Köçərli adına



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix12.10.2018
ölçüsü0,94 Mb.
#73739
1   2   3   4   5   6   7

12 

 

təsisatlar  müxtəlif  ölkələrdə  söz  və  mətbuat  azadlığını  daim 



diqqət mərkəzində saxlayırlar. 

     1991-ci  il  mayın  3-də  Namibiyanın  paytaxtı  Vindhukda 

regional  seminara  toplaşmış  jurnalistlər  azad  və  müstəqil 

informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya 

hökumətlərinə mətbuat azadlığının və demokratikliyinin təmin 

edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”ni 

qəbul  etdilər.  Bununla  bağlı  BMT  Baş  Məclisi  1993-cü  ildə 

mayın  3-nü  Beynəlxalq  Söz  və  Mətbuat  Azadlığı  Günü  kimi 

qeyd  etməyi  qərara  almışdır.  1993-cü  ildə  BMT  Baş 

Assambleyasının  qərarı  ilə  təsis  edilən  əlamətdar  gün 

Azərbaycanada da qeyd olunur. 

II  iştirakçı:  Hər  il  mayın  3-ü  Ümumdünya  Mətbuat  Azadlığı 

Günü  kimi  qeyd  olunur.  Bu  gün  münasibətilə  keçirilən 

tədbirlərdə  söz  və  mətbuat  azadlığının  əsas  prinsipləri,  ifadə 

azadlığının  inkişaf  perspektivləri  müzakirə  edilir,  mətbuatın 

müstəqilliyinin təmin olunması, senzuranın ləğvi, insan hüquq 

və  azadlıqlarının  müdafiəsində  mətbuatın  rolu  və  digər 

məsələlər araşdırılır. 

     Azad  sözün  şərəfinə  elan  olunmuş  ümumdünya  mətbuat 

azadlığı günü “soyuq müharibə” dövrünün başa çatması ilə yer 

kürəsinin  vahid  informasiya  məkanına  çevrilməsinin  məntiqi 

nəticəsi kimi ortaya çıxmışdır. 

     XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları 

nəzərə  alan  müxtəlif  ölkələrin  jurnalistləri  1990-cı  ilin 

fevralında  Parisdə  azad  mətbuat  prinsiplərinin  maneəsiz 

yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini 

bildirmişlər. 1991-ci il mayın 3-də YUNESKO bu məramı ifadə 

etmiş  sənədi  –  Namibiyanın  Vinduk  şəhərində  qəbul  olunmuş 

Bəyannaməni dəstəkləmiş və həmin günü Ümumdünya Mətbuat 

Azadlığı  Günü  kimi  qeyd  etmək  təklifini  Birləşmiş  Millətlər 

Təşkilatına göndərmişdir. 




13 

 

III 



iştirakçı:  Ümumdünya  Mətbuat  Azadlığı  Günü 

Azərbaycanda da fəal dəstəklənir. Müstəqil Azərbaycan dövləti 

ölkədə  insan  hüquqlarının  müdafiəsi,  söz  və  mətbuat  azadlığı 

kimi  məsələlərə  xüsusi  önəm  verir.  Azərbaycan  dövləti  azad 

sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması 

üçün zəruri addımlar atmışdır. 

     1993-cü  ildə  ümummilli  lider  Heydər  Əliyevin  yenidən 

hakimiyyətə 

qayıdışından  sonra  yeni  tipli  medianın 

formalaşması və möhkəmlənməsi üçün dəfələrlə ciddi tədbirlər 

həyata  keçirilmiş,  KİV-lər  üzərindən  dövlət  nəzarətinin 

götürülməsi  və  mətbuatın  inkşafı  üçün  əlverişli  mühit 

yaradılmağa başlanmışdır. 

     Ulu  öndər  Heydər  Əliyevin  “Ölkədə  söz,  fikir  və  məlumat 

azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 

Fərmanı  ilə  mətbuatda  dövlət  sirlərini  mühafizə  edən  Baş 

idarənin ləğvindən və “Kütləvi informasiya vasitələri haqqında” 

Qanunun  qəbulundan  sonra  ölkə  mətbuatının  inkişafında  yeni 

dövr başlanmışdır. 

     Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının ləğv 

edilməsi,  qəzet  redaksiyalarının  maddi-texniki  bazasının 

gücləndirilməsi,  jurnalistlərin  dövlətin  ali  mükafatları  ilə,  o 

cümlədən  orden  və  medallarla  təltif  olunmaları  dahi  öndərin 

mətbuatın inkişafına göstərdiyi diqqətin tərkib hissəsi olmuşdur. 

2003-cü  ilin  martın  15-də  Azərbaycan  Jurnalistlərinin  I 

Qurultayında  Mətbuat  Şurasının  yaradılması  bu  sahədə 

pərakəndəliyin aradan qaldırılmasına müsbət təsir göstərmişdir. 

Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları 

arasında problemlərin həllində mühüm rol oynamışdır. 

IV  iştirakçı:  Ümummilli  liderin  ölkə  mətbuatına  göstərdiyi 

qayğı  Prezident  İlham  Əliyev  tərəfindən  də  uğurla  davam 

etdirilir.  2005-ci  il  mayın  31-də  Milli  mətbuatımızın  130  illik 

yubileyinin  keçirilməsi  haqqında  Azərbaycan  Prezidentinin 




14 

 

Sərəncamı  bu  sahəyə  olan  diqqət  və  qayğının  bariz  nümunəsi 



olmuşdur. 

     Dövlətimizin başçısının 2008-ci il 31 iyul tarixli Sərəncamı 

ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında  kütləvi 

informasiya 

vasitələrinin 

inkişafına 

dövlət 

dəstəyi 


Konsepsiyası”  mətbuat-dövlət  münasibətlərinin  tənzimlənməsi 

istiqamətlərini  və  dövlətin  bu  sahədəki  siyasətini  tam  mənada 

ifadə  edən  baza  rolunu  oynayır.  Bu  sənəd  əsasında  2009-cu  il 

aprelin  3-də  “Azərbaycan  Respublikasının  Prezidenti  yanında 

Kütləvi  İnformasiya  Vasitələrinin  İnkişafına  Dövlət  Dəstəyi 

Fondunun  yaradılması  haqqında”  dövlətimizin  başçısının 

Fərmanı bu istiqamətdə atılmış mütərəqqi addım olmuşdur. 

     Ölkə mətbuatının daha da inkişafını təmin etmək üçün Milli 

Məclis  “Kütləvi  informasiya  vasitələri  haqqında”,  “Məlumat 

azadlığı  haqqında”,  “Əməliyyat  axtarış  fəaliyyəti  haqqında”, 

“Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  haqqında”  və 

“İnformasiya əldə etmək azadlığı haqqında” qanunlara bir sıra 

mütərəqqi dəyişikliklər etmişdir. 

     Ölkə  rəhbərliyinin  milli  mətbuatımıza  göstərdiyi  diqqət  və 

qayğı  Azərbaycan  Dövlət  Teleqraf  Agentliyinin  (AZƏRTAC-

ın) də fəaliyyətinə öz əhəmiyyətli təsirini göstərmişdir. 

     Prezident  İlham  Əliyevin  AZƏRTAC-ın  əməkdaşlarının 

yüksək fəxri adlar, medallarla təltif olunması barədə 2010-cu il 

fevralın 26-da imzaladığı Sərəncamlar, eləcə də AZƏRTAC-ın 

90 illik yubileyinin geniş qeyd olunması bu diqqət və qayğının 

bariz  nümunəsidir.  Dövlətimizin  başçısının  2010-cu  il                  

aprelin  22-də  imzaladığı  “Azərbaycan  Dövlət  Teleqraf 

Agentliyinin  (AZƏRTAC-ın)  Fəaliyyətinin  Təkmilləşdirilməsi 

haqqında”  Sərəncamı  Azərbaycan  həqiqətlərinin  dünyaya 

çatdırılması  istiqamətində  mətbuatın  fəaliyyətinin  yüksək 

qiymətləndirilməsinə nümunədir. 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə