KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə6/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   2   3   4   5   6   7   8   9   ...   56

Salatın Əhmədli                    
 
 
29
-  Əlbəttə,  -  Məhbubə  təsdiqlədi,  sonra  da  əlavə 
elədi:  -  Nə  dəyirmana,  nə  də  bu  xaraba  evə  heç  kim 
yaxın durmur. 
- Bəs Haramxanın axırı necə oldu? 
-  Necə  olacaq?  Haramlığının  qurbanı  oldu.  Allah 
cəzasını verdi. Dəyirman daşını çevirib təmir etmək istə-
yəndə  daş  düşüb  o  biri  ayağını  da  xıncımlayıb.  Elə 
dəyirmandakı    yatağında  zarıya-zarıya  qanqrenadan 
ölüb.  Deyirlər,  elə  oralarada  dəyirmanın  yaxınlığında 
basdırıblar. 
…Rəfiqəmin  nəvəsinin  toyundan  sonra  şəhərə 
qayıtdım. 
Amma 
Haramxanın 
xaraba 
qalmış 
dəyirmanı yadımdan çıxmırdı. 
 
 
 
 
 
 
 
 
 
 
Salatın Əhmədli                    
 
 
30
 
 
ÖMÜRLÜK GİROV 
 
Abşeronda,  həm  də  elə  Bakıda  qışın  qurtarmağı 
ilə yazın gəlişi eyni vaxta təsadüf edir. Şimaldan əsən 
soyuq küləklər cənub küləyi ilə əvəz olunan kimi hava 
dəyişir. Təbiətin ilıq nəfəsini hər kəs hiss edir. Hərdən 
təbiətin  qəfil    şıltaqlıqları  da  özünü  göstərir.  Elə 
bilirsən  ki,  yazdı,  birdən  görürsən  ki,  yox,  çevrildi 
qışa. Ancaq deyəsən, bu il belə deyil.  
Pəncərəni  açdım,  səs-küylü  küçə  cana  gəlmişdi. 
Adamların  bəziləri  qalın  paltarlarını  çıxarmış, 
Novruzun  gəlişini  elə  bayram  əhvalı,  yaz  ovqatı  ilə 
qarşılamaq  istəklərini,  sanki,  təbiətə  göstərmək 
istəyirdilər.  Hündür  mərtəbəli  binaların  ətrafındakı 
yaşıllıqların  kənarı  ilə  əkilmiş  nərgiz  topalarının 
arasından  boy  göstərən  ağ  çiçəklər  elə  bil  yazın 
gəlişini  adamlardan  əvvəl  duymuşdular.  Hərdən  xəfif 
külək  əsəndə  nərgiz  çiçəkləri  başlarını  yelləyir,  ətrafa 
bağışladıqları  xoş  ətirlərilə  küçədən  keçən  adamlara 
bayram  təbriklərini  çatdırırdılar.  Mən  hər  yayı 
dünyanın müxtəlif yerlərinə səyahətlərdə keçirsəm də, 


Salatın Əhmədli                    
 
 
31
yay 
istirahətimi 
Pirşağıdakı 
bağ 
evimizdən 
başlayıram. Olur ki, səyahətlərim təxirə salınır, ancaq 
əhvalım  pozulmur.  Xəzərin  qızıl  qumları  gözlərimi 
oxşayır, 
mehriban 
qonşularımızla 
deyə-gülə 
keçirdiyim  mövsüm  həmişə  yadımda  qalır.  İndi  də 
nərgiz çiçəklərinin belə pərvərişlə yazın gəlişini xəbər 
verməyi məni bir balaca narahat elədi.  
…Bəzən  bir  adamın  borcu  olur,  ya  da  deyəcəyi 
sözü  olur,  ancaq  o  borcu  qaytarmaq,  o  deyəcəyini 
vaxtında  demək  yaddan  çıxır.  İndi  isə  nərgizin  yazın 
gəlişini  xəbər  verməyi  yay  mövsümünü  yadıma  saldı. 
Axı  bağ  qonşularıma  borcum  vardı…  Əhvalat  ötən  il 
olmuşdu.  
Yay mövsümü qurtarırdı. Mən səyahətlərimi başa 
vurub  uzaqlarda  onun  üçün  darıxdığım  Bakıya 
qayıtmışdım.  Bir-iki  tanış-bilişlərimə,  rəfiqələrimə 
zəng 
vurub 
hal-əhval 
tutdum. 
Kimin 
nədən 
qayğılandığını, şəhərin  həyatında təzə  nələrin olduğu-
nu  öyrəndim,  ancaq  şəhərdə  qala  bilmədim.  Yır-yığış 
eləyib  Pirşağıdakı  bağ  evimizə  getdim.  Axı  oradakı 
qonşular  da  mənim  üçün  əziz  idi.  Pirşağı  sahilləri 
dünyanın  görməli,  gəzməli  olan  yerlərindən  heç  də 
geri qalmır. Yəqin ki, yeri, yurdu, təbiəti də doğmalaş-
Salatın Əhmədli                    
 
 
32
dıran  elə  insanlardır.  Mənim  də  bağ  qonşularım  xoş 
əhvalları,  yaxşı  münasibətlərilə  könlümü  oxşayır, 
harada olsam məni özlərinə tərəf çəkirlər.  
Əsmərgil  köhnə  bakılıdırlar.  Əri  Ağəli  neftçi 
olub. Əsmərin özü isə şəhər xəstəxanasında tibb bacısı 
işləyib.  Bura  onların  dədə-baba  mülkü  olub.  Amma 
Ağəlinin  də,  Əsmərin  də  atalarının  dədə-baba  sənəti 
balıqçılıq  imiş.  Bir  gün  iki  xalaoğlu-Ağalinin  atası 
Ağaverdi, Əsmərin atası Gülverdi qayıqla dənizə çıxır 
və  geri  qayıtmır.  Bundan  sonra  dolanışıq  çətinləşir. 
Ağəlinin  babası  Ağarza  Kömürçü  meydanının 
yaxınlığında  ev  alır,  ailəni  də  yığıb  buraya  köçür. 
Sonra  arvadının  bacısı  uşaqlarına-yəni  Əsmərin  anası 
Güldanəyə  də  şəhərə  köçməyi  təklif  edir.  Dədə-baba 
yurdundan çıxmaq çətin olsa da Güldanə bir iş tapmaq 
ümidilə  bu  təkliflə  razılaşır.  Beləcə  onlar  sonrakı 
həyatlarını  şəhərdə  yaşamalı  olurlar.  Əsmərgil  də, 
Ağəligil  də  həmişə  yay  mövsümündə  bağa  köçə 
bilirdilər.  Sonralar  Kömürçü  meydanı  söküldü,  evləri 
sökülən 
adamlara 
şəhərin 
müxtəlif 
yerlərində 
mənzillər verildi. Cavanlar şəhərin müxtəlif tərəflərin-
də  yerləşdilər.  İndi  Əsmər  də,  Ağəli  də  təqaüdə 
çıxandan  sonra  dədə-baba  yurdlarına  qayıtmışdılar.  İş 


Salatın Əhmədli                    
 
 
33
elə  gətirmişdi  ki,  bizə  bağ  evimizdə  onlarla  qonşu 
olmaq qisməti düşmüşdü. 
…Yay  mövsümünün  qurtarmağına  az  qalmış 
bağa  gələndə  gördüm  ki,  Əsmərin  nəvələri  bizim 
bağın  ətrafında  oynayır.  Onlar  məni  görüb  qaça-qaça 
nənələrinə xəbərə getdilər: 
-  Nənə,  Həmayə  xanım  gəlir.-Uşaqlar  elə 
nənəsinin,  babasının  dilindən  eşitdiyi  kimi,  adımı 
çağırırdılar.  Mənə  həmişə  «Həmayə  xanım»  deyir-
dilər. Nə qədər onlara desəm də  ki,  mən də nənəyəm, 
qətiyyən  razılaşmırdılar.  Axır  ki,  mən  onların 
«Həmayə  xanım»  çağırışına  alışdım.  İndi  Ağəli  kişi 
də,    Əsmər  də  az  keçməmiş  qapını  açacaq,  mənimlə 
görüşə  gələcəklər.  Onlar  gəlməsələr  də,  özüm  ge-
dərəm.  Bilirəm  ki,  hər  dəfə  bağa  gəlişimi  necə 
səbirsizliklə  gözləyirlər.  İndi  də  belə  oldu.  Hal-
əhvaldan  sonra  dünyanın  haralarında  olduğumu, 
gördüklərimi bircə-bircə soruşur, söhbətlərimə diqqət-
lə qulaq  asırdılar.  
- Siz gələndə biz vaxtın  necə keçdiyini bilmirik,-
deyə  qonşu  sözə  başlamaq  istəyirdi  ki,  birdən  hasarın 
çölündən uşaqların həyəcanlı səsləri eşidildi.  
Salatın Əhmədli                    
 
 
34
-  A  kişi,  bir  dur  həyət-bacaya  çıx,  gör  nə  baş 
verib?  
-  Daha  sən  də  burada  oturub  qalmayacaqsan  ki, 
dur birlikdə gedək də… 
- Mənə bağlanmamısan ki?..  
-  Necə  yəni  bağlanmamışam?    Sən  məni  özünə 
ömürlük  girov  eləmisən.  Heç  ağzımı  açıb  bir  kərə 
yanında hündürdən danışıram ki?.. 
Doğrusu,  əvvəlcə  elə  bildim  ki,  bu  köhnə  neftçi 
Ağəli  kişi  «ömürlük  girov»  məsələsini  elə-belə, 
sözgəlişi deyir. Ancaq Əsmərin zarafatyana üzünü bo-
zartmağı  məndə  şübhə  yaratdı.  Bu  sözün  altında  han-
sısa bir əhvalatın yatdığını düşündüm. Bu vaxt uşaqlar 
həyət 
qapısını 
açıb 
nənə-babalarının 
yanına 
yüyürdülər: 
-  Mənim  dondurma  pulumu  alıb,  hamısını  alıb,-
balaca  qız  nənəsinə  sığındı.  Qardaşı  isə  bir  qədər  ar-
alıda dayanmışdı.  
-  Hə,  yaxşı,  dalaşmayın,  -  Həmayə  xanım  uzaq 
yerlərdən  danışır.  Biz  də  onun  söhbətinə  qonağıq.-
Ağəli  kişi  uşaqları  sakitləşdirərkən  mən  də  fürsətdən 
istifadə edib Əsməri yanladım:  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə