KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə3/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   2   3   4   5   6   7   8   9   ...   56

Salatın Əhmədli                    
 
 
11
ölsələr  yaxşıdır.  Onda  cəmiyyət    də  tör-töküntülərdən 
təmizlənər,  başqa  cür  mümkün  deyil,  xəstə  təxəyyül 
cəmiyyəti  də  xəstə  edər.  Insana  qayğı,  məhəbbət, 
hörmət və ehtiramla yanaşı millilk və beynəlmiləlçilik, 
vətənpərvərlik  Azərbaycan  ədəbiyyatının  əsas  leyt-
motivi  olub.    Azərbaycanın  ərazi  bütöblüyünə  qarşı 
qəsdlər,  ikiyə  parçalanmış  torpaqlarımızın  yarası 
sinəmizi göyür-göyür göynədəndə Qarabağ yarasını da 
aldıq.  Iyirmi  ildən  çoxdur  qaçqın,  köçkün  düşmüş 
xalqımızın  haqq  səsinin  dünyaya  çatdırmaq  üçün 
siyasətçılərimiz, 
tarixçilərimiz, 
ədəbiyyatçılarımız 
qələmə sarılıb. 
S. Əhmədliinin “Körpə səsi, ana nəfəsi” kitabında 
Xocalı soyqırımı, günahsız insanların yurd-yuvasından 
dıdərgin  düşməsi,  həm  cismani,  həm  mənəvi 
sarsıntılara  məruz  qalması,  bu  ağır  faciələrin  insan 
mənəviyyatına  vurduğu zərbələr, erməni  işğalçılarının 
çirkin  siyasətindən  dünyanı  xəbərdar  etmək,  bəşəriy-
yətin  qınaq  obyektinə  çevirmək,  onların  işğalçılıq 
siyasətindən  əl  çəkməsinə  nail  olmaq,  qaçqin  düşmüş 
əzizlərinin  dədə-baba  torpaqlarına  qayıtmaq  üçün 
mücadilələri  bir  çox  əsərlərində  əsasdır.  “Zirzəmidə 
qazılan  ana  məzarı”  hekayəsini  oxuyan  hər  bir  vətən 
Salatın Əhmədli                    
 
 
12
övladı  düşmənə  nifrət  ruhunda  böyüyəcək.  Hər  bir 
əcnəbi  vətəndaş  sülh,  əmin  amanlıq  istəyən  bəşər 
övladı  Ermənistan  kimi  işğalçı  dövlətləri  pisləyəcək, 
ona qarşı çıxacaq. Dünyanın bütün sülhsevər insanları 
birləşib  müharibələrə,  işğalçılara  qarşı  çıxarsa,  Yet 
üzü  gülüstana  çevrilər.  dinc,  sakit,  xoşbəxt  həyat 
qurmaq,  Tanrı  verən  ömrü    dinc,  sakit,  sevinc  içində 
yaşamaq  onun  haqqıdır.  Bu  haqqı  əlimizdən  alanlara 
nifrət,  onlara  qarşı  mübarizə  S.  Əhmədlinin  “Körpə 
səsi,  ana  nəfəsi”  kitabındakı  hekayələrdə  əsas 
ideyadır.  Bu  kitabdakı  hekayələrin  bir  çoxu  esselərə 
bənzəyir. Nəsrlə poetika birləşib əsərin dadını-duzunu 
artırıb,  oxunaqlı  edib.  “Gəl  qaçaq  bu  şəhərdən”  bu 
cəhətdən  xarakterikdir “…Gəl, əzizim,  o  yerə  gedərik 
ki,  orada  doğuldun  sən.  Orda  yer  verib-lər  sənə  bir 
əlçim.  Bir  çay  kənarında  süslənir  o  yer.  Tez-tez  səni 
deyib səslənir o yer. Hələ bir son ümid, son arzu kimi 
hər gün qəlbimizdə bəslənir o yer.  
 
Gedək kəndimizə… 
Gəzək dağlarını gəzək qoşa biz 
Çaylarda yuyunsun qoşa şəklimiz. 
Qorxmayaq çay daşıb kəsə yolları 


Salatın Əhmədli                    
 
 
13
Yenə göy meşənin hər addımında  
Başımız üstündə kölgəlik salıb 
Palıdın, vələsin əsə qolları. 
Bir də ağrımayam, xəstələnməyəm, 
Dönüb gənc bir qıza şıltaq, güləyən. 
Tənhalıq daşını könüldən ataq, 
Çəksin nazımızı bir şirin yataq. 
Qaçaq  bu  şəhərdən,  qaçaq  o  yerə  ki,  ordan 
gəlmişik”.  
Burda  insan  təbiətin  qoynuna  qaçmaq,  onunla 
daha  çox  təmasda  olmaq,  quru,  sərt,  haylı-küylü 
sənaye  şəhərindən  qaçıb  gülünə  çiçəyinə,  sərviboylu 
ağaclarına,  daşqın  çaylarına  vurğun  olduğu  ana 
təbiətin  qoynuna  sığınmaq  istəyir.  Insan  xarakteri 
təbiəti  də  insanlaşdırır:  Poeziyada  “bənovşə  utan-
caqlıq,  kövrəklik  rəmzi,  lalə  vaxtsız  bitən  ömrün  son 
şöləsi, dənizlər insan kamalının və qəlbinin dərinlik və 
böyüklük,  dağlar  ucalıq  və  əzəmət,  palıd  məğrurluq, 
yenilməzlik,  meşələr  əbədi  gənclik,  tufan  və  şimşək-
qəzəb  və  nifrət,  şəlalələr  sevinc,  çiçəklər  zəriflik, 
incəlik,  ceyranlar,  cüyürlər  məsumluq,  səma  ağlın 
genişlik  simvolları  kimi  tərənnüm  edilir”  (M. 
Məmmədov). Təbiətin bir parçası olan insan  duyğular 
Salatın Əhmədli                    
 
 
14
sahibidir.  Bu  duyum,  bu  emossiya  S.  Əhmədlinin 
hekayələrinin  əksəriyyətinin  ruhundadır.  O  təbiət 
motivindən  yararlanmaqla  insani  hiss  və  duyğularını 
daha poetik bir dillə ifadə etməyə çalışmış və buna da 
nail olmuşdur. 
Salatın  Əhmədlinin  əsərlərində  təmtəraqsız, 
iddiasız  yaşamağı  bacaran  insanlar  toplusu  könüla-
çandır.  Bir-iki  əsərini  çıxmaq  şərtilə  digər  əsərlərini 
oxuyanda  hiss  edirsən  ki,  halallıq,  sadə,  təmiz  dünya 
istəyi  ilə  yaşayan  qəhrəmanlar,  onların  istək  və 
arzuları  təbii  boyalarla  verilir.  Böyük  bir  zaman 
kəsiyində  ərsəyə  gəlmiş  bu  nəsr  əsərlərdə    həssas, 
qayğıkeş bir yazıçı ürəyini də görürük.  
Mövzuca  rəngarəng  olan  bu  əsərlər  həyati 
müşahidəyə,  həyat  hadisələrinə  əsaslanır.  Salatın 
xanımın  publisistikası  kimi  bədii  əsərlərinin  dili  də 
sadədir.  “Öz  ifadə  imkanlarının  zənginliyi,  səs 
quruluşunun  səlisliyi  və  qrammatik  strukturunun 
sabitliyi  ilə  seçilən”  ana  dilimiz  “özünün  indiki 
səviyyəsinə  gürkəmli şair  və  yazıçıların,  maarifpərvər 
ziyalıların  zəhməti  sayəsində”  gəldiyi  fikirlərindəki 
həqiqət  danılmazdır.  Bu  gün  də  dilimizin  zəngin 
imkanlarına  dərindən  bələd  olan  ziyalılarımız,  qələm 


Salatın Əhmədli                    
 
 
15
sahibləri  və  onların  yaratdıqları  gözəl  əsərlər  vardır. 
Xalq  dilinin  zəngin  ifadələri  bədii  əsərlərə  gözəllik 
verir.  Yaranan  əsərləri  oxunaqlı  edən  amillərdən  biri 
də  elə  o  əsərlərin  dilidir.  S.  Əhmədlinin  “Körpə  səsi, 
ana  nəfəsi”  hekayələr kitabının dilinin sadəliyi  də dil-
üslub keyfiyyətləri baxımından diqqəti çəkir. 
Kitabda  toplanan  hekayə  və  esseləri  ilə  yanaşı 
yazıçının  irihəcmli  əsərləri  də  vardır.  Gələcəkdə  bu 
əsərlər də oxuculara təqdim olunacaq. Bu yolda qələm 
dostumuza uğurlar arzulayırıq. 
Gülxani Pənah 
Şair, ədəbiyyatşünas 
 
 
 
Salatın Əhmədli                    
 
 
16
HARAMXANIN DƏYİRMANI 
 
Rəfiqəm 
Məhbubə 
ilə 
universitetdə 
bir 
oxumuşuq.  İnsafən,  Məhbubə  məndən  də  yaxşı 
oxuyurdu.  Qrupumuzun  ən  bilikli  tələbələrindən  idi. 
Hələ universiteti bitirəndə ona zəmanət də verdilər ki, 
aspiranturada  qalsın,  elmi  iş  götürsün,  tədqiqat 
aparsın.  Ancaq  Məhbubə  razılaşmadı.  Kəndə  getmək 
istədiyini  bildirdi,  öz  rayonlarına  təyinat  alıb,  şimal 
bölgəsində  yerləşən, yaşıllıqlar qoynunda olan  Türko-
ba  kəndinə  getdi.  Elə  orta  məktəbi  qurtarandan  deyi-
liklisi  olan  oğlanla  da  ailə  qurdu.  Həyat  yoldaşı  kənd 
təsərrüfatı  mütəxəssisi  idi,  Gəncədə  oxumuşdu. 
Əvvəllər 
məktublaşırdıq. 
Ailə 
həyatında 
olan 
dəyişiklikləri  mənə  yazır,  mən  də  cavabında 
gördüyüm  işlər  haqqında  ona  bir  növ  hesabat 
verirdim.  Həmişə  də  məni  kəndlərinə  dəvət  edirdi. 
Əvvəlcə  övladlarımızın  toyunda  görüşəcəyimizi  vəd 
edirdik.  Beləcə  illər  bir-birini  qovur,  nəvələrimiz 
dünyaya  gəlirdi.  Onlar  da  böyüyür,  zaman  dəyişirdi. 
Sonralar mobil telefonlar çıxdı. İndi danışmağımız lap 
asanlaşıb,  məktuba  lüzum  qalmayıb,  əlini  atırsan 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə