KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə2/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   2   3   4   5   6   7   8   9   ...   56

Salatın Əhmədli                    
 
 

onun  üstünə  gəlmiş  ölümdən  qaçdı.  Ancaq  qaça 
bildimi? 
Taleh səsə pillələri sürətlə düşdü.  
Əncirin  altında  Südabə  geri  sıçrayarkən  bayaqkı 
iri daşa  ilişib  yıxılmışdı. Nimçədəki əncirlər də ətrafa 
dağılmışdı.  Südabənin  sinəsindəki  ilan  dişlərinin 
yerində  qanqarışıq  göyəmi-sarı  maye  vardı.  Gürzənin 
zəhəri sürətlə  işləmişdi.  Südabənin dodaqları quruyub 
qaralmaqda  idi. Bədəni  xallanırdı. O, ağzını açıb  nəsə 
danışmaq  istəyirdi,  nəsə  demək  istəyirdi.  Ancaq  deyə 
bilmirdi.  Taleh  onun  başını  qolları  arasına  alsaydı, 
nəsə  soruşsaydı  o,  bəlkə,  bir  söz  deyə  bilərdi.  Amma 
ilanın  zəhərindən  çox,  Talehin  soyuq  baxışları 
Südabəni  soyutmuş,  dilini  bağlamışdı.  Talehin 
nəzərləri  ila-nın  sancdığı  yerə  ilişib  qalmışdı.  Heç 
arvadının  gözlərinə  da  baxmaq  istəmirdi.  Südabə 
bayaq  ilanın  ağzından  çıxıb  üstünə  gələn  ölümü  indi 
Talehin  gözlərindən  oxudu.  Ölüm  artıq  ərinin 
gözlərindən onun üstünə yeriyirdi. 
Hələ  Südabənin  düşüncəsi  tamam  dayanma-
mışdı.  Nənəsinin  sözlərini  yada  saldı:  «Ərin  üzü 
dönüncə, atın yəhəri dönsün». Südabə hər şeyi anladı. 
Dönük üz, nifrətlə baxan gözlər hər şeyi aydın deyirdi. 
Salatın Əhmədli                    
 
 

Taleh  həmin  anlarda  tamam  başqa  şey  düşü-
nürdü. Nə onu, nə də sevgilisini-İlanəni bun-dan sonra 
qınayan  olmayacaqdı.  Bir  dul  kişinin  evlən-məyinə 
kim pis baxar ki?!...”. 
Talehin “ömür kitabı” təzədən açılsa da, İlanədən 
Südabədən  gördüyü  vəfanı,  etibarı  görmür.  Gənc 
sevgilisi 
mirasına 
yiyələndikdən 
sonra 
rollar 
dəyişmişdi.  İndi  qıza  tez-tez  zənglər  gəlirdi,  indi  qız 
mesajları  Talehsiz  oxuyurdu.  Oxuduğu  və  yazdığı 
cavabları  da  Talehə  göstərmirdi...    Və  bir  gün  Taleh 
tək  qaldı...”.  Etdiyi  səhvlər,  unutduğu  sevgi, 
Südabənin  yoxluğu  onu  o  qədər  sarsıdır  ki,  gecələr 
yuxuya  həsrət  qalır.  Nəhayət,  bir  daha  xoşbəxtliyinin 
qayıtmayacağına əmin olan Taleh cibindən tapdığı son 
qəpik-quruşu  toplayıb  Südabənini  qəbrini  ziyarətə 
gedir.  «Qurd  ağzı»na  tərəf–qəbiristanlığın  əl-ayaq 
dəyməyən  tərəfinə  yeridi.  Südabənin  qəbrini  axtarıb 
tapdı.  Ot-alaf  basmışdı.  Ona  elə  gəldi  ki,  başdaşı  da 
bir  qədər  əyilib.  Südabə  məhzun  gözlərilə  illərin 
ayrılığını,  bu  ayrılığın  ona  gətirdiyi  dərdi-əzabı 
danışırmış  kimi  baxırdı.  Əllərilə  şəklin  üzünü  sildi. 
Nərgiz  güllərini  sinə  daşının  üstünə  qoydu.  Dimdik 
dayanıb  daşdan  ona  baxan  gözəllə  ürəyində  danışırdı. 


Salatın Əhmədli                    
 
 

Nə  qədər  dayandığını  bilmirdi.  Ona  elə  gəlirdi  ki, 
ayaqları  yerə  bağlanıb.  İstəsə  də  tərpədə  bilməz.  Bu 
vaxt  donuq  nəzərlərilə  Südabənin  boynuna  dolanmış 
ilanı  gördü.  Əlini  uzadıb  daşın  üstündəki  şəkilə-
sevgilisinə  sarmaşmış  ilanı  kənara  qovmaq  istədi. 
Amma  əlləri  də  tərpənmədi.  Deyəsən,  ilan  hərəkətə 
gəlirdi.  Yavaş-yavaş  şəkilin  boynundan  sürüşüb  sinə 
daşının üstünə düşdü. Oradan da Talehə tərəf irəlilədi. 
Talehin  iqtidarı  yox  idi  ki,  hərəkət  eləsin,  kənara 
çəkilsin.  İlan  onun  qıç-larına  dolaşaraq  bədənilə 
üzüyuxarı  qalxırdı  sakit-sakit,  arxa-yın-arxayın.  Düz 
sol  tərəfdə  sinəsinin  üstə,  pencəyinin  altına  başını 
saldı.  Bu  vaxt  Taleh  sinəsinin  üstündə  bir  yanğı 
duydu. Yanğı get-gedə onun bədənini bürüdü. Birtəhər 
hərəkətə  gəldi.  Ətrafda  heç  kəs  yox  idi.  Bir  kimsə 
görünmürdü  ki,  onu  çağırsın.  Sağ  əli  ilə  sol  döşünün 
üstünü  ovuşdurmağa  başladı.  Get-gedə  heydən-
hərəkət-dən düşdü, yerə yıxıldı.  
Mən 
sonralar 
öyrəndim 
ki, 
Taleh 
elə 
qəbiristanlıqda kəskin infarktdan keçinib”. 
Bir-birindən  maraqlı  hekayələr  toplusundan 
ibarət “Körpə səsi, ana  nəfəsi” kitabından  götürülmüş 
“Ərin  üzü  dönüncə...”  hekayəsinin  dilində  poetika 
Salatın Əhmədli                    
 
 
10
vardır.  Yazıçı  qəhrəmanının    mənəviyyatının  dərin 
qatlarına  enib,  onu  işıqlandıra  bilir,  burada,  eləcə  də 
digər 
hekayələrində, 
surətlərarası 
dialoqlarda, 
təhkiyədə psixoloji bədii təhlil və ümumiləşdirmə” var 
və  bu,  yazıçının  uğurudur.  Südabənin  məzarı 
qarşısında  Taleh  söylənilmədən  anbaan  kiçilir,  daş 
məzar    insanları  nəfsinin  qurbanı  olmamağa,  Taleh 
kimi  bədbəxtlərin  həyatından  ibrət  götürməyə,  ailə 
səadətini,  vəfa  və  sədaqəti  qiymətləndirməyə,  bu 
xoşbəxtliyi qorumağa çağırır. Anasına etdiyi xəyanətə 
görə  övladları  da  ondan  üz  döndərir.  Tanrının  ona 
verdiyi  bütün  səadəti  itirmiş  Talehə  oxucu  yanmır. 
Hardasa  qəlbində  taleh  kimilərin  belə  aqibətə  dücar 
olmasını  Südabə  kimilərin  ahının  yerdə  qalmaması 
kimi  dəyərləndirir  və  bunda  oxucuya  haqq  qazan-
dırmaq olar. Insan cəmiyyət, ailə və zaman qarşısında 
“əxlaqi-mənəvi  məsuliyyətini”  itirəndə  simasız  olur. 
Ona  cəmiyyət  də    sahib  çıxmır.    Necə  ki  Talehə  heç 
birimiz yanmrıq, olsa-olsa insan kimi acıyırıq. Kiməsə 
acımaq  özü belə Talehlər  üçün  ölümdür. Südabə kimi 
insanları  duymayan  ürəklər,  saflığını,  gözəlliyini 
görməyən  gözlər,  hissinə  hakim  ola  bilməyən,  onun 
sifarişi ilə düşünən beyinlər, bir sözlə yatmış vicdanlar 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə