Köçərli adına


I Bölmə: Mətbuat – Cəhalət və zülmət dünyasını nurlandıran



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix12.10.2018
ölçüsü0,94 Mb.
#73739
1   2   3   4   5   6   7

 

I Bölmə: Mətbuat – Cəhalət və zülmət dünyasını nurlandıran 



məşəl 

     Əsrlər  boyu  insanlar  doğru,  ədalətli  və  ucadan  söylənən 

cəsarətli sözə ciddi ehtiyac duyublar! Əsrlər boyu doğru, ədalətli 

sözü  açıq  və  ucadan  söyləmək  çətin,  qorxulu,  bəzən  isə           

qeyri-mümkün  olub.  Haqq  və  ədalət,  xoş  güzəran  naminə 

yorulmadan  çarpışan  insanlar  azad  sözü  –  həqiqət  saydıqları 

sözü,  qorxu-hürküsüz,  azad  şəkildə  deyə  bilmək  uğrunda  da 

mübarizə  aparıblar.  Tarixin  müəyyən  mərhələlərində  insanlar 

buna nail olsalar da, bir çox hallarda dillərindən bəlaya düşmüş, 

söylədikləri sözə və fikrə  görə təqib edilmiş, müxtəlif formada 

cəzalandırılmış,  bəzən  isə  zindanlara  atılmışlar.  Lakin  bəşər 

övladı  bu  yoldan  usanmamış,  qorxub  geriyə  çəkilməmişdir.  

Sivilizasiya  inkişaf  etdikcə,  cəmiyyətin  və  dövlətin  idarə 

olunması  təkmilləşdikcə  artıq  azad  söz  daşıyıcısı  sayılan  

mətbuatın  sərbəst  və  maneəsiz  fəaliyyətinə  də  imkan 

yaradılmasına  nail olunmuşdur.  Buna qədər isə mətbuat qadağa  

və  repressiyalardan  keçmiş  senzura  nəzarətinə  dözməli  olmuş, 

bəzən  isə  “icazə  verilən  həddə”  azadlıq  və  sərbəstlik 

göstərmişdir.   

     Azərbaycanın  siyasi  həyatında  sözün  azadlığı  uğrunda 

mücadilələr  müxtəlif  tarixi  mərhələlərdən  adlayıb  keçib. 

Mətbuat  onun  əsas  silahı  olan  söz  də,  azad  düşüncə  də  həqiqi 

azadlığa,  sözün  əsl  mənasında,  yalnız  XX  əsrin  sonlarında 

qovuşdu.  Azərbaycanın,  xalqın  azadlıq  savaşında  cəmiyyətin 

bütün zümrələrini səfərbər edib mübarizəyə qaldıran ilklər də elə 

söz  fədailəri  oldular.  Xalqın  tarixinin  qərinələrindən  gələn 

azadlıq  və  müstəqillik  arzuları  sözün  qüdrəti  ilə  mücadilə 

bayrağına,  ən  kəskin  silaha  çevrildi.   Dünənə  qədər  sözü 

azadlıqdan məhrum edən imperiya qulları ölkədən qovulandan, 

müstəqilliyin  ilk  qələbələri,  azadlığın  ilk  müjdələri  gələndən 




 

sonra  hakimiyyət  başına  keçənlər  yenidən  sözə  həbs  cəzası 



kəsmək  istədilər.  Haqqın  carçıları  sözün  qüdrətilə   azadlıq 

qazandıqları ölkədə döyüldülər, təhqir olundular, amma sözün 

məhbəsə  məhkum  olmasına  imkan  vermədilər.  Mübarizə 

dayanmadı, sözün azadlıq savaşı bitmədi. 

     Azad ölkədə azad sözün qüdrətini və dəyərini bilən söz sahibi 

xalqın  sözünü  eşidib,  tələbini  qəbul  edib  hakimiyyətə  gəldi. 

Gəldi  ki,  Azərbaycanı  yenidən  boyunduruğa  salıb  imperiya 

köləsinə  çevirməsinlər.  Gəldi  ki,  müstəqil  Azərbaycanda 

demokratiyanın  bərqərar  olması  üçün  sözün  azadlığına 

birdəfəlik hökm versin...  

     1993-cü  ildə  hakimiyyətə  yenicə  qayıtmış  Heydər  Əliyev 

yaxşı  başa  düşürdü  ki,  totalitar  bir  quruluşdan  yenicə  qopub 

demokratiyaya  keçid  edən  bir  ölkədə  mətbuat  hələ  “dördüncü 

hakimiyyət”  rolunu  oynamağa  hazır  deyil.  Çünki  həm  dövlət, 

həm  də  ayrı-ayrı  qruplar  tərəfindən   idarə  olunan  mətbuat 

vasitəsilə kütlələri  manipulyasiya  edir,  gənc  müstəqil  ölkədə 

dövlət  çevrilişlərini  həyata  keçirmək  üçün  ondan  sui-istifadə 

edirdilər. Ona görə də gənc demokratik ölkədə mətbuatı azad bir 

müstəviyə çıxarmaq əsas vəzifələrdən biri kimi irəli sürüldü və 

Prezident  Heydər  Əliyev  1998-ci  il  avqustun  6-da  özünün 

tarixi   “Azərbaycan  Respublikasında  söz,  fikir  və  məlumat 

azadlığının  təmin  edilməsi  sahəsində  əlavə  tədbirlər 

haqqında”   fərmanı  ilə  Azərbaycan  mediası  üzərindən  bütün 

dövlət tənzimləmə mexanizmlərini götürərək, ölkədə sözü, fikri 

və mətbuatı azad elan etdi. 

     Əgər zəmanəsinin siyasət əfsanəsi demokratiyanın ən vacib 

dəyərlərindən  olan  bu  azadlıqların  ayaqda  durması  və  inkişafı 

üçün 


müvafiq 

qərarlar 

verməsə, 

lazımi 


tədbirlər 

görməsəydi,   əslində  bu  azadlıq  özü-özlüyündə  120  illik 

ənənələri  olan  Azərbaycan  mətbuatını  taleyin  ixtiyarına 

buraxmaq  və  bəlkə  də  məhvə  məhkum  etmək  olardı.   Ölkənin 




 

iqtisadi 



vəziyyətinin 

elə 


də 

yaxşı 


olmadığı 

bir                           

vaxtda  belə  ümummilli  lider  Heydər  Əliyevin  səyləri 

nəticəsində 

medianın  maddi-texniki  bazasının  inkişafı, 

möhkəmləndirilməsi,  bir  çox  qəzetlərin  “Azərbaycan” 

nəşriyyatına borclarının dondurulması və vaxtının uzadılması ilə 

bağlı  fərmanlar,  sərəncamlar  imzalandı.   Ölkədə  müstəqil 

jurnalistikanın  əsası  qoyuldu,  Azərbaycan  mediasının 

demokratik  ənənələri  formalaşmağa  başladı  və  azad,  müstəqil 

jurnalistika  cəmiyyətin  aparıcı  təsisatlarından  birinə  çevrildi. 

1999-cu  il  dekabrın  7-də  KİV  haqqında  Azərbaycan 

Respublikasının   Qanunu  qəbul  edildi.  Beləliklə,  söz  azadlığı, 

kütləvi  informasiya  azadlığı  və  senzuranın  ləğvi  Azərbaycan 

Konstitusiyasının  müvafiq  maddələri  (47  və  50)  ilə  təmin 

olunmuş  baza  dəyərləri  kimi,  müstəqil  respublikanın 

hüquqi  standartlarının ayrılmaz tərkib hissəsinə çevrildi. 

     Azərbaycan milli mətbuatının 125 illiyində ümummilli lider 

Heydər  Əliyev  jurnalistlərlə  görüşündə  verdiyi  qərarların 

məramını  açıqlayaraq  deyirdi:  “Bizim  ümumi  məqsədimiz 

mətbuata daha da çox azadlıq verməkdir. Söz azadlığını daha da 

geniş  təmin  etmək  və  Azərbaycanda  demokratiyanı  bütün 

sahələrdə  inkişaf  etdirməkdən  ibarətdir...  Sözlər  deyil,  bu, 

mənim geniş siyasətimin bir hissəsidir”. 

     Zaman  göstərdi  ki,  söz  və  mətbuat  azadlığının  bərqərar 

olması  davamlı  prosesdir  və  Prezident  İlham  Əliyev  ulu           

öndər  Heydər  Əliyevdən  sonra  bu  təkmilləşdirmə  prosesinin 

estafetini uğurla davam etdirməyə başladı.  Ümummilli liderin 

demokratik dövlətçilik strategiyasının prioritetlərindən biri kimi 

söz və mətbuat azadlığının, KİV-in inkişafına xüsusi qayğı ilə 

yanaşan İlham Əliyev bunun bir mühüm məqamının da iqtisadi 

sferadan  keçdiyini  bildiyi  üçün  onun  ilk  addımlarından  biri 

məhz  qəzetlərin  “Azərbaycan”  nəşriyyatına  olan  borclarının 

silinməsi  barədə  sərəncamı  oldu.  2005-ci  ildə  “Əməkdar 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə