Kompleks qazma işləri



Yüklə 97,6 Kb.
tarix18.05.2018
ölçüsü97,6 Kb.
#44869




Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

Kompleks qazma işləri” tresti



Kimyəvi reagentlərə olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (26003-17) üzrə zərflərin açılışı tarixinin uzaldıldığını elan edir.




Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

  • İştirak haqqının ödənilməsi barədə bank sənədi sənədi (ödənişin təyinatında iştirak ediləcək müsabiqənin nömrəsi və iddiaçının tam adı göstərilməlidir);

  • Müsabiqə təklifi

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 17.03.2017-ci il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla 31.03.2017-ci il, Bakı vaxtı ilə saat: 10:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, ingilis və ya rus dilində əldə etmək istəyənlər 500 manat (ƏDV ilə) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ01350100000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: İBAZAZ2Х

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Bank təminatı:

  • İddiaçının təqdim etməli olduğu müsabiqə təklifinin təminatı müsabiqə təklifinin ümumi qiymətinin 2 (iki)%-dək məbləğdən aşağı olmamalıdır.

  • Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.

  • Müqavilənin yerinə yetirilməsi təminatı satınalma müqaviləsinin qiymətinin 5% məbləğində müəyyənləşdirilir.



Müqavilənin icra müddəti:

  • Satınalma müqaviləsinin 60 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı:

AZ1033;


Bakı şəhəri;

N.Nərimanov rayonu;

A. Nemətulla 105;

Əlaqələndirici şəxs:

Hüseynov Anar.

Maddi-texniki təchizat və marketinq şöbəsi, şöbə rəisinin müavini

Telefon : (+99 412) 521-31-59

Faks : (+99 412) 521-31-59

Anares.Huseynov@socar.az





Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 31.03.2017-ci il tarixdə, Bakı vaxtı ilə saat 11:30-da elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:



http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards




SOCAR-ın “Kompleks qazma işləri” trestinin Satınalmalar qrupu.


(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-c- il

___________№


SOCAR”ın “Kompleks qazma işləri” trestinin

Satınalmalar qrupunun rəhbəri cənab Fazil Ramazanova,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “SOCAR”ın “Kompleks qazma işləri” tresti tərəfindən Kimyəvi reagenlətərın satın alınması ilə əlaqədar elan edilmiş 26003-17 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________


Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

SATIN ALINAN MALLARIN SİYAHISI

Sıra №-si

Malların adı

Ölçü vahidi

Miqdar

Malların xassələri standartı

1

FXLS

ton

360

Minerallaşdırılmış qazma məhlullarında özüllüyü və SSG göstəricilərini azaldan, tünd gəhvəyi toz, nəmliyi 10%, orqanik hissənin həll olunma faizi 90%, 1%-li sulu məhlulda PH- 4- 4.5 (TU 39-01-08-274-77)

25 kq su keçirməyən kağız kisələrdə

2

Kaustik  soda

ton

215

Qazma məhlulunun qələvilik xüsusiyyətini nəzarətdə saxlayan, ağ və ya yarı şəffaf ləpəli qranulalar, xüsusi çəkisi 2.13q/sm3 .Texniki məhsulda NaOH-ın miqdarı 98-99%, 1%-li sulu məhlulda pH=13. APİ13A/APİ Q1

25 kq su keçirməyən kağız kisələrdə

3

KMS

ton

213

Suverməni azaldan, ağ və ya açıq sarı rəngli tozşəkilli və ya lifli, əsas maddədə kütlə miqdarının faizi-52-dən çox, nəmliyi 10%-dən çox olmayaraq, suda tam həlli-99.3% , 1.5%-li məhlulun hidrogen göstəricisi –pH=8-11, 0.5%-li sulu məhlulun özlülüyü – 12mlPa.s.-dan çox olmayaraq, poli saxarid (Sellüloza efiri) əsaslı reagent,

(TU-39-05-221-766 -86) 25 kq su keçirməyən kağız kisələrdə

4

Qrafit

ton

40

Qazma məhlulunda yağlayıcı xüsusiyyətin artırılması və sütünmə qüvvəsini azaltmaq üçün, Tünd, boz –qara toz, metal parlaqlıqlı, karbonun miqdarı-86%, nəmliyi 2%-dən az, sulu məhlulda hidrogen ionlarının miqdarı pH-6.0-8.2 (QOST 5279-74) APİ13A/APİ Q1 800kq-lıq çuval, 20 kg/kisə

5

KQR

ton

40

Qazma məhlulunun suverməsini və özlülüyünü aşağı salmaq üçün, tozşəkili maddə, nəmliyi 28% kaustik sodanın kütlə payı 28% , alışma temperaturu 680C, 5%li KQR məhlulunun PH-ı-9-9.5.TU 39-01-247-76. 50kq-lıq su keçirməyən kağız kisələrdə.

6

Glydril

ton

144.32

Quyu divarının dayanığlığını artıran, yağlayıcı xassəyə malik Poliqlikol Efir qatqısı, qonur və ya qəhvəyi maye, xüsusi çəkisi 1.012q/sm3, alışma nöqtəsi 230°F (110°C) (PMCC), Bulanma nöqtəsi 150°F (66°C) @ 3% - 10%NaCl məhlulunda* APİ13A/APİ Q1 190-220 litr çəlləklərdə

7

KCl

ton

772

Gilin şişməsinin qarşısını alan, Kalium Xlorid ,açıq boz-ağ rəngli, sıxlığı 2.020q/sm3, nəmliyi 0.5-1%, kalium-xloridin kütlə payı-95-98% QOST 4568-95, TU 2152-013-00203944-2011, APİ13A/APİ Q1 1 tonluq su keçirməyən çuvallarda

8

Polypac R

ton

8.75

Qazma məhlulunda su verməni azaldan , Molekulyar çəkisi 15 000 aşağı olmadan, ağ toz şəklində, xüsusi çəkisi 1.5-1.6 q/sm3 , aktiv madənin faizi 70-100%, 1% məhlulda PH 6.5-8, həll olma dərəcəsi-0.9-1.0. APİ13A/APİ Q1 25 kq su keçirməyən kağız kisələrdə

9

Polypac UL

kq

98500

Qazma məhlulunda su verməni azaldan , özlülüyünə təsir etməyən, molekulyar çəkisi 15 000 aşağı olmadan, Ağ toz şəklində xüsusi çəkisi 1.5-1.6 q/sm3 , aktiv maddənin faizi 70-100%, 1% məhlulda PH 6.5-8 APİ13A/APİ Q1 25 kq su keçirməyən kağız kisə

10

Soda Ash

kq

39000

Ağ rənqdə, iysiz toz, Kalsiumlu soda 99.7% xüsusi çəkisi 2.53 q/sm3 Həll olunması:həll olunur 18%@210C

Əsas məqsəd:Anhidriq süxurlarının qazılması zamanı kalsinin məhlulda çökməsini təmin edir.Standart tələbi : APİ13A/APİ Q1

25kq su keçirməyən kisələrdə

11

Citric Acid

kq

20000

Bərkişməmiş tumurcuqsuz ağ toz, Monohidratlı limon turşusunun kütlə payı 99.9%,sulfatın kütlə payı 0.02%,

Ərimə temperaturu 1530C. Qələvilik (Ph) parametrinin idarə olunması,Əsas məqsəd:Sənaye kimyasına aid olan Limon turşusu, qazma məhlulunda codluluq nisbətinin aşağı salınması üçün, sementin qazma məhluluna qatışdığı halda neytrallaşdırıcı məqsədini yerinə yetirir.

Standart tələbi: ГОСТ:908-2004 APİ13A/APİ Q1 25kq su keçirməyən kisələrdə

12

Sodium bicarbonate          

kq

2000

Ağ qonur rəngdə, NaHCO3 min 99.5%, Kömür turşulu natriy üçün kütlə payı >0.4-0.7% civarında Xloridlərin kütlə payı %>0.2- 0.4,Dəmirin(Fe) kütlə payı% >0.001- 0.005,

Nəmliy % 0.1-0.2. Əsas məqsəd: Qazma məhlulunun sementlə çirkləndiyi halda, kalsiy ionlarından təmizlənməsi üçün istifadə olunur. Standart tələbi: ГОСТ:2156-76 APİ13A/APİ Q1 50kq su keçirməyən kisələrdə

13

Spersene  CF

kq

19375

Qəhvəyi rənqdə toz, xüsusi çəkisi 1.2-1.5q/sm3

PH (1 faizli məhlulda)-3-4. Suda həlli 100% Əsas məqsəd:Su əsaslı məhlullarda deflokulyant və suvernəni aşağı salmaq məqsədini yerinə yetirir. Standart tələbi:APİ13A/APİQ1 25kq su keçirməyən kisələrdə

14

Ultracap

kq

19675

Ağ rəngli, xırda ölçülü və ya tozşəkili, iysiz maddə, təmizliyi 60-100% gillərin səthinə adsorbsiya edərək şlamların bir-birinə və ələk torlarına yapışmasının qarşısını alır, 0.5%-li sulu məhlulda PH-2.5-4.5% Standart tələbi: APİ13A/APİ Q1 25kq su keçirməyən kisələrdə

15

D -D

kq

20656

DD – Drillinq Detergent, açıq- mavi-yaşıl rəngli maye, su əsaslı məhlullarda suya həssas gillərin yapışma riskini azaldır, kipgəcin qarşısını alır, səthi dartılmanı azaldır. Xüsusi çəkisi-0.99-1.0q/sm3, 1%-li sulu məhlulda PH-8.2, suda 100% həll olunur, Standart tələbi : APİ13A/APİ Q1

200-220kq-lıq çəlləklərdə

16

Defoam

kq

2176

Qazma məhlulunda köpüyün qarşısını alır və ya ləğv edir , yarımşəffaf maye, alışma temperaturu 1200C, qaynama temperaturu-2440C suda həll olunması-100% Standart tələbi : APİ13A/APİ Q1 18-24kq-lıq bidonlarda

17

Duovis

ton

15.75

Su əsaslı məhlulda şlam qaldırma xüsusiyyətinə malik, yüksək molekulyar biopolimer, məhlulda yüksək reoloji və tiksotroplik xüsusiyyəti yaradır, açıq krem rəngli üyüdülmüş toz, nisbi sıxlığı 1.5q/sm3 . Standart tələbi : APİ13A/APİ Q1 25kq su keçirməyən kisələrdə

18

Kalsium xlorid (tonluq)

ton

371

CaCl2-ağ rəngdə dənəvər, iysiz, suda tam əriyən, alovlanmayan maddə, qaynama temperaturu-1627oC, ərimə temperaturu-772oC, Sıxlığı -1.7q/sm3, xlorlu kalsium-94-98% APİ-13A/APİ Q1 standartı üzrə 1tonluq su keçirməyən çuvallarda

19

HRP

ton

11.774

Kəhrəba rəngli, suda həll olmayan, nisbi sıxlığı 0.98-1.01q/sm3 , alışma nöqtəsi, 200oF (93oC), donma nöqtəsi 40o F (4oC ) Standart tələbi : APİ13A/APİ Q1

190-220kq çəlləklərdə

20

G - Seal

ton

42.05

Qazma məhlulunda udulmanın qarşısının alınması və yağlayıcı xüsusiyyətini artırılması üçün, tünd boz –qara toz, xüsusi çəkisi 2.19-2.26 APİ-13A/APİ Q1 22.7 kq su keçirməyən kisə

21

Durcal 130

kq

26000

Ağ toz, qoxusuz, məhlulda həll olunma dərəcəsi 0.0035q/100ml, 50%-dən çox ölçüsü 250mikron, nisbi sıxlığı 2.7-2.9q/sm3 APİ 13A/APİ Q1 istehsal standartı 22.7kq-lıq su keçirməyən kağız kisələrdə

22

Versatrol

kq

16488

Qara rəngli bərk maddə, ərimə nöqtəsi 140-205oC, nisbi sıxlıq-1.04-1.06q/sm3,alışma nöqtəsi 316oC APİ 13A/APİ Q1 istehsal standartı 22.7və ya 25kq-lıq su keçirməyən kağız kisələrdə

23

VG - 69

ton

35

Ağdan qəhvəyi rəngə kimi olan toz şəklində, xüsusi çəkisi 1.57q/sm3olan, özlülüyü artıran maddə APİ 13A/APİQ1 istehsal standartı 22.7kq-lıq su keçirməyən kağız kisələrdə

24

Mİ Seal C

ton

6,5304

Udulmaya qarşı lifli, tel şəklində material, iri ölçülü APİ 13A/APİ Q1 istehsal standartı 22.7kq-lıq su keçirməyən kağız kisələrdə

25

Mİ Seal M

ton

6,5304

Udulmaya qarşı lifli, tel şəklində material, orta ölçülü APİ 13A/APİ Q1 istehsal standartı 22.7kq-lıq su keçirməyən kağız kisələrdə

26

MİX  II C

ton

6,4638

Məsaməli laylarda udulmanın qarşısını almaq üçün, alətin diferensial tutulma riskini , burulma və dartılma qüvvəsini azaltmaq üçün iri ölçülü lifli material, APİ 13A/APİ Q1 istehsal standartı 22.7kq-lıq su keçirməyən kağız kisələrdə

27

MİX II M

ton

6,4638

Məsaməli laylarda udulmanın qarşısını almaq üçün, alətin diferensial tutulma riskini , burulma və dartılma qüvvəsini azaltmaq üçün orta ölçülü lifli material, APİ13A/APİ Q1 istehsal standartı 22.7kq-lıq su keçirməyən kağız kisələrdə

28

Safe Carb Z3

ton

36

Ağ toz, qoxusuz, məhlulda həll olunma dərəcəsi 0.0035q/100ml, 50%-dən çox ölçüsü 700mikron, nisbi sıxlığı 2.7-2.8q/sm3. Məhsuldar layların açılması zamanı məsaməliliyi qoruyur. APİ13A/APİ Q1 istehsal standartı 22.7kq-lıq su keçirməyən kağız kisələrdə

29

Safe Carb 20

kq

22500

Ağ toz, qoxusuz, məhlulda həll olunma dərəcəsi 0.0035q/100ml, 50%-dən çox ölçüsü 20mikron, nisbi sıxlığı 2.7-2.9q/sm3. Məhsuldar layların açılması zamanı məsaməliliyi qoruyur. APİ13A/APİ Q1 istehsal standartı 22.7kq-lıq su keçirməyən kağız kisələrdə

30

Safe Carb 40

kq

22000

Ağ toz, qoxusuz, məhlulda həll olunma dərəcəsi 0.0035q/100ml, 50%-dən çox ölçüsü 40mikron nisbi sıxlığı 2.7-2.9 q/sm3 Məhsuldar layların açılması zamanı məsaməliliyi qoruyur. APİ 13A/APİ Q1 istehsal standartı 22.7kq-lıq su keçirməyən kağız kisələrdə

31

CaBr2

ton

350

CaBr2 -Calsium bromid məhlulu quyuların mənimsənilməsi zamanı layların çirklənməsinin qarşısını almaq məqsədi ilə, şişən gillərin hidratlaşması və miqrasiyasının qarşısını almaq üçün tətbiq edilən duzlü məhluldur. Tələb olunan CaBr2 -Calsium bromid məhlulunun sıxlığı 1.65q/sm3, 200C-də Şəffaflığı<75NTU bərk hissəciklər<0.02% ,Su-30-60% CaBr2 =30-60%

200C-də quru duzun sıxlığı-3.35q/sm3, suda həll olunması-60% APİ13A/APİ Q1 istehsal standartı, 1m3 çənlərdə




Yüklə 97,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə