Korrupsiyaya qarşı mübarizədə hökumət-vətəndaş əməkdaşlığı, ictimai



Yüklə 340,43 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix20.02.2018
ölçüsü340,43 Kb.
#27238
1   ...   4   5   6   7   8   9   10   11   12

 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



35 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

bütün  məlumatların  ictimailəşdirilməsi  qurumların  vəzifə  borcu  olaraq  müəyyən  edilir. 



Bəzi hallarda isə milli təhlükəsizlik adı altında hökumətlərin öz maraqlarını da müdafiə 

edəcək istisnalar müəyyən etməklə ictimai hesabatlılığı əngəlləyir. Məsələn İndoneziya, 

Sinqapur və Malaziya qanunvericiliyində bu kimi istisnalara daha çox rast gəlinməkdə. 

 

 



 


 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



36 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

Nəticə və tövsiyyələr 



Nəticə 

Korrupsiyasız  idarəetmə  günümüzdə  demokratik  cəmiyyətlərin  ümdə  problemlərindən  olmaqla 

bu istiqamətdə mübarizə ən müxtəlif formalarda davam etdirilir. Həmçinin araşdırmalar göstərir 

ki, korrupsiya və rüşvətxorluq halları əslində ən qədim cəmiyyətlərdə belə özünə yer tapıb və bu 

günədək tarixin inkişaf formasiyalarından asılı olmayaraq daim təkmilləşib. Başqa sözlə ictimai 

əmlakın mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui istifadə və qanunların işləksiz vəziyyətə 

salınması  halları  insan  cəmiyyətinin  özü  qədər  dərin  tarixi  köklərə  malik  olmaqla  haqlı  olaraq 

dövrümümzün  prioritet  probleminə  çevrilir.  Təbii  ki,  gənc  dövlət  olan  Azərbaycanda  da 

korrupsiya,  rüşvətxorluq  halları  və  buna  qarşı  müxtəlif  səviyyələrdə  mübarizə  mövcuddur. 

Tədqiqatın  əsas  məqsədlərindən  biri  məhz  bu  mübarizədə  vətəndaşlarla  əməkdaşlığın  təmin 

edilməsi, ictimai iştirakçılığın təşviqi və mövcud problemlərin aradan qaldırılması istiqamətində 

hökumət-vətəndaş  dialoqunun  inkişaf  etdirilməsidir.  Digər  tərəfdən  beynəlxalq  təcrübənin 

öyrənilməsi  informasiya  azadlığı  haqqında  qanunun  da  korrupsiyaya  qarşı  mübarizədə  aparıcı 

alətlərdən  biri  olduğunu  deməyə  əsas  verir.  Çünki,  ictimai  nəzarət  hökumətin  ictimai 

hesabatlılığı olmadan mümkün deyil.  

Tədqiqatın nəticələrini aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür: 

-

 

Tarixin ilk çağlarında belə cəmiyyət korrupsiya və rüşvətxorluqdan əziyyət çəkib; 



-

 

Həmçinin, korrupsiya ilə mübarizə tarixin erkən dövrlərdən başlayıb; 



-

 

Dünyanın  hər  bir  ölkəsində  korrupsiya  və  rüşvətxorluq  hallarına  rast  gəlmək 



mümkündür

-

 



Korrupsiya ilə mübarizənin nəticəliliyi bu kimi halların miqyası (yayılması) ilə ölçülür; 

-

 



Vətəndaş cəmiyyəti ilə əməkdaşlıq olmadan korrupsiya ilə mübarizədə uğur əldə etmək 

çətindir; 




 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



37 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

-



 

Korrupsiya ilə mübarizədə vətəndaş cəmiyyətinin iştirakçılığını təmin edən ölkələr daha 

səmərəli mübarizəyə nail olur 

-

 



Dövlət-vətəndaş  əməkdaşlığının  təmin  edilməsində  və  ictimai  müzakirələrin  

aparılmasında  hər  iki  tərəf  (hökumət  və  vətəndaş  cəmiyyəti)  maraqlı  olduqda  prosesi 

sürətləndirmək mümkündür; 

-

 



Korrupsiya ilə mübarizədə ictimai nəzarət informasiya azadlığı mühüm şərtlərdəndir; 

-

 



Təəssüf ki, bəzi hallarda cəmiyyəti korrupsiya kimi əməllərə sürükləyən ictimai fikirlər 

geniş yayılır; 

-

 

İctimai qınaq korrupsiya ilə mübarizədə effektiv mübarizə alətlərindən biridir; 



-

 

Korrupsiya  ilə  mübarizədə  maarifləndirmə  və  təhsil  vacib  faktorlardan  olmaqla  “adil 



vətəndaş” kimliyinin formalaşdırılımasında mühüm rol oynayır; 

Yuxarıda  sadaladıqlarımızla  yanaşı  tədqiqat  zamanı  digər  bir  mühüm  məqam  ortaya  çıxır  ki, 

hazırda inkişaf etmiş cəmiyyətlər üçün ən ciddi problem korrupsiyadır. Belə ki, demokratiyanın 

beşiyi sayılan Avropada vətəndaşların 74%-i onları daha çox narahat edən problemin korrupsiya 

olduğunu fikirləşir.  

Korrupsiyanın  kifayət  qədər  uzun  təkamül  dövrü  yaşadığını  və  bu  kimi  əməllərin  insan 

fərdiyyətçiliyi-  hərislik,  güc  əldə  etmə  həvəsi  kimi  bəşəri  hislərlə  qıdalandığını  nəzərə  aldıqda 

onunla  mübarizənin  daimiliyi  qaçılmazdır.  Lakin,  texniki  tərəqqi,  demokratik  cəmiyyətlərdə 

güclü  ictimai  nəzarətin  formalaşması,  hökumətlərin  hesabatlılığının  artırılması,  kütləvi 

informasiya  vasitələrinin  inkişafı,  informasiya  azadlığı  haqqında  qanunlar,  vətəndaşlıq 

məsuliyyəti və ictimai qınaq məmur məsuliyyətini artırır ki, nəticədə korrupsiya halları miqyası 

kiçilir və cəmiyyətin maraqları daha güclü qorunur. Buna baxmayaraq korrupsiya ilə mübarizədə 

davamlılıq öz əhəmiyyətini gələcəkdə belə itirməyəcək. 

 

 




 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



38 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

Tövsiyyələr 

Son  illər  Azərbaycanın  maliyyə  imkanlarının  sürətlə  artması  təbii  olaraq  korrupsiya  və  rüşvət 

hallarının  sayı  və  miqyasına  təsirsiz  ötüşməyib.  Məhz  bu  səbəb  korrupsiya  ilə  mübarizənin 

hökumət  qarşısında  prioritet  məsələlərdən  birinə  çevirib.  Lakin,  dünya  təcrübəsi  göstərir  ki,  

korrupsiya ilə mübarizə ictimai dəstək və hökumət-vətəndaş əməkdaşlığı olmadan effektiv deyil. 

Yəni, korrupsiya aktında vətəndaş hər iki tərəfi aktın icraçısı və zərərçəkən rolunda iştirakçıdır. 

Əlbəttə  ki,  korubsioner  məmur  özü  belə  vətəndaş  və  cəmiyyətin  üzvüdür.  Onun  zərər  verdiyi 

tərəfdə cəmiyyətdir. Beləliklə, vətəndaşların korrupsiya ilə mübarizə prosesinə cəlb edilməsi və 

korrupsiyanın  ictimai  fəsadlarının  azaldılması  üçün  aşağıda  qeyd  edilən  istiqamətlərdə  işlərin 

aparılması və yaxud intensivləşdirilməsi tövsiyə olunur.  

-

 



İnzibati idarəetmədə vətəndaş iştirakçılığının təmin edilməsi-mövcud “İctima iştirakçılıq” 

haqqında qanunun işləkliyini təmin etməklə inzibati idarəetmədə vətəndaş cəmiyyətinin 

nəzarət imkanlarını artırmaq; 

-

 



Hökumətin hesabatlılığının təmini-dövlət qurumları  öz fəaliyyətlərini ictimailəşdirməklə 

məlumat  əlçatanlığının  artırmaqla  yanaşı  kənar  nəzarətə  imkan  yaradır.  Dövlət 

qurumlarının  hesabatlarının  ictimailəşdirilməsi  qanunla  məcburi  xarakter  daşımalı, 

hesabatların ictimailəşdirilməməsi halı cinayət xarakterli əməllər sırasına aid edilməlidir.  

-

 

İctimai  inamın  təmini-vətəndaş  hökumətin  korrupsiya  ilə  mübarizədə  səmimiliyinə 



inanmalı. Bunun üçün  

a)   Bu qəbildən olan cinayət işləri, istintaq prosesi və nəticələr daim ictimailəşdirilməli 

b)  Korrupsiya  ilə  əlaqədar  ərizə  və  şikayətlərə  operativ  reaksiya  verilməli  və 

gərəkdiyində  informasiya  mənbəyinin  gizliliyi  təmin  edilməlidir.  Xatırladaq  ki,  hazırkı 

qanunvericiliyə  görə  anonim  məktublar  istintaqın  başlamasına  əsas  sayıla  bilməz.  Belə 

olduqda  korrupsiya  faktı  haqqında  informasiyaya  malik  vətəndaş  müxtəlif  səbəblərdən 

adının  prosesdə  hallanmasını  istəmirsə  demək  ki,  bu  fakt  haqqında  informator  rolunda 



 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



39 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

çıxış etməyəcək. Lakin, mənbənin gizliliyi qorunduğu halda cəmiyyətdə möhkəmlənmiş 



bu kimi stereotiplər aradan qaldırıla bilər. Həmçinin korrupsiyaya qarşı fəaliyyət göstərən 

rəsmi qurumlar vətəndaşlarla daha səmərəli əməkdaşlıq yarada bilər. 



c)  Korrupsiya  faktları  iştirakçıların  kimliyindən  asılı  olmayaraq  əhatəli  şəkildə 

araşdırılmalı və ən sərt şəkildə cəzalandırılmalıdır. Əks halda bu qəbildən olan cinayət 

prosesləri  cəmiyyətdə  depressiyaya  səbəb  olur  və  vətəndaşlarda  mübarizənin 

səmimiliyinə inam itir. 



d)  Korrupsiyaya  qarşı  mübarizənin  rəsmi  təmsilçilərinin  həyat  tərzi,  yaşayış  şərtləri, 

gəlirləri  haqqında  mütəmadi  olaraq  hesabatlarının  ictimailəşdirilməsi  bu  qurumların 

vətəndaşlarla əməkdaşlığına həm mənəvi və həmdə praktiki baxımdan dəstək vermiş olar 

-Korrupsiyalaşmış 

hökumət  yox,  korrupsiya  ilə  məşğul  olan  məmur  anlayışının 

formalaşdırılması-  Korrupsiya  əməli  qurumlardan  və  miqyasından  asılı  olmayaraq 

ictimailəşdirilərsə,  bu  istiqamətdə  sərt  cəza  mexanizmləri  tətbiq  edilərsə  faktlar  dövləti  deyil 

şəxsi  günahlar  kateqoriyasına  daxil  edilər  ki,  bu  da  hökumətin  məsuliyyətini  azaldır.  Lakin, 

faktlar  gizlədildiyi  və  yaxud  fərdi  yanaşma  hiss  edildiyi  halda  hökumət  korrupsiya  cinayətinin 

iştirakçısına çevrilməklə qınaq mənbəyinə çevrilir 

Maarifləndirmə və ictimai fikrin, vətəndaşlıq etikasının formalaşmasında iştirak

           a)    Beynəlxalq  təcrübədən  yararlanmaqla  orta  və  ali  təhsil  müəssisələrində  korrupsiya, 

onun fəsadları, cinayət xarakteri və cəzalandırılması qaydaları haqqında tədris proqramları tətbiq 

etmək 

b)  Vətəndaşlar  arasında  ictimai  qınağın  formalaşdırılması  istiqamətində  təbliğatın 



gücləndirilməsi 

c) Vətəndaş hüquqlarının əks olunduğu bülletenlərin dərc edilib ölkə boyu paylanmasının 

təşkili 



 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



40 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

d)  Korrupsiya  və  rüşvətlə  əlaqədar  məhkəmə  proseslərinin  ictimailəşdirilməsi, 



vətəndaşların prosesdə birbaşa iştirakına şəraitin yaradılması 

-  Müxtəlif  steykholderlərin  iştirakının  təmin  edildiyi  monitorinq  qurumlarının  yaradılması-

beynəlxalq  praktikada  tez-tez  rastlanan  “  Hökumət-Vətəndaş  Cəmiyyəti-Media-Elmi  Tədqiqat 

İnstitutları-Özəl  sektor”  formulu  ilə  yaradılan  monitorinq  qruplarının  yaratmaqla 

qanunvericiliyin  təkmilləşdirilməsi,  dövlət  alqı-satqılarının  icrasına  kənar  nəzarətin  təmini, 

cinayət faktlarını stimullaşdıran faktorların öyrənilməsi və s. istiqamətlərdə səmərəli əməkdaşlıq 

formalaşdırmaq mümkündür. 

 

 




 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



41 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

Ədəbiyyat Siyahısı 

http://www.oecd.org/site/adboecdanti-corruptioninitiative/policyanalysis/35144038.pdf 

file:///C:/Users/user/Downloads/Anti-Corruption%20Policy%20of%20Korea.pdf 

http://www.tid.web.tr/ortak_icerik/tid.web/157.SAYI/23-

%20Kamuran%20Mustafa%20BALLI.pdf 

http://www.transparency.az/transpfiles/66az.pdf 

http://www.tepav.org.tr/upload/files/1295426395-

1.Yolsuzlukla_Mucadele_ve_Sivil_Toplum_Iliskisi_Bir_Perspektif_Denemesi.pdf 

http://transparency.az/transpfiles/zig65.pdf 

http://www.oecd.org/site/adboecdanti-corruptioninitiative/regionalseminars/35137484.pdf 

http://www.abdullahcavus.com.tr/habergoster.asp?haber_id=107 

http://www.tepav.org.tr/tur/admin/dosyabul/upload/yolsuzluk3.pdf 

http://www.business-anti-corruption.com/country-profiles/sub-saharan-africa/burkina-

faso/initiatives/public-anti-corruption-initiatives.aspx 

file:///C:/Users/user/Downloads/http---www_csd_bg-news-CAR-car_english_f_pdf.pdf 

http://www.csd.bg/files/5en.pdf 

http://www.12iacc.org/archivos/WS_8.1_SHAASKA_BEYERLE.PDF 

http://thailand.prd.go.th/view_news.php?id=7405&a=2 

 



 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



42 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

 



 

 

Document Outline

  • Korrupsiya və rüşvət: ictimai problemlərin əsası kimi
    • Nəzəri baxış
    • Antik izləri
    • Korrupsiya və rüşvətin təzahür formaları
    • Korrupsiyanın və rüşvətin fəsadları
  • Korrupsiya  və  rüşvətxorluğa  qarşı  mübarizədə  hökümət  vətəndaş əməkdaşlığı
    • Əməkdaşlığın vacibliyi
    • Korrupsiya və rüşvət- ictimai qavrama
  • Beynəlxalq təcrübə
    • Hökumət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq
  • Korrupsiya halları:  İctimai məlumatlılığın artırılması və maarifləndirici addımlar
    • İctimai nəzarət və məlumatların əlçatanlığı
  • Nəticə və tövsiyyələr
    • Nəticə
  • Ədəbiyyat Siyahısı

Yüklə 340,43 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə