KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə28/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   24   25   26   27   28   29   30   31   ...   56

Salatın Əhmədli                    
 
 
159 
necə sevginamə oxuduğunu da eşitdi.  Taleh Südabəni 
görmürdü. Ona: 
-  Mənim  göyərçinim,  mənim  quşcuğazım,  yenə 
üçmaq istəyirsən? 
 Bu  şirin  sözlərdən  xoşlanan  qız  da  tez  cavab 
verdi: 
- Hə, hə. 
- Haralara?  
- O yerlərə ki, orada bizdən yuxarıda heç kim ol-
masın. 
Südabə  eşitdiyi  bu  söhbətin  üstünü  vurmadı. 
Amma  elə  bil  ki,  içində  nəsə  qırıldı.  Bir  anda  beli 
büküldü. Südabə illərdən bəri qoruduğu qürurunu bül-
lur bir qab kimi daşların üstündə çiliklənmiş gördü.  
Həmin zəngdən sonra Taleh  iki  həftə evə  gəlmə-
di. Gələndə də ağızucu xaricdə olduğunu, iş üçün yeni 
müqavilə bağlamağa getdiyini dedi. Südabə artıq onun 
sözlərinə  inanmırdı.  İçindəki  qəzəbi  boğa  bilməsə  də, 
birtəhər  dodaqlarını  dişi  ilə  gəmirə-gəmirə  dayandı. 
Taleh onun qəzəbini açıq-aşkar hiss elədi.  
- Nə olub, niyə bozarmısan?  
- Hələ bir soruşursan da?.. 
- Sənə aid olmayan işlərə qarışma! 
Salatın Əhmədli                    
 
 
160 
- Necə yəni mənə aid olmayan işlərə qarışmayım? 
Həyatım  gözün  görə-görə  cəhənnəm  əzabına  çevrilir. 
Bu, məni narahat eləməsin?  
-  Nə  cəhənnəm  əzabı,  hansı  cəhənnəm  əzabı?  - 
Taleh  sözləri  tərs  şillə  kimi  Südabənin  üzünə  çırpdı. 
Sonra da qəti qərarını bildirirmiş kimi: 
- Bəlkə, nəyinsə çatmır, deyəsən billəm, - dedi. 
- Nəyin çatmadığını yaxşı bilirsən.  
Bəlkə də, bu söhbət  uzanacaqdı, axırının da necə 
qurtaracağını  heç  kim  deyə  bilməzdi.  Amma  bu  vaxt 
zəng  gəldi.  Taleh  telefonu  götürüb  bir  tərəfə  çəkildi. 
O,  kiminləsə  danışırdı.  Ancaq  onun  dediklərini  Süda-
bə eşitmirdi.  
-  Gələrəm,  darıxma.  –  Bu,  Talehin  telefondakı 
axırıncı  danışığı  idi.  Dönüb  mehribanlıqla  Südabənin 
üzünə  baxdı.  Bu  baxışda  Südabə  gəncliyinin,  həyatı-
nın  gözəl  çağlarını  gördü.  Əri  ilə  sərt  danışığından 
peşman oldu. 
Taleh  yaxına gəldi. – Yaxşı, bir çay gətir, həmi-
şəki çayından, ətirli olsun, - dedi və stul çəkib eyvanda 
uzun masanın arxasında oturdu.  
Südabə  ərinə  gətirdiyi  çayı,  konfeti,  mürəbbəni 
yan-yana  düzdü.  Kənara  çəkilər-çəkilməz  bir  də  qoy-


Salatın Əhmədli                    
 
 
161 
duqlarına  əl  gəzdirdi.  Elə  bil  ki,  bir  rəssam  çəkdiyi 
şəkil  üzərində  işləyirdi.  Onu  daha  canlı,  daha  cazibə-
dar  eləmək  üçün.  Yaxşı  rəsm  əsəri  kənardan  baxanda 
məlum  olur.  İndi  Südabənin  bütün  əsəb  və  gərginliyi 
aradan  qaldıran  ərinin  mehribanlığından  artıq  heç  nə 
yox idi. Taleh isə nağıllarda deyildiyi kimi, hiylə niqa-
bını üzünə çəkmişdi.  
- Sən  Südabə,  mən  Taleh, sən süd kimi ağappaq, 
mən da taleyimizin sahibi.  
- Yox, Taleh, elə demə. Taleyimizin sahibi Tanrı-
dır, O, hər şeyi biləndir. 
Taleh  bir  qədər  tutuldu.  Sanki  ona  elə  gəldi  ki, 
qadın onun qəlbini  oxuyur. Amma  yenə özünü  o  yerə 
qoymadı. Südabə də daha söhbəti dərinləşdirmədi. 
Bağın  baş  tərəfindən  –  eyvana  yaxın  tərəfdə  iri 
əncir  ağacı  vardı.  Meyvələr  gəl-gəl  deyirdi.  Göbəyin-
dən  balı  süzülən  iri,  saralmış  Abşeron  əncirinin 
yeyilməli  vaxtı  idi.  İstidən dənizə tərəf sıxlaşmış bür-
kü üfüqü görünməz eləmişdi.  
– Gör əncirlərimiz necə yaxşı dəyib.  
-  Ürəyin istəyirsə, yığım gətirim.  
- Yığ gətir, birlikdə dadına baxarıq. 
Salatın Əhmədli                    
 
 
162 
Aradakı  gərginliyi  Talehin  bu  sözləri  tamam 
götürdü.  Südabə  dərin  bir  nimçə  götürüb  bağa  düşdü. 
Əncirin altında elə bil təndir qalanmışdı. Bərk isti idi. 
Boyu çatan qədər budaqlardakı əncirləri bir-bir nimçə-
yə  yığdı.  Bir  qədər  əli  çətin  çatdığı  budaqda  daha  iri 
əncirlər  vardı.  Nimçəni  daşın  üstünə  qoyub  əncirə 
baxdı.  Bir  əli  ilə  budağı  əyib  şirəyə  dolmuş  əncirləri 
qoparmağa  başladı.  Gözü  budağın  haçasına  sataşdı. 
Elə  haçanın  üçtündə  yerini  rahatlayıb  qıvrılmış  gür-
zəni gördü. Budağı tez əlindən buraxdı. Budağın silkə-
lənməsilə  gürzə  hərəkətə  gəldi.  Ağzını  açıb  çox  da 
kənarda olmayan Südabənin düz sinəsinə tərəf atıldı.  
İlanın  dişləri  Südabənin  buxağından  bir  az  aşağı, 
döşlərindən  isə  bir  az  yuxarı  –  açıq  yerə  sancılmışdı. 
Südabə  qışqırıb  geri  atıldı.  Elə  bil  ki,  ilanın  ağzı  ilə 
onun  üstünə  gəlmiş  ölümdən  qaçdı.  Ancaq  qaça 
bildimi? 
Taleh səsə pillələri sürətlə düşdü.  
Əncirin  altında  Südabə  geri  sıçrayarkən  bayaqkı 
iri daşa  ilişib  yıxılmışdı. Nimçədəki əncirlər də ətrafa 
dağılmışdı.  Südabənin  sinəsindəki  ilan  dişlərinin 
yerində 
qanqarışıq 
göyümtül-sarı 
maye 
vardı. 
Gürzənin zəhəri sürətlə işləmişdi. Südabənin dodaqları 


Salatın Əhmədli                    
 
 
163 
quruyub  qaralmaqda  idi.  Bədəni  xallanırdı.  O,  ağzını 
açıb  nəsə  danışmaq  istəyirdi,  nəsə  demək  istəyirdi. 
Ancaq deyə bilmirdi. Taleh onun başını qolları arasına 
alsaydı, nəsə soruşsaydı o, bəlkə, bir söz deyə bilərdi. 
Amma  ilanın zəhərindən çox,  Talehin soyuq baxışları 
Südabəni  soyutmuş,  dilini  bağlamışdı.  Talehin 
nəzərləri ilanın sancdığı yerə ilişib qalmışdı. Heç arva-
dının  gözlərinə  da  baxmaq  istəmirdi.  Südabə  bayaq 
ilanın ağzından çıxıb üstünə gələn ölümü indi Talehin 
gözlərindən  oxudu.  Ölüm  artıq  ərinin  gözlərindən 
onun üstünə yeriyirdi. 
Hələ Südabənin düşüncəsi tamam dayanmamışdı. 
Nənəsinin  sözlərini  yada  saldı:  «Ərin  üzü  dönüncə, 
atın  yəhəri  dönsün».  Südabə  hər  şeyi  anladı.  Dönük 
üz, nifrətlə baxan gözlər hər şeyi aydın deyirdi. 
Taleh həmin anlarda tamam başqa şey düşünürdü. 
Nə  onu,  nə  də  sevgilisini    –  İlanəni  bundan  sonra  qı-
nayan  olmayacaqdı.  Bir  dul  kişinin  evlənməyinə  kim 
pis baxar ki?!...  
Talehin ömür kitabı təzədən açılırdı. İlanə ilə im-
kan  düşən  kimi  məşhur  kurort  yerlərinə  istirahətə  ge-
dir,  gününü  xoş  keçirməyə  çalışırdı.  …Amma  get-
gedə  o  da  hiss  edirdi  ki,  İlanə  daha  əvvəlki  kimi  ona 
Salatın Əhmədli                    
 
 
164 
bağlı  deyil.  Zaman  Talehin  saçlarını  ağartmış,  üzünə 
də  qırışlar  gətirmişdi.  Hələ  hündür  boyu  da  bir  qədər 
balacalaşmış kimi idi.  
- Adın necə gözəldir.  
-  Hə,  bu  adı  mənə  nənəm  qoyub.  Mən  anadan 
olanda həyətdə bir ilan görüblər.  
- Elə özün də ilana bənzəyirsən.  
-  Bəs  sənin  adını  kim  qoyub?  Adının  mənasını 
bilirsən? 
-  Kimin  qoyduğunu  bilmirəm,  amma  deyirlər  ki, 
mənim adımın pis mənası var. 
- Necə yəni pis mənası var?  
-  Hə  də,  «Saleh»  adının  mənası  pak,  təmiz 
deməkdir. Taleh isə onun əksidir. 
- Nə yaxşı adını dəyişməmisən? 
-  Sonralar    bunu  biləndə  dəyişmək  istədim.  Bir 
qədər çətin olduğundan arxasınca getmədim. Bir də ki, 
adı dəyişməklə nə dəyişir ki?! 
İlanə  heç  nə  deməsə  də  düşündü:  «düz  deyirsən, 
adı  dəyişməklə  heç  nə  dəyişmir.  Daha  sənin  vaxtın 
keçib». 
İlanənin  heç  nə  demədiyini  görən  Taleh  onun 
gözlərinə  baxdı.  Qız  gözlərini  qaçırdı.  Bu  hal  Talehi 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə