Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə1/10
tarix28.06.2018
ölçüsü0,88 Mb.
#52212
  1   2   3   4   5   6   7   8   9   10


                              F. 

Köçərli adına 

 

                  

Respublika Uşaq Kitabxanası

 

                       

 

 

 

 

 

 

 

 

 

Şeirimizin sübh çağı Mikayıl Müşfiq 

 

Mikayıl  Müşfiqin  110  illik  yubileyi 

münasibətilə  mərkəzi 

kitabxanalarının uşaq şöbələri, MKS-in şəhər, qəsəbə, kənd kitabxana 

filialları üçün hazırlanmış metodik vəsait 

 

         

 

 

 

Bakı – 2018 


 

Tərtibçilər:                                      Aynurə Əliyeva 



                                           

           Sevil Əhmədova 

  

Redaktor:                                         Könül Ağazadə 

 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 

buraxılışa məsul:                             Əməkdar Mədəniyyət işçisi                                    

                                                   

        

     Şeirimizin  sübh  çağı  Mikayıl  Müşfiq:  Mikayıl  Müşfiqin 

110  illik  yubileyi  münasibətilə  mərkəzi  kitabxanaların  uşaq 

şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün 

hazırlanmış  metodik  vəsait  /  Azərbaycan  Respublikası 

Mədəniyyət  Nazirliyi,  F.  Köçərli  ad.Respublika  Uşaq 

Kitabxanası;  tərt.ed.  A.Əliyeva;  ixt.red.  və  burax.məsul  Ş. 

Qəmbərova; red. K. Ağazadə. - Bakı: F. Köçərli ad.Respublika 

Uşaq Kitabxanası, 2018. – 40 s.   

 

 

 



 

 

 

 

    

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018 


 

Tərtibçidən 

                                                         Hər yerdə düzələn toy-büsat mənəm, 

                                                         Ulduzlarla edən ixtilat mənəm. 

                                                         Mənim azadlığım qucağa sığmaz, 

                                                         Yer mənəm, göy mənəm, kainat mənəm. 



Mikayıl Müşfiq 

     Qələm  əhlinin  ömrü  kitablarının,  hafizələrdə  yaşayan 

misralarının  ömrü  qədərdir.  Ona  görə  də  onlara  açılan  qəfil 

güllələr,  ömürlərini  susduran  hökmlər  gücsüz  və  gülünc 

görünür. Bir anda ömürlərinə son qoyulan bu şəxsiyyətləri əsrlər 

boyu  susdurmaq  olmur.  Belə  sənətkarlardan  biri  də  Mikayıl 

Müşfiqdir.  Ümumiyyətlə,  Mikayıl  Müşfiq  haqqında  cəsarətlə 

demək olar ki, o, Azərbaycanın heç vaxt sönməyən, əbədiyanar 

və  əbədiyaşar  şairlərindən  biridir.  Müşfiq  əbədi  olaraq  xalqın 

qəlbində, ədəbiyyatında yaşamaqdadır. Mikayıl Müşfiq təpədən 

dırnağa fitri istedad sahibi, sözün əsl mənasında qəlbin, ruhun 

şairidir.  Həyat  sevgisi,  coşqun  poeziyası,  yaşına  uyuşmayan 

müdrikliyi  ilə  çoxundan  seçilən  Mikayıl  Müşfiq  xalqına, 

millətinə bağlı bir söz sərrafı idi. Şairin şeirləri, onlara yazılmış 

mahnılar bu gün də qəlbləri oxşayır. Mübaliğəsiz demək olar ki, 

Müşfiq ən çox sevilən, oxunan nəğməkar şairlərdən biridir.  

     İyirmi  doqquz  yaşında  repressiyaya  məruz  qalmış  Mikayıl 

Müşfiq  artıq  110  yaşındadır.  İndi  bu  yubiley  yaşını  təəssüflər 

olsun  ki,  onsuz  qeyd  edirik...

 

Belə  qısa  həyatına  baxmayaraq, 



M.Müşfiq Azərbaycan xalqı üçün 29  illik ömrünə sığdırdığı əsl 

sənət xəzinəsini yadigar qoyub.  

     Mikayıl Müşfiqin 110 illik yubileyi münasibətilə yazılmış bu 

vəsait  “Giriş”  və  “Keçiriləcək  tədbirlər”  hissəsindən  ibarətdir. 

Vəsaitin  “Giriş”  hissəsində  Mikayıl  Müşfiqin  həyat  və 

yaradıcılığından söhbət açılır. İkinci hissədə isə kitabxanalarda 

keçiriləcək tədbirlərdən bəhs olunur.  



 

Giriş 

     Mikayıl  Müşfiq  5  iyun  1908-ci  il  tarixində  Bakıda  anadan 

olub.  Ziyalı  ailəsində  doğulan  və  əslən  Azərbaycanın  gözəl 

guşələrindən  biri  Xızı  rayonundan  olan  Mikayıl  Müşfiq  iki 

aylığında anasını, altı  yaşında isə atasını itirib. Valideynlərini 

belə  erkən  itirməsinə  baxmayaraq  şair  həyatdan  küsməyib  və 

oxumağın,  təhsilin  dəyərini  anlayaraq  bu  istiqamətə  yönəlib. 

İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alan şair 

o  zamankı  Azərbaycan  Dövlət  Darülfünunun  dil  və  ədəbiyyat 

fakültəsini  bitirib.  M.Müşfiq  əmək  fəaliyyətinə  pedaqoq  kimi 

başlayıb.  Mikayıl  Müşfiq  yeddi  il  Bakı  orta  məktəblərində 

müəllimlik etmişdir. Şairin son iş yeri olan 18 saylı Bakı şəhər 

orta məktəbi hazırda onun adını daşıyır. Poetik yaradıcılığa isə 

1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” adlı 

şeiri ilə başlayan M.Müşfiqin bundan sonrakı həyatı unudulmaz 

şeirlər,  hekayələr  yazmaq  və  ciddi  bədii  tərcümələr  etməklə 

keçmişdir.  1930-1937-ci  illərdə  onun  beş  tərcümə  kitabı  nəşr 

edilmişdir.  Bunlar  A.S.Puşkinin  “Qaraçılar”  (Ş.Abbasovla 

birlikdə),  Taras  Şevçenkonun  “Kobzar”  (Əhməd  Cavadla 

birlikdə),  Yegişe  Çarensin  “Şeirlər”,  S.Y.Marşakın  “Huşsuza 

bax,  huşsuza”,  M.F.Axundovun  “A.S.Puşkinin  ölümünə  şərq 

poeması” kitablarıdır. 

     Mikayıl  Müşfiq  1938-ci  il  6  yanvarda  repressiya  dövründə 

güllələnmişdir.  Xatirəsini  əbədiləşdirmək  üçün  Bakıda  büstü 

qoyulmuş,  qəsəbəyə,  məktəbə,  küçəyə  və  meydana  adı 

verilmişdir. Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın qarşısına 

xatirə lövhəsi vurulmuşdur. 



     Görkəmli  şairimiz

 

Mikayıl Müşfiqin anadan olmasının 110 



illik  yubileyi  ilə  əlaqədar  olaraq,  bir  sıra  tədbirlər:  kitab 

müzakirəsi,  oxucu  konfransı,  rəsm  və  şeir  müsabiqəsi,  icmal, 

ədəbi-bədii  gecə  keçirilə  bilər.  Şairi  sevdirmək,  yaradıcılığını 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə