"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   35


 

Universitetin adı: Azərbaycan Dövlət Aqrar Universiteti 
Fakültə: Elektroenergetika və informasiya texnologiyaları 
Kafedra: İnformasiya texnologiyaları və sistemləri 
İxtisas: İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi 
Fənn: Kompüter qrafikası və multimedia  
Mühazirəçi:  b.m. Məmmədova Bahariyyə
 
Mühazirə mövzularının saatlar üzrə bölgüsü -30 saat 
S
ıra 
sayı
 
Mövzular 
Saatların 
miqdarı 
 



1  "Kompüter qrafikasi və multimedia" fənninin    predmeti 


Kompüter qrafikasinda rəng 


Qrafik faylların əsas vəzifəsi. 


Qrafik fayllarin formatları 


Təsvirlərin standart formatlarda və qrafik redaktorlarin məxsusi 
formatlarında saxlanması 


Qrafik təsvir üsullari.  


Kompyuter qrafikasının tətbiq sahələri. 


Avtomatlaşdırılmış layihələndirmə sistemləri və onlarin növləri. 


COREL PHOTO-PAINT proqramı 

10 
COREL DRAW proqramının interfeysi. 

11 
COREL DRAW proqramında rastr çevrilmələr, fiqurlarla işləmə 

12 
3D STUDİO MAX proqramı 

13 
ADOBE PHOTOSHOP proqramı. Menyular, alətlər, pəncərələr... 

14 
Skanerlərin və rəqəmsal fotokameraların iş prinsipi 

15 
Multimedia, təsnifatı və tətbiq sahələri 

Cəmi: 
30 
 
 
Laboratoriya məşğələlərinin saatlar üzrə bölgüsü -30 saat 


 

S
ıra sayı
 
Mövzular 
Saatların 
miqdarı 
 




Qrafik informasiyanın kompüter təsviri 


Təqdimatın yaradılması 


Təqdimatın redaktə edilməsi 


Microsoft PowerPoint sənədlərin çap edilməsi 


CorelDRAW: Keçmələr və mətnlə iş.  
 


CorelDRAW: Təsvirlərin əyrilərlə yaradılması, obyektlərin 
nizamlanması və birləşdirilməsi metodları, həcm effekti.  
 


Adobe Photoshop: Rəsm və rəngləmə  
 


Adobe Photoshop: Rəng korreksiyası, fotoların retuşlanlası və 
konturlarla iş. 
2 

OpenOffice.org Draw proqramında standart fiqurlarla iş. 

10 
OpenOffice.org Draw proqramında əsas çevrilmələr 

11 
AutoCad proqramının standart alətləri ilə iş. 

12 
AutoCad proqramında çertyojların çəkilməsi 

13 
3D Studio MAX proqramı ilə işləmə 

14 
Adobe İllüstrtor proqramı ilə işləmə 

15 
Təsvirlərlə iş avadanlıqları. Skanerlərin və rəqəmsal fotokameraların 
quraşdırılması. 
 

CƏMİ: 
30 
 
 
 
 
 
 
 
 
 
 


 

“KOMPÜTER QRAFİKASI VƏ MULTİMEDİA” FƏNNİNİN MÜHAZİRƏLƏRİ 
 
MÖVZU 1

"KOMPÜTER QRAFİKASI VƏ MULTIMEDIA" FƏNNİNİN    PREDMETİ 
Plan: 
1. ."Kompüter qrafikasi və multimedia" fənninin    predmeti  
2. Kompüter qrafikasının əsas anlayışları. 
3. Rastr, vektor və fraktal  qrafikasının elementləri 
"Kompüter qrafikasi və multimedia" fənninin    predmeti
 
Yaxın  keçmişə  qədər  təsvirlərin  fərdi  kompüterlərdə  keyfiyyətli  təsviri  istifadəçiləri 
müəyyən problemlər qarşısında qoyurdu.  Fərdi kompüterlərin son illərdə  sürətlə  inkişaf etməsilə 
əməli və sərt disk yaddaşının həcminin, həmçinin sürətinin daha da artması istifadəçilərə yaranmış 
problemləri həll etməyə geniş imkanlar verir.  
Məlumdur ki, qrafik informasiyadan fərdi kompüterlərdə istifadə edərkən onlar kompüterin 
yaddaşında çox yer tuturlar. Digər tərəfdən fərdi kompüterlər ona daxil olan informasiyanı rəqəm 
formatında (kodlaşdırılmış formatda) təhlil edirlər.  
İnformasiyanı ölçmək üçün ən minimal informasiya vahidi kimi bit (ingiliscə binary digit 
sözundən) qəbul edilmişdir. Bit çox kiçik vahid olduğundan, kompüter texnikasında əsas informa-
siya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə edilir.  Praktikada isə əsasən aşağıdakı daha 
böyük informasiya ölçü vahidləri işlədilir:  
bit = 0 və ya 1;  
1 bayt = 8 bit;  
1 Kbayt = 1024 bayt=2
10
bayt 
1 Mbayt = 1024 Kbayt=2
20
bayt 
1 Gbayt = 1024 Mbayt=2
30
bayt 
1 Tbayt = 1024 Gbayt =2
40
bayt 
Son zamanlar isə emal olunan informasiyanın həcminin artması ilə əlaqədar olaraq,  
petabayt (Pb),  eksabayt (Eb) və zetabayt (Zb) kimi ölçü vahidlərindən də istifadə olunur.  
1Pb=1024 Tb=2
50
bayt 
1Eb=1024Pb=2
60
bayt 
1Zb=1024Eb=2
70
bayt 
 Bu ölçü vahidlərindən ən çox kompüter yaddaşının tutumunu göstərmək üçün istifadə 
olunur.  
Kompüterdə informasiya ikili say sistemi vasitəsilə kodlaşdırılır.  Kodlaşdırma bir 
əlifbanın simvollarının digər əlifbanın simvolları ilə təsvir edilməsidir.  
İkili say sistemi: 0,   1  
Onluq say sistemi: 0,  1,  2 . . .  9  
Rum say sistemi: I,   II,   III,   IV . . .  X,   . . . C (yüz),   . . .   
16-lıq say sistemi və s.   
Rəsmləri kodlaşdırmaq üçün onları çoxlu sayda eyni rəngli (eynicinsli) hissələrə bölürlər. 
Təsvirdə  istifadə  ediləcək  bütün  rənglər  nömrələnir.  Nömrələnmiş  rənglərdən  istifadə  etməklə 
istənilən surəti yaratmaq olar. Məlum olduğu kimi, təbiətdə həddindən çox rənglər bizi əhatə edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə