Kollekvİum Bİlet 9



Yüklə 1,6 Mb.
tarix29.04.2022
ölçüsü1,6 Mb.
#86206
orxan 2


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman

Akademiyası

Tələbə: Həsənov Süleyman

Qrup: 110A12

Fakültə: Atıcılıq

Fənn: Anatomiya

Müəllim: Nərgiz Əsədulyev



Kollekvİum

Bİlet

9

3)Sidik axarlarının quruluşu.

2)Tənəffüs sistemi hansı hissələrə bölünür.

1)Qaraciyərin quruluşu.

1)Qaraciyərin quruluşu.

Qaraciyər.

İnsanda uzunsov dördbucaq şəklində, yastı və tutqun qırmızı rəngdə və 1500 qram ağırlığındadır. Qaraciyər asan kəsilir

və didilir; ona görə çox vaxt yüngül bir təzyiqdən və ya zədədən tez parçalanır. Bədəndən çıxarılmış qaraciyər yumuşaq olduğu üçün öz şəklini itirir.

Qaraciyər preparatı (qoyun):(1) sağ pay,

(2) sol pay, (3) quyruqlu pay, (4) kvadrat paz, (5) qaraciyər arteriyası və qapı venası,

(6) Qaraciyər limfa düyünləri, (7) öd kisəsi.

Qaraciyərin iki səthi: yuxarı çıxıq diafraqma səthi – facies diaphragmatica

(facies superior – BNA) və aşağı basıq visseral səthi – facies visceralis

(facies inferior – BNA). Yuxarı səthi peritondan əmələ gəlmiş lat. lig. falciforma

hepatis vasitəsilə iki paya bölünür: sağ pay – lat. lobus hepatis dexter və sol

pay – lat. lobus hepatis sinister; sağ pay sol paydan böyük və qalındır.

Diafraqma səthində yuxarı hissə – lat. pars superior, ön hissə – 

lat. pars anterior, sağ hissə – lat. pars dextra və dal hissə – lat.

 pars posterior (facies posterior – BNA) ayırd edilir. Aşağı səthi

bir az arxaya çevrilmişdir və üzərində üç şırım vardı: biri köndələn – qaraciyər qapısı – lat. porta hepatis və ikisi boylamadır (sağ və

sol).Bu şırımlar hamısı bir yerdə "H" hərfinə bənzəyir.Sağ boylama şırımın ön hissəsində ödlük və arxa hissəsində aşağı boş vena 

yerləşmişdir, ona görə ın hissəyə ödlük çuxuru – lat. fossa vesica



felleae, arxa hissəyə – lat. sulcus (fossa – BNA) venae cavae 

deyilir.


Hər bir canlı kimi insan da daim nəfəs alır. Orqanizmdə tənəffüsə xidmət edən orqanlar sistemi aşağıdakılardan ibarətdir: burun boşluğu, qırtlaq,

traxeya (nəfəs borusu), bronxlar, ağciyərlər. Tənəffüs yolları iki yerə

bölünür:

Yuxarı


Aşağı

Yuxarı tənəffüs yolları burun boşluğundan, udlağın burun hissəsindən təşkil olunmuşdur.

Aşağı tənəffüs yollarına qırtlaq, nəfəs borusu və bronxlar aiddir.

2)Tənəffüs sİStemİ hansI hİssələrə bölünür.

Tənəffüs orqanları üçün səciyyəvi xüsusiyyətlərdən

biri də budur ki, onların bəzilərinin divarlarındakı

hialin qığırdaq toxuması həmin orqanların boşluğunun

sıxılmasını məhdudlaşdırır. Tənəffüs yollarının selikli

qişası çoxsıralı kirpikli silindrik epitellə örtülmüşdür.

Bu toxuma nəfəsalma zamanı havanı toz

hissəciklərindən təmizləyir.

Nəfəsalma zamanı hava burun boşluğundan udlağa, oradan

qırtlaq vasitəsilə nəfəs borusuna keçir. Nəfəs borusundan

hava bronxlar vasitəsilə ağciyərlərə, oradan da alveollara

daxil olur.

Ağciyər alveollarına dolan hava ilə alveol divarının kapillyarlarında cərəyan edən qan arasında qazlar mübadiləsi baş verir. Havadan oksigen qana, qandan karbon qazı isə alveollara keçir. Nəfəsvermə

zamanı karbon qazı xaricə çıxır.

Sidik axarları - 30 sm uzunluğunda, silindrəbənzər və öndən arxaya doğru yastılaşmış

boru şəklində olub, böyrǝk lǝyǝnindǝn başlayır, böyük bel əzələsinin ön səthi ilə,

onurğanın yan tərəflərilə aşağıya doğru gedir vǝ kiçik çanaqda sidikliyin arxa divarını

çǝp istiqamǝtdǝ dǝlǝrǝk oraya açılır.



3)Sidik axarlarının quruluşu.

Sidik axarları olduğu nahiyǝyǝ görǝ iki hissǝyǝ bölünür: qarın hissǝ vǝ çanaq hissǝ. Sidik axarları peritonarxası orqanlardan olub, boş piy toxuması ilə

əhatə olunaraq, ətraf orqanlarla zəif rabitədədir. Sidik axarları öz gedişində üç əyrilik əmələ gətirir:

1. Böyrək əyriliyi-böyrək qapısından

5-8 sm aşağıda olur.

2. Kənarı əyrilik-qarın hissə ilə çanaq hissənin sərhəddində olur.

3. Çanaq əyriliyi-kiçik çanaqda olur.

Sidik axarları sidikliyin arxa divarını çəp istiqamətdə dəldiyi üçün sidiklik

yığıldıqda sidik geriyə doğru qayıda bilmir. Çünki sidiklik yığılarkən bir

tərəfdən sidik axarlarının sidiklik divarı daxilində qalan hissəsi (intramural

hissə) sıxılır, digər tərəfdən selikli qişadan əmələ gəlmiş büküş qapaq kimi

onun dəliyini örtür.

Sidik axarlarının iki daralması var: biri lǝyǝndǝn tǝxminǝn

7 sm aşağıda, o biri qarın vǝ çanaq hissǝnin sǝrhǝddindǝ.

Divarları üç qişadan ibarǝtdir: selikli qişa, ǝzǝlǝ qişası,

adventisiya qişası.

Selikli qişa keçid epiteli ilə örtülüdür və axarboyu boylama

büküşlərə malikdir. Bunlar aşağı hissədə zəif inkişaf etmişdir.



Təşəkkürlər
Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə