«Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları»nın təsdiq edilməsi haqqında



Yüklə 263,9 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix24.04.2018
ölçüsü263,9 Kb.
#40101
növüQaydalar
1   2   3   4   5   6   7   8

inzibati orqan canlı nümunələrin daşınması və onlara qulluq edilən zaman mümkün 

zədələnmələrin,  amansız  rəftarın  və  həyatı  təhlükə  riskinin  minimuma 

endiriləcəyinə əmindirsə).

 

 



 

IV. İcazə/sertifikatın tərtibi

 

 



 

4.1. Konvensiyanın I, II  və III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə 

daxil edilmiş növlərin beynəlxalq ticarəti zamanı bu Qaydaların 3 nömrəli əlavəsinə 

uyğun icazə/sertifikatı tərtib edilir.

 

4.2. İcazə/sertifikatı  xüsusi  blanklarda  növlərin  adları  latın  dilində  qeyd 

olunmaqla, Azərbaycan və ingilis dillərində tərtib edilir.

 

4.3. İcazə/sertifikatın  əsli  və  3  nüsxəsi  (surətləri)  olmaqla  tərtib  edilir. 

İcazə/sertifikatın  əsli  ilə  digər  nüsxələrinin  rəngləri  fərqlənir  və  icazə/sertifikatın 

əslinə CİTES-in nömrələnmiş markası yapışdırılaraq bütün nüsxələr inzibati orqanın 

rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Ərizəçiyə icazə/sertifikatın əsli 

və  digər  iki  nüsxəsi  təqdim  edilir.  Gömrük  orqanları  tərəfindən  icazə/sertifikatın 

əslində  və  nüsxələrin  birində  müvafiq  qeydlər  aparılır  və  qeydiyyatı  aparılmış 

nüsxələrdən biri gömrük orqanları tərəfindən götürülür. Üçüncü nüsxə ərizəyə əlavə 

edilmiş sənədlərlə birlikdə müəyyən olunmuş qaydada inzibati orqanda saxlanılır.

 

4.4. İcazə/sertifikatın surətlərinin heç biri əslinin əvəzinə istifadə edilə bilməz.

 

4.5. Nümunələrin hər partiyası üçün ayrıca icazə/sertifikatı tələb olunur.

 

4.6. Bir icazə/sertifikata üçdən artıq növün nümunəsi daxil edilə bilməz.

 

4.7. İcazə/sertifikata əlavə və düzəlişlər edilməsinə yol verilmir.

 

4.8. İcazə/sertifikatı verildiyi gündən aşağıdakı müddətdə qüvvədədir:

 

4.8.1. ixrac və təkrar ixrac üçün icazə/sertifikatı - 6 ay;

 

4.8.2. Konvensiyanın  I  və  bu  Qaydaların  1  nömrəli  əlavələrinə  daxil  edilmiş 

növlərin nümunələrinin idxalı üçün icazə/sertifikatı -12 ay;

 

4.8.3. Konvensiyanın  II,  habelə  bu  Qaydaların  2  nömrəli  əlavələrinə  daxil 

edilmiş  növlərin  nümunələrinin  digər  ölkənin  ərazisindən  ixrac  və  ya  təkrar  ixracı 

barədə  müvafiq  icazə/sertifikat  əsasında  verilən  idxal  üçün  icazə/sertifikat-6  ay 

(müddət ixrac və ya təkrar ixrac sənədlərinin verildiyi gündən hesablanır);

 

4.9. İcazə/sertifikatı  bu  Qaydalarla  müəyyən  edilmiş  müddətlərdə  və  yalnız 

icazə/sertifikatda  göstərilən  şəxslər  tərəfindən  istifadə  edilə  bilər,  digər  şəxslərə 

verilə bilməz.

 

4.10. İcazə/sertifikatı nümunələr ixrac olunmazdan əvvəl alınmalıdır.

 

 



 

V. İcazə/sertifikatın ləğv olunması və ona xitam verilməsi

 

 



 

5.1. İcazə/sertifikatı aşağıdakı hallarda inzibati orqan tərəfindən ləğv edilir:

 

5.1.1. ərizəçi tərəfindən müvafiq müraciət edildikdə;

 

5.1.2. Konvensiyanın,  Konvensiya  tərəflərinin  konfransının  qətnamələrinin,  bu 

Qaydaların,  habelə  idxal  edildiyi  ölkənin  qanunlarının  pozulması  ilə  verildiyi 

müəyyən edildikdə;

 



5.1.3. icazə/sertifikatın verilməsində bu Qaydalarla müəyyən edilmiş şərtlərinin 

pozulması baş verdikdə;

 

5.1.4. icazə/sertifikatı itirildikdə;

 

5.1.5. nümunə sahibi dəyişdikdə;

 

5.1.6. nümunə sahibi olan hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs öldükdə;

 

5.1.7. məhkəmənin müvafiq qərarı olduqda;

 

5.1.8. idxal edilən nümunənin onun ixrac olunduğu ölkənin qanunvericiliyinin 

pozulması yolu ilə ixrac edildiyi müəyyən edildikdə;

 

5.1.9. Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  digər 

hallarda;

 

5.2. icazə/sertifikata aşağıdakı hallarda inzibati orqan tərəfindən xitam verilir:

 

5.2.1. etibarsız hesab edilmiş icazə/sertifıkatı inzibati orqana təhvil verildikdə;

 

5.2.2. beynəlxalq  ticarət  üçün  digər  ölkələrin  inzibati  orqanları  tərəfindən 

verilmiş icazə/sertifikatı qüvvədən düşdükdə;

 

5.2.3. Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  digər 

hallarda.

 

 

 



VI. Bu Qaydaların pozulması nəticəsində götürülmüş nümunələrdən istifadə

 

 



 

6.1. Konvensiyanın  tələblərinə  müvafiq  olaraq,  götürülmüş  nümunələr 

saxlanılmaq üçün inzibati orqana verilir.

 

6.2. Məhkəmənin  qərarına  əsasən  və  ya  elmi  orqanın  rəyini  nəzərə  alaraq, 

inzibati orqan nümunələr barədə aşağıdakı qərarlardan birini qəbul edir:

 

6.2.1. sahibinə qaytarılması;

 

6.2.2. ixrac  edildiyi  ölkəyə  qaytarılması  (müvafiq  dövlətin  Konvensiya  üzrə 

inzibati orqanı ilə məsləhətləşmələr apardıqdan sonra);

 

6.2.3. təbii mühitə buraxılması;

 

6.2.4. canlı  nümunələrin  qeyri-sərbəst  şəraitdə  və  ya  süni  olaraq  yaradılmış 

mühitdə saxlanılması və artırılması, cansız nümunələrin isə saxlanmaq üçün dövlət 

və ya bələdiyyə təşkilatlarına, təbiəti mühafizə, elmi, maarifçilik, mədəniyyət və tibbi 

məqsədlər üçün əvəzsiz verilməsi;

 

6.2.5. Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  olunmuş 

qaydada satılması (bu Qaydaların 6.2.1-6.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş 

qərarların həyata keçirilməsi mümkün olmadıqda);

 

6.2.6. öldürülməsi  və  ya  məhv  edilməsi  (canlı  nümunələr  üçün  baytarlıq 

nəzarəti orqanlarının rəyi olduqda).

 

6.3. Nümunələrin 

satışı 

Azərbaycan 



Respublikasının 

müvafiq 


qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

 

6.4. Nümunəni  alan  şəxsə  inzibati  orqan  tərəfindən  bu  Qaydaların  4  nömrəli 

əlavəsində  göstərilən  formada  Şəhadətnamə  verilir.  Şəhadətnamə  nümunənin  əldə 

edilməsinin qanuniliyini təsdiq edən sənəddir.

 

Şəhadətnamə nümunənin hər bir nüsxəsinə və ya partiyasına verilir.



 


Yüklə 263,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə