Köçərli adına



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix12.10.2018
ölçüsü0,94 Mb.
#73739
1   2   3   4   5   6   7

21 

 

bunlarla  yanaşı,  Azərbaycan  mətbuatının  banisi,  böyük  insan, 



maarifçi şəxsiyyət Həsən bəy Zərdabi yaradıcılığı da çoxşaxəli 

təhlil edilir.  



Kitabxanaçı:

 

Azərbaycan  xalqının  mədəniyyət  tarixinə 



görkəmli şəxsiyyət kimi daxil olan Həsən bəy Zərdabi 40 ildən 

artıq bir dövr ərzində öz xalqının səadəti və tərəqqisi uğrunda 

yorulmaq  bilmədən  əzmlə  mübarizə  aparmışdır.  Həyatının 

mənasını  xalqın  səadəti  uğrunda  mübarizədə  görən  Zərdabi 

zəngin  və çoxcəhətli  həyat  yolu  keçmişdir. Bu böyük mübariz 

elm  fədaisi  öz  qarşısında  Azərbaycan  xalqını  cəhalət  və 

avamlıqdan  xilas  etmək  kimi  nəcib  bir  məqsəd  qoymuşdu  və 

bunun üçün maarifi əsas vasitə seçmişdi. Mövhumat və orta əsr 

geriliyinin  hökm  sürdüyü,  xalqımızın  cəhalət  və  zülmət 

içərisində  boğulduğu  bir  dövrdə  Zərdabi  ilk  maarif  məşəlini 

yandıranlardan  biri  olmuş  və  ömrünün  axırınadək  bu  məşəli 

əlindən yerə qoymamışdır. “Maarifdən, elmdən məhrum bir xalq 

işıqdan  məhrumdur”  –  deyən  Zərdabinin  bütün  həyatı  xalqın 

maariflənməsi  işi  ilə  bağlı  olmuşdur.  O,  haqlı  olaraq 

Azərbaycanda ana dilində təhsilin, qadın təhsilinin Azərbaycan 

teatrı və mətbuatının banisi hesab edilir. Həsən bəy Zərdabinin 

1875-1877-ci  illərdə  olmazın  çətinliklər  bahasına  nəşr  etdiyi  

“Əkinçi” qəzetinin xalqımızın həyatında oynadığı bu rolu, keçən 

əsrin  50-60-cı  illərində  “Kolokol”  qəzeti  və  “Sovremennik” 

məcmuəsinin rus həyatında oynadığı mütərəqqi rolla müqayisə 

etmək  olar.  “Əkinçi”  qəzetinin  nəşri  xalqımızın  mədəni 

tərəqqisində  irəliyə  doğru  atılan  mühüm  bir  addım  idi.  Həsən 

bəy  Zərdabi  qəzetin  vəzifələrindən  bəhs  edərək,  onun  ilk 

nömrələrində  yazmışdır:  “Hər  bir  vilayətin  qəzeti  gərək  o 

vilayətin  aynası  olsun.  Yəni  o  vilayətin  sakinləri  elədiyi  işlər, 

onlara lazım olan şeylər, xülasə onların hər bir dərdi və xahişi o 

qəzetdə çap olunsun ki, o qəzetə baxan, xalqı aynada görən kimi 

görsün.”  “Əkinçi”  qəzeti  öz  nəşri  illərində  bu  vəzifələri 




22 

 

layiqincə  yerinə  yetirmişdir.  Az  bir  vaxtda  o,  Azərbaycanda 



qabaqcıl  ideyaların  carçısına  çevrilmişdir.  “Əkinçi”  qəzeti 

ətrafına toplanmış mütərəqqi ziyalılar – maarifpərvər şair Seyid 

Əzim Şirvani, dramaturq Nəcəf  Bəy Vəzirov, Əsgər ağa Görani, 

Əhsənül-Qəvvaid  və başqaları mürtəce qüvvələrə qarşı cəhalət 

və zülmətə qarşı, avamlıq, gerilik, mühafizəkarlığa qarşı kəskin 

mübarizə aparmışlar. “Əkinçi” qəzeti yerli feodalların təhriki və 

müstəmləkəçi çar məmurlarının təkidi ilə  bağlandığından sonra 

da Həsən bəy Zərdabi öz qızğın maarifçilik fəaliyyətini davam 

etdirmişdir.  O,  “Ziya”,  (“Ziyayi-Qafqaz”),  Tiflisdə  çıxan 

“Qafqaz”, “Novoye obozreniye”, Bakıda nəşr olunan “Kaspi” və 

başqa  qəzetlərə  müntəzəm  surətdə  məqalələr  yazaraq,  bir 

tərəfdən 

kəndliləri 

“zəli  kimi  soran”  qolçomaqları, 

kəndxudaları,  kəndlilərin  avamlığından  istifadə  edib  onları 

aldadan və  amansız surətdə  istismar edən mollaları, müridləri, 

şeyxləri,  rüşvətxor  çar  məmurlarını  və  başqa  cəhalətpərəstləri 

özünə məxsus bir cəsarətlə ifşa etmiş, digər tərəfdən kəndlilərə 

öz  hüquqlarını  başa  düşməyə,  hər  cür  zülmə  müti  qul  kimi  

dözməməyə,  istismarçılığa  qarşı  müqavimət  göstərməyə 

çağırmışdır. 

     1875-ci  il  iyul  ayının  22-də  “Əkinçi”nin  1-ci  sayı  çap 

olunduqdan  sonra  H.Zərdabi  mətbuatımızın  banisi  kimi  tarixə 

düşdü...“Əkinçi”!..  Bu  sözü  həyəcansız,  ürək  çırpıntısı 

keçirmədən tələffüz etmək qeyri-mümkündür. Bu sözdə hər bir 

Azərbaycan  vətəndaşı  üçün  nə  qədər  böyük  müqəddəslik  və 

doğmalıq var!.. “Əkinçi” müstəqil Azərbaycanın, onun dilinin, 

xalq nəğmələrinin poeziyanın, ədəbiyyatının, tarixinin ən gözəl 

emblemidir.  O  bütün  Azərbaycan  xalqının  əksidir,  təyinatıdır, 

azad  əməyə  sevgisidir,  enerjisidir,  ideyaları  və  ideyallarıdır!.. 

“Əkinçi” və Həsən bəy Zərdabi xalq yaddaşında və tarixdə elə 

çulğaşıb  ki,  onları  bir-birindən  ayırmaq  mümkün  deyil.  Onlar 

birlikdə və ayrılmaz formada Azərbaycanın və bütün Qafqazın 



23 

 

mədəniyyətinin 



və 

maarifinin,  iqtisadiyyatının  inkişafı 

tarixində,  siyasi  həyatında  şərəfli  yerlərdən  birini  tutur. 

H.Zərdabi özünəməxsus enerji və cəsarətlə doğma dili müdafiə 

etdi. “Əkinçi”nin   təkcə forması, dili deyil, məzmunu da diqqəti 

özünə  çəkirdi.  Qəzet  Rusiya,  Qafqaz  və  xarici  ölkələrlə  bağlı 

bütün xarici və daxili məsələlərə öz səhifəsində yer verirdi... 

   “Əkinçi”  nin  məram  və  məqsədləri  qəzetdə  bu  cür  təqdim 

olunurdu: 

 



“Əkinçi”  –  tərbiyəçi  olub  xalqın  xoşbəxtliyi  haqqında 

düşünür, xalqın maariflənməsinə çalışır; 

 

“Əkinçi” – bələdçi olub dünyəvi elmlərin öyrənilməsinə 



və insanları işığa, yaxşılığa səsləyir; 

 



“Əkinçi”  –  bir  ayna  kimi  bütün  əyrilikləri  göstərir, 

təmizliyin, səadətin, xoşbəxtliyin yoluna işıq tutur; 

 

“Əkinçi”  –  bir  həkim  kimi  insanları  acı  dərmanlarla 



nadanlıq  xəstəliyindən  müalicə  edir  ki,  bizdən  sonra 

gələnlər nadanlıq mərəzinə tutulmasınlar. 

     Bəli, “Əkinçi” qəzeti fəaliyyət göstərdiyi (1875-1877) illərdə 

özünün müqəddəs amalına – xalqın maariflənməsinə ləyaqətlə 

xidmət etdi. O, tezliklə xalq maarifi və mədəniyyətinin, ana dili 

məktəblərinin böyük carçısı oldu. Lakin bu sevincli günlər uzun 

sürmədi. Bu işdə də erməni xəyanəti öz işini gördü. “Əkinçi” nin 

mürəttibi  Minasovun  donosları  nəticəsində  “Əkinçi”  qapandı. 

“Əkinçi” bağlansa da, onun əkdiyi maarif, elm və mədəniyyət 

toxumları  tezliklə  öz  bəhrələrini  verdi:  yeni-yeni  məktəblər 

açıldı,  qəzetlər  yarandı…  “Əkinçi” nin  davamçısı türk dilində 

ikinci  qəzet  olan  “Tərcüman”  (1883-1919)  Həsən  bəyin  dostu 

böyük  türkçü  İsmayıl  bəy  Qaspıralının  redaktorluğu  ilə  nəşrə 

başladı. Bu qəzetin nəşrini Həsən bəy türkçülüyün bayramı kimi 

qarşıladı... 



24 

 

     Rəy sorğusu  Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü ilə 

əlaqədar  olaraq,  kitabxanalarda    keçirilən  tədbirlərdən  biri  də  

“Mətbuat xalqın ucadandanışanıdır” adlı rəy sorğusudur. Bu 

mövzu  haqda  kifayət  qədər  bilgi  əldə  etmiş  şagirdlər 

kitabxanaya  gəlib  tədbirdə  iştirak  edirlər.  Əvvəlcə  kitabxanaçı 

qonaqlar  və  iştirakçıları  salamladıqdan  sonra  bu  şanlı  tarix 

haqqında  qısa  və  dəyərli  məlumatlar  verir.  Məlumatdan  sonra 

suallar yazılı və test şəklində iştirakçılara təqdim olunur.  



Kitabxanaçı:  Dostlar,  indi  siz  çoxlu  qəzetlər  görür  və 

oxuyursunuz. Onlar gözəl formada, nəfis tərtibatda hətta bəziləri 

rəngli  çap  edilirlər.  Bəs  ilk  qəzetlər  necə  olub.  Əlyazma 

formasında olan qəzetlər lövhə şəklində olduğundan bu qəzetlər 

ictimai  yerlərdə  asılırdı.  Sonralar  papirus  və  perqament 

yarandıqdan sonra bir nəfər  mətni  ucadan diktə edir, qalanlar 

isə  sürətlə  yazırdı. “Qəzet” sözü  indiki mənada fransız naşiri  

Renodonun  1631-ci  ildə  Paridə  “La  Qazetta”  adlı  dövri  nəşri 

buraxdığı vaxtdan geniş yayılmağa başladı.  

     Rusiyada  ilk  qəzet  1702-ci  ildə  I  Pyotrun  fərmanı  ilə  çap 

olunmağa  başlayan  “Vedemosti”  olub.  Azərbaycanda  isə  XIX 

əsrin  I  yarısında  bəzi  qəzetlər  çıxsa  da,  Azərbaycan  dövri  

mətbuatının  əsası  1875-ci  ilin  iyunun  22-də  nəşr  olunmağa  

başlayan “Əkinçi” qəzeti ilə qoyulub.  



Kitabxanaçının  məlumatından  sonra  suallar  məktəblilərə 

təqdim olunur. 

Suallar:  1.

 

  Beynəlxalq  Söz  və  Mətbuat  Azadlığı  Gününün 



tarixini qeyd edin. 

a.

 



20 Yanvar 

b.

 



28 May 

c.

 



3 May   

2. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təsis etdiyi 

jurnal aşağıdakılardan  hansıdır? 



25 

 

    a. Göyərçin 



    b. Qaranquş 

    c. Göy qurşağı  

3  İlk qəzet  harada və nə vaxt çap olunmağa başlayıb? 

a.

 



İlk qəzet Rusiyada 1702-ci ildə I Pyotrun  fərmanı ilə çap 

olunmağa başlayan “Vedemosti” olub. 

b.

 

İlk qəzet Azərbaycanda  ilk dəfə 1875 -ci  il 22 iyunda  



nəşr olunan “Əkinçi” qəzetidir. 

c.

 



İlk dəfə jurnal nəşr olunmuşdur.  

4.  Sevərək  oxuduğunuz  qəzet  və  jurnallardan  bir  neçəsinin 

adlarını sadalayın.  

5. Qəzet təsisçiləri  hansı peşə sahibidir? 

     a. Müəllim 

     b. Jurnalist 

     c. Kitabxanaçı 

6. Azərbaycanda ilk  qəzet haqında məlumat verin.  

7. Dahi Nizami Gəncəvi “tükənməz  mənəvi qida” adlandırarkən 

nəyi nəzərdə tuturdu?  

      a. Kitab 

      b. Günəş 

      c. məktəb çantası 

Cavablar:   1.  c;  2. c;   3. a, 4. Göy qurşağı,  Göyərçin,  Svalan, 

“Qaranquş, Bala dili və s.  5. b, 6. ...; 7.a. 



Rəy sorğusunun sonunda daha çox suala cavab verən 

məktəblilər mükafatlandırılır. 

 

 


26 

 

Ədəbiyyat siyahısı 



Kitablar 

Aşırlı A. Azərbaycan mətbuat tarixi. II hissə : 1920-1990. - Bakı 

: Elm və Təhsil, 2010. - 227 s. : foto. 



Heydər  Əliyev  və  mətbuat  :  4  cilddə.  I  cild  :  Müsahibələr, 

bəyanatlar,  müraciətlər,  çıxışlar  :  Yanvar,  1990-iyul,  1996.  - 

Bakı : Nurlar, 2003. - 640 s. : rəngli foto, portr.  

Heydər  Əliyev  və  mətbuat  :  4  cilddə.  II  cild  :  Müsahibələr, 

bəyanatlar, müraciətlər, çıxışlar : iyul, 1996-iyul, 1998. - Bakı : 

Nurlar, 2003. - 640 s. : rəngli foto. 

Heydər  Əliyev  və  mətbuat  :  4  cilddə.  III  cild  :  Müsahibələr, 

bəyanatlar,  müraciətlər,  çıxışlar  :  iyul,  1998-sentyabr,  2000.  - 

Bakı : Nurlar, 2003. - 640 s. : rəngli foto, portr.  

Heydər  Əliyev  və  mətbuat  :  4  cilddə.  IV  cild  :  Müsahibələr, 

bəyanatlar,  müraciətlər,  çıxışlar  :  Noyabr,  2002-Mart,  2003.  - 

Bakı : Nurlar, 2003. - 640 s. : rəngli foto, portr. 

Jurnalist olmaq istəyirsənsə... - Bakı : Nurlar, 2004. - 200 s 

Mirəhmədov  Ə.  Azərbaycan  jurnalistləri  və  naşirləri  : 

ensiklopediya. - Bakı : Ərgünəş, 2013. - 272 s.  



Tahirli  A.  Azərbaycan  mühacirət  mətbuatı.  I  hissə.  -  Bakı  : 

QAPP-POLİQRAF Korporasiyası, 2002. - 160 s.  



Tahirli  A.  Azərbaycan  mühacirət  mətbuatı.  II  hissə.  -  Bakı  : 

Ozan, 2003. - 276 s. 



Tahirli  A.  Azərbaycan  mühacirət  mətbuatında  publisistika  : 

1921-1991. - Bakı : Polygraphic production, 2005. - 528 s.  



Yaqublu N. "Kaspi" qəzetinin yaranması və fəaliyyəti : "Kaspi" 

qəzetinin 130 illiyinə. - Bakı : Qanun, 2011. - 216 s.  

 

 



27 

 

Dövri mətbuat 



Abdullayev  M.  Azərbaycan  mətbuatı:  söz,  fikir  azadlığından 

azad mediaya qədər // Azərbaycan. - 2017. - 20 iyul. - № 154. - 

S. 4.  

Abdullayev  M.  Qlobal  media  və  tolerantlıq  //  Xalq  qəzeti.  - 

2015. - 1 iyul. - № 139. - S. 10.  



Aslanov A.   AzərTac : Şərqlə Qərb arasında media körpüsü // 

Azərbaycan. - 2015. - 18 fevral. - № 38. - S. 4.  



Aydınoğlu T. Söz azadlığı və plüralizm demokratik cəmiyyətin 

zəruri təlabatıdır // Xalq qəzeti. - 2017. - 11 iyul. - № 146. - S. 

7.  

Bayramova  Z.  Söz  və  mətbuat  azadlığı  cəmiyyətdə 

demokratiyanın  meyarı  və  ölçüsüdür  :  Bu  gün  Jurnalistlərin 

Beynəlxalq  Həmrəyliyi  Günü  demokratik  proseslərin  inkişaf 

etdiyi Azərbaycanda da qeyd olunur  // Yeni Azərbaycan. - 2017. 

- 8 sentyabr. - № 161. - S. 9.  

Bədəlov  Ə.  Azərbaycanda  bütün  başqa  azadlıqlar  da  -  söz 

azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur 

// Xalq qəzeti. - 2015. - 24 iyul. - № 156. - S. 6.  

Cəfərli R. Azərbaycanda mətbuat və söz azadlığı təmin olunub 

: 3 May Ümumdünya Mətbuat Azadlığı Günüdür // Azərbaycan. 

- 2018. - 3 may. - № 99. - S. 1; 7.  

Cəfərli  R.  Söz  azadlığının  təmin  edilməsi  Azərbaycanın 

demokratik inkişafının əsas göstəricilərindən biridir : 19 il əvvəl 

ölkəmizdə mətbuat üzərində senzura tamam aradan qaldırıldı // 

Azərbaycan. - 2017. - 6 avqust. - № 169. - S. 1, 5.  



Əhmədova F. İstiqlala qovuşduran mətbuatımız // Azərbaycan. 

- 2015. - 17 iyul. - № 153. - S. 5.  

 



28 

 

Ələddinqızı  N.  Azərbaycan  mətbuatı  dünya  mətbuatının  bir 

parçasıdır : Bu gün Ümumdünya Mətbuat və Söz Azadlığı Günü 

demokratik  proseslərin  inkişaf  etdiyi  Azərbaycanda  da  qeyd 

olunur // Səs. - 2017. - 3 may. - № 77. - S. 12.  

Ələddinqızı N. Dövlətimiz söz, fikir və mətbuat azadlığının tam 

təminatçıdır  // Səs. - 2015. - 13 avqust. - № 147. - S. 3.  



Əliyev  İ.  Azərbaycanda  söz  və  mətbuat  azadlığı  demokratik 

prinsiplərə əsaslanır  // Səs. - 2017. - 20 may. - № 89. - S. 11. 



Feyziyev  C.  Milli  mətbuatımız  milli  mübarizə  tariximizdir  // 

Səs. - 2015. - 23 iyul. - № 132. - S. 10. ; Xalq qəzeti. - 2015. - 

25 iyul. - № 157. - S. 5.  

Hacalıyev E. Milli maraqlar KİV-in fəaliyyətinin əsas meyarı 

olmalıdır : 3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür  

// Azərbaycan : qəzet. - 2016. - 3 may. - № 94. - S. 11.  

İsmayılqızı X. Milli mətbuatın tarixində yeni mərhələ : Heydər 

Əliyev - 92 // İki sahil. - 2015. - 9 may. - № 83. - S. 13.  



KİV  nümayəndələri:  Azərbaycan  Prezidenti  jurnalistlərin 

dostu, mətbuat və söz azadlığının qarantıdır  // Yeni Azərbaycan. 

- 2017. - 4 avqust. - № 138. - S. 4.  

Qələndərli  N.  Azərbaycan  mətbuatı  hakimiyyətin  dördüncü 

qolu  funksiyasını  uğurla  yerinə  yetirir  //  Yeni  Azərbaycan.  - 

2015. - 28 iyul. - № 133. - S. 2.  

 

Məmmədov C. Fikir, söz və məlumat azadlığının, plüralizmin 

inkişaf etdirilməsi  // Səs. - 2016. - 20 fevral. - № 33. - S. 13.  

Mirzəbəyli  İ.  Azərbaycanda  söz,  fikir  və  məlumat  azadlığı 

yüksək  səviyyədə  təmin  edilir  :  3  May  Ümumdünya  Mətbuat 

Azadlığı Günüdür // Xalq qəzeti. - 2017. - 3 may. - № 93. - S. 

10.  


 


29 

 

Nəcəfzadə R.  Fikir,  söz  və  məlumat  azadlığının  plüralizmin 

inkişaf etdirilməsi // Səs. - 2018. - 27 fevral. - № 38. - S. 13.  

Nərimanoğlu  M.  Azərbaycanda  dövlət  mətbuatın  inkişafına 

daim  dəstək  göstərir  :  3  may  Beynəlxalq  Söz  və  Mətbuat 

Azadlığı Günüdür // Azərbaycan. - 2017. - 3 may. - № 93. - S. 

11.  


"Ölkədə azad mətbuatın inkişafı üçün hər cür şərait yaradılıb" 

:  "Azərbaycan  milli  mətbuatı  -  140  :  inkişaf  yolu  və  müasir 

dövrün  çağırışları"  mövzusunda  növbəti  regional  konfrans 

Qubada keçirilib // Palitra. - 2015. - 17 iyul. - № 128. - S. 3.  



Ömərov V. Azərbaycanın dünya hüquq sisteminə inteqrasiyası 

və insan hüquqları, söz azadlıqları // Səs. - 2016. - 25 fevral. - 



№ 36. - S. 15.  

Rəhimzadə  V.  Mətbuat,  söz  və  fikir  azadlığını  təmin  edən 

islahatların müəllifi : Heydər Əliyev - 92 // Xalq qəzeti. - 2015. 

- 8 may. - № 98. - S. 6.  

Rəsulov R. Azərbaycanda söz, fikir və məlumat azadlığı yüksək 

səviyyədə  təmin  olunmaqdadır  //  Səs.  -  2017.  -  5  avqust.  -  № 

139. - S. 10.  

Rüstəmli  A.  İstiqlalımızın  ilk  tribunası  :  Azərbaycan  Milli 

Mətbuatı - 140 // Azərbaycan. - 2015. - 7 iyul. - № 144. - S. 2.  



Rüstəmov A. Jurnalistikanın  funksiyaları // Füyuzat. - 2015. - 

№ 3. - S. 8-12.  



Rüstəmov A. Mətbuat və söz azadlığı  demokratik cəmiyyətin 

göstəricisi kimi // Füyuzat. - 2015. - № 2. - S. 16-20.  



Rüstəmov İ. Hamımızın azadlığı... söz azadlığı // Xalq qəzeti. - 

2016. - 10 iyul. - № 146. - S. 7.  



Sadıqov B.   Bir  görüşün  təəssüratları  :  Mətbuatın  üzərinə 

düşən  vəzifələrin  miqyası  daha  da  artır  və  genişlənir  // 

Azərbaycan. - 2015. - 5 avqust. - № 166. - S. 1-2.  



30 

 

Mətbuat – Həyatın güzgüsü, həqiqətin carçısı



 

(metodik vəsait) 

 

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 



 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 31 

Çapa imzalanmışdır:12.04.2018 



Tirajı:100 

Pulsuz 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə