Sxem 2.4.Dövri proses sxemi
Struktur sxemini belə izah etmək olar.Alıcı stokdan məhsulu götürür kassaya
yaxınlaşır, kassir informasiya sisteminə məhsul barədə məlumatları qeyd
edir.Məlumatların sistemə daxil edilməsi anbar şöbəsinə məhsulların satışına nəzarət etmə
imkanı verir.Bu anbardan yeni məhsulların gətirilməsi zərurətinin yarandığını
bildirir.Beləliklə stokun bitməsinə avtomatik nəzarət olur.
Ödəniş əməliyyatından sonra avtomatik olaraq ödəniş hesabatları sistemdə qeyd
olunur.Bu kimi informasiyalara daha üst səviyyədə olan rəhbərlik,marketinq,audit kimi
şöbələrin çıxışı vardır.
Qeyd etmək lazımdır ki, satış edilməsə belə bəzən məhsulun stokdan çıxarılması
tələb olunur.Bu əsasən istifadə müddəti bitmiş məhsullarda baş verir.İnformasiya sistemi
imkan verir ki,istifadə müddəti bitmiş məhsulların siyahısı barədə hesabatlar, bu məsələdə
məsuliyyət daşıyan şöbəyə çatdırılsın.
Anbar
Məhsulun sayı barədə
informasiyanın yenilənməsi
Kassa
Məhsulun
qeydiyyatı
Stok
Ödəniş
Mühasibatlıq
AUDİT
41
Kiçik həcmli proses kimi göstərilən bu əməliyyat əslində, bütün şöbələrin qarşılıqlı
əlaqələrini zəruri edir.
Məhsul kateqoriyaları haqqında məlumatlar kateqoriyalar cədvəlində saxlanılır.Bu
cədvəldə aşağıdakı verilənlər saxlanılır:
−
Kateqoriya kodu
−
Kateqoriya adı
−
Alt kateqoriya kodu
Burada kateqoriya kodu unikal koddur.Kateqoriya adı kateqoriyanın hamı
tərəfindən bilinən adını ifadə edir.Alt kateqoriya kodu böyük önəm kəsb edir.Bu sahə
cədvəllərin artmasının qarşısını alır.Bu sahə vasitəsilə sonsuz kateqoriyaların qurulması
mümkündür.
Növbəti əsas məsələ məhsulların kataloqunun yaradılmasından gedir.Məhsulların
saxlanması üçün aşağıdakı sahələr tələb olunur:
−
Məhsulun kodu
−
Məhsulun kateqoriya kodu
−
Məhsulun adı
−
Məhsulun istehsalçısı
−
İdxal olunduğu ölkə
−
Qiyməti
Təbii ki, qiymət faktoru dəyişkən faktordur.Hər fliala və yaxud endrim
kompaniyalarına görə dəyişir.Məhz bu səbəbdən cari qiymətləndirmə məsələlərini
əsas tutaraq Stok adlı bir cədvəlin saxlanmasına ehtiyac duyulur.Stokda bu
informasiyalar yer alır:
−
Stokun kodu
42
−
Məhsulun kodu
−
Stokda qalma müddəti
−
İstifadə müddəti
−
Stokda məhsulun sayı
Qiymətləndirmə cədvəli:
−
Satışın kodu
−
Məhsulun kodu
−
Stok qiyməti
−
Endrim faizi (əgər varsa)
Məhz bu məlumatlar mağazanın fəaliyət prosində böyük önəm təşkil edir.Alıcı
stokdan məhsulu götürərək kassaya yaxınlaşır.Kassir məhsulları sistemə daxil
edir.Məhsulun sayı avtomatik olaraq anbarda azalır.Sonra ödəniş prosesi yerinə yetirilir.
Zənbil cədvəli hər bir stokdan çıxıb kassada qeydiyyatdan keçən məhsulların siyahısını
özündə saxlayır:
−
Zənbil kodu
−
Məhsulun kodu
−
Məhsulun qiyməti
−
Əməliyyat tarixi
Ödəniş prosesi üçün ödəniş cədvəli qurulur:
−
Ödəniş kodu
−
Zənbil kodu
−
Toplam qiymət
−
Ödənilən məbləğ
43
−
Ödəniş növü (kart,nəğd)
−
Verilən məbləğ
−
Endrim faizləri və kompaniyalar
−
Qalıq
−
Əməliyyatın tarixi
−
Əməliyyatı aparan kassirin məlumatları
Məhz bu məlumat mühasibatlıq və audit şöbələrinə böyük həcmi verilənlərin
statistik hesabatlarını çıxarmağa imkan verir.Məhz bu məlumatlar sayəsində alış-veriş
statistikasını analiz edib, hansı məhsula daha çox tələbatın olduğunu və səbəblərini
araşdırıb,düzgün qərarlar qəbul edərək kompaniyanın iqtisadi dəyərlərini artırmaq
mümkündür.
Digər məsələlərdən biri də tədarükçülərin informasiyalarının saxlanmasıdır.Çünki
eyni məhsulu müxtəlif tədarükçülər müxtəlif qiymətlərlə kompaniyaya satış edə
bilər.Məhz bu səbəbdən iki ədəd bir birilə əlaqəli cədvəlin qurulması zəruridir.İlk cədvəl
tədarükçü məlumatlarının saxlanması üçün cədvəl qurulur:
−
Tədarükçü kodu
−
Tədarükçü adı
−
Tədarükçünün ixtisaslaşdığı sahələr
−
Tədarükçülə bağlanan müqavilənin tarixi
−
Etibarlılıq müddəti
Mağaza şəbəkəsində əsas məsələlərdən biri də inventarizasiya prosesidir.Burda çox
saylı avadanlıqların olması,onların siyahıya alınmasını tələb edir.
−
Inventar kod
−
Avadanlığın adı
44
−
Sayı
−
Alış tarixi
−
Təyinatı
−
Satıcının adı
−
Məsul şöbənin kodu
Qeyd edək ki, real iş prosesində bu tip cədvəllərin sayı olduqca çox olur.
Cədvəllər qurularkən, gələcəkdə menecer və qərar qəbul edən şəxslərin tələblərinə
uyğun statistik hesabatların verilməsi nəzərə alınmalıdır.
Marketinq,audit,mühasibatlıq şöbələri əsasən bu məlumatlardan ibarət hesabatları
sistemdən tələb edirlər:
−
Tədarükçü firmaların illik,aylıq hesabatları
−
Tədarükçü firmaların müqayisəsi
−
Ən çox satılan məhsullar
−
Ən az satılan məhsullar
−
Ən çox dövriyyəsi olan fliallar
−
Texniki avadanlıqları satan şirkətlərin müqayisəli təhlili
−
İşçilərə ödənilən məvaciblər
−
İşçi xərcləri və s.
|