Koklu nəslin



Yüklə 75,88 Kb.

tarix25.08.2018
ölçüsü75,88 Kb.


İLLƏRİN YADDAŞINDA YAŞAYANLARI

I

■SI

Ə sgər ZEYN ALO V

y

KOKLU 

nəslin

 

şaxələri

/

XIX əsrin ortalarında İrəvan şəhərinin məşhur Gedərçay məhəl­



ləsində Qurbanəli adında bir şəxs yaşayırdı. Onun iki övladı var­

dı: Məmmədkərim və Ələkbər.  Nədənsə, axtarış apardığımız 

qaynaqların heç birində bu adamların adlarına təsadüf etmədik. 

Görünür, tale həmin soykökün adını tarixdə həmişəlik yaşatmaq 

qismətini sonraya saxlamışdı.

M əmmədkərim  İrəvanın  bəy nəslindən  Zəh­

ra xanım Süleymanbəyova ilə ailə qurur. Demək 

lazımdır  ki,  Zəhra  xanım ın  anası  Bilqeys  Qazı­

yeva  İrəvan  quberniyasının  zadəganlarından 

Mirzə  Cabbar Qazıyevin nəslindən idi.

M əmm ədkərim in  beş  övladı  olmuşdu:  Tər­

lan, Göyçək,  Əziz, Şamama, Ziyad.

1918-ci  ildə  İrəvanda milli  zəmində  olan  qa­

rışıqlıqla  əlaqədar  ailə  öz  doğma  yurdunu  tərk 

etməli  olmuşdu.

Tərlan  xanım  həyat  yoldaşı  ilə  İranda  yaşa­

mışdır.

Göyçək xanım  tibb  texnikum unu bitirmişdi. 



Bu  nəslin  xamırı  sanki  təbabətlə  yoğrulmuşdu. 

Sonralar həm in  soykök Azərbaycan tibb  elminə 

nə  qədər ləyaqətli  nümayəndələr verdi?..

Göyçək  xanımın  oğlu  Q urban  Əliyev  Azər­

baycan  Tibb  İnstitutunu  bitirmiş,  sonra  disser­

tasiya  müdafiə  edərək  tibb  elmləri  namizədi 

alimlik dərəcəsini almışdı. Ancaq onun fəaliyyə­

ti  səhiyyə  ilə  məhdudlaşmamış,  ictimai-siyasi 

fəaliyyəti  ilə  seçilmişdi.  O,  bir  m üddət  Sahil

(keçmiş 26 Bakı komissarı)  rayon partiya kom i­

təsinin  birinci  katibi,  uzun  illər  respublikanın 

ali və  orta  ixtisas  təhsili  naziri vəzifəsində  çalış­

mışdır. Qardaşı Yusif də həkim  idi...

Göyçək xanım ın  qardaşı  Ziyad  da  Tibb  İn ­

stitu tu n u   bitirərək həkim lik  peşəsinə  yiyələn­

mişdi.  Bu  nəslin  görkəm li  nüm ayəndələrin­

dən  biri  Şam am a  Ələsgərovadır.  O,  1904-cü  il 

m artın  8-də  İrəvanda anadan  olm uş, ilk təh si­

lini gim naziyada  almışdı. H əyatın  hər  cür  sərt 

üzünü  görən  Şamama  1941-ci  ildə  Azərbay­

can  Dövlət  Tibb  İn stitu tu n u   b itirir  və  cəbhə­

yə  göndərilir.  Sonra  Şam ama  m üharibə  illə­

rində  Azərbaycan  SSR  Xalq  Səhiyyə  K om is­

sarlığında  şöbə  m üdiri, kadrlar idarəsinin  rəi­

si  olm uşdu.

1945-ci  ildə  Şamama  xanım   N.Krupskaya 

adma 5 nöm rəli klinik doğum  evinin baş həkimi 

təyin olunur və öm rünün sonuna kimi -  1977-ci 

il  iyunun  2-nə  kimi  həmin  vəzifəni  yerinə  yeti­

rir.  O nun  yüksək  təşkilatçılıq  qabiliyyəti  sayə­

sində doğum evi respublikanın iri müalicə prof-

YADA DÜŞDÜ / №  1(27) / Yanvar-Fevral-Mart 2017-ci il buraxılışı



jjLLƏRİN YADDAŞINDA YAŞAYANLAR

laktika  idarəsinə  çevrilmiş  və  kecmis  ittifaqda 

geniş şöhrət qazanmışdı.

Şamama xanım  1958-ci ildə "Səhiyyə əlaçısı", 

iki il sonra respublikanın əməkdar həkimi adma 

layiq  görülür.  1969-cu  il  fevralın  5-də  Şamama 

xanıma xidmətlərinə  görə  Sosialist  Əməyi Q əh­

rəmanı  adı verilir. O, respublikada bu  ada layiq 

görülən  ilk  səhiyyə  işçisi  idi.  Şamama  xanım 

haqqında dövri m ətbuatda  -  "Pravda", "Komso- 

molskaya  pravda", "İzvestiya,"  "Bakı", "Baku"  və 

digər mərkəzi orqanlarda m üntəzəm  olaraq m ə­

qalələr dərc edilmişdi.

Şamama  xanım   Azərbaycan  SSR  Ali  Soveti­

nin  IX çağırış  deputatı  olm uşdur. "Şərəf nişanı" 

ordeni və  medallarla təltif edilmişdi.

Bu m əşhur nəsildə böyük nüfuza malik şəxs­

lərdən  biri  də  Əziz  M əm m ədkərim   oğlu  Əliyev 

olm uşdur. Görkəmli alim və ictimai xadim  Əziz 

Əliyev  1897-ci  ildə yanvar ayının birində  İrəvan 

şəhəri  yaxınlığında  olan  H am am lı  kəndində 

dünyaya göz açmışdı. İlk təhsilini  İrəvanda  İba- 

dulla bəy M uğanlinskinin  pansionatında almış­

dı.  O na  pansionatda  Fars  Abbasın  oğlu, gələcə­

yin  tanınm ış  dilçi-alimi  Cabbar  M əmmədzadə 

dərs demişdir. Burada onlar ərəb, fars, rus dili ilə 

yanaşı  fransız  dilini  də  öyrənirdilər.  Görkəmli

tədqiqatçı-alim  Əziz  Şərif  yazır  ki,  o  zaman 

azərbaycanlı  uşaqları  gimnaziyaya  hazırlaşdır- 

m aq üçün  İrəvanda iki pansionat var idi. Bunla­

rın  birini  müəllim  Cəfər bəy Cəfərov,  ikincisini 

İbadulla bəy Muğanlinski  ilə  Cabbar bəy M əm ­

mədov  saxlayırdı.  Əziz  Əliyev  pansionatı  b itir­

dikdən  sonra  1908-ci  ildə  İrəvan  gimnaziyasın­

da təhsilini  davam etdirmişdir.

Bu  dövrdə  İrəvan  özünün  qaynar  çağlarını 

yaşayırdı.  Bu  tipik  m üsəlm an  şəhəri  Qafqazda 

elmin, maarifin, mədəniyyətin ən çox inkişaf et­

diyi  mərkəzlərdən biri  idi. Burada  1981-ci ildən 

müəllimlər  seminariyası,  gimnaziya,  o  cüm lə­

dən  bir  qadın  gimnaziyası,  2  pansionat,  Haşım 

bəyin  məktəbi  fəaliyyət göstərirdi.

İrəvanda "Leylək"  satirik jurnalı və "Həqiqət" 

ədəbi-bədii jurnalı  nəşr olunurdu.

Belə  bir  işıqlı  m ühitdə  İrəvan  gimnaziyasın­

da təhsil  alan  gənc  Əziz  Əliyev öz  üzərində  cid­

di çalışırdı. 0 ,1 9 1 4 -cü  ildə atasının xəstələnmə­

si  ilə  əlaqədar təhsilini  davam  etdirməklə  yana­

şı,  axşamlar  uşaqları  hazırlaşdırmaqla  məşğul 

olur.  Dünya  şöhrətli  alim,  akademik  M .Topçu- 

başovun  Əziz  Əliyevlə  bağlı  xatirəsi  maraqlıdır: 

"Mən  Əzizi  hələ  Yerevandan  tanıyırdım.  Biz 

m üxtəlif gimnaziyalarda  oxuyurduq,  ancaq  ev­

lərimiz yaxın idi, bəzi qohum lara nisbətən  daha 

yaxın, sevinc və kədərimizi bir yerdə bölüşərdik. 

Atam  Əzizi  çox sevərdi, bu  ağıllı və  fərasətli oğ­

lanı. Gimnaziyadan sonra Əziz öz məhəllə uşaq­

larına dərs verərdi. Atam tez-tez Əzizi mənə n ü ­

m unə göstərərdi:

-Əziz  səndən  iki  yaş  kiçikdir,  ancaq  iki  dəfə 

ağıllıdı.  Müəllim  lazım  deyil.  Özü  öyrənir  və 

başqalarını  öyrədir.  Əgər  bir  şey  çıxsa,  Əziz  ki- 

misindən  çıxacaq".

Ə.Əliyev  1917-ci  ildə  İrəvan  gimnaziyasını 

qızıl medalla bitirir.

Lakin  təhsilini  davam  etdirməyə  m addi  im ­

kanı  çatmır.  Ə.Əliyev bu  məqsədlə  m əşhur  mil­

yonçu,  xeyirxah  insan  H.Z.  Tağıyevə  məktubla 

m üraciət  edir  və  Hacı  ona  300  m anat  pul  gön­

dərir.  O,  Peterburqa  gedir  və  Hərbi-Tibb  Aka­

demiyasına daxil  olur.

1918-ci ildə  2-ci kursda  ikən  Əziz yay tətilini 

İrəvanda keçirir. Həmin  il atası vəfat etdiyindən

1 0

YADA DÜŞDÜ / №  1(27) / Yanvar-Fevral-Mart 2017-ci il buraxılışı



İLLƏRİN YADDAŞINDA Y AŞ AY ANLAQ

ailənin bütü n  ağırlığını çiynində daşımağa məc­

bur  olan  Ə.Əliyev  təhsilini  yarımçıq  qoymalı 

olur.  Daşnak  fitnəkarlarının  baş  qaldırm ası 

üzündən  onlar  ailəliklə  əvvəlcə  Naxçıvanın  Şə­

rur  rayonuna,  sonra  Şahtaxtı  kəndinə,  oradan 

da İranın  Ərəblər kəndinə köçürlər.  1921-ci ildə 

yenidən  Şahtaxtına  qayıdırlar.  İki  il  burada  ya­

şayırlar.  1923-cü ilin may ayında  Ə.Əliyev Bakı­

ya  gəlib  işə  düzəlir.  O,  həm in  il  Azərbaycan 

Dövlət  Universitetinin  Tibb  fakültəsinin  tera- 

pevt şöbəsinə qəbul olur və 4 il sonra oranı m ü ­

vəffəqiyyətlə  bitirir.  Bundan  sonra  Ə.Əliyevin 

gərgin  əmək  fəaliyyəti  başlayır.  O,  1929-cu  ilin 

oktyabrından respublika Xalq Səhiyyə Komissa­

rının  müavini, sonra  Kliniki  İnstitun  direktoru, 

1932-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitu­

tunun rektoru təyin edilir. Tibb elmləri namizə­

di, dosent  Baxış  Qəhrəm anov qeyd  edir ki, rek­

tor  olduğu  üç  il  m üddətində  (1932-35)  onun 

yüksək təşkilatçılığı sayəsində Azərbaycan dilin­

də 45 adda dərslik və dərs vəsaiti hazırlanıb nəşr 

olunur.  O nların  içərisində  Ə.Əliyevin  "Kliniki- 

diaqnostik  laboratoriya  analizi",  K.  Balakişiye- 

vin "İnsanın norm al anatomiyası", M.Qəniyevin 

"Mikrobiologiya  kursu",  U.  Musabəylinin  "Göz 

xəstəlikləri",  Y.Qazıyevin  "Yüngül  vərəm"  və  s. 

fundam ental əsərlər bu  qəbildəndir.

Ə.Əliyev həmişə  yüksək və  məsul vəzifələrdə 

çalışmışdı. O,  1934-cü  ilin  m art  ayında  Bakı  şə­

hər  səhiyyə  şöbəsinin  m üdiri  seçilir  və  3  aydan 

sonra yenidən  əvvəlki vəzifəsinə  -  ATİ-nin  rek­

toru vəzifəsinə qaytarılır. O, eyni zamanda Azər­

baycan  Əczaçılıq İnstitutunun direktoru olur və 

1938-ci  il  iyunun  birinə  kimi  hər  iki  instituta 

başçılıq edir.

1935-ci  ildə  Ə.Əliyev  namizədlik  dissertasi­

yası müdafiə edir və iki il sonra dosent adm a la­

yiq  görülür.  Zəhmətkeş  alim  1937-ci  ildə  dok­

torluq  dissertasiyasını  müdafiə  edir.  O nun  dis­

sertasiya  işi  1938-ci  ilin  sonunda  pul  m ükafatı­

na layiq görülür.

Ə. Əliyevin elmi işi ictimai  fəaliyyətindən heç 

də  təcrid  edilməmişdi.  O,  1936-cı  ildə  Zaqafqa­

ziya M İK-nin üzvü,  1937-ci ildə isə SSRİ Ali So­

vetinə  və  Azərbaycan  SSR  Ali  Sovetinə  deputat 

seçilir.

Bu illər ərzində  Ə.Əliyev 20-dən artıq elmi və 

publisistik  məqalələr  dərc  etdirir,  Azərbaycan 

SSR  Xalq  Səhiyyə  Komissarlığına,  Azərbaycan 

Dövlət Universitetinə başçılıq edir.

30-cu illərin sonunda  Ə.Əliyev artıq öz təşki­

latçılıq bacarığı ilə respublikada ən nəzərəçarpa- 

caq kadrlardan idi. Getdikcə o, daha məsul vəzi­

fələrə  irəli  çəkilir, əvvəl Azərbaycan  SSR Ali  So­

veti  Rəyasət  heyətinin  katibi,  1941-ci  ilin  m art 

ayında isə Azərbaycan KP M K-nın katibi seçilir. 

M üharibə  başlayarkən  əldə  olunm uş  razılığa 

əsasən  keçmiş  sovet  ordusu  İrana  daxil  olur, 

Ə.Əliyev hərbi  şuranın  üzvü  kimi  oraya  göndə­

rilir.

Alman  qoşunları  keçmiş  SSRİ-nin  demək 



olar ki, bü tü n  Avropa hissəsini işğal etmişdi. Ar­

tıq  Şimali  Qafqaz  almanların  əlində  idi,  döyüş­

lər  Dağıstanın  sərhədlərinə  gəlib  çatmışdı.  Da­

ğıstan  kimi  çoxmillətli  respublikaya  rəhbərlik 

etmək üçün son dərəcə yüksək səviyyəli bir kadr 

lazım idi. Belə bir şəxs  Ə. Əliyev oldu. M .Topçu- 

başov bu  barədə  yazır:  "ÜİK  (b)P  M K-dan  D a­

ğıstanda  işləmək  üçün  2  yoldaş  istədilər.  Res­

publika  Əziz  Əliyevi  təqdim   etdi.  Bizim  2-ci 

Əziz  Əliyevimiz yoxdur, -  dedilər".

1942-ci  ilin  sentyabr  ayında  MK  onu  Dağıs­

tana  birinci  katib  göndərir.  Dağıstanda  1942- 

1948-ci  illərdəki  fəaliyyəti  Ə.Əliyevin  həyatında 

xüsusi  mərhələ  təşkil  edir.  Bu  zaman  vilayət 

özünün çox ağır bir dövrünü keçirirdi. Dağıstan 

ərzağın,  neftin  eşalonlarla  göndərilməsi  üçün 

cənub  respublikaları  ilə  cəbhə  arasında  bir  növ 

körpü  rolunu  oynayırdı.  Əziz  Əliyev  belə  bir 

ağır  şəraitdə  fəaliyyətə  başladı,  gərgin  əməyi  və 

yorulm adan  çalışmağı  sayəsində  qarşıdakı  bu 

çətinliklərin  öhdəsindən  bacarıqla  gəldi.  Dağıs­

tanın  keçmiş  birinci  katibi  M.S.  Umaxanov ya­

zır  ki,  Ə.Əliyev  cəbhədə  yaralananlara,  m ühari­

bə  əlillərinə  böyük qayğı  göstərir, döyüşçü  ailə­

lərini hamiliyə götürməyi ən vacib məsələlərdən 

sayırdı.  Bu  iş  hazırda  xalqımız  üçün  nə  qədər 

xarakterikdir.  M üharibə  illərində  Dağıstanda  7 

min pulemyotçu, 3200 m inom yotçu, 20 m in av- 

tomatçı,  1580  radist,  500  snayperçi  hazırlanır. 

200  m indən  artıq  əhali  işğal  olunm uş  ərazilər­

dən  köçürülərək Dağıstanda yerləşdirilir.  Bu  iş-

____________________________________ I

YADA DÜŞDÜ / №  1(27) / Yanvar-Fevral-Mart 2017-ci il buraxılışı 1 1



lərin  hamısı  Mahaçqala  Müdafiə  Komitəsinin 

rəhbəri  Ə.Əliyevin  başçılığı  altında  həyata  keç­

mişdir.

O nun  Dağıstanın  birinci  katibi  olduğu  illər­



də  vilayətdə  bütün  sahələrdə  -  kənd  təsərrüfa­

tında, elmdə, təhsildə, mədəniyyətdə güclü inki­

şaf özünü  göstərir.  Bu  dövrdə  Dağıstanda  aka­

demik-mərkəz  elmi-tədqiqat  bazası  (sonralar 

SSRİ  EA-nın filialına çevrilir), Qadınlar İnstitu­

tu  və  qadınlar  məktəbi  açılır.  Vilayətin  gəncləri 

təhsil  almaq  üçün  keçmiş  SSRİ-nin  ali  m əktəb­

lərinə  göndərilir.  O  zaman  Ə.Əliyevin  təhsil  al­

mağa göndərdiyi adam lardan biri də Dağıstanın 

xalq  şairi, Dövlət  mükafatı  laureatı  Rəsul  Həm- 

zətov  idi.  Ə. Əliyev  respublikanın  ədəbiyyat  və 

incəsənət  xadimlərinə  də  həmişə  qayğı  göstər­

miş,  onların  yaradıcılığı  üçün  lazımi  şərait  ya­

ratmışdı.

Dağıstanın xalq şairi  Əbdül-Vahab  Süleyma­

nov  yazır  ki,  ordudan  tərxis  olunduqdan  sonra 

Ə.Əliyev onu  Dağıstan Yazıçılar  İttifaqının  rəh­

bəri  təyin  edir  və  şairin  əsərlərinin  bir  cildliyi­

nin nəşri üçün vilayətin katibi  Ələkbərova tapşı­

rıq verir. Çox çəkmir ki, şairin  17  m üəllif vərəqi 

həcmində  ilk şeirlər kitabı  nəşr olunur.

1942-ci  ildə  Dağıstana  birinci  katib  təyin 

olunm uş  istedadlı  dövlət xadimi  Əziz  Əliyev iş­

lədiyi 6 il m üddətində  m uxtar republikada m is­

li  görünm əm iş  dərəcədə  böyük  işlər  görür.  Və 

eyni  zamanda, həm in  ərazidən  SSRİ  Ali  Soveti­

nə və  Dağıstan MSSR Ali Sovetinə  deputat seçi­

lir. Xalq  arasında  "Qurucu  Əziz"  adı  ilə  tanınan 

Əziz  Əliyev  1948-1950-ci illərdə ÜİK (b)  P MK- 

nın  inspektoru,  1950-1951 -ci  illərdə  isə  Azər­

baycan  SSR  Nazirlər  Soveti  sədrinin  birinci 

müavini  vəzifələrində  çalışır.  Uzun  m üddət  öz 

peşəsindən  -  həkimlik sənətindən ayrılan  Ə.Əli­

yev,  1952-ci ildə Azərbaycan SSR Elmi-Tədqiqat 

Ortopediya  və  Bərpa  Cərrahlığı  İnstitutunun 

direktoru  təyin  olunaraq  yenidən  öz  peşəsinə 

qayıdır. O nun  rəhbərlik etdiyi m üddətdə  Ə.Əli­

yevin  redaktorluğu  ilə  institutun  5  cildlik  elmi 

əsərləri,  122  elmi  iş  və  m etodik  xarakterli  13 

broşür  nəşr  olunur.  Əziz  Əliyev  1958-ci  il  aprel 

ayının  14-də  professor  adma layiq görülür. H ə­

m in  ildən  öm rünün  sonuna  kimi  (1962)  Azər­

baycan  Həkimləri  Təkmilləşdirmə  İnstitutuna 

başçılıq edir.

Əziz  Əliyev özündən sonra qüvvətli bir ziyalı 

ocağı  yaratmışdı.  O nun  qızı  Zərifə  xanım  məş­

hur oftalmoloq, Azərbaycan EA-nın həqiqi üzvü 

idi.


Zərifə  xanım  1947-ci  ildə  N.Nərim anov adı­

na  Azərbaycan  Dövlət  Tibb  İnstitutunu  b itir­

miş,  1959-cu  ildə  oftalmologiya  sahəsində  dis­

sertasiya  müdafiə  edərək namizədlik,  1976-cı il­

də tibb elmləri doktoru alimlik dərəcəsi almış, 3 

il sonra isə professor elmi adına layiq görülm üş­

dür.

Z.Əliyeva  Həkimləri Təkmilləşdirmə  İnstitu­



tunun  göz  xəstəlikləri  kafedrasının  m üdiri  ol­

muş, iki kitab, 4 monoqrafiya,  150-yə qədər m ə­

qalə  və  tezis  çap  etdirmiş, 5  səmərələşdirici  tək­

lif vermişdi. O nun rəhbərliyi altında 4 nəfər na­

mizədlik dissertasiyası müdafiə  etmişdir.

Z.Əliyeva  "Oftalmologiyanın  gündəliyi"  ju r­

nalının redaksiya şurasının üzvü, SSRİ O ftalm o­

logiya  Cəmiyyətinin  idarə  və  rəyasət  heyətinin 

tərkibinə  seçilmişdir.  O,  "Azərbaycanın  əm ək­

dar  elm  xadimi"  adma  layiq  görülmüş,  Qırmızı 

Əmək  Bayrağı  ordeni  ilə  təltif  edilm işdir. 

M.N. Averbax mükafatının  laureatı  idi.

Ə.Əliyevin  böyük  oğlu  Tam erlan  1944-cü 

ildə N .N ərim anov adına  Tibb  İn stitu tu n u  b i­

tirib,  1969-cu ildə tibb elm ləri doktoru alimlik 

dərəcəsi  alıb,  1970-ci  ildən  professor  işləyib, 

1970-ci  ildən  80-ci  ilə  qədər  daxili  xəstəliklər 

kafedrasının  m üdiri  vəzifəsində  çalışıb,  1990- 

cı  ildən  kafedranın  professoru  olub.  200-dən 

çox  elmi  əsərin,  10  m onoqrafiyanın  m üəllifi­

dir.  25  nəfər  elmlər  nam izədi,  5  nəfər  doktor 

yetirm işdir.

T.Əliyev  "Şərəf nişanı"  ordeninə,  ÜXTNS-in 

(Ü m um ittifaq  Xalq  Təsərrüfatı  Nailiyyətləri 

Sərgisinin)  Qızıl  medalına,  "Oktyabr  inqilabı" 

ordeninə,  əməkdar  elm  xadimi  adma,  dövlət 

m ükafatına layiq görülm üşdür.

T.Əliyev "Azərbaycan tibb jurnalı"nm  redak­

siya  kollegiyasının  üzvü,  Tibb  Universiteti  elmi 

müdafiə şurasının sədri və respublikanın baş te- 

rapevti  idi.  (Tahir  Talıblı.  Əziz  Əliyev,  dövrü, 

həyatı, şəxsiyyəti. Göytürk  1997, səh.274).



1 2

YADA DÜŞDÜ / №  1(27) / Yanvar-Fevral-Mart 2017-ci il buraxılışı


İLLƏRİN YADDAŞINDA YAŞAYANLAİ3  İ Ü

"Dan  Ulduzu"  in stru m en tal  ansam blının 

rəhbəri Gülarə Əliyeva isə "ailə adət-ənənələrinə 

sığmadı və  incəsənəti seçdi".

Haşiyə:  1990-cı ilin sentyabr ayında Azərbay­

can  Ali  Sovetinə  seçkilər keçirilirdi.  Komissiya­

nın  üzvü  kim i  əhalini  siyahıya  alırdım.  Azadlıq 

prospekti  41-dəki  mənzillərin birində  ilk baxış­

da  üzdən  tanış  gələn  ortaboylu  qadından  adını 

və soyadını soruşduqda cavab verdi: Gülarə  Əziz 

qızı  Əliyeva.  Cəld  soruşdum :  Siz  Əziz  Əliyevin 

qızısınız?-Bəli,-dedi.

Azərbaycanlıların  dədə-baba  yurdlarından 

kütləvi  surətdə  son  nəfərinədək  qovulması  ona 

çox  pis  təsir  etmişdi.  Bəzən  gözləri  bir  nöqtəyə 

dikilib  baxan  Gülarə  xanım   bəlkə  öz  ulularını, 

ata-baba  ocağını  xatırlayırdı.  O na  söylədim  ki, 

əgər  görüşəcəyim izi  bilsəydim ,  yenicə  nəşr 

olunm uş  "İrəvanda  nə  qaldı  ki?"  məqaləmi  sizə 

gətirərdim".  Cavab  verdi  ki,  sağlıq  olsun, bir  də 

görüşəndə gətirərsən. Təəssüf ki, bu bizim Güla­

rə xanımla ilk və  son görüşüm üz oldu.

G.Əliyeva  1956-ci  ildə  konservatoriyanı  əla 

qiymətlərlə bitirib, Azərbaycan Elmlər Akademi­

yasının Heykəltəraşlıq və İncəsənət İnstitutunun 

aspiranturasına  daxil  olm uşdur.  1966-cı  ildə 

"Bəstəkar F.Əmirovun yaradıcılığı" mövzusunda 

namizədlik dissertasiyası müdafiə etmişdir.

O,  1967-ci  ildən  1989-cu  ilə  qədər  M.Əliyev 

adma  İncəsənət  İnstitutunun  musiqi  kafedrası­

nın  m üdiri,  institutun  elmi  şurasının  üzvü  ol­

muşdur.


G.Əliyeva  1977-ci  ildə  "Azərbaycan  SSR 

əməkdar incəsənət x a d im i"  adı almışdır.

1968-ci  ildə  "Dan  Ulduzu"  kam era-instru­

mental əsərini yaratmış və öm rünün sonuna ki­

mi onun  rəhbəri olmuşdur.

Cəmil  Əliyev  1978-ci  ildə  N.Nərim anov adı­

na Azərbaycan Tibb  İnstitutunu bitirmiş,  1973- 

cü  ildə  namizədlik,  1978-ci  ildə  keçmiş  SSRİ 

Tibb Elmləri Akademiyasında doktorluq disser­

tasiyasını  müdafiə  etmişdir.  1988-ci  ildə  C.Əli­

yevə professor elmi rütbəsi verilmişdir.

O,  1990-cı  ildən  Respublika  Onkoloji  Elmi 

Mərkəzinin direktorudur.

Professor  C. Əliyev  8  m onoqrafiyanın  (biri 

ingiliscə  nəşr  edilib),  Azərbaycanda  və  xaricdə

çap  edilmiş  150-dən çox elmi məqalənin, 4 kəş­

fin  və  çoxlu  yeniliyin  müəllifidir.  "Dəridə  bəd- 

xassəli  şişlərin  plastik cərrahiyyəsi"  əsərinə  görə 

SSRİ  EA-nın  N.N.Petrov  mükafatına  layiq  gö­

rülüb.  O nun  rəhbərliyi  altında  15  nəfər  nam i­

zədlik,  2  nəfər  isə  doktorluq  dissertasiyası  m ü ­

dafiə  etmişdir.

C.Əliyev  Respublika  Elmi  T ibb-O nkoloji 

Cəm iyyətinin,  eyni  zam anda  Respublika  Sə­

hiyyə  N azirliyinin  Attestasiya  Komissiyasının 

sədri,  "Azərbaycan  tibb  jurnalı"nm   redaksiya 

şurasının  üzvüdür.  2001-ci  ildə  Azərbaycan 

Milli  Elmlər  Akadem iyasının  həqiqi  üzvü  se­

çilmişdir.

XX əsrin  sonlarında  İrəvan  m üəllim lər  se­

m inariyasında  dərs  dem iş  m əşh u r  ədəbiyyat­

şünas  F iru d in   bəy  Köçərli  yazır  ki,  şəhri-İrə- 

van  keçm işdə  m ərkəzi-üləm a,  füzəla və  şüəra 

olubdu.  Bəli,  XIX  əsrin  o rtaların d an   başlaya­

raq  İrəvan  b ir  sıra  güclü  ziyalı  nəsillər  y etir­

miş  və  XX  əsrdə  də  onların  b u   nəsil  ənənəsi 

ləyaqətlə  davam   etm işdi:  M irbabayevlər,  Qa- 

zıyevlər,  Q ədim bəyovlar  (M irzə  Q ədim   İrə- 

vani  nəsli),  M əm m ədzadələr  ("fars  Abbasın 

nəsli")  və  s.

Şübhəsiz  ki,  XX  əsrdə  Əziz  Əliyev,  Şamama 

Ələsgərova,  Tamerlan,  Zərifə,  Q urban,  Cəmil, 

Gülarə,  m əşhur  xalçaşünas,  respublikanın  xalq 

rəssamı  Kamil  Əliyevlər  kimi  elm,  dövlət,  sənət 

adamlarını yetirmiş bu nəsil XXI əsrdə kökü üs­

tə  ucalan yeni-yeni pöhrələr yetirəcəkdir.



m

YADA DÜSDÜ / №  1(27) / Yanvar-Fevral-Mart 2017-ci il buraxılışı



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə