Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə8/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   4   5   6   7   8   9   10   11   ...   112

gərək ona da ola”. 

Mirzə altdan-altdan Koroğluya baxa-baxa naməni yazıb qurtardı. 

Tez istədi ki, ağzını bağlasın, Koroğlu dedi: 

– Ver görüm nə yazmısan. 

Mirzənin rəng urufu qaçdı. Başladı kəkələməyə ki, bəs səhv 

eləmişəm, ver təzədən yazım. 

Koroğlu oxuyub gördü mirzə yazıb ki, “Nigar xanım, bu adam 

quldurdu. Oraya çatcaq tutub asdırarsan”. 

Koroğlu bir əyri-əyri mirzəyə baxdı. Mirzə qorxusundan kağızı 

cırıb təzədən naməni yazıb Koroğluya verdi. Koroğlu baxdı ki, indi 

düz yazıb qayırtdırdığı xotkar möhürünü də naməyə vurub cibinə 

qoydu. Sonra mirzəyə dedi: 

– Mirzə, mən sənə yaxşıca hörmət eliyəcəkdim. Sən ki, mənə 

kələk gəldin, sənə tay ayrı cür hörmət eləmək günahdı. Al, bu sənin 

zəhmət haqqın. 

Bunu deyib Koroğlu mirzənin iki qaşının ortasından bir tərsə yumruq 

düyünlədi. Arvad qışqırmaq istəyəndə Koroğlu dönüb gözünün 

ucu ilə ona elə baxdı ki, arvad bayaq ha qaçıb girdi evə. Koroğlu cəld 

mirzənin əbasını, əmmaməsini soyundurub onu geyindi, əlinə də bir 

təsbeh alıb düzəldi xotkarın barigahına tərəf. Qapıçılar onun əlində 

xotkarın möhürlü naməsini görcək iki qat olub torpağa düşdülər. 

Qapılar taybatay açıldı. Koroğlu içəriyə keçə-keçə qışqırdı: 

– Hanı Nigar? Mənim qabağıma çıxsaydı, ayaqlarına soyuq dəyərdi? 

Bütün barigah əhli qorxudan başladılar zağ-zağ əsməyə. Beləbelə 

Koroğlu qırx qapıdan keçib Nigar xanımın həyətinə girdi. Nigar 

xanım qırx incəbel qızla pəncərənin qabağında oturmuşdu. Bağa 

tamaşa eləyirdi. Onu görcək şeyx bilib tez qızlardan birisini göndərdi 

ki, getsin görsün kimdi, mətləbi nədi? 




Koroğlu qızı görcək elə bir nərə çəkdi ki: 

– Hanı Nigar? Niyə mənim qabağıma çıxmır? Xotkarın yanından 

gəlmişəm. 

Qız onu bir otağa aparıb özü də tez qaçıb Nigara xəbər verdi. Elə 

ki, Nigar qırx incəbel qızla onun yanına gəldi, Koroğlu baxdı ki, Bəlli 

Əhməd doğru deyib. Nigar doğrudan da elə ona layiq Nigardı. Hələ 

üzünü görməmişdi. Elə boy buxununnan aşiq oldu. İşarə elədi ki, 

qızlar çıxsın, sənə gizlin sözüm var, xotkar tapşırıb. 

Qızlar hamısı çıxdı. Elə ki, Nigarla Koroğlu tək qaldılar Koroğlu 

əbanı, əmmaməni tulladı. Nigar baxdı ki, çavuş döndü oldu bir iyid 

oğlan, çiynində saz. Elə qaldı mat ki, bu nədi? Koroğlu iki əlini döşünə 

qoyub Nigar xanıma salam verdi. Nigar salamı almadı. Koroğlu bir də 

salam verdi. Nigar yenə də salamı almayıb istədi ki, geri dönsün. 

Aldı Koroğlu: 

Salam verdim, salam almaz

Görüm kəssin salam səni. 

Axçasız, pulsuz aşiqəm, 

Pulum yoxdu alam səni. 

Güllü bağlarda gəzərsən, 

Cahıllar bağrın əzərsən, 

Yuxa kağıza bənzərsən, 

Tutmaz qələm, yazam səni. 

Xəzinəm yox, ağzın açam, 

Dövlətim yox, tökəm saçam, 

Əlac budu alam, qaçam, 

Çənlibelə salam səni. 

Hansı dağların qarısan? 

Hansı bağların barısan? 




Nigar, Koroğlu yarısan, 

Bilir külli-aləm səni. 

Nigar xanım baxdı ki, bu adam kimdisə buna eşq elan eləyir. Nə 

qədər elədisə özünü saxlaya bilməyib ucadan bir qəh-qəhə çəkib 

güldü, üzünü ona tutub dedi: 

– Sən bir aşiq, mən bir xotkar qızı, sənin varın, pulun varmı ki, məni 

alasan? 

Nigar xanımın cavabından aldı Koroğlu görək nə dedi: 

Uca-uca dağlar başı, 

Çənli də olur, çənsiz də olur. 

Cəhd elə bir işdə tapıl 

Sənli də olur, sənsiz də olur. 

Ağ üzdə busə tək gərək, 

Ərənlər İsa tək gərək, 

Gözəllər Nisa tək gərək

Telli də olur, telsiz də olur. 

Koroğlunun atı olsa, 

Dəmir, polad qatı olsa, 

Bir iyidin zatı olsa, 

Pullu da olur, pulsuz da olur. 

Nigar xanım baxdı ki, bu çox Koroğlu, Koroğlu deyir. Diqqətlə belə 

baxanda gördü ki, öz bazubəndi ki, vermişdi Bəlli Əhmədə, onun sazının 

dəstəsindədi. Bildi ki, bu, Koroğludu. Baxdı ki, Koroğlu doğrudan da 

Koroğludu. Huşu başından elə dağıldı ki, üz-göz hamısı açıldı. Koroğlu 

tez onu dik götürdü. Elə qapıdan çıxartmaq istəyirdi ki, Nigar dedi: 

– Yox, Koroğlu belə olmaz. Sən məni bu qədər qoşunun içindən 

çıxardıb apara bilməzsən. 

Koroğlu dedi: 




Ala gözlü Nigar, səni 

Mən Çənlibelə aparram. 

Çəkərəm Qırat tərkinə, 

Dönərəm yelə aparram. 

Mailəm gözü, qaşına, 

Düşərəm, tər savaşına, 

Durub dolannam başına, 

Tutaram dilə, aparram. 

Tülək tərlan qorxmaz sardan, 

Könül ayrılmaz Nigardan, 

Səni zor ilə xotkardan, 

Alaram belə, aparram. 

Saymaram xotkarı, xanı, 

Qoşuna verməm amanı, 

Meydan içində al qanı, 

Döndərrəm selə, aparram. 

Koroğlu gəlsə damağa, 

Zərbə dözməz sultan, ağa, 

Qıratı çapdırram dağa 

Çardaqlı belə aparram. 

Nigar dedi: 

– İyidliyindən dəm vurma. Zorla iş olmaz. Yaxşısı budu ki, camaat 

şübhələnməmiş bu əba-qəbanı geyib buradan çıx get. Sabah keçər, o 

birisi gün mən nar bağına gəzməyə çıxacağam. Qaçırda bilsən, məni 

oradan götürüb qaçırdarsan. 

Qərəz, Koroğlu yenə də əba-qəbasını geyib, qapıdan çıxıb özünü 

qarının evinə saldı. Baxdı ki, arvadın oğlu da gəlib, onu gözləyir. De 

xoş beş, on beş əyləşdilər. Xörək yeyib toqqanın altını möhkəmlədəndən 




sonra oğlan üzün Koroğluya tutub kim olduğunu soruşdu. 

Koroğlu Nigarı görəndən sonra elə halda deyildi ki, suala sözlə 

cavab versin. Odu ki, sazı döşünə basıb dedi: 

Cavan oğlan, ölkənizə üz tutub, 

Bir qız sorağına gəldim, ha gəldim. 

Osman gözəlinin düşdüm eşqinə, 

Açıq qabağına gəldim, ha gəldim. 

Qıratı çapdırıb yollarda yordum, 

Düşmən qarşısında mərdanə durdum, 

Adım Rövşən iyid, Çənlibel yurdum, 

Laçın oylağına gəldim, ha gəldim. 

Əskik olmaz Koroğlunun qovğası, 

Düşər paşalarla cəngi, savaşı, 

İstanbul şəhrində xotkar balası, 

Nigar fərağına gəldim, ha gəldim. 

Oğlan dedi: 

– Ay igid, sən tək oğlansan. Osmanlı qoşununun içindən Nigarı 

necə çıxarıb aparacaqsan? 

Koroğlu dedi: 

– Sən məni bağa burax, necə aparacağımda işin olmasın. 

Əvvəl-əvvəl bağman bir az çəkindi. Elə ki, bir tərəfdən anası, bir 

tərəfdən də Koroğlu düşdülər onun üstünə, oğlan razılaşdı. Gecəni 

yatıb səhər olcaq Koroğlu durdu, Qıratı yəhərləyib bağmanla birlikdə 

nar bağına gəldilər. Koroğlu atı bir tərəfdə bağladı, özü də gizlənib 

başladı Nigar xanımın yolunu gözləməyə. Az keçdi, çox keçdi Koroğlu 

bir də gördü budu Nigar xanım qırx incəbelli qızla gəlir. Koroğlu qızı 

görcək az qaldı huşu başından dağılsın. Nigar xanım da Koroğlunun 

bağda olduğunu başa düşdü. Qızları başından dağıdıb özünü o gizlənən 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə