSİ
Dostum-qardaşım Ç. Aytmatov barədə esse


4
Muxtar  Şaxanov (d.2 iyul 1942, Otrar, Qazaxıstan) - tanınmış qazax 
yazıçısı, hüquqşünası, Qazaxıstanın Qırğızıstandakı  səfi ri,  Qazaxıstan 
Parlamentinin üzvü, «Zalyn» jurnalının baş redaktoru. 
Qazaxıstanın xalq yazıçısı, türk xalqları arasında “Dünyanın  ən yaxşı 
şairi” mükafatının qalibi Muxtar Şaxanovun “Həqiqət formulu və 
Məhəbbətin Everest zirvəsi” kitabı Azərbaycan oxucusu ilə böyük həcmdə 
ilk görüşüdür. Ciddi məqamlra toxunan bu kitab yazarın Çingiz Aytmatovla 
birlikdə yazdığı  «Uçurum üzərində ovçu fəryadı», “Sokratın xatirə 
gecəsi” əsərlərindəki esselərdən də faydalanaraq böyük həqiqətləri ortaya 
qoyur. Kitab-essedə Çingiz Aytmatovun həyatından oxuculara məlum 
olmayan maraqlı, həmçinin vətəndaş mövqeyi, dövləti və milli maraqları 
şəxsi mənafeyindən üstün tutmasını  əks etdirən konkret faktlar, müəllifl ə 
dost-qardaş münasibətləri  əksini tapıb. Eyni zamanda, Muxtar Şaxanov 
Çingiz Aytmatovun qaldırdığı manqurtlaşma prosesinə toxunur, bu prosesi 
ən incə detallarına qədər araşdırır və BMT-yə, YUNESKO-ya azsaylı 
xalqlar adından təklifl ərini çatdırır. Kitabda Azərbaycan ictimai-siyasi 
tarixinin sonuncu mogikanı Heydər Əliyevə həsr edilmiş bir bölüm də var. 
Bütün bunlarla bərabər, kitabda şəxsiyyətə pərəstiş problemi, prezidentlər 
Qorbaçov, Yeltsin, Akayev, Kərimov haqqında xatirələr, milyarder Soros, 
şairlər Yevtuşenko, Voznesneski ilə bağlı düşüncələr  əksini tapıb. Kitab-
essedə qaldırılan və müasir dövrü əhatə edən bir çox kəskin aktual 
problemlər bizim ədəbi mühit üçün də fundamental əhəmiyyətə malik ola 
bilər. Kitabın azərbaycan dilinə tərcüməsi Qırğızıstanın başkəndi Bişkekdə 
fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi 
ilə  həyata keçirilib. Fondun prezidenti Nüsrət Məmmədovun yaxından 
dəstəyi və maliyyə vəsaiti ilə ərsəyə gələn kitab bir çox ölkələrdə olduğu 
kimi Azərbaycanda da maraqla qarşılanacağına umudvarıq.                 
Təşəbbüskar:  Türkdilli Dövlətlərin Siyasətinə dəstək 
Fondunun prezidenti 
Nüsrət Məmmədov 
Kitabın redaktoru: Vəli Əkbər
Tərcümə edən: Şahin Əliyev


5
ÖZÜNƏ BAXIŞ ÜÇÜN GÜZGÜ
Muxtar Şaxanov Azərbaycan oxucusu üçün bütün ayrıntıları ilə 
tanış yazar olmaya bilər. Amma əlinizdə tutduğunuz bu kitab sizə 
təkcə bu imzanı, onun cəsarətli addımlarını tanıtmayacaq. Sovetlərin 
mövcudluq tarixinin son kəsimindən  və  qırmızı imperiyanın 
caynağından xilas olmuş ölkələrin keşməkeşli ilk müstəqillik 
illərindən maraqlı söhbətlər edəcək. 
Bir redaktor kimi kitabı hazırlayan zaman gözümün önünə ilk 
gələn anlayış güzgü oldu. Kitabda əks olunan zaman kəsiyi özümün  
də bütün halları ilə yaşadığım tarixi yenidən canlandırdı. Güzgü 
effekti təkcə tarixin xronologiyası ilə məhdudlaşmır, insanlığın hansı 
hisslərlə yaşadığını, dünyanın necə idarə olunduğunu da əks etdirir. 
“Həqiqət formulu və  Məhəbbətin Everest zirvəsi”i  əsəri həm də 
insani və siyasi böhranları əks etdirən mənəvi-fəlsəfi  bir traktatdır.
Kitab bəşəriyyəti hər gün uçuruma aparan həqiqətləri açıq şəkildə 
öz oxucusuna çatdırmağa çalışır. Hakimiyyət, siyasi münasibətlər 
problemlərini deşifrə edir. Qədim Şərq metodologiyasından istifadə 
edilərək yazılmış əsər ruh etibari ilə türk danışıq tərzini, ərkyanalığını, 
cəsarətini özündə bulundurur.  
Muxtar  Şaxanov vətənpərvər və türkçü bir şairdir. Onu hamı 
sevmir, xüsusi ilə  də türkçülükdən cin bismillahdan qorxan kimi 
qorxan vəzifə, var-dövlət düşkünləri. O, açıq desəm, beynəlxalq 
irticanın “ölüm siyahısı”nda olan türk kişilərindəndir. Bu gün 
Azərbaycan oxucusu üçün qazaxın bir çox tanınmış imzaları var, 
tez-tez gördüyümüz Oljas Süleymenov kimi. Amma Muxtar ağa 
Oljas Süleymenov deyil, yəni təkcə qələmi əlinə götürüb yazmaqla 
məşğul olmur. Tarixin ən dolambac zamanında üzə çıxır, hadisələrin 
episenrtində olur. Sözdə yox, əməldə, gözgörəsi sözünü deyən, vətən, 
xalq naminə qanını qaşığa qoymağı bacaranlardandır. Hələ sovetlər 
dönəmində o, SSRİ Ali Sovetinin deputatı olarkən, Moskvada Ali 
Sovetin sessiyasında tribunaya çıxaraq birbaşa Qorbaçovun üzünə: 
“siz aşkarlıqdan danışırsız, amma milyonlarla türk xalqının haqsız 
olaraq deportasiya olunmasına göz yumursuz”.  Krım tatarlarını 


6
missal gətirərək, onların  əzəli torpaqlarına qaytarılmasının vaxtı 
çatdığını bildirib. Cəsarətlə  əlavə edib ki, nədənsə bu qadağalar, 
haqsızlıqlar yalnız SSRİ-də yaşayan türk dilli dövlətlər üçün nəzərdə 
tutulur. Oxuyacağınız bu kitabda siz SSRİ-nin ilk prezidenti olmuş 
Qorbaçovla bir neçə stuatsiyada yenidən görüşəcəksiniz. Bu dəfə 
hakimiyyəti illərində türkün qənimi kəsilmiş bir tiran yox, Muxtar 
ağanın qarşısında məğlub duruma düşmüş, hətta onunla üz-üzə 
gəlmək cəsarətində olmayan Qorbaçov görəcəksiniz. 
Kitabda qarşılaşacağınız simalar dövrünün ən böyük 
şəxsiyyətləri və anti-şəxsiyyətləridir. Muxtar Şaxanov kitabda 
topladığı esselərində bütün ziddiyyətləri ancaq bir amal üçün ortaya 
cəmləyib: insanlığın haqq yolundan necə sapındığını göstərmək, 
keçəri hisslərin əbədiyyət məfkurəsində yeri olmadığını sübutlamaq.
Bütün bunlar Muxtar ağa tərəfi ndən anlaşıqlı dildə, populyar 
janrda qələmə alınıb. Kitabı oxuyan hər kəs, adi insanından aliminə 
qədər, mövcud halımızı, türk halını anlamaqda heç bir çətinlik 
çəkməyəcək.  Ədəbi sözün bədii rəngləri ilə çalarlanan “Həqiqət 
formulu və  Məhəbbətin Everest zirvəsi” kitabını oxuyarkən adi 
həqiqətlərlə rastlaşacaqsınız, amma nə zamansa deyə bilmədiyiniz 
sözləri özünüz demiş kimi görünəcəksiniz. Bu kitab sizin bir insan 
kimi həm də özünüzə - üzünüzə tutduğunuz güzgü olacaq.
“Həqiqət formulu və  Məhəbbətin Everest zirvəsi” cəsarətli 
yazılarla yanaşı, səmimi münasibətlər, lirik şeirlərlə  də  zəngindir. 
Burada siz sevdiyiniz şairlərdən nümünələrlə  bərabər  Şaxanov 
poeziyasının da dadına baxacaqsınız. Kitabın isə vahid bir qəhrəmanı 
var: Dünyaca şöhrətli, möhtəşəm qələm sahibi, qırğız türkü Çingiz 
Aytmatov. “Həqiqət formulu və Məhəbbətin Everest zirvəsi” Çingiz 
Aytmatovun özünün də iştirak etdiyi hissələrlə ona ittihafdır. Mux-
tar  Şaxanov Çingiz Aytmatovla dostluğunun tarixçəsi üzərində bu 
əsərin süjet xəttini qurub. Tanışlığın zirvəsindən başlayıb dostluğun 
zirvəsi ilə hərəkət edib əbədiyyətin zirvəsində - “Ata-Beit”də başa 
çatır “Həqiqət formulu və Məhəbbətin Everest zirvəsi”.


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə