Kompaniyanin idarə ediLMƏSİNDƏ İnformasiya sistemləRİNİN İSTİfadəSİNİn səMƏRİLİLİYİNİN



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix03.04.2022
ölçüsü1,23 Mb.
#85010
1   2   3   4   5   6   7   8   9   ...   22
Əliyev Elçin 060632-İdarəetmədə İnformasiya Sistemləri 738ms

Dissertasiyanın məzmunu. 

Dissertasiya üç,dörd fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat 

siyahısından ibarətdir. 

Girişdə dissertasiya mövzusunun aktuallığı əsaslandırılmış, məqsədi və həll  etdiyi 

məsələlələr şərh olunmuşdur. 

 

 



 


 

I FƏSİL 



KOMPANİYANIN İDARƏEDİLMƏSİNDƏ İNFORMASİYA SİSTEMLƏRİNİN 

ROLU 

1.1 Magistr layihəsi mövzusunun analizi

 

Kompaniyanın  idarəedilməsi  çox  faktorlu  və  kompleks  bir  məsələ  hesab 



olunur.Kompaniyalar strukturu olduqca böyük ola bilər.Kompaniyanın strukturu dedikdə 

kompaniyanı təşkil edən şöbə və departamentlər,işçilər,maddi və texniki baza, bir sözlə 

kompaniyanın fəaliyyətini təşkil edən hər bir element nəzərdə tutulur. 

Kompaniya genişləndikcə, kompaniyanın idarəedilməsi optimallıq və funksionallıq 

cəhətdən  çətinləşir.Ənənəvi  üsullardan  istifadə  edərək  kompaniyanın  idarəedilməsi 

demək olar ki, hazırkı dövr üçün mümkünsüzdür.Təbii ki, burada müəssisənin fəaliyyət 

sahəsi nəzərə  alınmalıdır.Dünya üzrə statistik məlumatlara əsaslanaraq demək olar ki, 

78% müəssisə öz idarəetmə prosesində informasiya sistemlərindən intensiv olaraq istifadə 

edir. 

İnformasiya  sistemləri  bütün  kompaniyanın  fəaliyyətini  avtomatlaşdırılmasına 



xidmət  edir.Kompaniyanın  iş  prosesini  avtomatlaşdırılmasından  öncə,  kompaniyanın 

strukturunun araşdırılması, qiymət və  xərclərin hesablanması, kompaniyanın fəaliyyət 

sxeminin  araşdırılması  böyük  önəm  kəsb  edir.Bu  faktorlar  nəzərə  alınmadıq  da, 

informasiya  sisteminin  sonrakı  fəaliyyət  dövründə  şirkətin  böyük  problemlərlə 

üzləşilməsinə  gətirib  çıxarır.Həmçinin aydın  və  düzgün  olunmayan analiz  layihənin 

müddətinin uzanmasına gətirib çıxarır. 

Hal hazırda dünya bazarında kompaniyanın idarəedilməsi sahəsində istifadə olunan 

lisenziyalı  və  open  source  proqram  təminatları  mövcuddur.Həmçinin  müəssisənin 

fəaliyyət  prosesini  nəzərə  alaraq,  mütəxəsis  komandası  tərəfindən  hazırlanan  yerli 

proqram təminatları qurulur.Hazır proqram təminatlarından  istifadə  sonrakı  fəaliyyət 




 

dövründə  xarici  aslıqların  yaranmasına səbəb  olur.Bu  da  şirkətin  maliyyə  cəhətdən 



xərclərinin artmasına gətirib çıxarır. 

Ölkəmizdə də hal-hazırda həm xarici, həm də yerli proqram təminatlarından geniş istifadə 

olunur. 

 

Kompaniyanın idarəedilməsində istifadə olunan informasiyasi sistemlərinə ümumi 

baxış 

 Hazırda  dünyada  kompaniya  və  müəssisələrin  idarəedilməsində  informasiya 



sistemlərindən geniş  istifadə  olunur.İnformasiya  texnologiyaları  bazarında  həm open 

source tipli,  həm  də  yerli  mütəxəsislər tərəfindən  hazırlanmış informasiya sistemləri 

mövcuddur.  

Kompaniya dedikdə müəyyən təyinata malik olan və xüsusi fəaliyyət sahəsinə malik 

müəssisə  başa  düşülür.İnformasiya  sistemlərinin  effektiv  qurulması  və  iş  prosesinin 

optimallığının təmin edilməsində müəssisə əməkdaşlarının düzgün təhlili  də  vacib rol 

oynayır.Kompaniyanın  idarəedilməsi  üçün  informasiya  sistemlərinin  qurulmasında 

aşağıdakı faktorlar nəzərə alınmalıdır:   

 

Kompaniyanın fəaliyyət sahəsi 



 

Kompaniyanın strukturu 



 

Kompaniyanın iş sxemi 



 

İnformasiya sistemlərində istifadə edəcək şöbələrin müəyyənləşdirilməsi 



 

Kompaniyanın idarə olunmasını təmin edən proseslərin həcmi 



 

Kompaniyanın maddi və texniki bazasının müəyyənləşdirilməsi 



 

Maliyyə xərclərinin hesablanması 



 

Kompaniya rəhbərləri ilə razılaşmaların əldə olunması 



 

Menecerlik fəaliyətinin analizi 




10 

 

Bu faktorlar informasiya sistemlərinin qurulması və sonrakı fəaliyyət prosesində 



əhəmiyyət daşıyan faktorlardır. 

Kompaniyanın  idarəedilməsində  informasiya  sistemlərindən  istifadə  qərarını 

kompaniya rəhbərliyi verir.Kompaniyanın iş prosesi ətraflı təhlil olunur.Kompaniyanın 

fəaliyyəti  prosesində dövr  edən  sənədlərin  həcmi  təhlil  olunur.Yalnız bundan sonra, 

kompaniyanın  hansı  tip   informasiya  sistemlərindən  istifadə  ediləcəyi  qərarı  qəbul 

edilir.İnformasiya sistemlərinin qurulması iki yolla həyata keçirilə bilər: 

 

Outsource İT şirkət tərəfindən 



 

Kompaniyanın daxili mütəxəsislərindən ibarət komanda tərəfindən 



Qeyd  edək  ki,  birinci  variant  kompaniyaya  maliyyə  cəhətdən  baha  başa 

gəlir.Texniki təminatın həmin şirkətin mütəxəsisləri tərəfindən həyata keçirildiyini nəzərə 

alsaq, gələcəkdə  müəssisənin həmin  İT  şirkətdən aslılığı  qaçılmaz olacaqdır.Məhz bu 

üsulda  kifayət  qədər  qanunvericilik  cəhətdən  mükəmməl  hazırlanmış  müqavilənin 

olmasına ehtiyac duyulur.Outsource kompaniyanın üstünlüyü isə, məhz  həmin şirkətin 

mütəxəsislərinin bu sahə üzrə kifayət ixtisaslaşmasıdır.Məhz bu səbəbdən keyfiyyət və 

etibarlılıq cəhətdən bu üsuldan istifadə geniş yayılmışdır.Çünki, “outsource” kompaniya 

ilə  əməkdaşlıq aparan şirkətlərin, İnformasiya Texnologiyaları sahəsində ixtisaslaşmış 

şöbələrə ehtiyacı olmur. 

İkinci  üsul,  mailiyyə  cəhətdən  daha  qənaətli  olmaqla  yanaşı,şirkəti gələcəkdə 

olacaq aslılıqlardan xilas edir.Çünki, proqram təminatının qurulması və texniki dəstək 

xidməti şirkətin öz əməkdaşları tərəfindən yetirilir.Bu üsul kompaniyanın İnformasiya 

Texnologiyaları qolunun inkişafına gətirib çıxarır.Bu sahə üzrə kadrların artmasına, İT 

dayanıqlılığı təmin edir. 

Qeyd  etmək  lazımdır  ki,  hal  hazırda ölkəmizdə  hər  iki  üsuldan  istifadə  edən 

kompaniyalar mövcuddur.Lakin praktika göstərir ki, kifayət qədər bacarıqlı kadrların iş 




11 

 

prosesinə  cəlb  olunaraq  qurulan  informasiya  texnologiyaları  departamenti  şirkətin 



informasiya texnologiyaları cəhətdən effektiv işləməsinə kömək edir. 

İnformasiya  sistemləri  qurularkən,  böyük  bir  həyat  yolu  keçir.Layihənin 

hazırlanmasına  informasiya  texnologiyaları  mütəxəsisləri,informasiya  sistemindən 

istifadə edəcək aidiyyəti şöbələr əməkdaşları cəlb edilir.İnformasiya sisteminin texniki 

təyinatına uyğun olaraq aşağıdakı şöbələr prosesə cəlb edilə bilər: 

 



İnformasiya Texnologiyaları departamenti 

 



Kadrlar şöbəsi 

 



Mühasibatlıq 

 



Kargüzarlıq 

 



İdarəçilik prosesində fəaliyyət göstərən şirkətlər 

 



Marketinq və menecment  

 



Audit  

 



Keyfiyyətə nəzarət və s. 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə