Köçərli adına



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix12.10.2018
ölçüsü0,94 Mb.
#73739
1   2   3   4   5   6   7

15 

 

     Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar 



nəşr  olunur,  internet  qəzetçilik  inkişaf  edir.  Müasir  dövrdə 

informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını 

qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Bütün 

dünyada  gedən  qloballaşma  prosesi  mətbuatdan  da  yan 

keçməmişdir. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların 

dəstəyi  ilə  təşkil  olunan  peşə  artımı  kurslarında  treninq  və 

təkmilləşmə  kursları  keçirlər.  Peşəkar  jurnalistlər  ölkədə  və 

onun xaricində baş verən ictimai, siyasi, mədəni hadisələri tam 

obyektiv  işıqlandırır,  onları  təhlil  edir  və  oxucuya  qərəzsiz, 

düzgün  çatdırırlar.  Belə  jurnalistlər  ictimai-siyasi,  iqtisadi, 

mədəni,  elm  və  texnika  sahələrindəki  nöqsanları  qərəzsiz 

mövqedən  açır,  göstərir  və  onların  həlli  istiqamətində 

araşdırmalar aparırlar. 

V  iştirakçı:  Ümumdünya  Mətbuat  Azadlığı  Gününün  geniş 

qeyd edilməsi artıq ölkəmizdə də ənənə halını almışdır. Bu gün 

münasibətilə bir sıra tədbirlər keçirilir, dövlət qurumlarının və 

KİV-lərin  nümayəndələri  bu  sahədə  mövcud  durumu  və  ölkə 

mətbuatının inkişafı yollarını müzakirə edirlər. 

     Hər bir ölkənin mədəniyyətinin inkişafı ədəbiyyatın inkişafı 

ilə bağlı olduğu kimi, onun  siyasi vəziyyəti də mətbuat azadlığı 

ilə bağlıdır. O xalq xoşbəxt və azaddır ki, onun mətbuatı azad və 

müstəqil olsun.  

     Mühüm milli qüvvələrdən biri olan olan mətbuat, cəmiyyət 

həyatında çox böyük rola və əhəmiyyətə sahib olmaqla bərabər

eyni zamanda dördüncü hakimiyyət hesab olunur. Buna görə də, 

kütləvi  informasiya  vasitələri  xalqın  milli  nümayəndəliyini 

öhdəsinə  götürən,  onun  görüşlərini  ifadə  edib  yayan  ictimai 

nəzarətçidir.  Hökumətin  fəaliyyətini  bir  an  belə  gözdən 

qoymayan,  ciddi  əsaslı  tənqidə  rəvac  verən,  nöqsanları  açıb 

göstərən də məhz mətbuat hesab olunur. Buna görə də, müstəqil 

dövlətlər  yerli  mətbuata  xüsusi  önəm  verir,  onun  heç  bir 




16 

 

qüvvədən  aslı  olmadan,  yalnız  demokratik  dəyərlərə  xidmət 



etməsinə  diqqət  yetirir.  Kütləvi  informasiya  vasitələri  elmi, 

siyasi  və  bəşəri  informasiyanı  çoxaldır  ki,  bu  da  insanların 

zehninin işıqlanmasına səbəb olur.  

VI  iştirakçı:  Söz  və  mətbuat  azadlığı  dedikdə,  zənnimcə,  ilk 

növbədə  məsuliyyət  hissi  əsas  amil  kimi  nəzərə  alınmalıdır. 

Çünki söz azadlığı, mətbuat azadlığı o demək deyil ki, hər kəs 

istədiyini yaza, istədiyi fikri bildirə bilər. Təbii ki, təkcə mətbuat 

orqanları,  KİV  nümayəndələri  yox,  hər  birimiz  azərbaycanlı 

olaraq,  məsuliyyət  hissini  unutmamalı  və  bu  hissdən  çıxış 

edərək,  hərəkət  etməliyik.  Ona  görə  də,  bugünkü  jurnalist 

təşkilatları,  müxtəlif  dövlətlər  söz  azadlığı  ilə  bərabər,  eyni 

zamanda reket jurnalistika ilə də mübarizə aparırlar. Bunun üçün 

dünya  dövlətlərinin,  o  cümlədən  Azərbaycanın  da  qatıldığı 

tədbirlər keçirilir, ölkədə şəffaf, müstəqil, eyni zamanda xalqdan 

başqa  heç  kimə  xidmət  etməyən  mətbuatın  inkişafı  üçün 

mübarizələr aparılır.  

     Müasir 

dünyada 

elmi-texnikanın 

inkişafı 

sürətli  

qloballaşmaya  və  dünya  xalqları  arasında  əlaqələrin  

genişlənməsinə kömək etməklə yanaşı, həm də yeni anlayışlar 

və  informasiyalar    yaradır.  Yeni  informasiyaların    alınması  və 

müasir    terminologiyanın  mənimsənilməsində  bir  çox  dünya 

ölkələri  ilə  yanaşı,  Azərbaycanda  da  mühüm  işlər 

görülməkdədir.  



Tədbirin sonunda  oxucular mövzu ilə  əlaqədar şeirlər deməyə 

başlayırlar. 

     Oxucularla  söhbət  –  Kitabxanada  Beynəlxalq  Söz  və 

Mətbuat Azadlığı Günü ilə əlaqədar qələmə alınan, nəşr olunan 

kitablardan  ibarət  sərgi  təşkil  olunur.  Kitabxanaçı  sərginin 

ətrafında  “İlk  Azərbaycan  kitabı”  adlı  oxucularla  söhbət 

keçirir.  Söhbət  zamanı  kitablar  haqqında  məlumat  verir, 

kitabların annotasiyaları oxuculara ətraflı çatdırılır. 




17 

 

Kitabxanaçı: Sərgidə yer alan kitablardan biri “İlk Azərbaycan 



kitabı”  adlanır.  Oxuculara  təqdim  olunan  bu  kitab 

Azərbaycanda  ilk  çap  olunan  kitabların  yaranma  tarixindən  

bəhs edir.  

     Hər  bir  millətin  dininin,  dövlətinin,  ədəbiyyatının  tarixi 

olduğu  kimi  kitabın  da  tarixi  var.  Azərbaycanlılar  üçün  kitab, 

yazı anlayışları  az qala xalqın özü qədər qədimdir və and yeri 

anlamlarını da əhatə edən çox geniş bir məzmun daşıyıb. Kitab 

xalqın  gözündə  uludur,  ilahinin  yerə  göndərdiyi  nemətdir. 

Çörəklə  yanaşı  tutulur  və  tanrı  ilə  birgə  kitaba  da  and  içilir: 

“Tanrı haqqı, kitab haqqı!” 

     Nə  vaxt,  harada  yaranıb,  azərbaycanlıların  ilk  kitabı?  İndi 

Ermənistan  tərəfindən  işğal  olunmuş  Kəlbəcərin  Yazılı 

daşlarındamı, Gəmiqayadamı, yoxsa Qobustan qayalarındamı? 

Hər halda bu qayalar da Azərbaycanın ilk kitablarındandır və ən 

azı  on  min  il  əvvəlin  sirrini-sözünü  yaradırlar.  Babalarımızın 

bizə,  gələcəyə  yazdıqları  bu  daş  məktubları  hələ  oxuya 

bilməmişik.  Sonralar  Azərbaycanda    çox  kitablar  yaranıb;  bu 

kitablar daşla, ağacla, dəmirlə, mıxla, nəhayət, lələklə və  metal 

qələmlərlə yazılıb.  

     Dünyanın ən qədim yazı və əlifba  üsullarının birinin adının  

türkcə olması babalarımızın yazı və kitab sənətinə verdiyi böyük 

önəmin göstəricisidir. Dünyanın “mixi yazı” kimi qəbul etdiyi 

əlifba  əslində  türklərin    icadıdır.  Qədim  Şumerdə  gil  üstündə  

mıxla  yazıldığına  görə belə adlandırılıb.  Və sonralar  ərəblərin 

dilinə bu söz “mismari yazı” kimi tərcümə olunub.  

    Əgər  Azərbaycan  kitabı  deyəndə,  əlyazmalarını  da  nəzərə 

alsaq,  onda  minillərin  tarixini  vərəqləməliyik.  Azərbaycan 

əlyazma  kitabı  bütün  mədəniyyət  yolumuzun  yoldaşı  olub.  

Lakin  bu  bukletdə  əlyazmadan  yox,  sənaye,  mətbəə  üsulu  ilə 

hazırlanmış  ilk  Azərbaycan  çap  kitabından  söhbət  gedir.  İlk  

nəşrimizin  də çox maraqlı və qədim  bir tarixi  var. 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə