Komponent və Fəaliyyət



Yüklə 52,42 Kb.
tarix07.11.2018
ölçüsü52,42 Kb.
#79054


Komponent və Fəaliyyət:

Komponent: 2. Koordinasiya və Şəbəkələşmə

Fəaliyyət 2.7: Kommunikasiya Strategiyası

QME: Liia Lauri

Missiya 2: 13.06.2016 - 17.06.2016

Kommunikasiya Strategiyası

Məzmun





1.Giriş 1

2.Kommunikasiya problemi 2

3.Məqsəd 3

4.Hədəf qrupları 4

5.Əsas mesajlar 5

6.Kommunikasiya kanalları və alətləri 6

7.Qiymətləndirmə 8

8.Nəticə 8




  1. Giriş

Tvinninq layihəsinin məqsədi Avropa Ali Təhsil Məkanına (AATM) inteqrasiya və ölkənin 2005-ci ildə qoşulduğu Bolonya prosesinin gücləndirməsi yolu ilə Azərbaycan ali təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyini (TN) dəstəkləməkdir. Digər bir məqsəd isə Bolonya ilə bağlı siyasətlərin hazırlanması və AATM-in məqsədləri və istinad alətlərinin həyata keçirilməsi üçün Təhsil Nazirliyi və digər müəssisələrin institusional potensialının artırılmasıdır. Layihənin məqsədi ali təhsil sahəsində Avropa Ali Təhsil Məkanı və Avropa əməkdaşlığını təşviq etmək, bununla da, rəqabətədavamlılıq və sosial rifahı təmin etmək məqsədi ilə məzunların kompetensiyasını, eləcə də tədqiqatın və innovasiyasının keyfiyyətini təkmilləşdirməkdir.

Layihənin Şəbəkələşmə və Koordinasiya üzrə 2-ci Komponentinin Kommunikasiya Strategiyası adlı 2.7 saylı Faəliyyətinin məqsədi AATM və Bolonya prosesi ilə bağlı məsələlər üzrə ictimai məlumatlılıq və kommunikasiya strategiyasının hazırlanmasında Təhsil Nazirliyinə yardım etməkdir. Hədəf AATM və Bolonya prosesi ilə bağlı məsələlər üzrə potensialı və məlumatlılığı yaxşılaşdıracaq müəssisədaxili və müəssisələrarası koordinasiya və şəbəkələşmə mexanizmlərinin yaradılmasında TN-ə yardım göstərməkdir. Bolonya prosesi dövlət orqanlarının, universitetlərin, müəllimlərin, tələbələrin, maraqlı tərəflərin assosiasiyalarının, işəgötürənlərin, keyfiyyət təminatı agentliklərinin, beynəlxalq təşkilatların və müsəssisələrin, o cümlədən Avropa Komissiyasının müştərək səyidir və bu prosesin müvəffəqiyyətlə həyata keçirilə bilməsi üçün səmərəli koordinasiya, kommunikasiya və şəbəkələşmə önəmlidir.
Layihə çərçivəsində iki beynəlxalq ekspert cəlb edilməklə Kommunikasiya Strategiyası hazırlanmışdır. Kommunikasiya Strategiyasının layihəsi birinci missiya ərzində TN və maraqlı tərəflərlə keçirilən görüşlər və seminar zamanı qabaqcıl praktikalar nəzərə alınmaqla hazırlanmışdır. İkinci missiya zamanı əsas kommunikasiya mesajları, məlumat və kommunikasiya alətləri, kanalları və fəaliyyətləri hər bir maraqlı tərəf qrupuna əsasən təkmilləşdirildi və prioritetləşdirildi. Strategiyanın həyata keçirilməsi üzrə vaxt çərçivəsi və həyata keçirilmənin qiymətləndirilməsi TN və görüşlərdə iştirak edən maraqlı tərəflərlə müzakirə edildi. Hədəf qrupları, kommunikasiya alətləri və fəaliyyətləri, eləcə də qiymətləndirmə imkanları Strategiyaya Əlavədə öz əksini tapıb.

  1. Kommunikasiya problemi

Azərbaycanın Bolonya prosesinə 2005-ci ildə qoşulmasına baxmayaraq ölkədə AATM (Avropa Ali Təhsil Məkanı) ilə bağlı məlumatlılıq aşağı səviyyədədir. Eləcə də Azərbaycanın ali təhsil sistemində son dövrlərdə baş verən yeniliklər barədə məlumatlılıq qənaətbəxş deyil. TN-nin müxtəlif şöbələri və maraqlı tərəflər arasındakı AATM məsələləri ilə bağlı kommunikasiya və şəbəkələşmə qeyri-sistematikdir. TN və universitetlərdə çalışanlar işə düzgün yanaşma nümayiş etdirsələr də, AATM ilə bağlı fəaliyyətlər üzrə kommunikasiya daha yaxşı koordinasiya və şəbəkələşmə tələb edir. Bu, onun həyata keçirilməsinə cəlb olunmuş insanların əlavə olaraq yüklənməsinin qarşısını ala bilər. Bundan əlavə, Azərbaycanda AATM standartları və təlimatları anlayışının yayılmasını təmin edə biləcək və azərbaycan dilində hazırlanmış oxunaqlı, izahlı, istifadəsi asan, məlumatlandırıcı materiallar çatışmır.


Tövsiyələr

  • Ali təhsil müəssisələrinin (ATM) rəhbərliyi ilə ünsiyyəti yaxşılaşdırmaq və AATM-də baş verən yenilikləri ATM-lər üçün prioritetə çevirmək üçün TN-də AATM məsələlərinə daha böyük önəm verilməlidir.

  • Hazırki ali təhsildə islahatlar üzrə ekspertlər qrupunun mandatı aydınlaşdırılmalıdır. Qrup ATM-lər, tələbə təşkilatları, təhsil sahəsində fəaliyyət göstərən QHT-lər və işəgötürənlərin nümayəndələri kimi maraqlı tərəflər arasında AATM məsələləri və layihələri ilə bağlı fəaliyyətlər üzrə müntəzəm məlumat mübadiləsinin koordinasiyasını həyata keçirə bilər.

  • AATM ilə bağlı müntəzəm olaraq keçirilən təlimlərin təşkilinin koordinasiyası təkmilləşdirilməlidir. Təlimlərdə iştirak edən insanlar çalışdıqları təşkilatlarda bilik və təcrübə mübadiləsi baxımından qiymətli resurs ola bilərlər.

  • TN daxilində AATM üzrə kommunikasiya ilə bağlı fəaliyyətlərin daha yaxşı koordinasiyası tövsiyə edilir. Kommunikasiyanı təkmilləşdirmək üçün TN-nin PR və İnformasiya Şöbəsi ilə daha sıx əməkdaşlıq etmək tövsiyə olunur.

  • AATM üzrə məlumatlandırıcı materialların hazırlanması Avropa və beynəlxalq təşkilatlar, eləcə də təhsil sahəsində oxşar məqsədlərə malik layihələrlə birgə həyata keçirilə bilər. Məsələn, Tvinninq layihəsinin veb səhifəsindən (www.ehea.edu.az) Azərbaycanda AATM məsələləri və layihələri üzrə məlumat mübadiləsi üçün platforma kimi yararlanmaq olar.


  1. Məqsəd

Kommunikasiya Strategiyasının məqsədi TN və Ali Təhsil Müəssisələri (ATM) arasında koordinasiya və şəbəkələşməni genişləndirməkmaraqlı tərəflərin AATM-də və Azərbaycan ali təhsilində olan yeniliklər barədə məlumatlı olmalarını təmin etmək üçün ATM-lərin maraqlı tərəflərlə daha sıx əməkdaşlığına yardım etməkdir.

Strategiyanın növbəti bölmələrində kommunikasiyanın əsas mesajları, əsas hədəf qrupları və həmin qruplarla əlaqə qurmaq üçün kommunikasiya kanalları və alətlərindən bəhs olunur və uyğun qiymətləndirmə yanaşmaları təklif edilir.

Spesifik məqsədlər
Kommunikasiya Strategiyasının əsas məqsədləri aşağıdakılardır:


  • AATM və Bolonya məsələləri və onları həyata keçirilməsi üzrə ictimai məlumatlılıq və kommunikasiya strategiyası hazırlamaq

  • Tvinninq tərəfdaş ölkələrindəki qabaqcıl praktikaları əks etdirməklə hazırki kommunikasiya metodlarını və praktikalarını nəzərdən keçirmək

  • Əsas kommunikasiya kanallarını və fəaliyyətlərini müəyyənləşdirmək

  • Kommunikasiya üçün icra üzrə vaxt çərçivəsini və qiymətləndirmə praktikalarını planlaşdırmaq

AATM və Bolonya məqsədlərinin müvəffəqiyyətli olması üçün ümumi hədəflər layihə razılaşmasında əksini tapıb. Koordinasiya, kommunikasiya və şəbəkələşmə baxımından kommunikasiyanın təkmilləşdirilməsi aşağıdakı hədəflərin əldə edilməsinə töhfə verə bilər:




  • Xarici müstəqil institutlar tərəfindən Azərbaycanda Bolonya prosesinin həyata keçirilməsi istiqamətində əldə olunmuş irəliləyiş barədə müsbət rəy

  • 2016-ci ilədək olan müddəti əhatə edən Azərbaycan üzrə müntəzəm ölkə hesabatının təsdiqlədiyi müsbət irəliləyiş

  • Tələbələrin və müəllimlərin mobilliyində artım

  • AATM və Bolonya Kommunikasiyası üzrə oturuşmuş daxili və institutlararası koordinasiya və şəbəkələşmə mexanizmləri

  • AATM məqsədləri və Bolonya prosesi üzrə məlumatlılığın və potensialın təkmilləşdirilməsi

  • AATM/Bolonya prosesi ilə tanışlıq üçün universitet nümayəndələri üçün təlimlər

  • Müvəffəqiyyətli institusional və proqram akkreditasiyası
  1. Hədəf qrupları


AATM və Bolonya ilə bağlı məsələlər üzrə məlumat ehtiyacları və bu məsələlərin əhəmiyyət dərəcəsi nəzərə alınmaqla beş əsas hədəf qrupu müəyyənləşdirilmişdir: siyasəti formalaşdıran tərəflər, universitetlər, işəgötürənlər, daha geniş ictimai auditoriya, Avropa təşkilatları və beynəlxalq təşkilatlar.

Daha spesifik hədəf qruplarını müəyyənləşdirmək üçün bu qruplar aşağıdakı şəkildə təsnif edilib:
Siyasəti formalaşdıran tərəflər


  • Təhsil Nazirliyi

  • Nazirlər Kabineti

  • Digər nazirliklər

  • Xüsusi təyinatlı dövlət universitetlərinin (hərbi, dəniz, təhlükəsizlik, turizm, kənd təsərrüfatı və s.) idarə edilməsinə məsul olan nazirliklər

  • Milli Məclisin Elm və Təhsil Komitəsi

  • Elmlər Akademiyası

  • Bələdiyyələr

  • Dövlət İmtahan Mərkəzi

Universitetlər və digər ATM-lər

  • İdarəedici və akademik heyət

  • Tələbələr, tələbə təşkilatları

  • Keyfiyyət təminatı şöbələri, Karyera Mərkəzləri, tyutorlar

  • Universitetlərdə olan ali təhsil islahatları üzrə ekspertlər

İşəgötürənlər

  • İşəgötütənlər (təşkilatlar), biznes və təsərrüfat subyektləri, kiçik və orta müəssisələr, peşə birlikləri, həmkarlar ittifaqları, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə

Daha geniş auditoriya

  • Mətbuat

  • Valideynlər

  • Regional Təhsil İdarələri

  • Təhsil sahəsində fəaliyyət göstərən QHT-lər

Avropa və beynəlxalq təşkilatlar

  • Avropa Komissiyası, Aİ Nümayəndəliyi

  • Ali Təhsildə İslahatlar üzrə Ekspertlər Şəbəkəsi

  • Milli Erasmus+ Ofisi

  • Ali təhsil sahəsində Aİ-Azərbayacan Tvinninq layihələri

Bütün hədəf qrupları kommunikasiya şəbəkəsinə (mümkün) tərəfdaş və ya əsasən təmin edilən məlumatın istifadəçiləri kimi cəlb edilə bilmə imkanları nəzərə alınmaqla müəyyən olunub.
Bu məlumat Strategiyaya Əlavədə əhatə olunub.
  1. Əsas mesajlar

Layihənin məqsədi ali təhsil sahəsində Avropa Ali Təhsil Məkanı və Avropa əməkdaşlığını təşviq etmək, bununla da, rəqabətədavamlılıq və sosial rifahı təmin etmək məqsədi ilə məzunların kompetensiyanı, eləcə də tədqiqatın və innovasiyasının keyfiyyətini təkmilləşdirməkdir. Koordinasiya, kommunikasiya və şəbəkələşmənin hədəfi auditoriyanı və hədəf qruplarını AATM və Bolonya məsələləri ilə bağlı məsələlər üzrə məqsədlərimizə doğru yönəltməkdir. Kommunikasiya məlumatı və məzmunu vasitəsi ilə məqsədlərimizə nail olmaq və auditoriya və hədəf qruplarını səfərbər etmək üçün önəmli mesajlar çatdırılır. Layihə sənədləri və benefisiar ölkənin tərəfdaşları ilə keçirilən görüşlər və seminar zamanı əldə olunan rəylər əsasında Azərbaycanda AATM və Bolonya prosesi üzrə aşağıdakı mesajlar formalaşdırılıb.


Əsas mesajlar:

  1. (Hədəf qrupları) məlumatlandırmaq və ATM və Bolonya yenilikləri və alətlərini təşviq etmək

  2. (Hədəf qrupları) məlumatlandırmaq və Azərbaycanda olan AATM yenilikləri və layihələrini təşviq etmək

Buraya aşağıda qeyd olunanlar üzrə məlumat daxildir:



  • 3 pilləli sistemin tətbiqi (bakalavr/magistratura/doktorantura)

  • AKTS, qiymətləndirmə sistemi

  • Nəticələrə əsaslanan təlim (təlim nəticələri)

  • Diploma əlavə

  • Tələbə və müəllimlər üçün mobillik imkanları

  • Kvalifikasiyalar çərçivəsi

  • Xaricdə əldə edilmiş kvalifikasiyaların və təhsilin tanınması

  • Keyfiyyət təminatı sistemi, qiymətləndirmə nəticələri üzrə məlumat

  • Məzunların kompetensiyaları, məşğulluğu

  • Tədqiqat və innovasiyanın keyfiyyəti

  • Rəqabətədavamlılıq və sosial rifah

Azərbaycanda olan yeniliklər:

  • Hədəflərə doğru irəliləmək

  • Bolonya prosesinin tələblərinin yerinə yetirilməsi üzrə irəliləyişin qiymətləndirilməsi

  • AATM məsələləri ilə bağlı ali təhsil sistemində həyata keçirilən layihələr və yeniliklər

Strategiyaya Əlavədə təsvir edilən müxtəlif növ kommunikasiya kanalları və alətlərindən istifadə edərkən qeyd olunan əsas mesajlardan yararlanmaq tövsiyə olunur.

  1. Kommunikasiya kanalları və alətləri

Kommunikasiya Strategiyası hədəf auditoriya qruplarının müxtəlif kateqoriyaları ilə səmərəli ünsiyyət qurmaq məqsədi ilə fərqli kanal və alətlərdən və ya onların kombinasiyasından yararlanmağı tövsiyə edir. TN-də PR şöbəsi mövcuddur və həmin şöbə AATM və Bolonya prosesi üzrə kommunikasiya fəaliyyətlərinin hazırlanmasına və həyata keçirilməsinə səmərəli dəstək göstərə bilər. Məsələn, benefisiar ölkə tərəfdaşları ilə müzakirələrdən belə məlum oldu ki, ATM tələbələri ilə ünsiyyət qurmaq üçün sosial şəbəkələrdən, eləcə də Karyera Mərkəzlərindən yararlanmaq daha məqsədəuyğundur. Kommunikasiya kanallarının və alətlərinin ilkin siyahısı birinci missiya ərzində benefisiar ölkə tərəfdaşları ilə keçirilən görüşlər və seminar zamanı hazırlanıb və ikinci missiya ərzində təkmilləşdirilib. Təklif edilən kommunikasiya kanalları və alətləri aşağıdakılardır:


Birbaşa kommunikasiya

  • Seminarlar, görüşlər, dəyirmi masa müzakirələri

  • Təlimlər

Daha geniş auditoriyanı əhatə etmək üçün universitet rəhbərliyi, akademik heyət, tyutorlar, Karyera Mərkəzləri, Keyfiyyət Şöbələri, Ali Təhsildə İslahatlar üzrə ekspertlər, tələbə təşkilatları, işəgötürənlərin (təşkilatlar) nümayəndələri, Avropa və beynəlxalq təşkilatları və mətbuat nümayəndələrini ilə birbaşa kommunikasiya aparılır.

Keçirilmiş tədbirlərdən sonra universitetlər daxilində və arasında məlumat mübadiləsini asanlaşdırmaq üçün maraqlı tərəflərin təyin edilmiş nümayəndələri ilə müntəzəm rəsmi görüşlərdən yararlanmaq tövsiyə olunur.


Onlayn kommunikasiya

  • AATM veb səhifəsi (www.ehea.edu.az) ictimaiyyətin AATM məsələləri və Bolonya prosesi ilə bağlı məlumatlandırması üçün ümumi kommunikasiya kanalı kimi isifadə oluna bilər. Veb səhifə daha sonra benefisiar ölkə tərəfindən idarə ediləcək. Mövcud məlumat barədə hədəf qruplarını xəbərdar etmək məqsədi ilə TN-nin veb səhifəsi və universitetlərin veb səhifələri AATM veb səhifəsi ilə əlaqələndirilməlidir.

  • Azərbaycanda olan hər bir AATM aləti və yeniliyi barədə qısa və istifadəsi asan məlumatı çatdırmaq üçün məlumat vərəqləri, müvafiq infoqrafika və videolar hazırlana bilər.

  • TN-nin və universitetlərin sosial mətbuat səhifələri tələbələri və tələbə təşkilatlarını əhatə etmək üçün qarşılıqlı məlumat mübadiləsindən yararlana bilər.

  • AATM məsələləri barədə qısa məlumat təqdim etmək üçün Təhsil TV-dən bir kanal kimi istifadə etmək olar.

  • Daha geniş auditoriyanı əhatə etmək üçün mətbuat kanalları vasitəsilə pres relizlər.


Oflayn kommuniyasiya/çap olunan materiallar

Tələbələr (gələcək), valideynlər, eləcə də ATM-lərin qısa məlumatla təmin edilməsi məqsədi ilə Azərbaycanda ali təhsil yenilikləri barədə broşurun nəşr edilməsini nəzərdən keçirmək olar. Bu, ATM-lərə vaxt və resurslarına qənaət etmək imkanı verə bilər.


Vaxtın təyin olunması

Müxtəlif maraqlı tərəflərlə ünsiyyətin qurulması və məlumatın çatdırılması üçün konkret vaxtın təyin olunması TN və maraqlı tərəflərlə müzakirələr zamanı qeyd olundu. Tədris ili ərzində müəyyən vaxtın təyin edilməsi hədəf auditoriyalarla kommunikasiya üçün zəruri imkanlar yarada bilər. Görüşlər və seminar zamanı AATM və Bolonya prosesi ilə bağlı məsələlər üzrə kommunikasiya üçün vaxtın təyin edilməsi baxımından aşağıda qeyd olunan nəticələrə gəlindi:




  • İllik statistika mövcud olmalıdır (elektron surəti veb səhifələrdə yerləşdirilməlidir)

  • Tədris ilinin başlanğıcında və sonunda televiziya vasitəsi ilə daha geniş auditoriyanı əhatə etmək mümkündür

  • Yay və qış məktəblərində, festivallarda, müsabiqələrdə, kitabxanalarda tələbələri əhatə etmək mümkündür

Müxtəlif vaxtlar təyin edilərkən müxtəlif hədəf auditoriyaların ehtiyacları nəzərə alınmalıdır.
Vizual obraz və brendin yaradılması

Tövsiyə edilir ki, Azərbaycandakı AATM fəalliyyətlərinin vahid visual obrazı davamlı və müntəzəm olaraq fərqli kommunikasiya vasitələri və alətlərinə tətbiq olunsun. Vizal obraz və brend uzunmüddətli perspektiv və dayanaqlılıq nəzərə alınmaqla hazırlanmalıdır. AATM üzrə məlumatın təşviqi üçün hazırlanacaq vizual elementlər, ilk növbədə, bunun beynəlxalq təcrübənin nəticəsi olduğunu nümayiş etdirməlidir.



  1. Qiymətləndirmə

Koordinasiya, şəbəkələşmə və kommunikasiyanın davamlı inkişafı üçün Kommunikasiya Strategiyası və onun icrası qiymətləndirilməli və ona rəy verilməlidir. Misal üçün, koordinasiya və şəbəkələşmə baxımından TN, universitet və maraqlı tərəflər arasında əlaqələrin nə dərəcədə qurulduğu, qorunub saxlanıldığı və inkişaf etdirildiyi qiymətləndirilə bilər. Bundan əlavə, qiymətləndirmə zamanı universitet heyətinin və tələbələrin və digər maraqlı tərəflərin Bolonya prosesinin inkişaf etdirilməsində nə dərəcədə iştirak etdikləri və həvəsli olduqları dəyərləndirilə bilər. Benefisiar ölkə tərəfdaşları aşağıdakı qiymətləndirmə metodologiyalarını təklif edirlər:




  • Maraqlı tərəflərin apardığı onlayn sorğular və rəytoplama seminarları AATM məsələləri üzrə məlumatlılıq, eləcə də maraqlı tərəflərin prosesdə iştirakı barədə informasiya toplamaq üçün əsas alət rolunu oynaya bilər.

  • Onlayn məlumat təminatı mətbuatın monitorinqi, veb səhifənin statistikası və sosial şəbəkə sorğuları vasitəsi ilə təhlil edilə bilər.

  • Kommunikasiya Strategiyasının qiymətləndirilməsi zamanı Akkreditasiya və Nostrifikasiya İdarəsi (ANİ) tərəfindən ali təhsil müəssisələrində aparılmış qiymətləndirmənin nəticələrinə dair hazırlanmış (illik) hesabatlardan istifadə oluna bilər.

  • Tədbir təşkilatçıları təşkil etdikləri görüşlər, seminarlar və təlimlərdən sonra rəy toplayır, təhlil edir və müvafiq tərəflərə təqdim edirlər.

Layihə Kommunikasiya Strategiyasını və Azərbaycandakı AATM və Bolonya prosesi ilə bağlı icra fəaliyyətlərinin nəticələrini qiymətləndirmək məqsədi ilə müvafiq qiymətləndirmə metodologiyalarının və alətlərinin hazırlanmasında TN-i dəstəkləyəcək.
  1. Nəticə



Layihənin Şəbəkələşmə və Koordinasiya üzrə 2-ci Komponentinin Kommunikasiya Strategiyası adlı 2.7 saylı Faəliyyətinin məqsədi AATM və Bolonya prosesi ilə bağlı məsələlər üzrə ictimai məlumatlılıq və kommunikasiya strategiyasının hazırlanmasında Təhsil Nazirliyinə yardım etməkdir. Kommunikasiya Strategiyası müxtəlif hədəf auditoriya qruplarının AATM və Bolonya prosesi barədə səmərəli məlumatlandırılması sahəsində atılmalı olan başlıca addımları nəzərdə tutur. Strategiyanın həyata keçirilməsi üçün çərçivə Strategiyaya Əlavədə əksini tapıb. Kommunikasiya alətləri və fəaliyyətləri hər hədəf qrupu kontekstində təsvir edilib. Növbəti addım TN-də və müvafiq maraqlı tərəflərlə birgə fəaliyyətlərin həyata keçirilməsini davam etdirməkdir.
Yüklə 52,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə