KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə9/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   5   6   7   8   9   10   11   12   ...   56

Salatın Əhmədli                    
 
 
47
-  Niyəsini  soruşmasan  yaxşıdı.  Heç  nə,  bir-birini 
didməkdən… 
- Demək,  bir-birinin axırına çıxıblar…  
-  Hə,  bala,  didişmə  pis  şeydir.  Qisas  dalınca  qa-
çarsan,  kin-küdurət  içini  yeyər,  düşmən  də  üstünə 
ayaq alar.  
Hacı  Göyüşün  oğlu  İldırım  Hacı  Fərhadın  qızını 
gözaltı eləmişdi. İnsafən, tayfalar arasındakı soyuqluq 
Həcc  mərasimindən  sonra  bir  qədər  səngimişdi.  İndi 
də  qohumluq  olacaqdı.  Elçilər  də  yaxşı  qarşılandı, 
Gülyanağı  dəbdəbə  ilə,  Göyçə  aşıqlarının  sazı,  zurna-
balabanı  ilə  Hacı  Göyüşün  evinə  gəlin  köçürdülər. 
Dalbadal  beş  qızı  oldu.  Amma  Hacı  Göyüşün 
mısmırığı  yerlə  gedirdi;  gəlinindən  oğul  nəvəsi 
olmadığına görə. Söz-söhbət, narazılıq o yerə çatdı ki, 
İldırıma  qonşu  kənddən  Həsənağanın  qızını  aldılar. 
Hacı Fərhad da acığa düşdü. Qızını çəkib evinə apardı. 
Uşaqlar da qaldı başsız. Elə bil Allah da bəla göndərdi 
həmin ili. Çiçək xəstəliyi yayıldı. Kənddən neçə uşağı 
daşıyıb  bu  təpənin  aşağısındakı  güclə  izi  qalan- 
diqqətlə  baxsan  baş  daşlarını  görərsən-qəbiristanlıqda 
torpağa  tapşırdılar.  Sonra  erməni-müsəlman  davası 
başladı.  Hacı  Göyüş  də,  Hacı  Fərhad  da  bu  vaxt  artıq 
Salatın Əhmədli                    
 
 
48
dünyalarını  dəyişmişdilər.  Hacı  Fərhadın  nəvəsi 
Fərhad  kəndin  cavanlarını  başına  yığıb  düşmən 
qabağına  çıxdı.  İldırımın  da  atlıları  vardı.  Amma 
İldırım  özünə  sığışdırmırdı  ki,  Fərhadın  dəstəsinə 
qoşulsun.  
-  Əşi,  o,  dünənin  uşağıdır,  o  gəlsin  mənə  qoşul-
sun. 
Ermənilər  də  ki,  biclikdə,  hiyləgərlikdə  tayı-
bərabəri  olmayan  adamlardılar.  İldırımın  atını,  malını 
oğurlayıb  şayiə  yaydılar  ki,  bəs,  bu,  Fərhadın  işidir. 
Düşmən  qaldı  bir  tərəfdə.  Ən  birinci  bu  evlərin 
tifaqına zərbə o illərdə dəydi. Ermənilər top gülləsi ilə 
evlərin ikisini də vurdular. Oğul-uşaq tələfatı olmadısa 
da,  evlər  zədələndi.  Yenə  ara  sakitləşdi,  yenə  böyük-
kiçik  işə  qarışdı.  Təzə  hökumət  ermənilərin  ağız-bur-
nunu bir  yerə  yığdı. Doğrudur,  həmişə  hökumət onlar 
deyəni  deyirdi.  Axı  hökmət  daha  onlarınkı  idi.  Tor-
paqlar ermənilərin ixtiyarına keçmişdi. Şura hökuməti 
bərk  qadağa  qoydu.  Hacılardan  qalan  var-dövləti  də 
müsadirə elədilər. Az qala Hacı Fərhadın da, Hacı Gö-
yüşün də nəslini Qazaxıstana sürgün edəcəkdilər. Tor-
paqlarını, var-dövlətlərini verib canlarını qurtardılar.  


Salatın Əhmədli                    
 
 
49
…Kolxoz  quruldu.  Cavanlar  bir-birinə  qarışdı. 
Köhnə  haqq-hesablar  yaddan  çıxmaqda  idi.  Yəqin  bu 
da qəzanın işidir. Tanrının yazdığından qırağa çıxmaq 
olmaz.  İldırımın  Göyüş  adlı  oğlu  böyümüşdü. 
Fərhadın  da  gözəl-göyçək,  çinar  boylu  bir  qızı  vardı. 
Adına Gülbəniz deyərdilər. Elə doğrudan da, gül kimi 
bənizi vardı. Çoxları elçi düşmüşdü Gülbənizə. Amma 
heç kimə dil vermirdi. Deyəsən, könlü Göyüşdə idi. 
… Aqil kişi danışdıqca mənim yaşımdan o tərəfə 
baş vermiş  hadisələr  gözlərimin qabağında canlanırdı. 
Od-alov  parçası  oğullar,  bu  yerlərin  bulaq  suyu  kimi 
dumduru  gözəllər  xəyalımda  mənimlə  üzbəüz  olurdu. 
Elə  bil  şirin  bir  nağıl  dinləyirdim.  Əlbəttə,  dərdi, 
kədəri, ağrısı-acısı olan bir nağıl. Onsuz nağılın dərdli-
si də elə şirin olur. Dinmirdim, sakit-sakit kişini dinlə-
yirdim. Handan-hana hiss etdim ki, kişi daha danışmır. 
Nağılın  burda  qırılmağını  istəmirdim  axı.  Allaha 
yalvarırdım  ki,  Aqil  dayı  desin  ki,  Gülbənizi  Göyüşə 
verdilər. Düşünürdüm ki, bu iki gəncin evlənməyi axır 
ki, iki böyük nəslin – həm də elə kəndin üstünə xeyir-
bərəkət  gətirər.  İnsanların  üzü  gülər,  bir-birinə  salam 
verəndə çəkinməzlər. Axı mən nağılın bu hissəsini elə 
bu  günün  özü  kimi  görürdüm.  Handan-hana  Ağıl  kişi 
Salatın Əhmədli                    
 
 
50
dilləndi. Elə bil mənim ürəyimi oxuyurdu: - Yox bala, 
vermədilər, - dedi.  
Təəssüfümü  gözlərimdən  görən  Ağıl  kişi  əlini 
göyə qaldırdı:  
-  Onun  bildiyi  yaxşıdır.  Amma  gərək  insanlar  da 
Tanrının  istəyinə  qarşı  çıxmasınlar.  Axı  bir-birini 
istəyən  iki  gəncin  sevgisinə  qarşı  durmaq  günahdır. 
Kimsənin daşıya bilməyəcəyi bir günah. 
-  Mənim  itim  küçük  balalayıb.  Yetmiş  yeddi 
küçüyüm  də  olsaydı  onun  birini  Göyüşə  verməzdim. 
Onların  qeyrəti  olsa,  başlarında  gəzdirdikləri  papaq-
dırsa,  gərək  mənim  qızımın  adını  tutmayaydılar.-
Fərhad açıq-aşkar keçmişi unutmadığını, kin-küdurəti, 
qəzəbi  içində  yaşatdığını  gizlətmədi.  Söz  Göyüşə 
çatdı.  Sözü  aparıb-gətirən  Fərhadın  qonşusu  Əhməd 
kişi  idi.  Əhməd  Fərhadgilin  tayfasından  idi.  Amma 
Göyüşgil  tərəfə  də  çox  gedib-gəlirdi.  Göyüş  Əhmədi 
bir də yanına çağırdı: 
 -  Nə  olar,  qızı  vermir,  verməsin,  amma  küçüyü 
alarıq.-Cibindən  bir  topa  pul  çıxarıb  Əhmədin 
qoltuğuna soxdu.  
Əhməd  ömründə  bu  qədər  pul  görməmişdi, 
vahimələndi: 


Salatın Əhmədli                    
 
 
51
-Yox,  yox,  a  bala,  mən  bu  qədər  pulu  götürə 
bilmərəm. 
-  A  kişi,  niyə  götürmürsən,  götür  pulu,  -  Göyüş 
qətiyyətlə  dedi:  -  Çəpər  qonşusu  deyilsiniz?  Küçüyün 
birini gətir mənə.  
Əhməd  yarıkönül  razılaşdı.  Qıyıq  gözlərinin 
altından  Göyüşə  baxıb  düşündü:  -  Əh,  bir  küçükdən 
ötrü dünya dağılmayacaq ki?.. 
Gecədən  keçmiş  hasarı  aşıb  təzəcə  balalamış 
qancığa  tərəf  yeridi.  Xırda-xırda  doğranmış  sümüklü 
əti bir-birindən aralı it damının yanına atdı. Qancıq da 
Əhmədi  tanıdı.  Bir-iki  ağız  hürəndən  sonra  sakitləşib 
sümükləri  gəmirməyə  başladı.  Küçüklər  Əhmədin 
yanında  dövrələndilər.  Küçüyün  birini  qoltuğuna 
basdı.  Fərhad  içəridə  yatmışdı.  Həyətdəki  hənirtini 
duyub,  pəncərədən  bayıra  baxdı.  Bir  qaraltının  çəpər-
dən uzaqlaşdığını hiss etdi. Amma ha baxdısa, bir şey 
anlamadı. Geriyə qayıdıb yerinə uzandı.  
Əhməd  səhər  tezdən  artıq  öz  həyətində  idi. 
Fərhad  bayıra  çıxmışdı.  Qancıq  həyətdə  arxası  üstə 
uzanıb  küçüklərini  yemləyirdi.  Birdən  Fərhadın  gözü 
aldı  ki,  küçüyün  biri  yoxdur.  Qayıdıb  təkrar-təkrar 
saydı  –  biri  yox  idi.  Qan  beyninə  vurdu.  Gözünün 
Salatın Əhmədli                    
 
 
52
qabağında  gecədəki  mənzərə  canlandı.  Bəli,  bu, 
Əhməd  imiş,  küçüyün  birini  aparıb.  Yadına  düşdü  ki, 
Göyüş camaat içində deyibmiş ki, neylək, qızı vermir, 
elə  küçüyü  alaram.  Tez  içəri  qayıdıb  ov  tüfəngini 
götürür.  Çəpərə  yaxınlaşıb:  Əhməd,  Əhməd,  çağırdı. 
Fərhadın  boğuq  səsindən  Əhmədin  canına  vicvicə 
düşdü,  qıçları  əsdi.  Anasının,  arvadının,  uşaqlarının 
qabağında  titrəməyə  başladı.  Anası  Əhmədin  üzünə 
baxıb:  
-  A  bala,  nə  olub  sənə,  rəngin  niyə  qaçıb?  – 
soruşdu. 
Əhməd  anasının  sualından  sonra  qeyrətinə 
bürünüb  həyətə  çıxdı.  Çıxmağı  ilə  qoşalülənin    açıl-
mağı bir oldu, Əhməd yerə yıxıldı. Heç günorta olma-
mış  milislər  Fərhadı  qabaqlarına  qatıb  rayon 
mərkəzinə  apardılar.  Sonra  dava  başladı.  Göyüşü 
müharibəyə  –  İkinci  Cahan  savaşına  yola  saldıq.  Heç 
üç ay keçməmiş qara kağızı gəldi.  
-  Gülbəniz  necə  oldu,  əmi?  –  Yenə  Aqil  dayının 
səssiz sükutunu mən pozdum. 
- Atasından–Göyüşdən sonra Gülbəniz yaşamadı, 
saralıb-soldu. Dedilər vərəmdi. Apardılar Gəncə xəstə-
xanasına.  Orada  keçinmişdi.  Heç  adam  da  tapılmadı 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə