KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə1/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
  1   2   3   4   5   6   7   8   9   ...   56


 
 
 
 
SALATIN ƏHMƏDLİ 
 
 
 
 
 
KÖRPƏ SƏSİ, 
ANA NƏFƏSİ 
  
 
 
 
 
Bakı – 2014  
 
 
 
 
 
 
Salatın Əhmədli                    
 
 

 
 
Redaktorlar: 
Yunis Əhmədov 
 
Korrektor
Şəbnəm Mahmudova 
 
Dizayn: 
Şəmsiyyə Əliyeva 
 
 
 
 
Salatın Əhmədli. KÖRPƏ SƏSİ, ANA NƏFƏSİ 
Bak
ı. B-Print. 2015. 200səh. 
 
ISBN 978-9952-440-03-5 
 
 
© Salatın Alı qızı Əhmədli, 2014 


Salatın Əhmədli                    
 
 

 
Ön söz  
 
Azərbaycan  ədəbiyyatı  tariximizə  qədim  və 
zəngin  mənbələri,  incəsənət,  ədəbiyyat  örnəkləri  ilə 
daxil  olub.  Bu  ədəbiyyatı  yaradan  dahi  sənətkarları-
mız,  istedadlı  qələm  sahiblərimiz  vardır.  Bu  gün  də 
ədəbiyyatımız inkişaf edir.  
Hər  bir  sənətkar  yaşadığı  cəmiyyətin  ictimai, 
siyasi  hadisələrini,  insanının  ideya-estetik  görüşlərini 
yaratdığı  əsərlərinin  mövzusuna  çevirir.  Bəşəriyyətin 
qlobal problemlərini, ümumilikdə insan-təbiət münasi-
bətlərini,  qayğılarını  yazıçı  yaratdığı  əsərlərində 
təcəssüm  etdirir.  Azərbaycan  ədəbiyyatında  insan  və 
zaman,  tarix  və  şəxsiyyət,  fərdin  taleyi,    insanın 
sevinci  və  faciələri  yazıçı,  şair,  dramaturq  qələmində 
çox  böyük  həssaslıqla  öz  bədii  ifadəsini  tapır.  S. 
Əhmədlinin  “Körpə  səsi,  ana  nəfəsi”  kitabında  da  bu 
keyfiyyətləri görürük. 
Salatın  Əhmədlinin  “Körpə  səsi,  ana  nəfəsi” 
kitabında  müxtəlif  illərdə  yazdığı,  mətbu  orqanlarda 
çap  olunmuş,  oxucuların  maraqla  qarşıladığı  hekayə-
ləri toplanıb nəşr edilmişdir. 
Salatın Əhmədli                    
 
 

Ədəbi  prosesdə  daima  dünyanın  taleyi  üçün 
narahatlıq, həyəcan və təlaş, insan və təbiət arasındakI 
cismani bağlılıq  izlənir. İnsanın mənəvi aləmi bu ger-
çəkliklərlə  bağlıdır.  Istedadlı  sənətkar  insanın  kifayət 
qədər  açılmamış  qapalı  dünyasına  nüfuz  edə  bilməli, 
onun  dünya,  kainat  haqqında  geniş,  düşün-dürücü 
idrakı gerçəkliklərinə bələd olmalı, dünyaya sığmayan 
kiçik,  amma  düşündüyümüzdən  də  böyük  ürəyinin 
tutumunu  “görməlidir”.  Yaradıcı  şəxsiyyət    insan 
fərdiyyətinin böyüklüyünü, eləcə də cılızlığını görmə-
lidir ki, onun insan kimi mənfi və müsbət insani xüsu-
siyyətlərini,  şəxsiyyət,  qəhrəman,  ideal  insan  keyfiy-
yətlərini üzə çıxarsın. 
Insanların  mənəvi-əxlaqi  simasınin  mənfi  və 
müsbət  tərəfləri  sosial  mühitdə  açılır.  İsan  nəfsinin 
əsiri olanda bədbəxtlik bağlı qapıdan da girir.  
Taleh (“Ərin üzü dönüncə”) ailəsi ilə nə qədər ki, 
sadə,  deyək  ki,  kasıb  yaşayırdı,  mehriban  bir  ailəyə 
sahib  idi:  “istiqanlı,  böyük-kiçik  yeri  bilmək-lərilə” 
qonum-qonşuların da rəğbətini qazanmış-dılar. Elə ki, 
Taleh  Əmir  oğlu  sahibkarlıq  fəaliyyətinə  keçdi  və 
işləri  də  uğurlu  alındı.  “hündür  boylu,  adına  bənzər-
gözəl-göyçək  bir  gəlin”,  “danışığı,  şux  görkəmi  və 


Salatın Əhmədli                    
 
 

gülüşü”  gözəlliyini  birə  beş  artıran,  elə  bil  ki,  Tanrı  
“xoşbəxt  olmaq  üçün  yaratmış”  olduğu  Südabə  son 
vaxtlar görürdü ki, daha əri işdən ona zəng eləmir, evə 
gələndə  sanki  üz-gözündən  yorğunluq  yağır.  Bəzən 
hətta  həftələrlə  şəhərdən  kənara  iş  üçün  getdiyini 
deyir,  gələndə  də  əvvəllər  olduğu  kimi  Südabə  ilə 
səfər təəssüratlarını bölüşmür”. 
İllərlə  heç  vaxt  ərindən  bir  nigarançılıq  çək-
məyən,  onun  iş  qayğıları  ilə,  övladlarının  gələcəyi 
üçün  çalışan    Südabə  ərinin  telefonuna  gələn  aramsız 
mesajları,  zəngləri  görür:  “Hətta  bir  dəfə  telefonda 
gənc  bir  qızın  ərinə  necə  sevgi-namə  oxuduğunu  da 
eşitdi. Taleh Südabəni gör-mürdü. Ona: 
-  Mənim  göyərçinim,  mənim  quşcuğazım,  yenə 
üçmaq istəyirsən? 
 Bu  şirin  sözlərdən  xoşlanan  qız  da  tez  cavab 
verdi: 
- Hə, hə. 
- Haralara?  
-  O  yerlərə  ki,  orada  bizdən  yuxarıda  heç  kim 
olmasın. 
Südabə  eşitdiyi  bu  söhbətin  üstünü  vurmadı. 
Amma  elə  bil  ki,  içində  nəsə  qırıldı.  Bir  anda  beli 
Salatın Əhmədli                    
 
 

büküldü.  Südabə  illərdən  bəri  qoruduğu  qürurunu 
büllur bir qab kimi daşların üstündə çiliklənmiş gördü.  
Həmin  zəngdən  sonra  Taleh  iki  həftə  evə 
gəlmədi.  Gələndə  də  ağızucu  xaricdə  olduğunu,  iş 
üçün  yeni  müqavilə  bağlamağa  getdiyini  dedi”. 
Südabə  yenə  səbr  edir,  böyük  bir  məhəbbət  üzərində 
qurulmuş aiəsini qorumağa çalışırdı. 
Amma fələk elə bil onun bu qədər alçaldılmasına 
imkan  vermədi.  Taleh  ondan  əncir  istəyəndə  Südabə 
dərin  bir  nimçə  götürüb  bağa  düşdü.  Əncirin  altında 
elə  bil  təndir  qalamışdın.  Bərk  isti  idi.  Boyu  çatan 
qədər budaqlardakı əncirləri bir-bir nimçəyə yığdı. Bir 
qədər əli çətin çatdığı budaqda daha  iri əncirlər  vardı. 
Nimçəni  daşın  üstünə  qoyub  əncirə  baxdı.  Bir  əli  ilə 
budağı  əyib  şirəyə  dolmuş  əncirləri  qoparmağa 
başladı.  Gözü  budağın  haçasına  sataşdı.  Elə  haçanın 
üçtündə  yerini  rahatlayıb  qıvrılmış  gürzəni  gördü. 
Budağı  tez  əlindən  buraxdı.  Budağın  silkələnməsilə 
gürzə  hərəkətə  gəl-di.  Ağzını  açıb  çox  da  kənarda 
olmayan Südabə-nin düz sinəsinə tərəf atıldı.  
İlanın  dişləri  Südabənin  buxağından  bir  az  aşağı, 
döşlərindən  isə  bir  az  yuxarı–açıq  yerə  sancılmışdı. 
Südabə  qışqırıb  geri  atıldı.  Elə  bil  ki,  ilanın  ağzı  ilə 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə