Konstitusiya hüququ


Q A N U N   11  ( 265) ,  2016



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix19.10.2018
ölçüsü0,56 Mb.
#74644
1   2   3   4   5   6

Q A N U N   11  ( 265) ,  2016

hüquqi  qanunçuluğa  əsaslanan  ədalətli  şərait 

yaradır  [6,  s.231].

İndi  ısə  prezidentli  respublika  idarəetmə 

formasınm  xarakterik  cəhətlərini  nəzərdən 

keçirək.


Prezidentii respublika -  dövlət idarəçiliyi 

formasınm  parlamentarizmlə  yanaşı,  prezi- 

dentin  əlində  dövlət  başçısı  və  hökumət  baş- 

çısı  səlahiyyətlərinin  birbşdirilməsini  nəzər- 

də tutan müasir növlərindən biridir.

Ayrı-ayrı  dövbtlərdə  prezidentli  respubli­

ka  idarəetmə  formasının  tətbiqi  qaydalarını 

analiz  edərkən  bu  d ö v b t  quruluşu  üçün 

xarakterik  olan ümumi  əlam ətbrin  sistemini 

müəyyən  etmək  olar.  Bu  idarəetmə  forması- 

nın ayrı-ayrı d ö v b tb rd ə tətbiqi bir-birindən о 

qədər də böyük olmayan şəkildə  fərqlənsə  də 

ümumi  əlamətlər  bu  idarəçiliyin  özülünü 

təşkil  edir.  Prezidentli  respublika  ıdarəetmə 

formasının  üstün  cəhətbrindən  biri  ondan 

ibarətdir ki,  ilkin  olaraq  burada  hakimiyyətin 

bölgüsü prinsipi öz əksini tapır və hakimiyyət 

budaqlan arasındakı münasibət çəkindirmə və 

tarazlaşdırma  prinsipinə  əsaslanır.  Bu  özünü 

aşağıdakılarda  göstərir.  Həm  qanunverici, 

həm   də  icraedici  hakim iyyət  prezidentli 

respublikada  birbaşa  xalqdan  mandat  alır. 

İcraedici hakimiyyətin başçısı xalq tərəfındən 

seçilmiş  və  bu  funksiyanı  d ö v b t  başçısı 

funksiyası  ilə  birləşdirən  prezidentdir.  Kolle- 

gial  orqan  kimi  hökumət,  bir  qayda  olaraq, 

mövcud  olmur,  nazirlər  hər  biri  ayrılıqda 

prezidentə tabedirbr.  Eyni  zamanda,  A.Mişin 

də  öz  dərsliyində  qeyd  edir  ki,  prezidentli 

respublikanın  fərqbndirici  cəhəti  Baş  nazir 

vəzifəsinin  olmamasıdır.  O,  bu  cəhəti  prezi­

dentli  respublikanm  əsas  cəhətlərindən  biri 

kimi  göstərirdi.  Bəzi  ölkəbrdə  bu  vəzifə 

mövcud  olsa  da  respublika  prezidenti  həm 

icra  hakim iyyəti  başçısı,  həm  də  d ö v b t 

başçısı kimi çıxış  edir.

Dövlət başçısı və hökumət başçısı  səlahiy- 

yətlərinin  prezidentin  əlində  cəmləşməsi  ilə

əlaqədar  olaraq  prezidentli  respublikanm  

aşığıdakı  xarakterik xüsusiyyətləri  var.

1.  Prezidentin  parlamentdən  kənar  seçil- 

məsi metodu.

2.  Hökumətın  parlamentdən  kənar  təşkili 

metodu və parlament məsuliyyəti institutunun 

yoxluğu.

3.  Prezidentin parlamenti  buraxmaq hüqu- 

qunun olmaması.

4.  Prezidentin hüquqi  statusu məsələsi

İndi  bu  sistemin  dünya  dövlətlərində,  о

cümlədən Azərbaycan  Respublikasında  tətbi- 

qi qaydaların müqayisəli  şəkildə təhlil  edək.

Bu  idarəçilik  formasının  əsas  əlam ətbrin- 

dən  biri  icraedici  hakim iyyətin  həyata 

keçirdiyi 

siyasi  kursa  görə  parlament 

qarşısında  məsuliyyətin  olmamasıdır.  Parla­

ment qanunu pozmayan vəzifəli şəxsləri vəzi- 

fədən  kənarlaşdıra  bilməz.  Öz  fəaliyyətlərinə 

görə  onlar  parlamentin  etimadına  ehtiyac 

duymurlar.  Ona  görə  də  prezidentli  respubli- 

kalarda  çox  vaxt  hökum ət  bir  partiyaya 

mənsub  olur.  Parlamentdə  isə  başqa  partiya 

çoxluq  təşkil  edir.  Нэг halda onlar  əməkdaş- 

lıq  etməlidirlər,  çünki  hakimiyyətin  heç  bir 

budağı konstitusiya yolu i b  digərini kənarlaş- 

dıra bilməz.

Prezidentli 

respublikalarda 

prezident 

nazirbri  təyin  edir.  Məsələn  ABŞ  və  Brazili- 

yada  olduğu  kimi.  Bu  halda  prezidentdən 

kənar  hökumət  yoxdur  və  nazirbri  yalnız 

məşvərətçi  səsə malik olan prezident kabineti 

mövcuddur.  Bəzi  prezidentli  pespublikalarda 

prezident  baş  naziri  də  təyin  edə  bibr.  Bu 

halda  Baş  nazirin  rəhbərliyi  ilə  hökumət 

fəaliyyət  göstərsə  də,  hökum ətin  faktiki 

başçısı  prezident  olur.  Bundan  başqa,  Baş 

nazir və N azirbr Kabineti parlament qarşısın- 

da  siyasi  məsuliyyət daşımırlar.

Bu  о  deməkdir  ki,  prezident  parlament 

seçkilərində  qalıb  gəlmiş  hakim  partiyanm 

(çox  az  hallarda  partiya  blokunun)  lideridir. 

Lakin  ölkələrin  çoxunda  o,  seçildikdən  sonra




Q A N U N   И   (265),  2016

öz  üzərindən  partiya  vəzifələrini  yerə  qoyur 

«partiya üstü»  xadim  kimi çıxış edir.  Prezide- 

nt  hökumət  üzvlərinin  seçilməsində  azaddır 

və  bunu  öz  mülahizəsi  ilə  həyata  keçirir. 

Lakin  bəzi  ölkələrdə  (Nigeriya,  ABŞ) 

nazirlərin  təyin  edılməsi  zamanı  parlamentin 

yuxan  palatası  -   senatdan  razılıq  almması 

zəruridir.  Bəzən  konstitusiya  prezidentin 

hökumət  başçısı  olduğunu  birbaşa  müəyyən 

edir  (Mozambikin  1990-cı  il  Konstitusiyası- 

nın  117-ci  maddəsi).  Qeyd  edildiyi  kimi, 

prezidentli respublikalarm çoxunda Baş  nazir 

vəzfəsi  yoxdur.  Bu  vəzifəni  prezident  həyata 

keçirdir.  Əgər  belə  bir  vəzifə  vardırsa,  onda 

ona  inzibati  Baş  nazir deyilməsi  daha düzgün 

olardı.  Hökumətin  siyasətini  prezident müəy- 

yən edir, onun rəhbərliyi ilə mühüm məsələlər 

həll olunan nazirlər şurasının  iclası  keçirilir.

Azərbaycan  Respublikası  Konstitusiyası- 

nın  114-cü  maddəsinə  əsasən,  Azərbaycan 

Respublikasının prezidenti icra səlahiyyətləri- 

nin  həyata  keçirilməsinin  təşkili  məqsədi  ilə 

Azərbaycan  Respublikasının  N azirbr  Kabi- 

netini  yaradır.  N azirbr  Kabineti  mərkəzi  icra 

hakimiyyəti  orqanıdır.  Prezident  N a zirb r 

Kabinetindən  icra  səlahiyyətlərini  həyata 

keçirmək  məqsədilə  istifadə  edir,  elə  bu 

məqsədlə  də  N azirlər  Kabinetinə  status 

verilmişdir.  («Status»  sözü  latın  sözü  olub 

mənası  vəziyyət  deməkdir,  bu  terminlə 

subyektin  səlahiyyətbri  və  hüquqi  vəzıyyətı 

başa  düşülür).  Azərbaycan  Respublikasmın 

N azirbr  Kabineti  Azərbaycan  Respublikası 

Prezidentinin  yuxan  icra  orqanıdır,  ona  tabe- 

dir  və  onun  qarşısında  cavabdehdir.  N azirbr 

Kabinetinin iş qaydasını prezident müəy-yən- 

bşdirir.  Azərbaycan  Respublikası  Baş  naziri- 

ni  Azərbaycan  Respublikası  Milli  Məclisinin 

razılığı  i b   Azərbaycan  Respublikasının 

Prezidenti  təyin  edir.

Prezidentli  respublikada  hakimiyyət  böl- 

güsü  prinsipi  rəhbər  tutularaq  prezident 

vaxtından  əvvəl  parlamenti  buraxmaq  hüqu-

quna  malik  deyildir.  Lakin  parlament  də 

nazirlərə  etimadsızlıq  göstərm əkb  onları 

vəzifədən  kənar  edə  bilməz.  Prezidentli 

respublika  prezidentin  əlində  böyük  səlahiy- 

yətlərin  cəmləşməsi  üçün  hüquqi  şərait  yara- 

dır.  Digər  tərəfdən,  prezidentin  parlamenti 

buraxmaq  hüququnun  olmaması  hökuməti  bu 

orqana  növbədənkənar  sekilərin  keçirilməsi 

imkanmdan məhrum edir ki, bu da parlament­

li  dövlətbrdə adi praktikadır.  Beləlikb, prezi­

dentli  respubikada  Konstitusiya  qanunverici- 

liyinin  riayət  edildiyi  şəraitdə  hökumət  daha 

stabildir,  parlament  isə  formal  olaraq  parla­

mentli respublikada konstitusiya qanunverici- 

liyinə  riayət  edildiyi  şəraitdə  sistem  elan 

edibn  döv b tb rd ə  daha  çox  real  səlahiyyət- 

1эгэ malikdir.

Qanunverici  hakimiyyətin  funksiyalan  i b  

icra  hakimiyyətinin  funksiyalan  arasmdaki 

fərqlər  qanunverici  hakim iyyətin  hüquq 

yaradıcılığı ib  icra hakimiyyətinin isə hüququ 

tətbiq  etməkdə  məşğul  olmasından  ibarətdir. 

Dövlət  həyatınm  bütün  sahələri  hüquqi 

v a sitəb rb  tənzim edildiyinə görə ilk baxışdan 

qanunverici  hakimiyyətin  səlahiyyətləri  i b  

icra  hakimiyyətinin  səlahiyyətbri  arasında 

əyani  hədd  qoymaq  mümkün  deyildir,  yəni 

parlament  qanun  qəbul  edir,  prezident  onu 

icra  edir.  Lakin  əslində  bütün  konstitusiyalar 

qanunverici  hakimiyyət  orqanlarmın  səlahiy- 

y ə tb ri  ilə  icra  hakim iyyəti  orqanlarm m  

səlahiyyətbri  arasında əyani hədd qoyur.

Çəkinmə  və  tarazlaşdırma  prinsipi  prezi­

dentin parlamentin qəbul  etdiyi  qanuna  nisbi 

veto  qoymasmda  özünü  göstərir, bu zaman 

bu  vetonu  aşmaq  üçün  parlamentdə  qanunla 

müəyyən  olunmuş  səsçoxluğu  lazımdır.  Eyni 

zamanda,  parlam ent  prezident  tərəfindən 

təyin  edıbn  vəzifəli  şəxslərə  etiraz  edə  bilər, 

bundan  başqa,  prezident  tərəfındən  qəbul 

edibn  beynəlxalq  m üqavibbrı  radifıkasiya 

edir.



Q A N U N   11  (265),  2016

Məhkəmə  hakimiyyəti  həm  parlament, 

həm  də  prezident  tərəfındən  qəbul  edilən 

normativ aktların konstitusiyaya uyğunluğuna 

nəzarət  edir  və  bununla  qanunverici  və  icra- 

edici hakimiyyətin qayda-qanuna riayət etmə- 

sini  təmin  edir.  Qeyd  etdiyimiz  məsələlər 

prezidentli  respublika  olaraq  Azərbaycanda 

da  eynilədir.  Şərh  etdiyimiz  mövzunun  ən 

mühüm  məsələləri  prezidentin  hüquqi  statu- 

sunda birləşir.

Prezidentli  respublika  e b   bir  respublika 

idarəçilik  formasıdır  ki,  bu  başlıca  olaraq 

prezidentin  əlində  dövbt başçısının  və  höku- 

mət başçısınm səlahiyyətlərinin birləşməsi ib  

xarakterizə  olunur.  Prezidentli  respublikanm 

üstün  cəhəti  ondan  ibarətdir  ki,  xalq 

tərəfındən  seçilmiş  prezident  özündə  ümum- 

milli  birliyi  təcəssüm  etdirir  və  m ilbtin  sim- 

volu  kimi  çıxış  edir.  Bu  idarəçilik  forması 

fövqəladə  hallarda  bir  şəxsin  idarəçiliyinin 

həyata keçirilməsinə səlahiyyətlər verir.  Buna 

görə  də  bəzi  d ö v b tb r  bu  və  ya  digər  çətin 

problem brb qarşılaşdıqda prezident vəzifəsi- 

nin  əhəmiyyətini  qeyd edirbr.  Prezident ida- 

rəçilik  sistemi  parlament  idarəçilik  sisteminə 

nisbətən daha çox  siyasi  sabitliyi təmin edir.

Azərbaycan  Respublikası  Prezidentinin 

döv b t başçısı kimi  statusunun hüquqi təyinatı 

Azərbaycan  Respublikası  Konstitusiyasınm 

8-ci  maddəsində  təsbit  edilmişdir.  Avzərbay- 

can  dövbtçiliyinin  ınkişafm da  Prezident 

hakimiyyəti  institutu  qısa  tarixə  malikdir. 

Azərbaycanda Prezident institutu  1990-cı  ildə 

təsis  olunmuşdur.  Konstitusiyanın  8-ci  mad- 

dəsi  müəyyən  edir  ki,  Azərbaycan  Respub- 

likası Prezidentı Azərbaycan dövbtinin başçı- 

sıdır.  O,  ölkənin  daxılındə  və  xaricində Azər- 

baycan  dövbtini  təmsil  edir.  O,  Azərbaycan 

xalqının birliyini təcəssüm etdirir və Azərbay- 

can  dövbtçiliyinin  varislıyinə  təminat  verir. 

Azərbaycan Respublikasmın Prezidenti Azər- 

baycan  dövbtinin  müstəqilliyinin  və  ərazi

bütövlüyünün,  Azərbaycan  Respublikasmm 

tərəfdar  olduğu  beynəlxalq  m üqavibbrə  ria- 

yət olunmasınm təminatçısıdır, о cüm bdən ali 

icra  hakımiyyəti  Azərbaycan  Respublikası 

Prezidentinə məxsusdur.

Prezidentə  dövbt  başçısı  statusunun  veril- 

məsi obyektiv səbəbbrdən irəli gəlmişdir. Нэг 

şeydən  əw əl,  bunu  istər  dövbt  daxilində, 

istərsə də beynəlxalq  münasibətbrdə personi- 

fıkasiyalaşdınlmış  təmsilçiliyin  səviyyəsinin 

yüksəldilməsi  təb b   etmişdir.

Azərbaycan Respublikasmm Konstitusiya- 

sma  müvafıq  olaraq,  ölkə  prezidenti  dövbt 

hakimiyyəti  orqanları  sistemində  xüsusi  yer 

tutur.  Lakin bu  müddəa prezident hakimiyyə- 

tinin digərlərindən yuxarıda dayandığım təfsir 

etməyə  əsas  vermir.  Hər  bir  hakimiyyət  bu- 

dağı  konstitusiyada  təsbit  edilmiş  səlahiyyət- 

ləri  yerinə  yetirir,  digər hakimiyyət budaqlan 

i b   qarşılıqlı  əlaqədə  fəaliyyət  göstərir,  digər 

hakimiyyət  budaqlarına  və  prezidentə  müəy- 

уэп  təsir  dəstəkləri  ib   təmin  olunmuşdur. 

Prezident  öz  səlahiyyətlərini  heç  kəsdən  asılı 

olmayan  iradəsi  zəminində  yerinə  yetirir. 

Onun səlahiyyətbri Konstitusiya çərçivəsində 

həyata keçirilir.

Prezidentli  respublika  idarəçilik  formasm- 

da  şəraitlərdən  aslı  olaraq  prezident və  parla- 

mentin təyin edilməsi və rolu zəif və güclü ola 

bilər.  Lakin  bu  döv b t  quruluşunun  keyfıyyə- 

tini dəyişdinrıir.

Hakimiyyət  budaqlarmın  formalaşması  və 

fəaliyyət  sferasmdan  asılı  olaraq  prezidentli 

respublikaların  özləri  də  superprezidentli  və 

yarımprezıdentli  kimi  növlərə bölünür.

Prezidentli  respublikanm   ən  səciyyəvi 

cəhətləri  aşağıdakılardır:

-   prezidentin  seçilməsinin  və  hökumətin 

təşkilinin parlamentdənkənar metodu;

-   hökumətin  parlament  qarşısında  deyil, 

prezident qarşısında məsuliyyətı;




Q A N U N   11  (265),  2016

-  


dövlət başçısımn parlamentli  respublika- 

dakından  daha  geniş  səlahiyyətlərə  malik 

olması.

Klassik  prezidentli  respublika  Amerika 



Birləşmiş  Ştatlandır.  Əsasında  hakim iyyətbr 

bölgüsü duran ABŞ Konstıtusiyasına müvafıq 

olaraq dəqiq müəyyən olunmuşdur ki,  qanun- 

verici  hakimiyyət  parlamentə,  icra  hakimiy- 

yoti  prezidentə,  məhkəmə  hakimiyyəti  Ali 

Məhkəməyə  məxsusdur.  ABŞ  prezidenti  ölkə 

əhalisi  tərəfındən  dolayı  seçkilər  yolu  ilə 

seçicilər  kollegiyası  vasitəsilə  seçilir.  Seçici- 

lərin  sayı  parlamentdə  hər  ştatın  nümayəndə- 

lərinin  sayına uyğun olmalıdır.  Hökumət pre­

zident  tərəfındən  onun  partiyasma  mənsub 

olan şəxslərdən təşkil olunur.

Prezidentli  idarəçilik  formasmın  müxtəlif 

ölkələrdə  öz  xüsusiyyətbri  vardır.  Fransada 

prezident ümumi səsvermə ilə seçilir.  Səsbrin 

m ütbq  çoxluğunu  qazanan  namizəd  seçilmiş 

hesab edilir.  Prezident seçkisinin b e b  qaydası 

1991-ci  ildən  Rusiya  Federasiyasında  da 

tətbiq  olunur.  Bir  məsələni  də  qeyd  edək  ki, 

həm  Fransa,  həm  də  Rusiya  bəzi  müəlliflər 

tərəfmdən qanşıq respublika idarəçilik forma- 

sına  malik  olan  d ö v b tb r  kimi  xarakterizə 

olunurlar.  Digər  müəlliflər  tərəfındən  isə 

Fransa  Respublikası  yarımprezidentli  respub- 

likalar sırasına daxil edilir.

Prezidentli  respublikalarm  müxtəlifliyinə 

baxmayaraq,  onlann  hamısı  üçün  səciyyəvi 

olan  budur  ki,  ya  döv b t  başçısı  və  hökumət 

başçısı  bir  şəxsin  -   prezidentin  əlində 

cəmlənir,  ya  da  prezident  bilavasitə  öz 

hökumət  başçısını  təyin  edir  və  kabinetin  və 

ya  N azirbr  Şurasmın  təşkilində  iştirak  edir 

(Fransa,  Hindistan).  Prezidentə  digər mühüm 

səlahiyyətlər də verilmişdir:  bir qayda olaraq, 

о,  ali  baş  komandan  olur,  fövqəladə  vəziyyət 

elan edir, qanunları imza etmək yolu ib  təsdiq 

edir,  bəzən  hökumətdə  sədrlik  edir,  ali 

məhkəmə  üzvbrini  təyin  edır,  bağışlama 

hüququnu həyata keçirir.

Sivilizasiyalı  ölkələrdə  prezidentli  respub­

lika  güclü  icra  hakimiyyəti  i b   fərqlənir, 

bununla yanaşı, hakimiyyətlər bölgüsü prinsi- 

pi  üzrə  qanunverici  və  məhkəmə hakimiyyət- 

ləri  normal  fəaliyyət  göstərir.  Müasir  prezi­

dentli  respublikalarda  mövcud  olan,  səmərəli 

fəaliyyət  göstərən  çəkindirmə  və  tarazlaşdır- 

ma  mexanizmi  hakim iyyətlərin  ahəngdar 

fəaliyyəti  üçün  imkan  yaradır,  icra  hakimiy- 

yəti  tərəfındən  özbaşınalıqdan  yaxa  qurtar- 

mağa imkan  verir.

Prezidentli  respublikanın  əsas  səciyyəvi 

xüsusiyyətlərini  isə  эп ümumi  şəkildə  aşağı- 

dakı kimi müəyyən edə bibrik:

-   prezidentli  respublikalarda  prezident, 

parlam entli  respublikalarda  olduğu  kimi, 

parlament  tərəfmdən  deyil,  xalq  tərəfmdən 

seçilir,  xalqm  mandatını  alir.  Bu  baximdan 

prezidentin  mandatimn  hüquqi  qüvvəsi 

parlamentin  mandatimn  hüquqi  qüvvəsinə 

bərabərdir.

-   prezidentli  respublikalarda  prezident 

həm  dövbt  başçısı,  həm  də  icra  hakimiy- 

yətinin  başçısıdır.  Bu  baximdan  prezidentin 

səlahiyyətləri  çox  genişdir.  B eb   ki,  о  həm 

d ö v b t başçısınm, həm də  icra hakimiyyətinin 

başçısının  səlahiyyətlərinə malikdir.

-   prezidentli  respublikalarda  hökumət 

prezident  tərəfındən  təşkil  olunur,  prezident 

qarşısında hesabat verir və məsuliyyət daşıyır. 

Hökumət  prezident  qarşısmda  istefa  verir. 

Parlamentin hökumətə təsir göstərmək imkanı 

minimum həddədir.

-   prezidentli  respublikalarda  prezidentin 

parlamenti  buraxmaq  səlahiyyəti  tanmmır. 

Burada  d ö v b t  hakimiyyətinin  hakimiyyət 

budaqları  arasında  bölünməsi  daha  sərtdir və 

hakim iyyət  bölgüsü  çəkinmə  və  tarazlıq 

prinsipinə  əsaslamr.  Odur  ki,  bir  hakimiyyət 

budağınm  digərinə  təsir  göstərmək  imkanı 

minimum  həddədir.  Hər  bir  hakimiyyət 

budağı  nisbi  müstəqildir  və  biri  digərinin 

qarşısında  yalnız  konstitusiya  çərçivəsində 

məsuliyyət daşıyır.



Q A N U N   11  ( 265) ,  2016

İstifadə  edilmiş  mənbələr:

1.  Çirkin V. Y.  Xarici ölkələrin konstitusiya hüququ Bakı.  2008, 447 s.

2.  Əsgərov Z.A.  Konstitusiya hüququ.  Bakı, 2016, 700 s.

3.  Азизов Р.Ф.  Правовая информация:  теоретические аспекты  понимания  и особенности законодатель­

ного закрепления // История государства и права.  2007, № 4, с.  31-35

4. Графский В.Г. Основные концепции права и государства в современной России (по материалам круг­

лого стола в Центре ИРЛ РАН) // Государство и право. 2003, №  5, с.  23-29

5.  Конституционное право зарубежных стран / Под ред.  Б.А.  Страшуна.  М., 2005,  с.  701

6.  Козлова Е.И., Кутафин О.Е.  Конституционное право России;  М.:  Проспект,  2014,  592 с.

7.  Муниципальное  право  Российской  Федерации:  учебник  /  2-е  изд.  Под  ред.  Ю.А.Дмитриева.  М.: 

«Профобразование», 2000,  800 с.

Рзаева  Парваиа Ариф  гызы

ПОЯТИЕ,  ОСОБЕННОСТИ И  КЛАССИФИКАЦИЯ  ФОРМЫ  

ГОСУДАРСТВЕННОГО  УПРАВЛЕНИЯ

РЕЗЮ МЕ

В  статье автор, исходя  из различных стилей и методов управления, дал разъяснение государственному 

управлению. Он проанализировал мнения зарубежных авторов о существующих государственных формах. 

В статье объясняется  широкий спектр специфических особенностей государственного управления.



Rəyçi:  h.ü.e.d., dos.  F.  M.  Məhərrəmov 

Təqdim  edən:  h.ü.e.d.,  prof. A.M.Qasımov 

Daxil  olma tarixi:  30.09.2016 

Təkrar işləntnə  tarixi:  20.10.2016 

Çapa  imzalanma  tarixi:  01.11.2016

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə