Korrupsiyaya qarşı mübarizədə hökumət-vətəndaş əməkdaşlığı, ictimai



Yüklə 340,43 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix20.02.2018
ölçüsü340,43 Kb.
#27238
1   2   3   4   5   6   7   8   9   ...   12

 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 





İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

ilə mübarizədə vətəndaşlar da ən az dövlət qədər məsul olmalı, hökumət isə bu iştirakçılığa şərait 



yaratmalıdır. 

 

 




 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 





İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

Tədqiqatın əhəmiyyəti 

 

Zəngin  enerji  resursları  və  strateji  geosiyasi  mövqeyi  dünya  xəritəsinin  gənc 



dövlətlərindən  olmasına  baxmayaraq,  Azərbaycanın  maliyyə  imkanlarının  sürətlə  artmasına 

səbəb oldu.  Əgər 1992-ci ildə dövlət büdcəsinin gəlirləri 1.5 milyon manat idisə, artıq 2013-cü 

ildə,  yəni  ötən  20  il  ərzində  təxminən  13  min  dəfə  artaraq  19496  milyon  manat  olub.  Bundan 

başqa, 2013-cü ilin  yekununda Azərbaycan 50 milyard dollarlıq maliyyə ehtiyatına sahib olub. 

Təkcə ARDNF tərəfindən il ərzində 36 milyard dollarlıq vəsait idarə edilir. Təbii ki, hökumətin 

üzərində  sərəncamvermə  hüququ  olan  vəsaitlərin  (ictimai  vəsait)  sürətlə  artması  özü  ilə 

bərabərində ciddi korrupsiya riskləri də gətirir. Digər tərəfdən, ölkədə bazar münasibətlərinin və 

fərdi sahibkarlığın inkişafı yeni-yeni qanunların yaranmasına, daha fərqli  və çoxçeşidli məmur-

vətəndaş  münasibətlərinin  formalaşmasına  səbəb  olur  ki,  nəticədə  yaranmış  vəziyyətdən  sui-

istifadə  cəhdləri  çoxalır,  korrupsiya  və  rüşvət  kimi  mənfi  davranış  qaydaları  genişlənir.  Eyni 

zamanda müasir texniki imkanların genişlənməsi  sadaladığımız cinayət xarakterli fəaliyyətlərin 

icrası  imkanlarını  və  metodlarını  genişləndirir.  Nəticədə  daha  mütəşəkkil  və  şəbəkələşmiş 

korrupsiya  mexanizmləri  formalaşır.  Hazırda  hər  bir  Azərbaycan  vətəndaşı  addımbaşı  bu  kimi 

qanunsuz  əməllərlə  qarşılaşır  və  yaxud  birbaşa  iştirakçısı  olur.  Sadaladığımız  bu  səbəblər 

korrupsiya və rüşvətxorluqla mübarizədə cəmiyyət olaraq iştirakın əhəmiyyətini daha da artırır. 

Lakin yeni yaranmış ölkə kimi Azərbaycanda bu istiqamətdə araşdırmalara, müasir metodların o 

cümlədən  dünya  dövlətləri  tərəfindən  uğurla  icra  edilmiş  təcrübələrin  öyrənilməsinə  ciddi 

ehtiyac  hiss  edilməkdədir.  Korrupsiya  və  rüşvətxorluğa  qarşı  mübarizədə  hökumət-vətəndaş 

əməkdaşlığı adlı tədqiqatın da əhəmiyyəti məhz bu səbəblərdən doğur. 

 

 




 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 





İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

Korrupsiya və rüşvət: ictimai problemlərin əsası kimi 



Nəzəri baxış 

 

İlk öncə onu qeyd etmək lazımdır ki, korrupsiya və rüşvət anlayışları kifayət qədər oxşar 

olsa  da,  əslində  fərqli  mənaları  və  fəaliyyətləri  xarakterizə  edir.  Korrupsiya  sözü  latın  mənşəli 

“Corrupt” sözündən yaranıb və namussuz, fürsətçil, rüşvət almağa alışmış, pis, pozulmuş, çürük 



adam,  başdan  çıxarmaq,  rüşvət  vermək  mənalarını 

daşıyır.  Dövrümüzdə  korrupsiya  dövlət  əmlakının  və 

ictimai  vəsaitlərin  istifadəsi,  vəzifə  səlahiyyətlərinin 

icrası  zamanı vəzifəli  şəxsin  səlahiyyət  hədlərini  aşaraq 

ictimai  vəzifəsindən  özünün,  yaxud  digər  maraqlı 

tərəflərin  mənafelərinin  qorunması  məqsədi  ilə  ictimai 

maraqları  və  hüququn  aliliyini    tapdamasıdır.  Başqa 

sözlə,  korrupsiya  məmurun  ictimai  etibarı  tapdaması  və 

səlahiyyətləri  fövqündə  hərəkət  edərək  vəziyyəti  şəxsi  və  yaxud  müəyyən  qrupun  xeyrinə 

dəyişməsidir.  Təbii  ki,  bu  kimi  hallarda  qanunverici  orqan  qanunların  qəbulu  zamanı  dövlətin 

maraqlarının  əleyhinə  gedə  bilər,  icra  orqanı  mövcud  qanunvericiliyin  tələblərini  pozar, 

məhkəmə  orqanları  isə  baş  verən  qanun  pozuntularına  göz  yuma  bilər.  Yəni,  korrupsiya 

hakimiyyətin  bütün  qollarında  və  müxtəlif  variantlarda  təzahür  edir.  Ümumilikdə  isə 

“korrupsiya”  termini bürokratik aparat və siyasi elita ilə əlaqədar istifadə edilir. 



 

Göründüyü kimi, korrupsiya dedikdə yalnız vəzifədə olan şəxslərdən bəhs edilir. Sıradan 

vətəndaşın  və  yaxud  sahibkarın  törətdiyi  maddi  xarakterli  cinayətlərə  görə,  onları  korrupsioner 

adlandırmaq olmaz. Bu kimi hallar rüşvət cinayətinə aid edilir. 

Qeyd  etdiyimiz  kimi,  rüşvət  ictimai  vəzifəsi  olmayan  birinin  başqası  üçün  hər  hansı 

qanunsuz  fəaliyyəti  icra  etmək  və  yaxud  haqsız  üstünlük  təmin  etmək  üçün  aldığı  maddi  və 




Yüklə 340,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə