Kommunikasiya anlayışı. Verbal və qeyri-verbal kommunikasiya. Plan



Yüklə 24,81 Kb.
səhifə1/2
tarix04.01.2023
ölçüsü24,81 Kb.
#98192
növüYazı
  1   2
Mövzu 3


Kommunikasiya anlayışı. Verbal və qeyri-verbal kommunikasiya.
Plan:
1. Kommunikasiya anlayışı.
2.Verbal kommunikasiyanın şifahi və yazılı forması.
3. Qeyri-verbal kommunikasiya.
Mənbə: [1,2,5,6,8]
1. Kommunikasiya anlayışı.

Kommunikasiya latın mənşəli communikato sözündəndir və mənası rabitə, əlaqə deməkdir. Bu informasiya mübadiləsi prosesi elmi ədəbiyyatlarda əsasən üç cəhətdən fərqləndirilir:


Texniki kommunikasiya – bir nöqtədən, qurğudan və şəxsdən digərinə müəyyən rabitə kanalı ilə məlumatın verilməsi;
Semantik kommunikasiya – informasiyanın məzmununun qəbuledici tərəfindən başa düşülməsi şərtilə verilməsi və qəbul edilməsi;
Praqmatik kommunikasiya – verilən informasiyanın qəbuledicinin fəaliyyətinə təsiri və səmərəli istifadə edilməsi.
Nitq mədəniyyəti dilin kommunikativ keyfiyyətinin toplusu və sistemidir. Belə sistem hər şeydən əvvəl insanın ümumi mədəni inkişafının, mənəvi yetkinliyinin əsas göstəricilərindən biridir. Həmçinin bu növ ünsiyyət bacarığı insanın milli incəsənətdə bilik ehtiyatı, doğma dilə məhəbbəti, ünsiyyətdə iştirak etmə dərəcəsidir. O, gündəlik söhbət və bədii əsərlərin oxunma mədəniyyətidir.
Cəmiyyətin hər bir üzvünün məişətdə, ictimai yerlərdə, müxtəlif məclislərdə, işdə, məktəbdə, küçədə və s. yerlərdə müəyyən qaydalara uyğun, bəzən yazılmamış, ənənəvilikdən gələn qanunlarla tənzimlənən davranış normaları vardır. Bu normalar yazıda və şifahi ünsiyyətdə də özünü göstərir. Fonetik, leksik və qrammatik qayda-qanunlar olan belə normalarla insanlar orta məktəb proqramı çərçivəsində tanış olmaqla nitq mədəniyyətinə yiyələnirlər. Mədəni nitq dilin daxili qaydalarını pozmadan həm yazılı, həm də şifahi ünsiyyətin mövzusundan, kimə ünvanlanmasından və məqsədindən asılı olaraq fikrin düzgün ifadə edilməsidir. Şifahi ünsiyyət zamanı başlayırlar, onunla oxudum, ondan aldım kimi nitq vahidlərinin işlədilməsi dil norması ilə səhv deyil, ancaq canlı ünsiyyət üçün sünidir. Bunların [başlayırrar], [onnan oxudum], [onnan aldım] kimi tələffüzü nitqi daha səmimi edir və onun təsir gücünü artırır.
Beləliklə, yazan və danışan zaman biz təkcə dil normalarını formal olaraq gözləməli deyilik, çalışmalıyıq ki, fikrimiz aydın, səlis, ifadəli, dinləyənin səviyyəsinə və zövqünə uyğun şəkildə qurulsun. Nitq elə qurulmalıdır ki, oxuyan, eşidən yorulmasın, diqqəti yayınmasın. Şifahi nitqin intonasiyası, tam fasiləsi elə təşkil olunmalıdır ki, dinləyici bezməsin. Yazılı nitqin də qayda-qanunları diqqətlə gözlənilməlidir.
“Demək, nitq mədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin fonetik, leksik, qrammatik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəri axtarışlar və təcrübi tədbirlər kompleksidir”.(4, 6)
Nitq mədəniyyəti həm də fikir, düşüncə mədəniyyətidir. İnsanın öz düşüncəsini düzgün söyləmək və yazmaq qabiliyyətidir. Bu qabiliyyət vasitəsilə fikir dəqiq, aydın, yığcam və təsirli şəkildə ifadə olunur.
Nitq mədəniyyəti dilin normalarının və kateqoriyalarının tələblərinə ciddi əməl edilməsidir. Fərdi və ictimai formada özünü göstərən nitq mədəniyyətini inkişaf etdirmək mühüm problemdir. Yüksək nitq mədəniyyətinə yiyələnən hər bir kəs ictimai-siyasi, iqtisadi və mədəni həyatda daha fəal iştirak etmək imkanına malik olur. Bu mənəvi nitq mədəniyyəti mədəni insanın şəxsiyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir və onun kamilləşməsində çox rol oynayır.
2.Verbal kommunikasiyanın şifahi və yazılı forması.
İnsanlar arasında qarşılıqlı anlaşmanın mürəkkəb sosial və psixoloji olan kommunikasiya iki əsas kanal vasitəsilə həyata keçirilir: 1. Nitq (verbal –latın sözü olub verbalis –şifahi söz) 2. qeyri-nitq( qeyri-verbal)
Verbal ünsiyyət vasitələrinə insan nitqi daxildir. Ünsiyyət üzrə mütəxəssislər müasir işgüzar adamın gün ərzində təqribən 30 min söz və ya 1 saatda 3000-dən artıq söz tələffüz etdiklərini saymışlar. Ünsiyyət insanları, onların həyatını, onların inkişafını, davranışını, onların dünya görüşünü, bir də bu dünyanın bir hissəsi kimi onların özlərini idarə edir və insanlar arasında ünsiyyətin cözülməsinin bütün cəhdləri,ona nəyin mane olmasını və nəyin onun vacib şərti olmasını anlamaq vacibdir. Belə ki, ünsiyyət sütundur, dayaqdır, nəhayət insanın mövcud olmasının əsasıdır. Kommunikantların nöqteyi-nəzərindən asılı olaraq (nə xəbər vermək, rəyi bilmək, qiyməti ifadə etmək, münasibət, nəyisə aşkara çıxarmaq, sövdələşmək və digər) müxtəlif formal danışıq mətnləri yaranır. Ünsiyyət prosesində nitq mühüm rol oynayır. İnsan istər onu əhatə edən mühit, istərsə də keçmiş və gələcək barədə hər cür məlumatı əsasən yazılı və şifahi nitq vasitəsilə alır. Nitqin əsas struktur vahidi olmaq etibarilə söz çox böyük qüvvəyə malikdir. İ.P.Pavlovun sözləri ilə desək «Söz fırtına kimi insanın orqanizminin ən etibarlı hesab edilən psixofizioloji prosesləri belə dağıda bilər, tərsinə çevirər, hətta yox edər və ya dəyişə bilər». Söz yalnız pozan, dağıdan deyil, eyni zamanda müsbət təsirə malik ən qüvvətli qıcıqlandırıcıdır. Ən çətin şəraitdə deyilən bircə kəlmə söz belə insanda ruh yüksəkliyi yaradır, onda müsbət emosiyaların baş qaldırmasına, nəcib əxlaqi keyfiyyətlərin yaranmasına, təzahürünə, həmçinin formalaşmasına istiqamət verə bilər. Burada əsl məsələ hər sözdən yerində istifadə etmək, bununla da ünsiyyətə düzgün qiymət verməkdir.

Nitqin müxtəlif funksiyaları var. Onlardan bəzilərini qeyd edək:

  • Nitq insanın intellektual fəaliyyətinin əsas silahıdır.

  • Ictimai- tarixi şərait haqqında məlumatı nitq vasitəsilə alınır.

  • Nitq ümumbəşəri təcrübənin mövcudluğunu təmin edir.

  • Nitq milli mədəniyyətin inikası vasitəsidir.

  • Nitq idrak alətidir

Nitqin əsas funksiyası ilə yanaşı köməkçi funksiyaları da mövcuddur: a) nitqin emotiv funksiyası ( danışanın emosiyasını, hisslərini ifadə etməsi); b) nitqin poetik, yaxud da estetik funksiyası; j) nitqin nominativ funksiyası; ç) nitqin yardımçı funksiyası ( məs: alo); d) nitqin fərqləndirmə (diakritik) funksiyası; ə) nitqin interdiktiv (qadağanedici) funksiyası və s.
Nitq müxtəlif formalarda təzahür edir. Nitqin müxtəlifliyi, təzahür formaları: a) ifadə yoluna görə və b) ifadə nizamına görə müəyyənləşir. a) İfadə vasitəsinə görə nitq iki cür olur: 1. Şifahi nitq; 2. Yazılı nitq. Şifahi nitqin materialı sözlər, onların ifadə olunması, tələffüz edilməsidir. Yazılı nitqin materialı hərfi işarələrdir və onların vasitəsilə yaranan yazıdır. Şifahi nitqdə səsin ahəngdarlığı, tembr, melodiya, mimika, jest, düzgün tələffüz, emosionallıq, yığcamlıq, səlistlik, aydınlıq və s. nəzərə alınır. Yazılı və şifahi nitqdə monoloqdan, dialoqdan və poliloqdan istifadə edilir. Bəzən isə məruzələr, mühazirələr, çıxışlar, hətta bədii əsərlər (pyeslər, dram əsərləri) yazılı şəkildə verilməsinə baxmayaraq, xalqa, kütləyə daha yaxşı çatdırılmaq üçün şifahi şəkildə təqdim olunur. Çünki yazılı nitqin imkanları məhduddur. b) İfadə nizamına görə də nitq yenə də iki cür olur: 1. Mənsur nitq və ya nəşr şəklində ifadə olunan nitq; 2. Mənzum nitq və ya nəzm şəklində ifadə olunan nitq. Nəsrlə ifadə olunan nitq roman, povest, növella, məqalə, oçerk, reportaj, nağıl, dastan və s. şəklində ola bilər. 20 Nəzm əsərlərində isə heca, ahəngdarlıq, qafiyə, şerin təqti forması və s. əsas götürülür. Mənzum nitq nizama salınmış nitqdir, burada kənara çıxmaq mümkün olmur. Nəsr də, nəzm də, həm yazılı, həm də şifahi ola bilir. Lakin son dövrlərdə yazılı mənzum nitq yalnız bədii ədəbiyyatda işlədilir. Əvvəllər isə bu nitqdən riyaziyyat, fəlsəfə, qrammatika və hətta lüğətlərin yazılmasında istifadə olunur.
Danışan və dinləyənin nitq prosesində iştirakı həmişə eyni formada olmur. Bir nitq praktikasında danışan və dinləyən, demək olar ki, eyni dərəcədə fəaliyyət göstərir: sual verir, dinləyən cavab, danışan rəyini söyləyir, müsahib ona münasibətini bildirir. Başqa bir nitq formasında isə dinləyən ya ehtiyac, ya da imkanının olmaması üzündən müsahibinin danışığına müdaxilə etmir, münasibət göstərmir. Bu cür şərhetmə və dinləmə nitqin dialoji və monoloji formalarını yaradır. Dialoji nitq. Bu nitq fəaliyyətinin bir forması olaraq müəyyən situasiyada iki və daha artıq şəxs arasında bir-birini izləyən, növbələşən canlı ünsiyyət, danışıqdır. Burada danışan, daha doğrusu, fikri ifadə edən şəxs əvvəlcə daxilən öz-özünə düşünür, sonra isə xarici nitqə keçir, demək istədiyini sözlə ifadə edir. Fikri qəbul edən (dinləyən, eşidən) əvvəlcə dinləyir, sonra düşünür, daxili nitqdən xarici nitqə keçərək müsahibinə müvafiq cavab verir. Dialoji nitqdə həmsöhbətlərdən birinin ifadə etdiyi fikir digəri tərəfindən qavranılır. Burada monoloji nitqdən fərqli olaraq söhbətə öncədən hazırlıq görülmür. Bu səbəbdən dialoji nitqdə tərəflər daha fəal olurlar. Dialoji nitqin bütün formalarında (dialoji söhbət, danışıq formalarında) onun iştirakçıları hadisəni təfərrüatı ilə danışır, olanlara öz münasibətini bildirir, dediklərinin daha inandırıcı olması üçün sübutlar, dəlillər gətirirlər. Qarşılıqlı söhbət zamanı tərəflərin işlətdikləri müxtəlif formalar (müraciətlər, ara sözlər, ritorik suallar və s.) ümumi bir bütövlük, fikri vəhdət yaradır. Dialoq zamanı leksik təkrarlara, suala sualla cavabvermə, cümlədə söz düzümünün pozulması, fikrin elliptik qurulması, pauzalar və s. özünü göstərə bilir. Əlbəttə, belə ünsiyyət prosesində anlaşılmanın təmin olunması üçün dilin bütün normalarına riayət edilməklə yanaşı, normal intonasiyanın gözlənilməsi vacib sayılmalıdır. Nitqin dialoji forması mükalimə də adlanır. O, danışıq dili üçün səciyyəvi, yığcam və ixtisar olunmuş nitqidir. Orada ifadələr bir qədər qısa, sintaktik quruluşlar sadədir. Yarımçıq cümlələrdən daha çox işlədilir. Nitqin bu növündə digər vasitələrdən də - jest, mimika, əl-qol hərəkəti və s. geniş istifadə olunur. Dialoji nitqdə intonasiya mühüm rol oynayır. Monoloji nitq. Dialoji nitqlə müqayisədə monoloji nitq struktur baxımından sadədir. Fikir bir nəfər tərəfindən geniş və ya müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edilir. Burada danışanın müsahibi (və ya müsahibləri) ilə əks əlaqəsi olmur. Monoloji nitqdə məqsəd nitqin əsas kommunikativ növlərindən (təsvir, təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə etməklə hər hansı bir məzmunun başqasına çatdırılmasıdır. Bu, təşkil olunmuş, proqramlaşdırılmış nitqdir. Yəni danışan deyəcəklərini əvvəlcədən düşünür, ifadə edəcəyi fikrin həcmini, xarakterini müəyyənləşdirir, müəyyən fərdə və ya auditoriyaya müraciət formasını, dil materiallarını seçir, müsahibinin (müsahiblərinin) səviyyəsini, deyəcəklərinin ona (onlara) necə təsir edəcəyini təsəvvüründə canlandırır.
3. Qeyri-verbal kommunikasiya.
İnsanlar heç də həmişə ünsiyyət prosesində verbal kommunikasiya vasitələrindən istifadə etməklə kifayətlənmirlər. Çoх vaхt onlar verbal yolla çatdırdıqları məlumatları gücləndirmək və ya daha səmərəli təsir göstərmək üçün sözsüz, nitqdən kənar vasitələrdən də istifadə edirlər. İnsanlar bəzən hislərini, fikir və arzularını çatdırmaq üçün söz tapa bilmir və ya onun barəsində danışmaq istəmirlər. Bu zaman informasiya mübadiləsi sözsüz, sözlərin köməyi olmadan həyata keçir. Belə ünsiyyət qeyri-verbal vasitələrin köməyi ilə baş verir. Bu cür qeyri-verbal kommunikasiya vasitələrinə müхtəlif simvolları, mimikanı, pantomimikanı, müхtəlif jestləri, hərəkətləri, səsin tembrini, intonasiyanı, gülməyi və s. aid etmək olar. Bu mənada qeyri-verbal ünsiyyət vasitəsi rolunu müхtəlif amillər, işarələr sistemi oynaya bilər. Bu cür işarələr sistemini aşağıdakı şəkildə qruplaşdırmaq olar:
1) optiki-kinetik işarələr sistemi
2) paralinqvistik və ekstralinqvistik işarələr sistemi,
3) məkan və zamanla bağlı işarələr sistemi.
Bu cür işarə sistemlərinin informasiya mübadiləsi ilə bağlı olaraq özünəməхsus yeri vardır. Ünsiyyət zamanı informasiya mübadiləsini həyata keçirmək üçün optikinetik işarələr sistemi özünəməхsus yer tutur.
Qeyri-verbal ünsiyyət vasitələrinin müxtəlif tipləri var. Bu tiplər ünsiyyət mübadiləsində xüsusi rol oynayırlar: Mimika– yunanca “mimos” sözündən götürülmüş, simanın dəyişdirilməsi, təqlid deməkdir. Mimika sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz, yanaq, dodaqlar və s. sifətin bu və ya digər dərəcədə lokal mimika sahələridir. Ekman tərəfindən müəyyən edilmişdir ki, mimikanın 7 əsas sifət konfiqurasiyası var. Onlar müvafiq olaraq yeddi emosiyanı ifadə edirlər. Sifətin ən ifadəli əlamətləri dodaqla qaş (ağız ilə göz) sahəsində yerləşir. Bu sahəyə əsas mimika sahəsi deyilir. Mimika insanın sifətinin təkrarolunmaz fərdiyyətini əks etdirir. Onun əsas funksiyası sifətin ekspressiyalarında insanın emosiya və hisslərini ifadə etməklə şərtlənir.
Son zamanlar vizual ünsiyyət (gözlərin təması) problemi diqqəti daha çox cəlb edir. Gözlərin görünən, özünəməxsus “əlifbası” var. Anatomik baxımdan gözlər nə qədər müxtəlif olsalar da, onların kodları, başqa sözlə psixosemantikası baxışların, necə deyərlər, “rəqsində” açıqlanır.
Vəziyyətdən asılı olaraq 3 növ baxış fərqləndirilir: işgüzar, sosial və intim.
Danışıqlar zamanı işgüzar baxış – tərəfdaşın alın üçbucağına istiqamətlənir.
Sosial baxış – göz və nitq kommunikatoru olan ağızın yaratdığı üçbucağa istiqamətlənir.
İntim baxış – həmsöhbətin işığından və gözlərindən yaranan üçbucağa yönəlir

Yüklə 24,81 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə