KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə14/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   10   11   12   13   14   15   16   17   ...   56

Salatın Əhmədli                    
 
 
77
Yusifin gülləsi onu yerə sərdi. Bundan sonra ermənilər 
atəşi dayandırdılar… 
- Hə, Vaqif, indi növbə sənindir. 
Vaqif  birtəhər  qolunu  sarıyıb  qanını  kəsmişdi. 
«Onlar  qorxularından  atəş  açmayacaqlar,  sən  də  düş, 
qoşul adamlara». Sonra Yusif üzünü ermənilərə tutub: 
 –  Hə,  əclaflar,  bax  sizə  deyirəm  a,  heç  kimlə 
işiniz  olmasın,  mən  də  silahı  yerə  qoyuram,  qoyun 
adamlar  çıxıb  getsinlər.  Ancaq  bundan  sonra  özümü 
sizə təslim edərəm. 
Ermənilər  silahlarını  yerə  qoydular.  Ancaq 
onların komandirləri Yusifə yaltaqlandı:  
-  Ara,  mən  də  qarabağlıyam.  Masab  haqqı,  bir 
güllə atmayacağıq. Sən də silahı yerə qoy, adamlarınız 
da çıxıb getsinlər. Bir az geciksən, bizimkilər gələcək-
lər, heç kim buradan çıxa bilməyəcək. 
Onsuz  da  bu  təklifi  əvvəlcə  elə  Yusif  özü 
vermişdi.  
Adamlar  tamam  uzaqlaşandan  sonra  Yusif 
qayanın  arxasından  çıxır.  Ermənilər  onu  hər  tərəfdən 
mühasirəyə  alırlar.  Və  birdən  Yusif  özünü  yarğanın 
başından dərəyə atır. Divarboyu sürüşə-sürüşə dərənin 
Salatın Əhmədli                    
 
 
78
dibinə düşür. Üz-gözü cızılsa da, səhəri gün o dərələr-
dən keçib erməni vəhşilərinin əlindən qurtulur.  
Növbəti  dəfə,  Murovun  arxasındakı  döyüşdə 
Yusifin  bəxti  gətirmədi.  Erməni qumbaraatanı onların 
daldalandığı  yerə  atəş  açdı,  mərmilər  ətrafa  dağıldı. 
Vaqif  nisbətən  yüngül  yaralansa  da,  Yusif  üçün  bu, 
son döyüş oldu.  
…Sonralar  Şəfiqə  çətinliklə  də  olsa,  bu  əhvalatı 
mənə danışdı. Çox mütəəssir oldum. Yusifin xəyalı bir 
an da yadımdan çıxmırdı.  
Hərdən şagirdlərimdən adlarının mənasını və kim 
tərəfindən  qoyulduğunu  soruşuram.  Şagirdim  Yusif-
dən də bir dəfə soruşmuşam. Yusifgil əslən kəlbəcərli-
dirlər.  O,  düşmən  əlindən  canlarını  qurtarıb  gəlmiş 
ailədə doğulub.  
Yusif dedi: 
 -  Müəllim,  mənim  anamgili  xilas  edən  bir  qəh-
rəman  olub,  adı  Yusif  imiş,  sonralar  mən  anadan 
olanda  anam  həmin  qəhrəman  oğlanın  adını  mənə 
verib.  
Yusiflə  Nübar  da  bir  dəstə  qərənfillə  gəldi. 
Gətirdiyim  gülləri  uşaqların  arasında  payladım.  Onlar 
da  gül  almışdılar.  Əbədi  məşəlin  önünə  iri  bir  əklil 


Salatın Əhmədli                    
 
 
79
qoyduq.  Sonra  da  digər  şəhidlərin  məzarlarının  üzə-
rinə  gül  qoyduq.  Yusifə  gətirdiyi  qərənfilləri  saxla-
masını  tapşırmışdım.  Şəfiqə  mənə  demişdi  ki, 
məşəldən  yuxarı  üçüncü  cərgədəki  beşinci  məzar 
Yusifindir.  Günəş  çıxanda  birinci  onun  məzarının  üs-
tünə düşür.  
Qara  mərmərdən  qarabuğdayı,  hündür  boylu 
Yusif həyatsevər gözlərilə ziyarətçilərinə baxırdı. 
-  Hə,  Yusif,  gülləri  bu  məzarın  üzərinə  qoy. 
Adını daşıdığın qəhrəman odur,-dedim və əlimdəki cüt 
qərənfili  mən  də  onun  məzarının  üstünə  qoydum.  
Gözlərim dolmuşdu. 
Hamı  sakit-sakit  məzara  baxırdı.  Yusif  gülləri 
sinə daşının üstünə, başdaşının qabağına qoydu.  Mən 
özümü günahkar hiss edirdim. Qara mərmərin üzərinə 
həkk  edilmiş  Yusifin  mənə  məzəmmətlə  baxan 
gözlərindən  sanki  bu  sualı  oxudum:  «Saçlarını  niyə 
kəsdirmisən?..» 
 
 
 
 
 
Salatın Əhmədli                    
 
 
80
BAŞDAŞI ƏHVALATI 
 
Sabir  yükünü  özüboşaldan  «Zil»  maşının 
sürücüsü  idi.  Xankəndidən  Şuşaya  tikinti  materialları 
daşıyırdı. Onun daşıdığı  yük sement,  kubik daşı, qum 
olurdu.  Həftədə  bir  dəfə  şəhərdəki  sifarişçilərinə  də 
daş, qum, ya sement gətirir, aldığı puldan iş icraçısının 
da  haqqını  ödəyir,  özünə  də  dolanışıq  üçün  kifayət 
qədər  məbləğ  qalırdı.  Hər  dəfə  pulları  sayıb  arvadı 
Gülzara  verəndə  uşaqlıq  dostu  Arsaqın    atası  Hayes 
Hovsesyana rəhmət oxuyurdu. 
 Bunun  da  bir  tarixçəsi  vardı.  Şuşada  Hayesin 
oğlu    Arsaqla  bir  məktəbdə oxumuşdu. Özü də qonşu 
idilər.  Məktəbə  bir  gedib-gəlirdilər.  Arsaqın  anası 
Varsenik    Sabirin  xətrini  çox  istəyirdi.  Arsaq  üçün 
nəsə  alanda  Sabiri  də  yaddan  çıxarmırdı.  Sabirgil 
böyük  ailə  idi.  Atası  dünyadan  vaxtsız  köçmüşdü. 
İstər-istəməz  kasıbçılıq  onun  əyin-başından  görünür-
dü. İnsafən, Varsenik də Sabir üçün aldıqlarını ona elə 
verirdi  ki,  bunu  digər  qonum-qonşular  hiss  eləmir-
dilər.  Həmişə  də  deyirdi  ki,  din  ayrı  olsa  da,  elə  qar-
daşsınız.  


Salatın Əhmədli                    
 
 
81
İllər  keçdi,  onlar  orta  məktəbi  bitirdilər.  Sabir 
peşə  məktəbində  oxuyub  qaynaqçı  oldu.  Arsaq  isə 
sənədlərini  ali  məktəbə  verib  mühəndis  diplomu  aldı. 
Hər  yerdə  onun  həm  dilli-dilavər  olmağı,  həm  də 
Azərbaycan dilini yaxşı bilməyi karına gəlirdi. Axı ali 
məktəbi  Bakıda İnşaat İnstitutunda oxumuşdu.  Bir-iki 
il  keçməmiş  onu  Xankəndinin  nəhəng  tikinti 
idarələrindən birinə əvvəlcə baş mühəndis, bir il sonra 
isə  müdir təyin elədilər. Sabir də həmin tikintidə qay-
naqçı idi. İş yerində, səhər-axşam Arsaqla tez-tez rast-
laşırdı.  Arsaq  onunla  yenə  mehriban  görüşür,  anasını, 
qardaşlarını  soruşur,  vaxtaşırı  uşaqlıq  dostlarından 
xəbər tuturdu.  
Bir gün Arsaq onu yanına çağırdı: 
- Ara, Sabircan, sən nə vaxtacan qaynaqçı işləyə-
cəksən? 
-  Yoldaş  Hovsesyan,  bu  da  mənim  sənətimdir. 
Pis deyil, dolanışıq üçün yaxşıdır.  
-  Bilirəm,  dolanışıq  üçün  yaxşı  olar.  Amma  bir 
gün xatası çıxar, səni yarı yolda qoyar.  
-  Neyləyim,  özgə  nə  iş  görəsiyəm,-  Sabir  cavab 
verdi. Onun cavabında bir ümidsizlik vardı.  
- Sürücülük işini bacararsan?  
Salatın Əhmədli                    
 
 
82
- Bacararam, ancaq sürücülük sənədim yoxdur. 
-  Yaxşı,  hələlik  bizim  qarajda  çilingər  işlə,  adını 
da sürücülük məktəbinə yazdır, sonrasına baxarıq. 
Sabir  sürücülük  peşəsinə  yaxşı  bələd  idi.  Elə 
Arsa-qın tapşırığı ilə sürücülük vəsiqəsi aldı. Arsaq da 
onu öz maşınına sürücü götürdü.  
…Beləcə  on  il  Arsaqın  müdir  işlədiyi  idarənin 
mü-dir  maşınının  sürücüsü  oldu.  Sabirlə  Arsaqın 
demək olar ki, hər günü bir yerdə keçdi.  
-  Ara,  musurman,  gün  keçir,  özünə  niyə  ev-eşik 
qurmursan?  
- Torpaq sahəm var, ev tikmək istəyirəm, hələ ki, 
mümkün olmur.  
- Bəs niyə mümkün olmur? 
-  Dolanışığımız  sənin  sayəndə  yaxşı  olsa  da, 
hələlik ev tikə bilmirəm.  
Sabir çoxdan evlənmişdi, üç övladı böyüyürdü.  
- Ara, bu tikinti, bu  malın  hamısı bizim əlimizdə 
deyil, bəs niyə demirsən? 
Uşaqlıq  dostu  olsalar  da,  Sabir  abrını  gözləyən 
adam  idi.  Axı  onsuz  da  Arsaq  hər  ay  maaşı  qədər  də 
ona  əlavə  pul  verirdi.  İndi  Sabirin  Arsaqa  deyəcəyi 
yox  idi. Və Arsaq da bunu başa düşdü. Tezliklə Sabir 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə