Kollektor süxurlar



Yüklə 55,38 Kb.
tarix04.02.2018
ölçüsü55,38 Kb.
#23760

Kollektor süxurlar
Kollektor süxurların öyrənilməsi, onlarda neft, qaz və suyun (fluidlərin) hərəkət etməsi və toplantılar əmələ gətirə bilməsi və s. proseslərin tədqiqi neft-qaz geologiyasının əsas məsələlərindən hesab edilir .

Flüidləri saxlayan (yerləşdirən) və özündən süzdürə bilən süxurlara kollektor deyilir.



Kollektor süxurların disperslik xüsusiyyətləri. Hissəciklərinin ölçüləri 10-4 mm – l mm arasında dəyişən, yəni bu kimi müxtəlif ölçülü hissəciklərdən ibarət maddələrə dispers sistem deyilir. Süxurun hissəcikləri nə qədər kiçik olarsa, onun dispersliyi bir o qədər yüksək olur. Kollektor süxurların dispersliyini öyrənərkən onların mineraloji tərkiblərini və disperslik dərəcələrini bilmək lazımdır. Kollektor süxurların mineraloji tərkibi ilkin (birinci) və törəmə (ikinci) olur. Çökmə süxurların mineralları iki qrupa bölünür: autigen, yəni mexaniki yerdəyişməyə məruz qalmayan, çöküntü toplanan yerdə əmələ gələn və allotigen, yəni başqa yerdə əmələ gəlmiş və aşınaraq gətirilmiş minerallar. Qeyd olunan bu iki minerallar qrupu, həmçinin çöküntütoplanmanın fıziki-kimyəvi şəraitini, formalaşma və diagenez proseslərini müəyyən dərəcədə özlərində əks etdirirlər.

Autigen minerallar - məhlullardan çökmə, məhlulların sülb faza ilə qarşılıqlı təsiri altında yenidən kristallaşması nəticəsində həmin yerdə çöküntü və ya süxurlarda əmələ gəlmiş minerallardır. Eləcə də yer səthində süxurların aşınması nəticəsində onlarda əmələ gələn minerallar da həmçinin autigen minerallara aiddirlər.

Allotigen minerallar autigen minerallara nisbətən mühitin fıziki-kimyəvi dəyişməsinə daha çox davamlıdır. Çünki bu mineralların əsasını kvars və silikatlı qırıntılar təşkil edirlər.

Flüidlər üçün kollektorlar olan qum, alevrit süxurlarının kollektorluq xüsusiyyətlərini səciyyələndirən onların qranulometrik tərkibidir. Süxurları təşkil edən qranulometrik elementlərin mineraloji tərkibi onların sıxlıqlarına görə dolayı üsulla təyin edilə bilər. Yəni sıxlığı çox olan süxurların ağır minerallardan təєkil olduğu güman edilir.

Hər hansı bir süxur nümunəsinin qranulometrik tərkibini və fıziki xüsusiyyətini təyin etmək üçün süxur içərisində yerləşən mayedən (neft, su) təmizlənməlidir. Təmizlənmiş süxur nümunəsinin qranulometrik tərkibi şlif, ələk və hidravlik üsullarla təyin olunur:

Kollektor süxurların əsas xüsusiyyətləri. Neft və qaz əsasən terrigen və karbonatlı süxurlarda toplanırlar . Lakin bəzi hallarda münasib şəraitdə neft və qaz yataqları maqmatik və metamorfik süxurlarda da formalaşa bilərlər. Belə yataqlar hal-hazırda 29 ölkədə məlumdur. Məsələn, Qərbi Sibirdəki Şaim neft yatağı qranit bünövrənin aşınmış səthində toplanmışdır; Azərbaycanda Murad- xanlı neft yatağı bu növdəndir. ABŞ-da belə tip yataqlar Texas (Litton-de-Sprinqs yatağı məsaməli və çatlı serpentenitlərdə,yuyulmuş qranitdə), Kolorado (Florens, Qoukrik, Rencli yataqları) və Kaliforniya (Santa-Mariya, Buens-Vista-Hils yataqları) ştatlarında rast gəlir. Bundan başqa bu növ yataqlar Kanadada (Atabaska), Liviyada (Amal-Aucilla-Nafora), Kubada, Vyetnamda və başqa ölkələrdə qeyd olunmuşlar.

Ümumiyyətlə, planetimizdə çıxarılan neft və qazın əsas hissəsi (90%-dən çoxu) çökmə mənşəli süxurlarda rast gəlir. Əmələgəlmə şəraitlərinə və petroqrafık tərkiblərinə görə çökmə mənşəli kollektor süxurlar üç böyük qrupa bölünürlər:

Terrigen (qum, qumdaşı, alevrit), karbonat (əhəngdaşı, mergel və dolomit) və qarışıq (terrigen - karbonat).

Kollektorluq ilkin yaxud əlaqəli törəmə məsaməliyə malik bütün növ süxurlarda yaranır və belə süxurlar kollektor adlanırlar.

Kollektorlar aşağıdakı qruplara ayrılırlar: qranulyar, çatlı, ovuqlu və ovuqlu-çatlı. Qranulyar kollektorlara məsaməli və dənəciklərarası boşluğa, yəni məsaməliyə və keçiriciliyə malik olan qumlu-alevritli süxurlar aiddir. Oolit və kristallik dənəvəri strukturlu əhəngdaşı və dolomit süxurları da qranulyar kollektor növünə aid edilir. Çatlılıqla mürəkkəbləşmiş digər qrup karbonat süxurları çatlı kollektor kimi səciyələnirlər. Çatlı kollektorlara həmçinin çatlı alevrolitlər qumdaşları, argillitlər, gilli şistlər, maqmatik və metamorlik süxurlar da daxildir. Boşluqları ovuq və çatlardan ibarət olan süxurlara ovuqlu və ovuqlu-çatlı kollektorlar deyilir.

Süxurların kollektorluq qabiliyyəti əsasən məsaməlik, keçiricilik və s. xüsusiyyətlər ilə səciyyələnir.



Məsaməlik. Istər yarandıqları zaman, istərsə də sonra bütün növ süxurlarda əmələ gəlmiş müxtəlif boşluqlar cəminə məsaməlik deyilir. Təbii qaz və neft isə süxurların həmin boşluqlarında toplantılar əmələ gətirirlər.

Neftin yer qabığında toplanması haqqında əvvəllər heç bir elmi əsası olmayan müxtəlif təsəvvürlər mövcud idi. Həqiqətə uyğun olmayan bu təsəvvürlərə görə neft yer qabığında böyük və geniş boşluqları doldurmaqla göllər və ya çaylar əmələ gətirir. Sonralar neftin yeraltı mağaralarda (boşluqlarda) toplanması fıkri irəli sürüldü. H.B.Abix, N.V.Sokolov, A.V.İvanov və b. isə neftin çat və qırılmalarla əlaqədar olduğunu söyləmişlər.

Deyilənlərdən göründüyü kimi, süxurların kollektor olmaları üçün onların boşluqları olmalıdır. Boşluqlar təkcə ölçülərinə və dənəciklərin formalarma görə yox, həmçinin çatlarına, laylanma müstəvilərinə və boşluqdakı sement materiallarına əsasən də təyin olunur. Süxurlarda olan müxtəlif boşluqların ümumi həcminə ümumi məsaməlik deyilir.

Süxurlarda məsaməlik sedimentasiya, kimyəvi həllolma, eləcə də mexaniki və fıziki proseslərin nəticəsində əmələ gəlir. Əksər karbonat süxurlarda törəmə məsaməlik onların çatlılığı ilə bağlıdır. Belə süxurlarda məsamələr çatlar, kanallar və ovuqlar şəklində ola bilər. Hemogen mənşəli karbonat süxurlarda ovuqların əmələ gəlməsi həmin süxurların qələvisizləşməsi ilə əlaqədardır.

Karbonat süxurların qələvisizləşməsi yaxud dolomitləşməsi prosesi dedikdə, həmin süxurlarda yaranmış törəmə boşluqlar (çatlar) üzrə cərəyan edən su, süxurdakı Ca elementini yuyaraq Mg elementi ilə əvəz edir. Qələvisizləşmə nəticəsində çatlar genişlənərək kanalcıqlara və ovuqlara çevrilirlər. Bu da süxurun kollektorluq qabiliyyətini artırmış olur.

Süxurlarda olan məsamələr bir-birilə əlaqəli və ya əlaqəsiz olur.

Sьxur nümunəsində olan boşluqlar həcminin onun ümumi həcminə olan nisbətinə məsaməlik əmsalı deyilir. Qırıntı süxurların məsaməlik dərəcəsi dənəciklərin forma və ölçülərindən, düzümündən, cilalanmalarından, sıxlaşma və sementləşmə dərəcəsindən asılı olaraq dəyişir.

Azərbaycan neft yataqları üçün orta məsaməlik 18-25%, Stavropol vilayəti üçün 30-40%, Volqoqrad vilayəti üçün 20-27% - dir. Karbonat süxurlar üçün məsaməlik 3-30% arasında dəyişir. Gillərdə məsaməlik 40-50%-ə qədər ola bilər, lakin bu subkapilyar və qapalı məsaməlikdir.

Məsamələr ölçülərinə görə adi superkapilyar (kapilyardan böyük), kapilyar və subkapilyar (kapilyardan kiçik) olur. Superkapilyar məsamələrin ölçüsü 0,508 mm-dən böyük, kapilyarınkı 0,508 - 0,0002 mm, subkapilyarınki isə 0,0002 mm-dən kiçik olur.

Məsamə boşluğu aşağıdakı həndəsi xüsusiyyətlərlə səciyyələnir:

məsamələri birləşdirən borucuqların daxili xüsusi səthi;

məsamə yollarının əyriliyi.

Beləliklə süxurun ümumi həcmi:

Vs=∑Vb+∑Vd

(Vs)- süxurun ümumi həcmi süxurda olan boluqlarm ümumi həcmi ∑Vb ilə süxurlarm mineral dənəciklərinin ümumi həcminin ∑Vd cəminə bərabərdir.

Deməli, ümumi məsaməlik süxurda olan boşluqlarm ümumi həcminə deyilir. Ümumi məsaməlik əmsalı süxur nümunəsində olan boşluqların ümumi həcminin süxurun həcminə olan nisbətinin faizlə ifadəsinə deyilir:

müm=(Vb/Vs).100%


Süxurlarda, eləcə də , ümumi məsaməliyin tərkib hissəsi olan qapalı, açıq və effektiv növ məsaməliklər seçilir.

Qapalı məsaməlik süxurda bir-birilə əlaqəsi olmayan boєluqlarm ümumi həcmi olub, ümumi məsaməliklə açıq məsaməliyin fərqinə bərabərdir.Qapalı məsaməlik ən çox gillərə məxsusdur.

Açıq yaxud əlaqəli məsaməlik isə ümumi məsaməliyin elə hissəsidir ki, orada boşluqlar bir-birlərilə əlaqəli olur. Açıq məsaməlik əmsalı əlaqəli məsamələr həcminin süxurun həcminə olan nisbətinin faizlə ifadəsinə deyilir:
ma=(Va/Vs).100%
Burada : ma- açıq məsaməlik əmsalı, Va - açıq məsamələrin həcmi, Vs - süxurun ümumi həcmidir .

Bəzi xarici ölkə tədqiqatçıları açıq məsaməliyi faydalı və ya effektiv məsaməlik də adlandırırlar. Süxurun açıq məsamələrinin süzülmə prosesində iştirak edən həcmi effektiv (dinamik) məsaməlik adlanır. Deməli, effektiv məsaməlik açıq məsaməliyin flüidlə dolmuş hissəsidir.

Melçerə (1921) görə ümumi məsaməliliyi (müm) təyin etmək üçün süxurun sıxlığı (δ) və həcm çəkisi (δh) təyin olunur :
müm=100% ( δ- δh)/ δ
Keзiricilik. Kollektor süxurları səciyyələndirən ikinci əsas göstərici onların keçiriciliyidir.Keçiricilik neftli layların neftvermə qabiliyyətini müəyyənləşdirir. Süxurlarda təbii şəraitdə müəyyən təzyiq altında maye və qazın hərəkətetmə xassəsi keçiricilik adlanır. Başqa sözlə, süxurun flüidləri özündən süzdürə bilməsi qabiliyyətinə keçiricilik deyilir. Keçiricilik məsamə boşluqlarının strukturu ilə sıx əlaqədardır. Deməli, keçiriciliyin dərəcəsinin təyin olunması, məsaməliyi daha dərindən öyrənməklə mümkündür. Neft, qaz və suyun (flüidlərin) məsamələr üzrə hərəkəti prosesinin öyrənilməsi neft-qaz yataqlarınm istismar və işlənilməsində böyük əhəmiyyətə malikdir.

Keзiriciliyin səciyyələndirilməsi fransız mühəndisi A. Darsinin adı ilə bağlıdır və Darsi qanunıı adlaınr. Bu qanuna görə:

Q=Fk(p1-p2)/Lµ
Kollektor süxurlarm təsnifatı. Kollektorların ilk təsnifatını P.P.Avdusin və M.A.Svetkova (1943) vermişlər. Onlar süxurlarm struktur parametrlərini, yəni boşluqların forma və ölçüsünü əsas götürmüşlər.

P.P.Avdusin və M.A.Svetokova kollektor süxurları struktur parametrlərinə görə beş sinifə ayırırlarCədvəl



Cədvəl IV. 11 Qumlu-alevritli kollektor siixurlarm təsnifatı (A.A.Xaninə görə)



Siniflər

Süxurlar

(qranulmetrik tərkiblərinə görə)



Faydalı məsaməlik əmsalı,%

Keçiricilik,md

Kollektorların xarakteri

I

Qumdaşı,orta dənəli

Qumdaşı,xırda dənəli

Alevrolit,iri dənəli

Alevrolit,xırda dənəli



16,5
20

23,5

29


1000

(1D)


Çox yüksək

II

Qumdaşı,orta dənəli

Qumdaşı,xırda dənəli

Alevrolit,iri dənəli

Alevrolit, xırda dənəli





15-16,5
18-20
21,5-23,5

26,5-29,5



500-1000

(0,1-1D)


Yüksək

III

Qumdaşı,orta dənəli

Qumdaşı,xırda dənəli

Alevrolit,iri dənəli

Alevrolit, xırda dənəli




11-15
14-18
10,8-20,5

20,5-26,5



100-500

(0,01-0,1D)



Orta

IV

Qumdaşı,orta dənəli

Qumdaşı,xırda dənəli

Alevrolit,iri dənəli

Alevrolit, xırda dənəli




5,8-11
8-14
10-16

12-20,5


10-100

(0,001-0,01D)



Zəif

V

Qumdaşı,orta dənəli

Qumdaşı,xırda dənəli

Alevrolit,iri dənəli

Alevrolit, xırda dənəli




0,5-5,8
2-8
3,3-10

3,6-12


1-10

(<0,001D)



Pis

VI

Qumdaşı,orta dənəli

Qumdaşı,xırda dənəli

Alevrolit,iri dənəli

Alevrolit, xırda dənəli




0,5
2,0
3,3

3,6





Sənaye əhəmiyyəti olmayan,çox pis

Yüklə 55,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə