Köməkçi nitq hissələri- qoşma

Yüklə 99,37 Kb.
tarix06.02.2018
ölçüsü99,37 Kb.

Şagirdin soyadı və adı : ____________________________________ Sinif: __________

Qayda: “Köməkçi nitq hissələri- Qoşma”(1)

Qoşmaları məna növlərinə görə qruplaşdırın, işləndiyi halı qeyd edin.

ilə, (-la2 ), əvvəl, kimi, sarı, qədər, başqa, görə, üçün, dair, -ca2, qabaq, sonra, -dək, bəri, tərəf, aid, xas, məxsus, ötrü, sarı, -can2, üstündə, uğrunda, haqda, naminə, barədə, savayı, özgə, qeyri, əlavə, əsasən, təki, tərəf, doğru, qarşı ;

Məna növü

Qoşma

İşləndiyi hal

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

Qiymət: _________________

CAVABLAR: Qayda: “Köməkçi nitq hissələri - Qoşma” (1)

Qoşmaları məna növlərinə görə qruplaşdırın, işləndiyi halı qeyd edin.

ilə, (-la2 ), əvvəl, kimi, sarı, qədər, başqa, görə, üçün, dair, -ca2, qabaq, sonra, -dək, bəri, tərəf, aid, xas, məxsus, ötrü, sarı, -can2, üstündə, uğrunda, haqda, naminə, barədə, savayı, özgə, qeyri, əlavə, əsasən, təki, tərəf, doğru, qarşı ;

Məna növü

Qoşma

İşləndiyi hal

1.

BİRGƏLİK, VASİTƏ, ALƏT

ilə, (-la2 ), -ca2

adlıq, yiyəlik

2.

ZAMAN

əvvəl, qabaq, sonra, bəri

çıxışlıq

3.

MƏSAFƏ

kimi, qədər, - dək, -can2

yönlük

4.

İSTİQAMƏT

sarı, tərəf, doğru, qarşı

yönlük

5.

BƏNZƏTMƏ

kimi, qədər, -tək, -ca2, təki

adlıq, yiyəlik

6.

FƏRQLƏNDİRMƏ

başqa, savayı, özgə, qeyri, əlavə

çıxışlıq

7.

İSTİNAD

görə, əsasən

yönlük

8.

SƏBƏB, MƏQSƏD

üçün, görə, ötrü, sarı, üstündə, uğrunda, naminə

yiyəlik, yönlük, çıxışlıq

9.

AİDLİK

dair, aid, xas, məxsus, haqda, barədə

adlıq, yiyəlik, yönlük

Şagirdin soyadı və adı : ____________________________________ Sinif: __________

Qayda: “Köməkçi nitq hissələri – Bağlayıcı” (1)

  1. Tabelilik bağlayıcıları hansılardır?

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

  1. da, - də bağlayıcısının omonimliyini izah et.

_________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

_______________________________________________________________________________________________________________________________________________________________________________________________________________

  1. Hansı bağlayıcılardan sonra vergül qoyulur?

_____________________________________________________________________

  1. İlə - qoşma və bağlayıcı kimi. Fərqi izah et.

_________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

_______________________________________________________________________________________________________________________________________________________________________________________________________________

  1. Ki” bağlayıcısı ilə sifət düzəldən –kı4 şəkilçisinin fərqini izah et.

CAVABLAR: Qayda: “Köməkçi nitq hissələri – Bağlayıcı” (1)

  1. Tabelilik bağlayıcıları hansılardır?

  1. Aydınlaşdırma bağlayıcıları – ki, belə ki.

  2. Səbəb bağlayıcıları – çünki, ona görə ki, buna görə də, ona görə də, onun üçün ki, ondan ötrü ki və s.

  3. Güzəşt bağlayıcıları – hərçənd, hərçənd ki və s.

  4. Şərt bağlayıcıları – əgər, hərgah, madam ki, indi ki, yoxsa, bir halda ki və s.

  1. da, - də bağlayıcısının omonimliyini izah et.

-da, -də iştirak bağlayıcısı ilə ismin yerlik halın –da2 şəkilçisini fərqləndirmə qaydası:

* - Da bağlayıcı kimi işləndikdə ayrı yazılır, vurğu qəbul etmir, cümlə və ya cümlə üzvləri arasında əlaqə yaradır. Yerlik hal şəkilçisi kimi işləndikdə isə sözə bitişik yazılır, vurğu qəbul edir və sualın tərkibində (kimdə? nədə? harada?) işlənir. Məs: Səndə (kimdə? yerlik hal), deyəsən, təzə xəbər var. Sən də ( kim? bağlayıcı) lap ağ elədin ha!

  1. Hansı bağlayıcılardan sonra vergül qoyulur?

ki, belə ki.

  1. İlə - qoşma və bağlayıcı kimi. Fərqi izah et.

Fərq :

  1. İlə köməkçi sözü bağlayıcı kimi içləndikdə onu vergül işarəsi ilə, yaxud və bağlayıcısı ilə əvəz etmək olur; Məs: Akif ilə Malik qonşudur. Akif, Malik qonşudur. Akif və Malik qonşudir.

  2. İlə köməkçi sözü qoşma kimi işlənərlən, qoşulduğu sözlərlə birlikdə bir suala cavab verir və bir cümlə üzvü olur; Məs: Akif ilə (kim ilə?) gedirəm. Amma ilə köməkçi sözü bağlayıcı kimi işləndikdə bu xüsusiyyətə malik olmur.

  1. Ki” bağlayıcısı ilə sifət düzəldən –kı4 şəkilçisinin fərqini izah et.

Başqa nitq hissələrindən sifət düzəldən –kı4 şəkilçisi ahəng qanununa görə dörd cür yazılır və əsasən, zaman bildirən sözlərə artırılır. Məs: bayaqkı (hadisə), dünənki (söhbət) və s. –kı4 şəkilçisi yiyəlik halda olan əvəzliklərə artırılaraq isim düzəldir: sizinki, özümüzünkü, bizimki və s.

Ki” bağlayıcısı isə tabeli mürəkkəb cümləni əmələ gətirən cümlələri bir-birinə bağlayır. Məs: İnanıram ki, Eldar Muradov bu işin öhdəsindən gələcək. Ki həm də ədat kimi işlənir, bu zaman qüvvətləndirmə mənası daşıyır və ondan sonra heç vaxt vergül qoyulmur. Məs: Sən ki bunu bilirsən.

Şagirdin soyadı və adı : ____________________________________ Sinif: __________

Qayda: “Köməkçi nitq hissələri- Ədat”(1)

Ədatların məna növlərini və aid olduqları ədatları qeyd edin.

Nümunə: Qüvvətləndirici ədatlar: belə, ha, düz, olduqca və s.

N

Məna növü

Ədatlar

1.

2.

3.

4.

5.

6.

7.

Qiymət: _________________

CAVABLAR: Qayda: “Köməkçi nitq hissələri- Ədat”(1)

Ədatların məna növlərini və aid olduqları ədatları qeyd edin.

Nümunə: Qüvvətləndirici ədatlar: belə, ha, düz, olduqca və s.

N

Məna növü

Ədatlar

1.

Qüvvətləndirici ədatlar

ən, lap, daha, axı, hətta, artıq, -ca2, da, də, ha, düz, bir, ki, necə, nə, belə, olduqca;

2.

Dəqiqləşdirici ədatlar

elə, məhz, əsl;

3.

Məhdudlaşdırıcı ədatlar

ancaq, təkcə, tək, bircə, yalnız, bir;

4.

Sual ədatları

yəni, -mı4, ki, bəs, məgər, bəyəm;

5.

Əmr ədatları

di, qoy, bax, gəl, gör, görün, gəlin, gəlsənə, ha,

-sana, -sənə, -sanız, -səniz;

6.

Arzu ədatları

kaş, gərək, kaş ki, təki, barı, bircə;

7.

Təsdiq və inkar ədatları

hə, yox, bəli, xeyr, heç, əsla;

Qiymət: _________________

Şagirdin soyadı və adı : ____________________________________ Sinif: __________

Qayda: “Köməkçi nitq hissələri- Ədat”(2)

  1. Bəs” sözü nə zaman ədat kimi götürülmür? (Cümlələrlə əsaslandırın)

_____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

  1. a) Bircə sən mənə kömək edə bilərsən. b) Bircə o tez gəlsəydi. c) Bircə manat pulum var.” Cümlələrdə işlənmiş ədatları müəyyən edin, məna növünü yazın. Fərqi izah edin.

__________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

  1. 4 ədatı nə zaman ayrı yazılır ?

______________________________________________________________________________________________________________________________________________

  1. Dəqiqləşdirici ədatlar hansılardır ? _________________________________________

  1. Ki” nə zaman bağlayıcı, nə zaman qüvvətləndirici ədat, nə zaman sual ədatı olur ?

__________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

  1. Verilmiş sözlərin omonimliyini izah edin.

  1. artıq ________________________________________________________________

  2. yalnız _______________________________________________________________

  3. elə _________________________________________________________________

  4. çox _________________________________________________________________

Qiymət: _______________________

CAVABLAR: Qayda: “Köməkçi nitq hissələri- Ədat”(2)

  1. Bəs” sözü nə zaman ədat kimi götürülmür? (Cümlələrlə əsaslandırın)

Bəs” sözü “kifayət” mənasında işləndikdə ədat olmur. Məsələn: Bəs (kifayət) eləyincə oynadılar. Oxumağınız daha bəsdir (kifayətdir).

  1. a) Bircə sən mənə kömək edə bilərsən. b) Bircə o tez gəlsəydi. c) Bircə manat pulum var. ” Cümlələrdə işlənmiş ədatları müəyyən edin, məna növünü yazın. Fərqi izah edin.

  1. Bircə sən mənə kömək edə bilərsən. (məhdudlaşdırıcı ədat)

  2. Bircə o tez gəlsəydi. (arzu ədatı)

  3. Birmanat pulum var. (qüvvətləndirici ədat)

Fərqi: “Bircə” bütövlükdə məhdudlaşdırıcı ədatdırsa, onu “təkcə” sözü ilə əvəzləmək mümkün olur.

Bir sayına qüvvətləndirici -cə ədatı qoşulduqda onu iki sözü ilə əvəz etmək lazım gəlir. Əgər bu, mümkündürsə, o zaman bir say, -cə isə ədatdır.

  1. 4 ədatı nə zaman ayrı yazılır ?

-mı4“ sual ədatı -da, -də bağlayıcısından sonra işlənərsə ayrı yazılır. Məsələn: Sən də mi bunu belə anlayırsan ?

  1. Dəqiqləşdirici ədatlar hansılardır ? elə, məhz, əsl

  1. Ki” nə zaman bağlayıcı, nə zaman qüvvətləndirici ədat, nə zaman sual ədatı olur ?

Ki” ədatı cümlənin ortasında gəldikdə qüvvətləndirici: Sən ki belə deyildin; sual cümlələrinin sonunda gəldikdə sual ədatı olur: Bir yerə getməyəcəksən ki ?

Ki” o zaman bağlayıcı olur ki, mürəkkəb cümlənin tərkib hissələri arasında işlənsin.

  1. Verilmiş sözlərin omonimliyini izah edin.

  1. artıq – zərf, ədat, sifət

  2. yalnız – zərf, ədat, sifət

  3. elə - əvəzlik, ədat

  4. çox – say, ədat, zərf

Şagirdin soyadı və adı : ____________________________________ Sinif: __________

Qayda: “Köməkçi nitq hissələri- Modal sözlər”(1)

Məna növləri

M o d a l s ö z l ə r

Qiymət: _______________________

CAVABLAR:

Qayda: “Köməkçi nitq hissələri- Modal sözlər”(1)

Məna növləri

M o d a l s ö z l ə r

Təsdiq bildirən modal sözlər

doğurdan (da), həqiqətən (də), sözsüz, şübhəsiz, şəksiz, düzü, doğrusu, təbii (ki), düzdür, doğrudur, əlbəttə (ki)

Ehtimal, güman, şübhə bildirən modal sözlər

gərək ki, yəqin (ki), görünür, ehtimal ki, bəlkə (də), gərək, görəsən, deyəsən, güman ki, olmaya, olsun ki, demə

Nəticə və ümumiləşdirmə bildirən modal sözlər

müxtəsər, əvvala, nəhayət, axır ki, xülasə, ümumiyyətlə, beləliklə, qısası, qərəz, əlqərəz, yaxşı (ki)

Bənzətmə və müqayisə bildirən modal sözlər

sanki, elə bil, elə bil ki, guya (ki)

Fikrin mənbəyini bildirən modal sözlər

deyilənə görə, zənnimcə, məncə, səncə, bizcə, mənə görə, bizə görə

Təəssüf bildirən modal sözlər

təəssüf (ki), heyif (ki), əfsus (ki)

Şagirdin soyadı və adı : ____________________________________ Sinif: __________

Qayda: “Köməkçi nitq hissələri- Nida”(1)

Məna növləri

N i d a

Qiymət: _______________________

CAVABLAR:

Qayda: “Köməkçi nitq hissələri- Nida”(1)

Məna növləri

N i d a

Sevinc, heyranlıq bildirənlər

bəh-bəh, of, ura, paho, oxqay, ay can-ay can;

Kədər, narahatlıq, qorxu bildirənlər

ah, ay aman, ox, vay-vay, uf, ay dad və s.

Çağırış bildirənlər

ey, ay, ya, hey, a, ehey;

Nifrət, istehza bildirənlər

tfu, xa-xa-xa, xux, xox və s.

Qəm, kədər bildirənlər

of, ah, ox, oy, eh və s.

Qeyd: Nidaların məna bölgüsü şərtidir. Hiss və intonasiyadan asılı olaraq, bu məna növlərinə mənsubluq dəyişə bilər.
: uploads -> doc
doc -> İnsan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında
doc -> Tingkah laku langsang/agresif merupakan tingkah laku yang lumrah, berada di sekitar kita. Tingkah laku langsang/agresif merupakan tingkah laku yang lumrah, berada di sekitar kita
doc -> Narkoloji yardımın həyata keçirilməsi zamanı şəxslər üzərində xüsusi müşahidənin aparılması Qaydasının təsdiq edilməsi haqqında
doc -> İmişli rayon A. Einov adına 7saylı tam orta məktəbin biologiya müəllimi
doc -> Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər
doc -> Söz yaradiciliğI
doc -> Tədqiqat sualları

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə