BAKI 2015
Kompüter və elektron avadanlığı
istehsalı sənayesi
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ
2
Kompüter və elektron avadanlıq sənayesi
Kompüter sənayesi öz tarixini 1946-cı ildə ABŞ-da “ENİAC” kompüterinin
yaradılması ilə başlamış və müasir cəmiyyətin mühüm, ayrılmaz tərkib hissəsinə
çevrilmişdir.
Kompüter və elektron avadanlıqları istehsalı sənayesi tərəfindən kompüterlər,
kompüterə aid hissələr, kommunikasiya avadanlıqları, ev elektronika avadanlıqları,
eləcə də kommersiya və hərbi məqsədlərlə istifadə olunan ləvazimatlar istehsal
edilir.
Bu sənaye sahəsi aşağıdakı sənaye qruplarına bölünür:
1. Kompüterlərin və periferiya qurğularının istehsalı;
2. Kommunikasiya avadanlıqlarının istehsalı;
3. Audio və video ləvazimatlarının istehsalı;
4. Yarımkeçirici və digər elektron tərkib hissələrinin istehsalı;
5. Naviqasiya, ölçü, elektrotibbi, yoxlama alətlərinin istehsalı;
6. Maqnetik və optik media istehsalı və təkrar istehsalı.
“IBISWorld” tədqiqat şirkətinin hesabatına uyğun olaraq, 2013-cü ildə dünya
kompüter və elektron avadanlıq sənayesi bazarının həcmi 587 milyard ABŞ dolları
təşkil etmiş və burada 28 minə yaxın şirkət fəaliyyət göstərir.
Kompüter və periferiya qurğularının istehsalı
Bu sənaye sahəsi kompüterlərin, kompüter serverlərinin, periferiya
qurğularının və kompüter terminallarının istehsalını əhatə edir. Kompüterlər 2 növ
texniki dizaynda istehsal edilir:
1)
stolüstü kompüter (“desktop PC”);
2)
daşına bilən kompüter (noutbuk və planşetlər).
Qlobal kompüter və kompüter periferiya qurğularının istehsalı bazarının əsas
iştirakçıları arasında “Acer”, “Asus”, “Apple”, “HTC”, “Lenovo”, “Motorola”,
“Dell”, “HP”, “LG”, “Amazon”, “Samsung”, “Sony”, “Sharp” və “Toshiba” kimi
şirkətləri göstərmək olar.
Asiya-Sakit okean regionunun qlobal stolüstü kompüter istehsalı bazarında
payı 34,2% təşkil edir. 2006-2011-ci illərdə noutbuk kompüterlərinin istehsalında
daha yüksək artım templəri müşahidə olunmuşdur. İnternetdən istifadənin
genişlənməsi, gəlirlərin artması, kompüter təhsilinin inkişafı və urbanizasiya
səviyyəsindəki artım bu sənaye sahəsinə təsir göstərən əsas faktorlardır.
3
Bununla yanaşı, son dövrlərdə e-mail, sosial şəbəkələr və internetə giriş daha
çox planşetlər və smartfonlar tipli kompüterlər vasitəsilə həyata keçirilir və bu
səbəbdən 2009-cu ildə bunların istehsalı kəskin şəkildə artmışdır (Diaqram 1).
Belə ki, əgər 2009-cu ildə dünya üzrə 1,4 milyon ədəd planşet istehsal
olunmuşdursa, 2015-ci ildə bu göstəricinin 150 milyona çatması gözlənilir və bu
da stolüstü kompüter istehsalına (160 milyon ədəd) yaxın bir göstəricidir.
Diaqram 1. Əsas növ kompüterlərin 2005-2015-ci illərdə istehsal dinamikası.
Yaxın illərdə planşet kompüterlərin satışının noutbuk satışını üstələməsi
gözlənilir. Belə ki, 2017-ci ildə dünya üzrə planşet satışının 352 milyon olması
proqnozlaşdırılır. Qlobal planşet bazarında “Apple” şirkətinin payının 95%-dən
(2010-cu il) 48%-ə (2013-cü il) enməsinə baxmayaraq, o yenə bazar satışlarının
böyük həcminə malikdir.
Kompüter periferiyası qurğularının istehsalı dedikdə printer, monitor,
klaviatura, skaner və digər istehsal nəzərdə tutulur. Bu sahədə əsas şirkətlər
arasında “HP”, “Canon”, “NCR” və digərləri daxildir. Qlobal kompüter
hissələrinin istehsalı sənayesi Asiyada cəmləşir.
Kommunikasiya avadanlıqlarının istehsalı
7
7
7,5
8
7,6
10
14
148
138
145
145
126
145
160
60
83
108
140
169
205
350
1,4
18
150
0
100
200
300
400
500
600
700
800
2005
2006
2007
2008
2009
2010
2015
Kompüterlərin qlobal satış bazarı (mln ədəd)
tablet
notbuk
desktop
server
4
Bu sənaye sahəsində şirkətlər telefon, radio, simsiz kommunikasiya
şəbəkəsində istifadə üçün avadanlıqlar istehsal edir. Əsas şirkətlər “Apple”,
“Cisco”, “Motorola”, “QUALCOMM”, “Ericson”, “Nokia”, “Samsung” və
digərlərdir. 2013-cü ildə kommunikasiya avadanlıqlarına çəkilən qlobal xərclər
370 milyard ABŞ dolları təşkil etmişdir. Qeyd edilən xərclərdəki artım əsasən Çin
və Avropanın payına düşür ki, burada internet və mobil xidmət provayderləri
yüksək sürətli “4G” mobil şəbəkələri qururlar.
Audio və video ləvazimatlarının istehsalı
Bu istehsal sahəsindəki şirkətlər ev, avtomobil üçün audio, video
avadanlıqlar, musiqi alətləri üçün səs gücləndiriciləri, televiziya, reproduktor,
video pleyer və video kamera istehsal edirlər. Dünya üzrə audio-video
avadanlıqları istehsalı üzrə illik gəlir 250 milyard ABŞ dollar təşkil edır.
Bu sahədə əsas şirkətlər arasında “LG electronics”, “Samsung”, “Panasonic”,
“Sony”, “Royal Philips” və digərləri vardır. Bu sahə üzrə istehsal əsasən Asiya
ölkələrində mərkəzləşib.
Yarımkeçirici və digər elektron tərkib hissələrinin istehsalı
Bu
sahədə
şirkətlər kompüter çipləri, kondensatorlar, rezistorlar,
mikroprosessorlar, elektron lampalar, kompüter modemləri, tranzistorlar, günəş
batareyaları, diodlar və digər elektron komponentlər istehsal edir.
Dünya üzrə yarımkeçirici illik satışı təxminən 300 milyard ABŞ dolları təşkil
edir ki, bunun da 55%-i Asiya-Sakit okean regionu, 18%-i ABŞ, 15%-i Yaponiya,
12%-i isə Avropanın payına düşür. ABŞ-da bu sənaye sahəsi üzrə 4,3 min şirkət
fəaliyyət göstərir ki, onların da illik gəliri 125 milyard ABŞ dolları təşkil edir.
Naviqasiya, ölçü, elektrotibbi, yoxlama alətlərinin istehsalı
Naviqasiya, ölçü, elektrotibbi və yoxlama alətlərinin istehsalı özündə
naviqasiya alətləri və sistemləri, radar sistemləri, sonar sistemləri; temperatur,
rütubət, təzyiq, sıxlıq, turşuluq, qatılıq ölçən cihazlar, qaz sayğacları, su sayğacları,
dayanacaqlar üçün hesablayıcı aparatlar, maqnetik-rezonans tomoqrafiya aparatı,
tibbi ultrasəs aparatı, eşitmə aparatı, elektrokardioqrafiya cihazları, elektrotibbi
endoskopik cihazlar, aeronaviqasiya alətləri, nəzarət və nizamlayıcı cihazlar, divar
saatları, qol saatları, analitik laboratoriya alətləri, naviqasiya və rəhbərlik sistemləri
və fiziki xüsusiyyətlərin sınaq ləvazimatlarının müxtəlif tiplərinin istehsalı
sahələrini özündə birləşdirir.
Maqnetik və optik media istehsalı və təkrar istehsalı
5
Bu sənaye sahəsi video, audio lentlərin, disketlərin, “hard drive” disklərin
istehsalını və audio, video, proqram təminatı və digər məlumatların istehsalını
əhatə edir.
Azərbaycanda bu sənaye sahəsinin inkişafı istiqamətində Yüksək
Texnologiya Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu təsis
edilmişdir. Digər istiqamət kimi kosmik proqramının və internet şəbəkəsinin
inkişafını qeyd etmək lazımdır.
Yüksək
Texnologiyalar Parkı innovasiya məhsulunun və yüksək
texnologiyaların hazırlanması, işlənməsi və ya təkmilləşdirilməsi məqsədilə elmi
tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin
sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri
infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. Parkın
fəaliyyətinin təşkili və idarə olunması məqsədilə Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud
Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
Yüksək Texnologiyalar Parkının əsas məqsədi innovativ və biliklərə
əsaslanan iqtisadiyyatın qurulması, intellektual biznesin dəstəklənməsi,
iqtisadiyyatın və xüsusilə İKT sektorunun rəqabət qabiliyyətliliyinin
yüksəldilməsi, xarici investisiyaların cəlb edilməsi, insan resurslarının inkişafı və
menecment bazasının yaradılmasıdır.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 2012-ci ildə
yaradılmışdır. Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin tabeliyində fəaliyyət
göstərir və informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyətin
0%
10%
20%
30%
40%
50%
60%
70%
80%
Avropa
Şimali
Amerika
Yaponiya
Çin
Digər
Sakit
Okean
ölkələri
Digər
ölkələr
14%
15%
12%
38%
16%
5%
13%
15%
11%
36%
20%
6%
Dünya üzrə elektron avadanlıqlar istehsalı
2017
2012
6
stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini, habelə tətbiqi elmi
tədqiqat işlərinin genişləndirilməsini maliyyə dəstəyi ilə təmin edən dövlət
orqanıdır. Fond öz fəaliyyətini dövlət və yerli özünüidarəetmə orqanları,
informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən hüquqi
şəxslər, kredit, maliyyə və sığorta təşkilatları, sahibkarlığın inkişafına dəstək verən
ictimai birliklər, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar ilə əlaqəli
şəkildə həyata keçirir.
Fondun vəsaitləri Azərbaycan Respublikasında İKT sahəsinin inkişafının
prioritet
istiqamətləri
üzrə
investisiya
və
müsabiqə
layihələrinin
maliyyələşdirilməsinə, eləcə də İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin
nizamnamə kapitalındakı iştirak payına, o cümlədən səhmlərini almaqla müddətli
investisiya qoyuluşuna yönəldilir
.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları və elektron
istehsalı üzrə xüsusi innovasiya zonaları yaradılacaqdır. Rabitə və Yüksək
Texnologiyaları Nazirliyi ilə ABŞ-ın aparıcı məsləhətçi şirkəti olan “Booz Allen
Hamilton”un birgə “Regional İnnovasiya Zonası” layihəsi innovasiyalı
sahibkarlığa təkan verəcək, texnoparkların, elektron avadanlıqların və proqram
məhsullarının istehsalı və ixracı üzrə regional bazarın, region ölkələrinə geniş
elektron xidmətlərin göstərilməsini təmin edəcək, Qərblə Şərq arasında tranzit
informasiya məkanının, həmçinin insan resurslarının inkişafına xidmət edəcək
universitetin yaradılmasını nəzərdə tutur.
Cədvəl 2. Azərbaycan Respublikasında kompüter və elektron avadanlıq istehsalı sahəsində
fəaliyyət göstərən müəssisələr
Müəssisələrin adı
Fəaliyyət sahəsi
“Kür” EAİ MMC
DVB-T televiziya kanallarının rəqəmsal qəbuledicisi, internet terminal, ADSL 2/2+
modemləri, termal foto printerlər, stolüstü kompüterlər, telefon aparatları-2 növ
istehsalı
“Azel” QSC
Distribütorluq, texnika və proqram təminatının təchizi, xidməti dəstək
“Bakı CD emalı Zavodu”
(Gilan holdinq)
Kompakt disk istehsalı, gündəlik təqribən 23000 disklik istehsal həcminə malikdir.
“Nexus” MMC (Ultra
Computers)
Notbuklar (Classmate, Air, Atom, AzBook, Sensus, Sensus G, Grand, UltraNote;
Planşetlər (AzPad, AzPad Mini i7S), LCD monitorlar, LCD televizorlar, Personal
komputerlər (Norma, Avior, Avior pro, Mira, Quadro, Fox, Extreme Lcd Pc)
istehsalı
“Billur-Elektroniks-
Holding” MMC
Müasir LCD və CRT televizorların, nəzarət-kassa aparatlarının, personal
kompüterlərin, notbukların, kondisionerlərin və digər elektron məhsulların istehsalı
“Star LTD” MMC
Televizor, kondinsioner
Gəncə Aviatəmir zavodu
Avia hissələr
Gəncə Cihazqayırma zavodu Su və qaz sayğaclarının istehsalı
Elektron cihazları zavodu
(STP)
“Smart” tipli elektron elektrik sayğacları
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən müəssisələr
“Azon” zavodu
İnteqral mikrosxemlərin istehsalı,
7
“Avia-Aqreqat” zavodu
Təyyarələrin ehtiyat hissələrinin istehsalı
“Dalğa” EİM
Gəmi naviqasiya sistemləri
“Peyk” zavodu
Birüzlü, ikiüzlü və çoxlaylı (40 laya qədər) çap lövhələri, əyilgən çap lövhələri, sərt-
əyilgən çap lövhələri istehsalı, rəqəmsal televiziya üçün DVB-T dekoderləri
Dostları ilə paylaş: |