KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə8/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   4   5   6   7   8   9   10   11   ...   56

Salatın Əhmədli                    
 
 
41
 
 
AQİL KİŞİNİN NAĞILI 
 
Yaz  bizim  yerlərə  gec  gələr,  çünki  kəndimizin 
dörd  bir  tərəfi  dağdır.  Arandan  üzüyuxarı  gözün  işlə-
yənəcən,  ha baxasan, yenə bizim dağları görmək çətin 
olar. Amma elə ki, arandan çıxıb, üzü dağlara tərəf yol 
alırsan,  onda  görürsən  ki,  başı  ala  buludda  olan, 
sinəsində  qar  yatan  dağlar  görünür.    Hər  yaz  başı 
kəndə getməyə çalışıram. Elə bil məni nə isə o yerlərə 
çəkir.  İşim  də,  gücüm  də,  yaşayışım  da  şəhərlə  bağlı 
olsa  da,  uşaqlığımın  keçdiyi  yerləri    hər  dəfə  görmək 
istəyi  məni  tərk  eləmir.  Nə  isə,  bir  ili  gedə  bilməsəm 
də, o biri  il  vaxt eləyib Ərdəmliyə can atıram.  Kəndi-
miz  Qazılıq  dağının  aşağı  ətəklərində  göz  işlədikcə 
uzanan  vadinin  o  tay-bu  tayını  tutan  uzun  bir  dərə 
boyu ərazidə yerləşir. Gözümü açandan burda adamlar 
divan-dərəyə  möhtac  olmayıb.  Öz  işlərini  elə  özləri 
həll eləyiblər. Necə deyərlər, burda həmişə «ev bizim, 
sirr  bizim»  olub.  Amma  bir  iş  də  var  ki,  kəndin  bir 
tərəfi  özünü  «Hacı  Fərhad»  nəsli  hesab  edib.  O  biri 
tərəfin  tayfasına  da  «Hacı  Göyüşlülər»  deyərdilər. 
Salatın Əhmədli                    
 
 
42
Xeyir-şər  bir  olub,  adamlar  bir-birinə  can  deyib,  can 
eşidiblər.  Amma  Hacı  Göyüşlülərdən  bir  kimsə 
tayfasının  tərəfini  Hacı  Fərhadlılara  verməyib.  Eləcə 
də Hacı Fərhadlılar. 
Eşitdiyimə görə, bu iki tayfa arasında əvvəllər bir 
ədavət,  kin  olmasa  da,  gizlin  bir  rəqabət  olub.  Hacı 
Fərhad  həmişə  çalışıb  ki,  qoyun  sürülərini,  at 
ilxılarını,  dəvələrinin  sayını  Hacı  Göyüşün  varidatın-
dan artıq eləsin. Hacı Göyüş də onun kimi. 
Bir  gün  səs  çıxıb  ki,  Fərhad  Həccə  gedir.  Göyüş 
də  tez-tələsik  varından,  dövlətindən  bazara  töküb-
vəzndən  yüngülə  çevirib.  O  tay  Ərdəmli  ilə  bu  tay 
Ərdəmlinin başçıları elə birlikdə Həcc yoluna çıxıblar. 
Deyirlər  ki, o  vaxtlar  Həccə  neçə aya  gedib-gələrmiş-
lər.  Həcdən  də  qayıdanda  o  tay  Ərdəmli  ilə  bu  tay 
Ərdəmli  hərəsi  öz  ağsaqqalının  yanına  mübarəkbad-
lığa  getmək  istəyib.  Amma  Hacı  Fərhad  və  Hacı 
Göyüş-hər  ikisi  camaata  deyib  ki,  kəndin  ortasındakı 
böyük çinarın kölgəliyinə  yığışsınlar. Bəli, camaat  yı-
ğışır, el-oba tökülüb gəlir, hər iki tərəfin mal-dövlətin-
dən  ayrılan  cöngələr  kəsilir,  erkəklər  boğazlanır, 
qazanlar qaynayır, ocaqdakı kabablar közərir…  


Salatın Əhmədli                    
 
 
43
Bu  kəndin  keçmişindən  o  qədər  maraqlı  əhvalat-
lar eşitmişəm ki... 
Hər  dəfə  kəndə  gedəndə  kənddəki  qocaların 
sırasını  seyrəlmiş  görürəm.  Ötən  yaz  başı  da  kəndə 
gedən kimi Aqil kişini soruşdum. Dedilər ki, yaxşıdır, 
bir  az  düşüb,  amma  huşu-başı  yerindədir.  Hər  axşam 
tərəfi  Şennik  təpəsinin  üstünə  çıxır,  saatlarla  elə  o 
təpədə  əyləşib  üzü  kəndə  tərəf  baxır.  Qocalardan  da 
dizlərində  kiridarı  olanlar  onun  yanına  qalxırlar,  söz-
söhbət  uzanır,  lap  görürsən  ki,  axşamdan  bir  xeyli 
keçənəcən tənbəkiləri közərir. 
 Səbirsizliklə axşam tərəfini gözlədim. Hə, budur, 
gördüm  Aqil  kişi  çəliyini  özünə  dayaq  eləyə-eləyə 
təpəni  qalxır.  Dincəlmişdim,  yorğunluğum  da  çıxmış-
dı.  Özümü  verdim  Aqil  kişinin  yanına.  Diklən  ki, 
diklənəsən. 
-Hə,  a  bala,  gəl.-  Aqil  kişi  məni  aralıdan  görcək 
dilləndi.-  Şəhər  səni  yorub  əldən  salıb.  Bir  təpə  nədir 
ki, onu belə nəfəsi kəsilmiş qalxırsan.  
Bir  az  təngənəfəs  olmuşdum.  Kişi  də  bunu  hiss 
edirdi.  Bəlkə,  rəngim  də  avazımışdı.  Azacıq  aralıda 
dayandım  ki,  nəfəs alım, özümə  gəlim.  Kişi  yüngülcə 
çəliyini  özünə  dayaq  verib  qalxdı.  Hiss  etdim  ki,  qa-
Salatın Əhmədli                    
 
 
44
bağıma  yerimək  istəyir.  Tez  yaxınlaşıb  əl  verdim. 
Görüşdük, kişi məni sinəsinə sıxdı. Mənə elə gəldi ki, 
kişinin  bədəninin  qoxusu  elə  bu  dağların  çiçəyinin, 
gülünün,  otunun-əncərinin  qoxusudur.  Hər  nə  cür 
qoxu  idisə,  az  qala  adamı  bihuş  edirdi.  Təzə  yığılmış 
kəklikotu çiçəyinin ətrini duydum.  
- Gəl bala, gəl, söykən bu daşa.  
Özü  də  əvvəlcə  sağ  dizini  yerə  qoydu,  yanı  üstə 
dirsəkləndi. Mən də onunla qabaq-qənşər əyləşdim:   
- Hə, baba, şükürlər olsun, səni qıvraq görürəm.  
-  Yox,  ay  bala,  zamanın  yükü  ağırdı.  Get-gedə 
çiyinlərimdən basır.  
- Əşi, elə demə, nə yaşın var ki,.. -kişiyə təskinlik 
vermək istədim.  
- Doğru deyirsən, nə yaşım var ki, hələ yüzə iki il 
qalır.  Mən  anadan  olandan  bəri  neçə  padşah  dəyişib. 
Elə üç padşah görmüşəm-rus padşahı.  
-  Görmüsən  deyəndə  ki...-  kişi  sözümü  kəsdi. 
Gözlərini  bir  noqtəyə  dikdi,    xəyala  daldı.  Mən  də 
sükütü pozmadım. Handan-hana özü diləndi:  
- Yox, rus padşahının özü ilə mənim nə görüşüm 
olacaq  ki?!  O  vaxtlar  bu  yerlərin  danışığı  gedirdi. 
Ermənilər  yığışıb  padşahın  yanına  xahişə,  minnətə 


Salatın Əhmədli                    
 
 
45
getdilər  ki,  bu  yerləri  onların  hökumətinə  versinlər. 
Onda  mən  uşaq  idim.  Amma  ağlım  da  kəsirdi.  Atam 
danışırdı ki, Hacı Fərhada, Hacı Göyüşə ha elədim ki, 
siz  də  mal-pul  qoyun,  xərc  yığın,  lap  elə  kasıb-kusub 
da əl yetirər, bizdən də bir adam padşahın yanına get-
sin.  Bu  tərəf  Göyçədə  adlı-sanlı,  savadlı  adamlar  var, 
neçə  dil  bilənlər  var.  Bizim  Gəncəbasarda  da 
hökumətə  yol  tapanlar  az  deyil.  Atam  deyirdi  ki,  bir 
axsaq  toğludan  da  keçmədilər.  Kim  bu  yerləri  bizdən 
ala bilər,-dedilər. Bura bizim dədə-baba torpaqlarımız-
dır. Bu kəndin qəbiristanlığında neçə Fərhad, neçə Gö-
yüş yatır.  
-  Bəs  axırı  nə  oldu,  baba?  -  hövsələmi  basa 
bilməyib Aqil kişidən soruşdum. 
-  Nə  olacaq,  bu  torpaqları  alıb  ermənilərə 
verdilər.  Bizə  də  dedilər  ki,  sizi  burdan  çıxaran  yox-
dur,  yaşayın,  mal-dövlətinizi  saxlayın.  Narazılıq  edə-
nin,  əlinə  güllə  görütüb  sözünü  demək  istəyənin  də 
ağzını  boza  verdilər,  ipə-sapa  yatmayanı  da  Sibirə 
göndərdilər.  
-  Bəs…  -  yenə  nə  isə  kişidən  soruşmaq  istədim. 
Elə  bil  ki,  sözüm  ağzımdan  qurtarmışdı.  Soruşacağı-
mın da nə olacağını bilmirdim. Amma bu da Aqil kiş-
Salatın Əhmədli                    
 
 
46
idir  ha…  gözlərimdən  oxuyurdu  mənim  nigarançı-
lığımı.  
- Narahat olma, bilirəm, deyəcəksən ki, axırı necə 
qurtardı. Axırı budur ey, gördüyün kimi. 
Kişi  əlini  Ərdəmlinin  orta  göbəyinə  tərəf  uzadıb 
çinardan yuxarı o tay-bu tay üzbəyz tağları - qapı yeri, 
pəncərə  yeri  qalmış  ikimərtəbəli  xaraba  evləri 
göstərdi. Bu tay  xaraba ev  Hacı  Fərhadındır. Təpədən 
bizə  yaxın  olan  xarabaya  kənd  arasında  eşitmişdim 
«Hacı  Fərhad  evi»  deyirdilər.  Elə  bizim  əyləşdiyimiz 
təpə ilə üzbəüz o taydakı xaraba da «Hacı Göyüş evi» 
adlanırdı.  
- Aqil əmi, - deyəsən, səsim təhərindən çıxmışdı. 
Özümdən  asılı  olmayaraq  həyəcandan  idi,  ya  intiza-
rımdan  idi,  deyə  bilmərəm,  hündürdən  dilləndim:  - 
Bəs onların  nəsil-kökündən kim  var kənddə? Mən axı 
bir kimsəni tanımıram.  
Kişi  səsimdən  səksənən  kimi  olmuşdu.  Amma 
gördüm ki, gülümsündü: 
-  Qocalığıma  baxma,  oğul,  hələ  ki,  yaxşı  eşidi-
rəm. Həmin o gördüyün xarabaların yiyəsindən zəma-
nəmizə bir züryət də gəlib çatmadı.  
- Niyə? 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə