Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə9/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   5   6   7   8   9   10   11   12   ...   112

tərəfə verdi. Koroğlu pusqudan çıxan aslan kimi onun yolunu kəsdi. 

Nigar dayandı. Koroğlu onun əlindən tutdu ki, çəksin. Nigar dedi: 

– Yaxşı, bəs sən məni indi nə ilə Çənlibelə aparacaqsan? 

Koroğlu sazı götürüb dedi: 

Qırata çəkdirrəm bir cüt üzəngi, 

Uca dağ başında tutaram cəngi, 

Qırram osmanlını, hindi, firəngi, 

İstanbulda qılınc çallam, inşallah. 

Qıratımı bəsləmişəm qəhrində, 

Gözəl görməmişəm sənin təhrində, 

Qılınc çəkib İstanbulun şəhrində, 

Xotkarı taxtından sallam, inşallah! 

Qarışmayın Koroğlunun işinə

Dov gəlləm düşmənin əlli beşinə, 

Quzğun qonar yağıların leşinə, 

Yağıdan qisasım, allam, inşallah! 

Nigar xanım dedi: 

– Axır o necə atdı ki, bizim ikimizi də bu qədər qoşunun içindən çıxardıb apara? 

Aldı Koroğlu: 

Uca dağ başında yel kimi əsər, 

Bu günümdə mənə ürək Qıratım. 

Bir aylıq mənzili bir gündə kəsər 

Köhlən bəsləmişəm, görək Qıratım. 

Yolların tozunu göyə qaldırar, 

Müxənnət üstünü birdən aldırar, 

Meydanın içində düşmən saldırar, 

Olar yiyəsinə dirək Qıratım. 

Qoç Koroğlu qonar olsa yəhərə, 




Yağı düşmənləri salar qəhərə

Axurda arpasın qoymaz səhərə 

Dara düşsəm, mənə kömək Qıratım. 

Nigar dedi: 

– İndi ki, bu qədər Qırat-Qırat deyirsən gedək görək o necə atdı? 

Koroğlu Nigarı Qıratın yanına gətirdi. Nigar baxıb gördü at doğrudan 

da yaxşı atdı. Koroğlu atın yüyənini ağacdan açıb dedi: 

– Nigar xanım, bunun üstünə minməmiş yaxşı, pisliyini görə bilməzsən. 

Koroğlu bunu deyib tərlan kimi sıçrayıb atın belinə mindi. Sol əlini 

də atıb Nigarı dik götürüb tərkinə qoydu. Nigar işi belə görüb qışqırdı ki: 

– Ədə, bir qoy görək, bir danışaq, məsləhətləşək sonra. 

Koroğlu atı sıçradıb bayaq ha bağdan çıxdı ki: 

– Qız, nə fikir, nə məsləhət. Məsləhət elə budu ki, var. 

Bəli, Koroğlu ilə Nigar Qıratın üstündə yel kimi sürüb getməkdə 

olsunlar, sizə kimdən deyim, Nigar xanımın qardaşından. 

İstanbul xotkarının Bürcü Sultan adında bir oğlu var idi. Elə ki, 

xəbər çıxdı, hay-küy düşdü ki, Nigar xanımı götürüb qaçdılar, Bürcü 

Sultan atı minib qoşuna hay vurdu. Qoşun atlanana qədər Bürcü Sultan 

özü ata bir-iki tazyana çəkib yola düzəldi. 

Koroğlu Nigar da tərkində yeldən qanat taxıb uçan Qıratın üstündə 

gəl ha gəl, gəlib bir çəməngaha çıxdılar. Bir tərəfdən Koroğlu gecəni 

yatmamışdı deyin yaman yuxusuz idi. Bir tərəfdən də Nigarı belə 

davasız-şavasız aparmaq qoç Koroğluya ağır gəlirdi. Odu ki, atdan 

düşdü, atı yançidar eləyib otlamağa buraxdı. Nigarı da götürüb bulağın 

başına gəldi. Nigar nə qədər elədi ki, gəl gedək, atamın qoşunu gəlib 

bizi tutar, səni öldürər, məni də geri qaytararlar, Koroğlu onu eşitmədi. 

Koroğlu dedi: 

– Qorxma, bizim dalımızca heç kəs gəlməyəcək. 




Elə ki, Nigar əyləşdi, Koroğlu başını onun dizinin üstünə qoyub 

dedi: 


– Nigar xanım, mən bir az yatım. Sənin gözün Qıratda olsun, elə 

gördün otdan ağzın çəkib, ayaqlarını yerə döyüb narahatlıq eləyir, bil 

ki, düşmən gəlir. Onda məni oyadarsan. 

Koroğlu bunu deyib başını alagöz Nigarın dizinə qoyub yuxuladı. 

Aradan bir az keçmişdi, Nigar bir də baxdı ki, vallah Qırat bir 

hərəkətdədi, bu hərəkətdədi ki... Elə bil ki, vaxt eləyir, atın bağrı 

çatlasın. Nigar tez Koroğlunu oyatdı ki: 

– Dur, gör at niyə elə eləyir? 

Koroğlu dedi: 

– Qorxma, bir şey yoxdu. Düşmən gəlir. 

Koroğlu cəld atı mindi, Nicarı da götürüb tərkinə qoydu. Bir də 

baxdılar ki, budu uzaqdan bir atlı elə gəlir, elə gəlir ki, ildırım kimi. 

Nigar onu görcək dedi: 

– Qardaşım gəlir. 

Koroğlu dedi: 

– Qoy gəlsin, görək nə deyir. 

Elə onlar bu sözdə idilər ki, Bürcü Sultan gəlib çatdı. Nigarı Koroğlunun 

tərkində görcək boğazından qovqal tikanı gəlmiş öküz kimi 

bağırıb dedi: 

– Qızı əldən qoy! 

Koroğlu dedi: 

– Xotkar oğlu, hirslənmə. Qızı aparan yoxdu, gəl apar. 

Bürcü Sultan ondan bu sözü eşidib bir az da cürətləndi. 

– Necə gəl apar! Gərək səni öldürüb qızı sonra aparam! 

Koroğlu gülə-gülə dedi: 

– Çox gözəl, mən də razıyam. Ancaq deyəsən çox tələsmisən, atın 




qarınaltısını yaxşı bərkitməmisən. Onu düzəlt sonra dava eləyək. 

Bürcü Sultan əyildi ki, atın qarınaltısına baxsın. Koroğlu onun 

boynunun ardından bir yumruq vurub atdan yerə saldı. Alıcı quş kimi 

sinəsinə çökdü. Xəncərini çıxartdı ki, başını kəssin, Nigar ağladı ki: 

– Koroğlu, onu mənə bağışla. Tək bircə qardaşımdı. 

Koroğlu Bürcü Sultanın sinəsinin üstündən durub dedi: 

– Get, səni Nigara bağışladım. Ancaq bir də girimə keçsən öldürəcəyəm. 

Onlar yenidən Qırata minib Çənlibelə tərəf yol başladılar. Bürcü 

Sultan o qədər gözlədi ki, qoşun gəlib çatdı. Hamısı birlikdə Koroğlunun 

dalınca düşdülər. 

Koroğlu bir də baxdı ki, budu qoşun gəlir. Tez Qıratın başını döndərib 

dayandı. Başladı gözləməyə. Nigar gördü ki, Koroğlu dava eləmək 

istəyir. Dedi: 

– Koroğlu, əzəl məni götürüb qaçmayaydın. İndi ki, aparırsan 

qayıtma, sür apar get. Atamın qoşunu çoxdu, sən təksən. Onlarla bacarmazsan, 

dava eləmə. 

– Mən səni Çənlibelə bu cür apara bilmərəm. Dəlilər deyərlər 

Koroğlu getdi xotkarın qızını qaçırdıb gətirdi. Gərək dava eləyəm, 

qoşun qıram, qan tökəm, paşa öldürəm, səni elə aparam. 

Koroğlu bunu deyib Nigar xanım da tərkində Misri qılıncı çəkib 

qayıtdı, özünü osmanlı qoşununa vurdu. 

Koroğlu burada dava eləməkdə olsun sizə Çənlibeldə dəlilərdən 

xəbər verim. Koroğlu gedəndən sonra dəlilər dedilər: 

– Koroğlu tək getdi, sonra ələ keçər tutular, başsız qalarıq. Dalınca 

getmək gərəkdi. 

Dəlilərdən bir neçəsi Çənlibeldə qaldı. Qalanı atlandı, Koroğlunun 

dalınca yola düşdü. Dəlilər o vaxt yetişdilər ki, qızğın dava idi. Koroğlu 

sağa-sola qılınc vururdu. Dəlilər nərə çəkib özlərini osmanlı qoşununa 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə