Köçərli adına



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix12.10.2018
ölçüsü0,94 Mb.
#73739
1   2   3   4   5   6   7

 

jurnalist”  adı   bərpa  olundu  və  bir  qrup  jurnalist  bu  fəxri  ada 



layiq  görüldü  və  bundan  sonra  jurnalistlərin  təltif 

olunması  ənənəyə çevrildi.  

     Azərbaycan  mətbuatının  və  jurnalistikasının  inkişafının 

davamlı xarakter alması məqsədilə dövlət başçısının tapşırığı ilə 

müstəqil  mətbuatın  inkişafının  əsas  istiqamətlərini  göstərən 

Dövlət  Konsepsiyası  işlənib  hazırlandı  və  Prezidentin  31  iyul 

2008-ci il tarixli sərəncamı ilə təsdiq edildi. 

     3  May  –  Beynəlxalq  Söz  və  Mətbuat  Azadlığı  Gününü 

unutmamaq  və  gənc  nəslə,  eləcə  də  şagirdlərə  tanıtmaq 

məqsədilə  kitabxanada  bir  sıra    tədbirlər:  kitab  müzakirəsi, 

oxucu  konfransı,  rəsm  müsabiqəsi,  oxucularla  söhbət,  

səhnəciklər, icmal, kompozisiya və s. keçirilə bilər.

 

Həmçinin bu 



mövzuyla  bağlı  fotostend,  dünya  mətbuatından  və  eləcə  də 

Azərbaycanın ilk qəzet nümunələri, məqalə və  kitabları sərgidə 

öz yerini alır. Müxtəlif ədiblərin, görkəmli şəxsiyyətlərə məxsus 

kəlam  və  materiallar  da  sərgidə  nümayiş  oluna  bilər.  Bütün 

bunlarla  yanaşı  sitatlar  və  şeir  parçaları  sərginin  daha  da 

dolğunlaşmasına  səbəb  olar.  Sərgiyə  müxtəlif  başlıqlar  verilə 

bilər: “Azad söz, azad fikir, demokratik düşüncə”, “Mətbuat – 

Həyatın  güzgüsü,  həqiqətin  carçısı”,  “Mətbuat  –  Xalqın  şanlı 

tarixi  salnaməsi”,  “Mətbuat  –  Cəhalət  və  zülmət  dünyasını 

nurlandıran məşəl”, “Xalqa xidmətin ən yüksək zirvəsi”, “Daha 

susa  bilməzdim”,  “Tariximizdən  səhifələr”,  “Hamımızın 

azadlığı,    söz  azadlığı”,  “İnformasiya  inqilabı”,  “Dünya 

mediası”, “Dünyanın söz və mətbuat azadlığı”, “Müxtəlif əsrlər, 

eyni  mövqe”,    “Maarifçiliyimizin  sütunları”,  “Mətbuat  xalqın 

ucadandanışanıdır”,  “Zülmətdə işıq”, “Mətbuat demokratiyaya 

aparan ən kəsə yoldur” və s.   

   

 

 



 

Kitab sərgisi 



 

 

 

 

 

 

 

 


10 

 

Görkəmli şəxslərin Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü 



haqqında söylədikləri fikirlər: 

     Biz  demokratiya  yolu  ilə  gedərək,  söz  azadlığını  təmin 

edərək,  mətbuat  azadlığını  təmin  edərək  bu  yolda  nöqsanları 

ardıcıl surətdə aradan qaldırmalıyıq və qaldıracağıq, mətbuata, 

söz azadlığına bütün imkanları yaradacağıq. 

Heydər Əliyev, 

Azərbaycan xalqının ümummilli lideri 

     Mətbuat  demokratiyanı  dərinləşdirən,  siyasi  inkişafa  təkan 

verən  qüdrətli  vasitədir.  Bu  gen  əsas  vəzifə  onun  geniş 

imkanlarından  milli  dövlət  quruculuğunda,  demokratik  

dəyərlərin    bərqərar  edilməsində,  sivil  vətəndaş  cəmiyyətinin 

formalaşmasında, islahatların həyata keçirilməsində, insanların 

mənəvi  saflaşmasında  səmərəli  istifadə  etməkdən  ibarətdir. 

Mətbuat həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları 

yüksək  ideyalar  uğrunda  mübarizəyə  səsləməli  və  səfərbər 

etməlidir.  

***           

     Mən öz işimdə mətbuata həmişə dəstək verməyə  çalışıram. 

Bu gün də bu siyasəti aparıram. Hesab edirəm ki,  qəbul edilmiş 

qərarlar  bunun  əyani  sübutudur.  Gələcək  fəaliyyətimdə  də 

çalışacağam  ki,  Azərbaycanda  fəaliyyət  göstərən  mətbuat 

orqanlarına  öz  köməyimi,  dəstəyimi  verim.  Mən  əminəm  ki, 

normal, hüquqi, demokratik dövlətin qurulması işinə KİV-in çox 

böyük əhəmiyyəti var və bu əhəmiyyət getdikcə artır. 



                                                       İlham Əliyev,  

                                      Azərbaycan Respublikasının Prezidenti 

     Heç olmaz ki, doğru söz yerdə qalsın. 

                                                     H.B.Zərdabi, 

                                                     Maarifçi 



11 

 

     Xalqımızın 



mənəviyyat,  mədəniyyət  pasportu  olan 

kitablarımızın  tarixi ilə hər birimiz fəxr edə bilərik. 

                                                   Sabir Rüstəmxanlı, 

                                                   Xalq şairi 



II Bölmə: Keçiriləcək tədbirlər 

     Konfrans – Kitabxanada keçiriləcək ənənəvi tədbir forması 

kimi  “Xalqa  və  dövlətə  xidmət  yolunda”  adlı  konfrans  da 

məqsədyönlüdür.  Bu  məqsədlə  kitabxanaçı  bir  neçə  ali 

məktəblərlə  əməkdaşlıq  edir.  O,  ali  məktəb  tələbələrini  və 

oxucuları  kitabxanaya  cəlb  etməklə  Azərbaycan  və  dünya 

mətbuatının  yaranması,  keçdiyi  mərhələlər  və  hal-hazırkı 

vəziyyətlə tanış edir. Daha sonra kitabxanaçı sözü gedən tədbir 

üçün  müəyyən  olunmuş  tarixdə  oxucuları  kitabxanaya  dəvət 

edir.  Konfransa  müxtəli  ixtisas  və  peşə  sahibləri  –  tarixçilər, 

araşdırmacılar,  yazarlar,  jurnalist  və  KİV-in  əməkdaşları  və  s. 

iştirak edə bilər. İştirakçılar növbə ilə bu tarixi hadisə haqqında 

oxucuları məlumatlandırır.  



I iştirakçı: Kütləvi informasiya vasitələri (KİV) hər bir ölkədə 

ictimai  fikri  formalaşdıran  bir  institutdur.  Bu  baxımdan  bəzən 

“media”  adlandırılan  KİV  cəmiyyətdə  böyük  təsir  gücünə 

malikdir. Təsadüfi deyil ki, medianı bir çox hallarda “dördüncü 

hakimiyyət”  adlandırırlar.  Lakin  KİV  o  zaman  dördüncü 

hakimiyyət funksiyasını yerinə yetirə bilir ki, o, azad və müstəqil 

olsun, siyasi və iqtisadi qurumların vassalına çevrilməsin. 

     Söz  və  mətbuat  azadlığı  bir  çox  hallarda  cəmiyyətdə 

demokratiyanın meyarı, ölçüsü rolunu oynayır. Söz azadlığının 

olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan 

hüquqları da tez-tez pozulur. Məhz bu səbəbdən bir çox mötəbər 

beynəlxalq qurumlar və demokratiyanın inkişafına xidmət edən 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə