Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə2/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   2   3   4   5   6   7   8   9   ...   112

Dürat da yaxşı çıxdı. Əmək itirmədi. Ancaq Qırata tay ola bilməz. 

Qıratın tayı-bərabəri çarx altında tapılmaz. Həmişə qorxulu səfərlərə

düşmən üstünə, qəflə sındırmağa, qalalar almağa Qıratı minərsən. 

Qırat səni çox darlardan, çox ölümlərdən qurtarar. Qıratın qədrini yaxşı 

bil, onu candan əziz saxla. 

Sonra Alı kişi bir ah çəkib dedi: 

– Oğul, atlar böyüdü, sınaqdan çıxdı. İndi Həsən xandan intiqam 

almaq vaxtı çatıbdı. Çək atları yəhərlə, gedib Həsən xanla haqqhesabımızı 

çəkək. 

Hələ uşaqlıqda bir gün Rövşən çöldə oynadığı vaxt yerdən bir daş 



tapmışdı. Daş balaca idi, amma çox ağır, samballı bir daş idi. Daş işırişır 

işıldayır, parıl-parıl parıldayırdı. 

Rövşən daşı yerdən götürüb, örüşdə otlayan bir buzova atdı. Daş 

buzova dəymədi, amma buzov onun yelindən yerə yıxılıb öldü. Rövşən 

qayıtdı, əhvalatı atasına danışdı. 

Qoca Alı təcrübəli adam idi, dünya görmüşdü, çoxlarını yola 

salmışdı. Rövşənin sözlərinə qulaq asıb, dedi: 

– Oğul, Rövşən, get buzov yiyəsini tap, cəriməsini ver, razı sal, 

sonra da haman daşı götür, gətir mənim yanıma. 

Rövşən getdi, əzəl buzov yiyəsini razı elədi. Sonra haman daşı 

tapıb gətirib atasına verdi. Alı kişi daşı əli ilə yoxladı, o üzünə, bu 

üzünə çevirdi, bildi ki, bu, göydən düşmüş ildırım parçasıdı. 

Sabahısı gün Alı kişi Rövşəndən xəlvət ildırım parçasını götürüb 

tapdana-tapdana bir ustanın yanına getdi. Salam-əleykəssalamdan sonra 

daşın bir balaca tikəsini ustaya verib dedi: 

– Usta, bu daşdan mənə bir biz qayır. 

Usta bir daşa baxdı, bir də dönüb diqqətnən Alı kişiyə baxdı. Daşı 

qaytarıb verdi ki, sən ya özünü dolamısan, ya da ki, məni. Daşdan da 

biz olar? 

Çox çənə-boğazdan sonra axırı Alı kişi ustanı razı elədi ki, daşı bir 

zindanın üstünə qoyub döysün, görsün döyülür, ya yox. Alı kişi özü 

bilirdi ki, daş nə daşdı. Bilirdi ki, daş dəmir kimi döyülər. Usta baxdı 

ki, ədə bu daş mum kimi bir şeydi. Alı kişiyə dediyi sözlərə peşiman 

olub daşdan bir biz qayırıb ona verdi. Alı kişi ustanın haqqını verib bizi 

cibində gizlətdi. Daşın qalanını bir qılınc qayıranın yanına apardı ki, 

bəs, usta bundan mənə bir qılınc çək. Bu usta əvvəlkindən də uzunçu 

idi. Qərəz, çox baş ağrısı olmasın, uzun çək-çövürdən sonra Alı kişi bu 

ustanı da razı elədi. 

Usta yeddi günə daşdan bir qılınc qayırdı. Elə ki qılınc hazır oldu, 

usta baxdı ki, nə qılınc? ...Vallah bu elə bir qılınc oldu ki, almas kimi 

par-par parıldayır, gün kimi yanır, ay kimi işıq salır. 

Ustanın qılınca gözü düşdü. Elə ki, vədə tamam oldu, Alı qılınc 

üçün gəldi. Usta ona öz qılıncını verməyib, əvəzində ayrı bir qılınc 

verdi. Ancaq qoca Alı işini əvvəldən möhkəm tutmuşdu. Dinməzsöyləməz 

cibindən bizi çıxardıb, qılıncın tiyəsinə basdı. Biz qılıncı 

dəlib, o tərəfə keçdi. 




Usta baxdı ki, işlər xarabdı. Alı kişini aldada bilməyəcək, axırda 

naçar qalıb, onun öz qılıncını verdi. Alı kişi qılıncı götürüb evlərinə 

gəldi. Bu barədə oğlu Rövşənə heç bir söz demədi. Elə ki, Rövşən 

Qıratı, Düratı ifçin yəhərləyib aatsının barabarına çəkdi, Alı kişi hər 

şeyi hazır görəndə evə girdi, qılıncı gizlətdiyi yerdən götürüb, oğlu 

Rövşənə verdi. Dedi: 

– Rövşən, al bu qılıncı belinə bağla. Bu qılınc özgə qılınclara 

bənzəməz. Adi qılınc deyil. Bu qılınca ildırım qılıncı deyərlər. Bu elə 

bir qılıncdı ki, qabağında heç bir şey dayanmaz. Hər nəyə vursan 

kəsər, tökər. Bu qılınc ilə sən xanlara, bəylərə, paşalara qan udduracaqsan. 

Bu qılınc ilə müxənnəslər, namərdlər, qarı düşmanlar sənin 

əlindən dad çəkəcəklər. Bu qılınc ilə sən qalalar sındıracaqsan, qəflələr, 

karvanlar dağıdacaqsan. Ancaq bunun ildırım qılınc olduğunu heç 

kəsə bildirmə. Bundan sonra bunun adına Misri qılınc deyərsən. Nə 

qədər ki, sən Qıratın belindəsən, qılınc da sənin belindədi, heç bir 

düşman sənə bata bilməyəcək. 

Rövşən qılıncı atasından alıb belinə bağladı. Gözləri çıxarılmış Alı 

kişi Dürata, Rövşən də Qırata minib yola düşdülər. Atlar ildırım kimi 

gedirdilər. Qırat yolu dəstələyib əlinə almışdı. Az getdilər, çox getdilər, 

axırda gəlib Həsən xanın imarətinə çatdılar. Rövşən bir tərəfdə 

dayandı. Qoca Alı kişi Düratı imarətin qabağına sürüb Həsən xanı 

çağırdı. Həsən xan çıxıb Alı kişini yalmanına əl çatmayan, uzun yallı 

bir atın üstündə gördü. Xan o tərəfə baxanda gördü Alının oğlu 

Rövşən də buradadı. Özü də bir ata minib, bir ata minib ki, ruzigarın 

gözü hələ belə at görməyib. 

Alı kişi dedi: 

– Həsən xan, bu atlar sənin bəyənmədiyin, o çöpüklü daylardı. Sən 

bunların üstündə mənim gözlərimi çıxartdırdın. Bax, gör indi necə at 

olublar. Mən sənə yaxşılıq eləmək istədim, sən anlamadın. Yaxşılığımın 

əvəzində məni dünya işığına həsrət qoydun. İndi səndən qısasımı 

almağa gəlmişəm. Əlindən gələni əsirkəsən kişi deyilsən. 

Həsən xan Alının bu sözündən acıqlandı, qılıncını çəkib ona 

hücum etmək istədi. Rövşən Qıratı onun üstünə sürdü. İldırımdan qayrılmış 

Misri qılıncın göydə parıldamağı ilə xanın başının yerə dığırlanmağı 

bir oldu. Səs-küy qopdu. Qoşun yeridi. Rövşən özünü qoşuna 

vurdu. Bir yandan Qırat, bir yandan Dürat, bir yandan da Rövşən Misri 

qılıncla qoşunun əvvəlinci dəstəsini əldən, ayaqdan salıb qırıb dağıtdılar. 

Qoşunun dalı kəsilmədi. Dəstə dəstənin dalınca gəlirdi. Qarışqanın 

sayı var idi, qoşunun sayı yoxudu. 

Qoca Alı kişi bunu başa düşüb dedi: 

– Oğul, bu qədər qoşuna sən tək cavab verə bilməzsən. Axırda ya 

öldürərlər, ya da tutarlar. Sür atları, özümüzü bu qoşundan salamat 

qurtaraq. 

Rövşən əzəl atasının sözünə baxmadı, yenə də özünü qoşuna vurdu. 

Başlar kəsdi, qollar qırdı, mərd-mərdanə dava elədi. Ancaq kor atasının 

tutulmağına qorxub əlacsız davadan əl çəkdi. Atası ilə bərabər 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə