Köçərli adına



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix12.10.2018
ölçüsü0,94 Mb.
#73739
1   2   3   4   5   6   7

18 

 

     Azərbaycanlı  müəllifin  mətbəə  üsulu  ilə  çap  olunmuş  ilk 



kitabının  ünvanı  Romadır  və  həmin  tarixdən  400  il  keçir. 

Azərbaycan  ərazisində  isə  ilk  mətbəə  təqribən  200  il  əvvəl 

Təbrizdə yaradılıb və çap  etdiyi ilk kitab da Füzulinin “Leyli və 

Məcnun” udur. Hər iki hadisə Azərbaycan kitab mədəniyyətinin 

dönüş nöqtələridir.  

     Xalqımızın 

mənəviyyat,  mədəniyyət  pasportu  olan 

kitablarımızın tarixi ilə hər birimiz fəxr edə bilərik. Dahi Nizami 

Gəncəvinin  “tükənməz  mənəvi  qida”  adlandırdığı  kitab 

bəşəriyyətlə birlikdə inkişaf edib, zəngin  və maraqlı  tarixi yol 

keçmişdir.  Klassiklərin  qiymətli  dəfinə  hesab  etdiyi  kitabın 

meydana çıxması üçün yazı materialları əsas meyar olmuşdur.  

     Azərbaycanda  yazı  və  əlifba  bir  neçə  tarixi  mərhələ 

keçmişdir.  Hələ  qədimdən  respublikamızın  ərazisində  mixi 

yazısından  istifadə  olunmuşdur.  Türk  xalqlarının,  o  cümlədən 

azərbaycanlılarının  əcdadı olan  qədim türklər hələ eramızın ilk 

əsrlərində  Orxon-Yenisey,  qədim  uyğur  və  s.  əlifbalardan 

istifadə etmişlər. V əsrin birinci rübündə alban əlifbası meydana 

gəlmişdir.  XV  əsrə  aid  bir  dərslikdə  yunan,  latın,  ərəb,  gürcü 

əlifbaları  ilə  yanaşı,  52  hərfdən  ibarət  alban  əlifbası  da 

verilmişdir.  

     X-XI  əsrlərdə  artıq  “Dədə  Qorqud”  dastanı  yazıya 

köçürülmüşdür. XV-XVI əsrlərdə  “Kitabi Dədə Qorqud” adı ilə 

yenidən qələmə alınmış bu dastan hazırda Drezden və Vatikan 

kitabxanalarında  mühafizə  olunur.  Dünyanın  ayrı-ayrı    kitab 

xəzinələrində 

mühafizə 

olunan 


Azərbaycan 

əlyazma 


kitablarından ən qədimləri XIII əsrə aiddir...  

     Sərgidə  yer  alan  digər  kitab  “Azərbaycan  mətbuatı  tarixi” 

kitabıdır. Çağdaş Azərbaycan mətbuatı möhkəm tarixi ənənələrə 

söykənərək  bu  gün  bütün  çətinliklə  birgə  özünün    növbəti  

inkişaf  mərhələsini    yaşayır.  Akif  Aşırlının  qələmə  aldığı 

“Azərbaycan  mətbuatı  tarixi”  kitabı  müasir    jurnalistikamızın 




19 

 

bünövrədaşı  olan  tarixi  mətbuatımızın    tədqiqinə  həsr  edilib. 



Sonuncu  dəfə  “Azərbaycan  mətbuatı  tarixi”  kitabının  1974-cü 

ildə çap olunması nəzərə alınsa, müəllifin qarşılaşdığı çətinliklər 

aydın  görünər.  Milli  mətbu  irsimiz  barədə  yazılan  axtarışları 

hesabına  ərsəyə  gələn  “Azərbaycan  mətbuatı  tarixi”  (1875-

1920)  kitabı  problemin    həllinə  cəhd  kimi  dəyərləndirməlidir. 

Müəllif kitabın  qüsurlarından xali olduğu iddiasında deyil və bu 

yöndə tədqiqatlarını aparmaq fikrindədir. 

     Sərgidə yer alan digər kitab isə “Heydər Əliyev və mətbuat” 

adlı  IV  cildli  kitabıdır.  Dördcildlik  kitabda  Azərbaycan 

Respublikasının  Prezidenti  Heydər  Əlirza  oğlu  Əliyevin 

çoxcəhətli  ictimai-siyasi fəaliyyətinin bir cəhəti 1990-2003-cü 

illər  ərzində  ölkə  daxilində,  eləcə  də  rəsmi  səfərlər  zamanı 

xaricdə  kütləvi  informasiya  vasitələri  nümayəndələri  ilə 

görüşləri öz əksini tapmışdır. 

     Dünya  səviyyəli  siyasi  xadim  və  müdrik  dövlət  başçısı 

Heydər Əliyevin mətbuatla sıx əlaqəsini işıqlandıran  materiallar 

imtimai-siyasi 

fikir 


tariximizlə 

maraqlanan 

oxucular, 

politoloqlar  və  siyasətşünaslar  üçün  fundamental  tədqiqat 

mənbəyidir.  

     İcmal  –  Kitabxanada  Beynəlxalq  Söz  və  Mətbuat  Azadlığı 

Günü-nə həsr edilmiş tədbirlərdən biri də “Mətbuat – Cəhalət və 



zülmət  dünyasını  nurlandıran  məşəl”  adlı  mövzu  ilə  bağlı 

icmaldır.  Kitabxanaçı  bunun  üçün  ilk  olaraq  bugünkü  gün 

haqqında dəyərli fikirlər söyləyir. 

Kitabxanaçı:  Klassiklərimiz  mətbuatı  insanların  ruhunu 

təzələyən  səhər mehi, cəmiyyətin hərəkətverici qüvvələrindən 

biri,  dövrün  aynası,  xalqın  görən  gözü,  eşidən  qulağı  və  s.  

epitetlərlə  təqdim və təqdir etmişlər. Doğrudan  da ümummilli 

mədəniyyətin  tərkib hissəsi olan mətbuat mənsub olduğu xalqın 

həyata  baxışlarını,  məişət  və  yaşayış  tərzini,  ictimai-mədəni  

proseslərə  sosial-psixoloji  münasibətini  özündə  əks  etdirən,    



20 

 

eyni  zamanda  onun  hər  hansı  məsələyə  münasibətinin 



formalaşmasında  əhəmiyyətli  rol  oynayan    bir  vasitədir.    Ona 

görə    mətbuatın  elmi-nəzəri,  metodiki  və  təcrübi    baxımdan 

dərki  və  inkişaf  mərhələlərinin  şəhri  də  diqqət  mərkəzində 

olmuş, bu barədə şeir, məqalə və kitablar yazılmış, bir-birindən  

maraqlı  fikirlər  söylənmişdir.  İş  elə  gətirmişdir  ki,  mətbuata, 

onun  əhəmiyyətinə  dair  ilk  qiymət  verib  fikir  söyləyən  qələm 

əhli  də  elə  şair,  yazıçı  və  publisistlər  olmuşlar.  Milli  mətbuat 

tariximizin  keçdiyi  yolu  araşdıran,  onun  ümumi  mənzərəsini 

canlandırmağa  çalışmaq  təşəbbüsü  ilə  qələmə  sarılanlar  da 

mətbuat və ədəbiyyat xadimləri olmuşlar. F.Köçərli, Ə.Ağayev, 

M.Şaxtaxtlı, M.B.Məhəmmədzadə və başqaları bu qəbildəndir.  

     Azərbaycan  mətbuatının  keçdiyi  tarixi  yol  yaş  etibarilə  o 

qədər də böyük deyil. Lakin bu yolun şərəf, ləyaqət yolu olduğu  

heç  kimdə  şübhə  doğurmur.  Mətbuatımızın  keçdiyi  tarixi             

yol  xalqımızın  qürur  mənbəyidir.  Milli  inqilabın  yeni 

mərhələsini təmsil edən “Əkinçi” qəzetnin başlanğıcını qoyduğu  

bu  yol  neçə-neçə  mətbu  və  ədəbi  məktəbin  formalaşma 

prosesinə təkan verdi, xalqın kamilləşməsinə, maariflənməsinə, 

milli-azadlıq  hərəkatının  güclənməsinə birbaşa  təsir göstərdi. 

Tarixin  müxtəlif  ictimai-siyasi  mərhələlərində  bərkiyib 

formalaşmış  Azərbaycan  mətbuatı  xalqa,  cəmiyyətə,  insana 

xidmət borcunu  şərəflə  yerinə yetirdi. Mətbuat demokratiyaya 

aparan ən kəsə yoldur.  Demokratik  dövlət quruculuğu prosesini 

əsas prioritet qəbul edən Azərbaycan mətbuatın  bu xarakterini,  

bu xidmətini yüksək  qiymətləndirir və jurnalistikanın, mətbuat 

azadlığının  inkişafına önəm  verir. 



     Dəyirmi masa – Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü 

ilə  əlaqədar  olaraq,  “Cəhalətə  işıq  tutan  dahi  –  Həsən  bəy 



Zərdabi” adlı  “dəyirmi masa” təşkil etmək olar. Dəyirmi masa 

zamanı tələbələr beynəlxalq aləmdə və eləcə də Azərbaycanda 

mətbuatın  vacibliyindən  və  öhdəliklərindən  bəhs  edir.  Bütün 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə