Kompaniyanin idarə ediLMƏSİNDƏ İnformasiya sistemləRİNİN İSTİfadəSİNİn səMƏRİLİLİYİNİN


II FƏSİL  KOMPANİYANIN İDARƏEDİLMƏSİNDƏ İNFORMASİYA SİSTEMLƏRİ



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix03.04.2022
ölçüsü1,23 Mb.
#85010
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
Əliyev Elçin 060632-İdarəetmədə İnformasiya Sistemləri 738ms

II FƏSİL 

KOMPANİYANIN İDARƏEDİLMƏSİNDƏ İNFORMASİYA SİSTEMLƏRİ 

2.1.Kompaniya üçün informasiya sisteminin hazırlanma metodologiyaları 

İlk öncə informasiya sisteminin ümumi strukturuna baxaq.İnformasiya sisteminin 

6 təminedici alt sistemi vardır.Bunlar aşağıdakılardır: 



29 

 



 

Riyazi 


 

Texniki 



 

Proqram 



 

İnformasiya 



 

Hüquqi təminat 



 

Təşkilati təminat 



 

Sxem 2.1.İnformasiya sistemin alt sistemləri 

Bu təminedici alt sistemlərinin hər birinin özünəməxsus təyinatı vardır.Kompaniya 

üçün informasiya sistemi qurulduqda bu 6 təminedici altsistem mütləq nəzərə alınmalıdır. 

Riyazi  və  proqram  təminatı  informasiya  sisteminin  məqsədini  və  vəzifələrini 

reallaşdırmaq və texniki vasitələri kompleksinin fəaliyyətini təmin etmək üçün lazım olan 

alqoritm,metod və modellər toplusudur. 

Hüquqi təminat – informasiya sisteminin hüquqi tərəflərini nəzərə alan təminedici 

alt sistemdir.Buraya informasiya sisteminin hüquqi sənədlər toplusu,hüquqlar,vəzifələr və 

məsuliyyətlər daxildir. 



30 

 

Təşkilati  təminat  –  informasiya  sistemi  hazırlanmamışdan  qabaq  araşdırmalar 



aparılaraq hazırlanan təmin edici alt sistemdir. 

İnformasiya təminatı alt sisteminin əsas vəzifəsi informasiya sistemini vaxtında və 

zəruri informasiya ilə təmin etməkdir. 

Kompaniyanın idarəedilməsi üçün informasiya sisteminin qurulmasında bir sıra 

mərhələlər  mövcuddur.İnformasiya  texnologiyalarının  tarixinə  baxsaq  görərik  ki, 

layihənin qurulması üçün bir neçə metodologiya mövcuddur: 

 

Kaskad modeli 



 

Prototip modeli 



 

Spiral modeli 



Kaskad modeli. 

Kaskad  (şəlalə)  modeli  kompaniya  idarəetməsi  üçün  informasiya  sistemlərinin 

qurulmasına  klassik  yanaşmanı  tətbiq  edir.Bu  modeldən  70-80-ci  illərdə  istifadə 

olunmuşdur.Bu  modeldə  hər  bir  mərhələdə  proseslər  ardıcıllıqla  yerinə  yetirilir.Bir 

mərhələdə bütün işlər qurulduqdan sonra, digər mərhələyə keçirilir. Kaskad modelinin iş 

mərhələləri aşağıdakıardır: 

 

Təhlil 



 

Layihələndirmə 



 

Hazırlama 



 

Testləmə 



 

İstismar 



Bu modelin çatışmazlıqları mövcuddur.Beləki, mərhələlər ardıcıl  şəkildə yerinə 

yetirildiyi üçün sonrakı mərhələdə hansısa problem yarandıqda, təkrar əvvəlki mərhələyə 

qayıtmaq lazım gəlir.Bu da layihənin müddətinin uzanmasına səbəb olur. 



31 

 

Digər çatışmazlıqlar: 



 

Nəticələrin alınmasının gecikməsi 



 

Layihə işlərinin paralel aparılmasının çətinliyi 



 

İdare etmənin çətinliyi 



 

Risk səviyyəsinin yüksəlməsi 



 

İnvestisiyasının etibarsızlığı 



Məhz bu səbəblərdən dolayı, bu modeldən istifadə əlverişli deyil. 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə