Konkur yarişlari təLİmati 2014



Yüklə 111,2 Kb.
Pdf görüntüsü
tarix02.01.2018
ölçüsü111,2 Kb.
#19414


 

 



 

 

 



 

 

 



 

 

AZƏRBAYCAN RESPUBLİKASI 



ATÇILIQ FEDERASİYASI 

 

KONKUR YARIŞLARI TƏLİMATI 

 

2014 

12.01.2014 


 



 



MÜNDƏRİCAT 

 

BÖLMƏ 1: ÜMUMİ MÜDDƏALAR 

 

1.1.

 

Məqsəd, əhatə və təriflər 

 

BÖLMƏ 2: ƏSAS MÜDDƏALAR 

 

2.1. Konkur yarışları 

 

2.2. İdmançı və at kateqoriyaları 

 

2.3. Azərbaycanda təşkil olunacaq yarışlar 

 

2.4. Yarışlar üçün bildirişlərin verilməsi və qeydiyyat şərtləri 

 

BÖLMƏ 3: SON MÜDDƏALAR 

 

3.1. Öhdəlik və məsuliyyət 



3.2. Müddəalarda göstərilməyən hallar 

3.3. Qüvvədən düşmə 

3.4. Qüvvəyə minmə 

3.5. İcra 

 

ƏLAVƏLƏR 



Əlavə 1. Konkur idmançısının qeydiyyat forması (Forma N 1) 

Əlavə 2. Sağlamlıq sənədi (Forma N 2) 

Əlavə 3.

 

Qonaq idmançının qeydiyyat forması (Forma N 3) 



Əlavə 4. Beynəlxalq yarışlarda iştirak barədə arayış (Forma N 4) 

Əlavə 5. Mükafatlandırılacaq atların bildirişi (Forma N 5) 

Əlavə 6. Bildiriş forması (Forma N 6) 

Əlavə 7. Konkur üzrə məşqçinin qeydiyyat forması (Forma N 7) 

Əlavə 8. Təhlükəsizlik qaydaları 

Əlavə 9. Yarış kateqoriyaları 

Əlavə 10. İdmançı kateqoriyaları 


 

 



BÖLMƏ 1: ÜMUMİ MÜDDƏALAR 

 

1.1.

 

Məqsəd, Əhatə və Təriflər 

 

Məqsəd:  Bu  təlimatın  məqsədi  atçılıq  idmanının  tanıdılması,  sevilməsi,  sevdirilməsi  və 

ölkənin  hüdudları  daxilində  yayılması  yolu  ilə  milli  inkişafını  təmin  etmək,  beynəlxalq 

arenada istənilən müvəffəqiyyətləri əldə etmək hədəflərinə yönəlmiş, idman əxlaqı və idman 

nizam-intizamına  sahib  idmançıların  yetişdirilməsi  üçün  lazımi  qayda  və  əsasları  təyin 

etməkdir. 

 

Əhatə: Bu təlimat ölkə daxilində və xaricdə keçiriləcək olan milli və beynəlxalq rəsmi və 

xüsusi yarışlarda iştirak edəcək idmançılar ilə Azərbaycan Respublikası Atçılıq Federasiyası 

tərəfindən qeydiyyata alınmış klubların bütün idman fəaliyyətlərini əhatə edir. 

 

Təriflər: Bu təlimatda istifadə edilmiş

 

Beynəlxalq Federasiya (FEİ) 

: Beynəlxalq Atçılıq Federasiyası, 

Federasiya (ARAF)   

 

: Azərbaycan Respublikası Atçılıq Federasiyası, 



Klub   

 

 

 

: Vergilər Nazirliyi tərəfindən qeydiyyatdan keçmiş 

Federasiya  tərəfindən  qeydiyyata  alınmış  atçılıq  idman 

qurumları  və  digər  rəsmi  qurum  və  quruluşların  atçılıq 

komandaları, 

Yarış   

 

 

 

: Bir təşkilat komitəsinin rəhbərliyi və məsuliyyəti 

altında  həyata  keçirilən  sadəcə  bir  dərəcələndirmə  və 

mükafatlandırma  ilə  nəticələnən  atçılıq  bacarıqlarının 

yoxlanılması, 

Milli Yarışlar  

 

 

: Ölkənin sərhədləri daxilində tərtib olunan və yalnız  

Azərbaycan  Respublikası  Atçılıq  Federasiyası  tərəfindən 

xüsusi  icazəyə  malik  idmançıların  iştirak  edə  biləcəyi 

yarışlar, 

Təşkilat Komitəsi (OC) 

 

: Atçılıq Federasiyası tərəfindən bilinən və yarışların 

tərtibatını və məsuliyyətini üstlənmiş olan qurumlar, 

Qeydiyyat 

 

 

 

: Yarışlarda iştirak edən atların qeydiyyatı, 



Kateqoriya   

 

 

: Yarışın hansı idmançı və ya at sinifi üçün tərtibi



Yarış Vaxtı   

 

 

: Atçılıq Federasiyası və ya digər tərtibatçı qurumlar 

tərəfindən müəyyən edilmiş günlər içində bir neçə yarış, 

İdmançı 

 

 

 

: Bir klub tərkibində və ya fərdi olaraq idmançı  

anlayışı ilə milli və beynəlxalq qayda və taktikaları tətbiq 

edən  və  inkişaf  etdirən,  atı  inamla  mümkün  qədər  az 

qüvvə  sərf  edərək  tam  yerində  və  sakit  vaxtında  minmək 

bacarığına malik, xüsusi icazəsi olan idmançı. 




 

 



BÖLMƏ 2: ƏSAS MÜDDƏALAR 

 

2.1. Konkur Yarışları 

 

Müxtəlif marşrutlar üzrə hazırlanmış maneələr üzərində idmançı və at cütlüyünün sınaqdan 

keçirildiyi və bu sayədə atın maneəyə qarşı olan diqqətini, sıçrayışdakı qüdrət, qabiliyyət və 

itaətini, idmançının isə tarazlıq, uyğunlaşma və yumuşaqlıq əsasları daxilindəki hissiyat və 

bacarığını ortaya çıxaran bir yarışdır. 

 

2.1.1. Yarış Sinifləri 



 

Ümumi Yarış Yüksəklikləri: 

Azərbaycanda  keçirilən  yarışlar  80  sm-dən  başlayır.  Ən  yüksək  yarış  160  sm-dir.  Hər  bir 

yarış sinifi yüksəkliklərə görə müəyyən olunur və 5 sm yüksəldilərək keçirilir. 

 

Yarış Növləri: 



 

 

 

 

Azərbaycan Respublikasının ərazisində keçirilən bütün konkur yarışlarının növləri və 

qaydaları Beynəlxalq Federasiyanın 1 Yanvar 2014-cü il tarixli “Konkur Yarışlarının 

Qaydaları”-nın  25-ci  buraxılışının  12-ci  bəndinin  260-282-ci  maddələrnə  əsasən 

müəyyən edilir. 


 



 



2.1.2. Yarışın Əsasları 

 

Konkur  yarışlarında  marşrutda  qoyulacaq  maneələrin  maksimum  ölçüləri  və  sürətləri 

aşağıdakı cədvəldə göstərilmişdir: 

 

S/s 



Maksimum 

hündürlük 

Maksimum en 

Su hovuzu 

Sürət 

80 sm 



80 sm 

300-325 m/dəq 

85 sm 


90 sm 

300-325 m/dəq 

90 sm 


90 sm 

300-325 m/dəq 

95 sm 


100 sm 

325-350 m/dəq 

100 sm 


100 sm 

325-350 m/dəq 

105 sm 


110 sm 

350 m/dəq 

110 sm 


130 sm 

350 m/dəq 

115 sm 


130 sm 

350 m/dəq 

120 sm 


140 sm 

350 m/dəq 

10 

125 sm 


140 sm 

350 m/dəq 

11 

130 sm 


150 sm 

350 m/dəq 

12 

135 sm 


150 sm 

350 m/dəq 

13 

140 sm 


160 sm 

375-400 m/dəq 

14 

145 sm 


160 sm 

375-400 m/dəq 

15 

150 sm 


170 sm 

400 m/dəq 

16 

160 sm 


170 sm 

400 m/dəq 

 

Marşrut dizayneri marşrutda Beynəlxalq Federasiyanın müvafiq təlimatında göstərilən sayda 



maksimal hündürlükdə maneə yerləşdirə bilər. Hər marşrut üçün nəzərdə tutulan maneə sayı 

yarışın əsasnaməsində göstərilir. Bütün bu ölçülərdə 5 sm-ə qədər fərq ola bilər. 




 

 



2.1.3. Xüsusi Adlı Yarışlar 

 

Tərtibatı  əlaqədar  təşkilatın  icazəsinə  bağlı  aşağıda  göstərilən  yarışlar  “Xüsusi  Adlı 

Yarışlar” olaraq təyin olunur.  

 



Prezident Kuboku;  

 



Gənclər və İdman Nazirliyi Kuboku; 

 



Olimpiya Komitəsi Kuboku; 

 



Azərbaycan Çempionatı; 

 



Bakı Çempionatı; 

 



Azərbaycan Birinciliyi; 

 



Bakı Birinciliyi; 

 



ARAF Kuboku. 

Xüsusi  Adlı  Yarışlar  Federasiya  və  ya  Federasiya  tərəfindən  təsdiq  olunmuş  Təşkilat 

Komitəsi  tərəfindən  tərtib  olunur.  Bu  kubokların  heç  biri  bir  il  ərzində  bir  dəfədən  artıq 

keçirilə bilməz. Bu kubokların texniki şərtləri Federasiya tərəfindən müəyyən olunur. 

 

2.2. İdmançı və At Kateqoriyaları 

 

2.2.1. İdmançı Kateqoriyaları və Kateqoriya Azaltmanın/Artırmanın Əsasları 

 

Gənc  İdmançılar  (Junior)  :  15  yaşlarını  doldurduqları  gündən  etibarən  18  yaşlarını 

doldurduqları  təqvim  ilinin  sonuna  qədər  keçən  yaş  həddi  içində  olan  idmançılardır.  Gənc 

idmançılar  80  sm-dən  110  sm-dək  (110  sm  daxil  olmaqla)  bütün  yarışlarda  hər  yaş  at  ilə 

iştirak  edə  bilərlər.  Gənc  idmançılar  17  yaşın  içinə  girdikləri  il  ərzində  yetkin  idmançılar 

üçün  tərtib  olunan  yarışlarda  iştirak  edə  bilər.  Bu  halda  həmin  idmançılara  yetkin  statusu 

tətbiq  olunur. Gənc idmançı  eyni  yarış əsnasında həm  gənc həm  də  yetkin  idmançı  olaraq 

yarışa bilməz. Gənc idmançılar (J) hərfi ilə qısaca adlandırılırlar. 

Yetkin idmançılar (Young Riders) : 17  yaşına girmiş və 21  yaşını doldurduqları  təqvim 

ilinin sonuna qədər keçən yaş həddi içində olan idmançılardır. 80 sm-dən 150 sm-dək (150 

sm daxil olmaqla) bütün yarışlarda hər yaşda at ilə iştirak edə bilərlər. Bu idmançılar üçün 

xüsusi  yarışlar  tərtib  olunduğundan  yaşları  gənc  kateqoriyasına  uyğun  gələnlər  gənclərlə, 

daha  yaşlı  olanlar  yetkin  idmançılarla  yarışlarda  iştirak  edirlər.  Yetkin  idmançılar  üçün 

Bölgə  Birinciliyi  və  Azərbaycan  Birinciliyi  tərtib  olunur.  Qısaca  (YR)  hərifləri  ilə 

adlandırılırlar. 

Yetkin İdmançılar : (Senior) 

 

III  Dərəcəli  İdmançılar  :  Təsnifat  yarışlarında  “Yüngül  sinif”  marşrutunda  cərimə  xalı 

almayan idmançılar layiq görülür. Qısaca (III İD) hərfləri ilə adlandırılır. 

 

II  Dərəcəli  İdmançılar  :  “Çətin”  sinif  marşrutunda  4  cərimə  xalından  az  xal  toplayan  və 

yaxud “Orta sinif” marşrutunda cərimə xalı almayan idmançılar layiq görülür. Qısaca (II İD) 

hərfləri ilə adlandırılır. 

 

I  Dərəcəli  İdmançılar:  Hündürlüyü  150  sm-ə  qədər  maneələri  olan  marşrutun  1-ci 

hissəsində  12  cərimə  xalından  az  xal  və  yaxud  2-ci  hissəsində  16  cərimə  xalından  az  xal 

toplayan  idmançılar;  hündürlüyü  140  sm-ə  qədər  maneələri  olan  marşrutda  8  cərimə 

xalından az xal toplayan idmançılar; hündürlüyü 130 sm-ə qədər maneələri olan marşrutda 4 

cərimə xalı almayan idmançılar layiq görülür. Qısaca (I İD) hərfləri ilə adlandırılır. 




 

 



İdman  Ustalığına  Namizəd:  Hündürlüyü  150  sm  qədər  maneələri  olan  marşrutun  1-ci 

hissəsində  8  cərimə  xalından  az  xal  və  yaxud  2-ci  hissəsində  12  cərimə  xalından  az  xal 

toplayan  idmançılar;  hündürlüyü  140  sm-ə  qədər  maneələri  olan  marşrutda  4  cərimə 

xalından az xal toplayan idmançılar layiq görülür. Qısaca (İUN) hərfləri ilə adlandırılır. 

 

İdman  Ustası:  Beynəlxalq  yarışların  şəxsi  çıxışlarında  1-5-ci  yerləri  tutan  idmançılar; 

Azərbaycan  çempionatında  150  sm-lik  və  ondan  yüksək  maneələr  olan  marşrutda  şəxsi 

çıxışda  1-ci  yeri  tutan  və  yaxud  145  sm-ə  qədər  maneələr  olan  marşrutda  1-ci  yeri  tutan 

idmançılar;  hündürlüyü  160  sm  qədər  maneələri  olan  marşrutun  1-ci  hissəsində  12  cərimə 

xalından  az  xal  və  yaxud  2-ci  hissədə  20  cərimə  xalından  az  xal  toplayan  idmançılar; 

hündürlüyü 150 sm-ə qədər maneələri olan marşrutun 1-ci hissəsində 4 cərimə xalından az 

xal  və  yaxud  2-ci  hissədə  12  cərimə  xalından  az  xal  toplayan  idmançılar;  “Hündürlüyə 

tullanmaq” üzrə yarışlarda 160 sm-ə qədər maneələrin üzərindən tullanarkən cərimə xalları 

yığmayan idmançılar layiq görülür. Qısaca (İU) hərfləri ilə adlandırılır. 

 

Veteran idmançılar : Kişilər üçün 45 yaşdan yuxarı və qadınlar üçün 40 yaşdan yuxarı C, 

B və A kateqoriyalı idmançılardır. Veteran idmançılar 90 sm-dən 130 sm-dək (130 sm daxil 

olmaqla)  olan  və  həmin  bu  kateqoriyadan  olan  idmançılar  üçün  xüsusi  olaraq  keçirilən 

yarışlarda hər yaşda at ilə iştirak edə bilərlər. Hər hansı bir yarış təşkilatçılığında həmin bu 

kateqoriya  üçün  müsabiqə  nəzərdə  tutulmadığı  halda  öz  kateqoriyalarından  olan 

idmançılarla birgə yarışırlar. Qısaca (V) hərfi ilə adlandırılırlar. 

 

Kateqoriya Azaltmanın Əsasları : Bir il əvvəlki mövsümdə heç bir yarışda iştirak etməyən 

II  və  III  Dərəcəli  idmançılar  kateqoriyalarına  sahib  olan  idmançılar  bir  dəfəlik  ərizə  ilə 

müraciət edərək bir aşağı kateqoriyaya keçə bilərlər. Yalnız bir daha ərizə vasitəsi ilə bir üst 

kateqoriyaya  çıxa  bilməzlər,  yalnız  kateqoriya  yüksəltmə  şərtlərini  yerinə  yetirərək  bir  üst 

kateqoriyaya yiyələnə bilərlər. 

 

2.2.2. At Kateqoriyaları 

Atların kateqoriyaları və kateqoriya yüksəltmə əsasları aşağıdakılardır: 

 

Kiçik At : Hündürlüyü 149 sm və bundan aşağı olan atlardır. 

 

Dört Yaşlı Atlar : Ölkə daxilində yetişdirilən və ya xaricdən gətirilən 4 yaşı olan atlardır. 

Bu atlar usta idmançılarla 80-120 sm arası yarışlarda iştirak edə bilərlər. 

 

Beş  Yaşlı  Atlar  :  Ölkə daxilində  yetişdirilən  və  ya  xaricdən  gətirilən  5  yaşı  olan  atlardır.  

Bu atlar usta idmançılarla 100-125 sm arası yarışlarda iştirak edə bilərlər. 

 

Altı Yaşlı Atlar :  Ölkə  daxilində  yetişdirilən və  ya  xaricdən  gətirilən 6 yaşı  olan atlardır.  

Bu atlar usta idmançılarla 110-130 sm arası yarışlarda iştirak edə bilərlər. 

 

Yeddi Yaşlı Atlar : Ölkə daxilində yetişdirilən və ya xaricdən gətirilən 7 yaşı olan atlardır.  

Bu atlar usta idmançılarla 115 sm və daha yüksək yarışlarda iştirak edə bilərlər. 

 

Səkkiz  və  Yuxarı  Yaşlı  Atlar  :  Ölkə  daxilində  yetişdirilən  və  ya  xaricdən  gətirilən  8  və 

daha artıq yaşı olan atlardır.  Bu atlar usta idmançılarla 130 sm və daha yüksək yarışlarda 

iştirak edə bilərlər. 

 

 




 



Təsnifatdan kənar atçılıq şərtləri: 

Təsnifatdan  kənar  atçılıqla  məşğul  olmaq  istəyən  idmançılar  dərəcələndirilmədən  istənilən 

yarışda  iştirak  üçün  yarışda  iştirak  haqqını  (əgər  tətbiq  edilərsə)  ödədikdən  sonra 

qeydiyyatdan keçə bilərlər.  

Bir  idmançı  hər  hansı  bir  yarışda  3  at  ilə  iştirak  edə  bilər.  Bir  at  bir  gün  ərzində  1  (bir) 

yarışdan artıq iştirak edə bilməz. 



 



 



Konkur Üzrə İdmançı Kateqoriyaları və İştirak Edə Biləcəkləri Hündürlüklər 

 

S/S 

YARIŞIN 

HÜNDÜRLÜYÜ 

İDMANÇI KATEQORIYALARI 

İU 

İUN 

I İD 

II İD 

III İD 

YR 





80 

4 YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 



85 

4 YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 



90 

4 YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 



95 

4 YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 



100 

4-5 YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 



105 

4 YAŞ 

5 YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 



110 

4-5-6 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 



115 

4-5-6-7 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 





120 

4-5-6-7 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 



10 

125 

5-6-7 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 

HƏR 

YAŞ 



11 

130 

4-5 YAŞ 

XARİC 

HƏR AT 

4-5 YAŞ 

XARİC 

HƏR AT 

4-5 YAŞ 

XARİC 

HƏR AT 

4-5 YAŞ 

XARİC 

HƏR AT 



HƏR 

YAŞ 



12 

135 

4-5-6 

YAŞ 

XARİC 

ATLAR 

4-5-6 

YAŞ 

XARİC 

ATLAR 

4-5-6 

YAŞ 

XARİC 

ATLAR 

4-5-6 

YAŞ 

XARİC 

ATLAR 



HƏR 

YAŞ 



13 

140 

4-5-6 

YAŞ 

XARİC 

ATLAR 

4-5-6 

YAŞ 

XARİC 

ATLAR 

4-5-6 

YAŞ 

XARİC 

ATLAR 





HƏR 

YAŞ 



14 

145 

4-5-6 

YAŞ 

XARİC 

ATLAR 

4-5-6 

YAŞ 

XARİC 

ATLAR 

4-5-6 

YAŞ 

XARİC 

ATLAR 





HƏR 

YAŞ 



15 

150 

4-5-6 

YAŞ 

XARİC 

ATLAR 

4-5-6 

YAŞ 

XARİC 

ATLAR 

4-5-6 

YAŞ 

XARİC 

ATLAR 





HƏR 

YAŞ 



16 

160 

4-5-6 

YAŞ 

XARİC 

ATLAR 













 


 

10 


 

2.3. Azərbaycanda Təşkil Olunan Yarışlar 

 

2.3.1. Federasiya Tərəfindən Təşkil Olunan Yarışlar 

 

Rayonlararası  Yarışlar:  Atçılıq  İdmanı  ilə  məşğul  olan  rayonlarda  hər  il  “Konkur”  üzrə 

keçirilən yarışlardır. 



Azərbaycan Birinciliyi Yarışları: 

İldə bir dəfə Federasiya tərəfindən seçilən yerlərdə konkur üzrə yeni idmançılar, yeniyetmə, 

gənc, yetkin, III dərəcəli idman kateqoriyalı , II dərəcəli idman kateqoriyalı, I dərəcəli idman 

kateqoriyalı və veteran idmançılar  arasında keçirilən yarışlardır. 

 

Xüsusi Adlı Yarışlar 

 

Tərtibatı  əlaqədar  təşkilatların  icazəsinə  bağlı,  2.1.3  saylı  maddədə  göstərilən  yarışlar 

“Xüsusi Adlı Yarışlar” olaraq təyin olunur. 

 

Prezident Kuboku: 

İldə  bir  dəfədən  artıq  olmayaraq  Federasiya  tərəfindən  təyin  olunan  vaxtda  və  yerdə 

keçirilir. 

 

Gənclər və İdman Nazirliyi Kuboku: 

İldə  bir  dəfədən  artıq  olmayaraq  Federasiya  tərəfindən  təyin  olunan  vaxtda  və  yerdə 

keçirilir. 

 

Olimpiya Komitəsi Kuboku: 

İldə  bir  dəfədən  artıq  olmayaraq  Federasiya  tərəfindən  təyin  olunan  vaxtda  və  yerdə 

keçirilir. 

 

Azərbaycan Çempionatı: 

İldə  bir  dəfədən  artıq  olmayaraq  Federasiya  tərəfindən  təyin  olunan  vaxtda  və  yerdə 

keçirilir. 

 

Bakı Çempionatı: 

İldə  bir  dəfədən  artıq  olmayaraq  Federasiya  tərəfindən  təyin  olunan  vaxtda  və  yerdə 

keçirilir. 

 

Azərbaycan Birinciliyi: 

İldə  bir  dəfədən  artıq  olmayaraq  Federasiya  tərəfindən  təyin  olunan  vaxtda  və  yerdə 

keçirilir. 

 

Bakı Birinciliyi: 

İldə  bir  dəfədən  artıq  olmayaraq  Federasiya  tərəfindən  təyin  olunan  vaxtda  və  yerdə 

keçirilir. 

 

ARAF Kuboku: 

İldə  bir  dəfədən  artıq  olmayaraq  Federasiya  tərəfindən  təyin  olunan  vaxtda  və  yerdə 

keçirilir. 

 



 

11 


2.3.2. Digər Qurumlar Tərəfindən Tərtib Olunan Yarışlar 

 

Bölgə Təmsilçilikləri: 

Ölkənin digər Şəhər və Rayonlarından (Bakı istisna olmaqla) lisenziyası  olan idmançıların 

iştirak edə biləcəyi, Federasiya tərəfindən təsdiq olunmuş yarışlar keçirilə bilər. Bu yarışlara 

başqa şəhər və rayonlardan da idmançılar dəvət oluna bilər.  

 

Bölgə Birincilikləri: 

Digər  Şəhər  və  Rayonlarda  (Bakı  istisna  olmaqla)  Federasiyanı  təmsil  edən  təşkilatlar 

tərəfindən keçirilən yarışlardır. 

 

2.4. Yarışlar üçün bildirişlərin verilməsi və qeydiyyat 

 

2.4.1.  Ölkə  daxilində  keçirilən  yerli  yarışların  təqvimi  və  əsasnaməsi  ilə  tanış  olduqdan  sonra 

iştirak  barədə  bildirişin  (Forma  N  6)  əsasnamədə  göstərilmiş  vaxtadək  təqdim  olunmasına 

idmançı və məşqçi məsuliyyət daşıyır. 

2.4.2.  Keçiriləcək  yerli  və  beynəlxalq  yarışlardan  ən  azı  15  (on  beş)  gün  öncə  federasiyanın 

rəsmi internet səhifəsində yarışın əsasnaməsi və digər şərtlər dərc edilir. 



2.4.3.  Yarışların  əsasnaməsində  göstərilən  müddət  ərzində  bildirişlər  ARAF-a  təqdim 

olunmalıdır.  Əsasnamədə  qeyd  edilən  son  tarixdən  gec  təqdim  edilən  bildirişlər  qəbul 

olunmayacaqdır. 

2.4.4. Təqdim edilən bildirişlər səlahiyyətli şəxs tərəfindən imzalanmalı və təsdiqlənməlidir. əks 

təqdirdə həmin bildirişlər qəbul edilməyəcəkdir. 



2.4.5.  Bildirişlərin  bu  Təlimata  uyğun  və  vaxtında  təqdim  olunmasına  idmançı  və  məşqçi 

məsuliyyət daşıyır. 



2.4.6.  ARAF  tərəfindən  təşkil  olunan  beynəlxalq  yarışlarda  növbəti  gün  üçün  bildirişlərin 

yığılması  məqsədilə  təşkil  olunan  texniki  iclaslarların  dəqiq  vaxtları  yarışın  təsdiqlənmiş 

əsasnaməsində  və  məlumat  lövhələrində  qeyd  edilir.  Həmin  iclaslarda  iştirak  etmək  və  bildiriş 

formalarını  (entry  form)  dolduraraq  vaxtında  təhvil  verməyə  idmançı  və  məşqçi  məsuliyyət 

daşıyır. Vaxtında təqdim edilməyən bildirişlər qəbul edilmir. 

2.4.7. ARAF-ın müvafiq qaydalarına əsasən yerli yarışlar üçün müəyyən edilmiş idmançıların və 

atların üzvlük haqları ödənildikdən sonra bu idmançı və atlar yarışlarda iştirak hüququ əldə edir. 

Üzvlük  haqları  ödənməyən  idmançı  və  atların  yerli  yarışlarda  iştirak  barədə  bildirişləri  qəbul 

edilmir. 



2.4.8. ARAF tərəfindən təşkil olunan beynəlxalq yarışların əsasnamələrində qeyd olunan yarışda 

iştirak  haqları  bildiriş  forması  ilə  birgə  federasiyaya  ödənməlidir.  Əks  təqdirdə  bildiriş  qəbul 

edilmir. 

2.4.9. Yerli yarışların hər hansı birində 3 (üç) atda çıxış edən idmançılar bildirişi təqdim edərkən 

hər  hansı  2  (iki)  atının  mükafat  üçün  yazılmasını  təsdiq  edən  formanı  (Forma  N  5)  ARAF-a 

təqdim etməlidir. Əks təqdirdə həmin idmançıya mükafat ödənilməyəcəkdir. 

2.4.10. Bu Təlimatda öz əksini tapmayan digər məsələlər yarışın əsasnaməsində qeyd edilə bilər. 

Yarışların əsasnamələri yarışların qaydalarını tənzimləyən sənəddir. 




 

12 


 

BÖLMƏ 3: 

SON MÜDDƏALAR 

 

3.1. Öhdəlik və Məsuliyyət 

Azərbaycan  Respublikasının  ərazisində  fəaliyyət  göstərən  atçılıq  klubları,  təsərrüfatlar  və 

fərdi idmançılar bu qaydaların bəndlərində göstərilən şərtlərə əməl etməyə məsuliyyət daşıyır. 

 

3.2. Müddəalarda Göstərilməyən Hallar 

 

Bu təlimatda göstərilməyən hallar üzə çıxdığı zaman Beynəlxalq Federasiyanın qaydaları və 

Azərbaycan Respublikası Atçılıq Federasiyasının Nizamnaməsinin şərtləri tətbiq edilir. 

 

3.3. Qüvvədən Düşmə 



 

Bu təlimat təsdiqləndiyi tarixdən etibarən bundan əvvəlki bütün təlimatlar qüvvədən düşmüş 

hesab edilir. 

 

3.4. Qüvvəyə Minmə 



 

Bu təlimat təsdiqləndiyi tarixdən etibarən qüvvəyə minir. 

 

3.5. İcra 

 

Bu təlimatın müddəalarını Azərbaycan Respublikası Atçılıq Federasiyası icra edir. 



 

Yüklə 111,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə