Kompleks qazma işləri



Yüklə 36,37 Kb.
tarix21.06.2018
ölçüsü36,37 Kb.
#50596




Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

Kompleks qazma işləri” tresti



Elektron tərəzilərə olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (№ 26043-18) elan edir.




Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

  • İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödənişin təyinatında iştirak ediləcək müsabiqənin nömrəsi və iddiaçının tam adı göstərilməlidir);

  • Müsabiqə təklifi

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 20.04.2018-ci il, Bakı vaxtı ilə saat 16:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla 27.04.2018-ci il, Bakı vaxtı ilə saat: 14:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, ingilis və ya rus dilində əldə etmək istəyənlər 177 manat (ƏDV ilə) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ01350100000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: İBAZAZ2Х

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Müqavilənin icra müddəti:

  • Satınalma müqaviləsinin 60 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı:

AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətula küçəsi, 105.

SOCAR, “Kompleks qazma işləri” tresti

Əlaqələndirici şəxs:

Hüseynov Anar.

Maddi-texniki təchizat və marketinq şöbəsi, şöbə rəisinin müavini

Telefon : (+99 412) 521-31-59

Faks : (+99 412) 521-31-59

Anares.Huseynov@socar.az





Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 27.04.2018-ci il tarixdə, Bakı vaxtı ilə saat 15:00-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:



http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards




SOCAR-ın “Kompleks qazma işləri” trestinin Satınalmalar qrupu.


(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______2018-ci il

___________№


SOCAR”ın “Kompleks qazma işləri” trestinin

Satınalmalar qrupunun rəhbəri cənab Fazil Ramazanova,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “SOCAR”ın “Kompleks qazma işləri” tresti tərəfindən Elektron tərəzilərin satın alınması ilə əlaqədar elan edilmiş 26043-18 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________


Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.
SATIN ALINAN MALLARIN SİYAHISI

Sıra №-si

Malların adı

Ölçü vahidi

Miqdar

Malların xassələri və standartları

1

Elektron tərəzi (100 tonluq)
Tərəzi sement saxlama bunkerlərindəki sementin çəkisini ölçmək üçün nəzərdə tutulur.

Sement saxlama bunkeri dörd dayaq üzərində olmaqla, vertikal vəziyyətdə quraşdırılmışdır. Hər dayağa 400x250 mm ölçüdə dayaq lövhəsi qaynaq olunmuşdur.Tərəzinin əsas hissəsi (datçik) dayaq lövhələrinin altında quraşdırılacaqdır.




  • tərəzinin ölçmə həddi : 0 ÷ 100 ton

  • tərəzi dəsti əsas hissədən (datçik), çəki indikatorundan, birləşdirici qutu və siqnal kabelindən ibarətdir.

- çəki indikatoru tərəzinin əsas hissəsindən 2(iki) metr

məsafədə quraşdırılacaqdır.



- tərəzi hissələrinin gövdələri paslanmayan poladdan

olmalıdır.

- qorunma dərəcəsi: İP 67

- iş şəraiti : -25°C ÷ +50°C

- tərəzi dəsti dəniz ifalı olmalıdır.


dəst

10

QOST 8.631-2013

DİN EN 45501-2015

OİML R60-2000
QOST 14254-2015

(İEC 60529-2013)







Yüklə 36,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə