Korrupsiyaya qarşı mübarizədə hökumət-vətəndaş əməkdaşlığı, ictimai



Yüklə 340,43 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix20.02.2018
ölçüsü340,43 Kb.
#27238
1   2   3   4   5   6   7   8   9   ...   12

 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 





İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

qeyri-maddi  əvəzdir.    Ərəbcə  rüşvət  sözünün  kökü  “rəvş”dir  və  Azərbaycan  dilində  qarşılığı 



yalan  deyən,  tərəf  tutan,  üz  görən  kimi  anlaşılır.  Göründüyü  kimi,  həm  korrupsiya  və  həm  də 

rüşvət cəmiyyətdə müəyyən qruplarının və  yaxud fərdlərin maraqlarının digərlərinin haqlarının 

pozulması hesabına təmin edilməsidir. 

 

Korrupsiya fərdi maraqların ictimai maraqları üstələdiyi  anda təzahür edir.  

Antik izləri 

 

Korrupsiya  və  rüşvət  kimi  davranışlar  heç  də  müasir  cəmiyyətlərə  xas  olmayıb,  əslində 

bəşəriyyətin  mövcudluğu  qədər  dərin  tarixi  köklərə  malikdir.  Problemin  əsas  qaynağı  insanın 

özünü  qoruma,  fərdi  maraqlarını  düşünmə,  öz  ədalətini  yaratma    instikti  hesab  edilməlidir.  Bir 

çox hallarda şöhrətpərəstlik, maddi üstünlüklərə olan həvəs, özünüisbat  kimi  yalnış düşüncələr 

də  bu  növ  fəaliyyətləri  alovlandırır.  Beləliklə,  müasir  dövlətçiliyin  digər  neqativ  ünsürlərindən 

fərqli olaraq korrupsiya daha dərin tarixi köklərə malik olmaqla uzunmüddətli təkmilləşmə yolu 

keçib.


 

Aşağıda qeyd etdiyimiz faktlar da sübut edir ki, tarixin ilk çağlarından etibarən insanlarda 

fərdi  mənafelərini  təmin  etmək  məqsədi  ilə  korrupsiya  və  ya  rüşvət  kimi  təsvir  edilən 

davranışlara  meyil  edib  və  elə  o  dövrlərdən  etibarən  də  bu  kimi  hallarla  mübarizə  yolları 

axtarılıb. Məsələn: 

    -    6000  min  il  əvvəl  «Şümer  məktəb  günləri»  adlı  cədvəl  rüşvətə  aid  ilk  mənbələrdən  hesab 

edilməkdə; 



 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 





İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

    -    2300  il  əvvəl  Brahman  baş  naziri  qədim  Çində  rüşvət  və  korrupsiyanın  40  yolunu  sayıb.  



Çində  rüşvəti  əngəlləmək  məqsədi  ilə  məmur  maaşlarına  əlavə  olaraq  "yang-lien"  adlı  əlavə 

ödəmə edilirdi;  

    -    2700-2800  il  bundan  əvvəl  qədim  İranda  məmurların  xüsusilə  də  hakimlərin  rüşvətxorluq 

hallarının qarşısını almaq məqsədi ilə ciddi cəza tədbirlərini nəzərdə tutan qərarlar qəbul edilib

     -  Osmanlı  dövründə  xüsusilə,  16-cı  əsrin  sonlarına  qədər  məmur  rüşvətxorluğuna  qarşı  sərt 

siyasət  həyata  keçirilib.  Təsadüfi  deyil  ki,  bir  çox  mütəxəssislər  Osmanlı  imperiyasının 

zəifləməsini XVII əsrdən başlayaraq rüşvətxorluğun geniş vüsət alması ilə əlaqələndirir. 

Sonuncu faktdan da məlum olduğu kimi, korrupsiya və rüşvət sadəcə cəmiyyətin müxtəlif 

fərdlərinin  haqlarının  pozulması  və  yaxud  da  ictimai  vəsaitlərdən  səmərəsiz  istifadə  halları  ilə 

deyil,  daha  ciddi  nəticələrə,  məsələn:  dövlətçiliyin  çökməsinə,  ölkənin  dağılmasına  və  hətta 

müasir rastlaşmaları  ilə vətəndaş müharibəsinə, inqilablara da  yol aça bilir. Qırğızıstan, Misir, 

Ukrayna  kimi  ölkələrdə  baş  verən  son  inqilabların  əsas  səbəbləri  kimi  korrupsiyalaşmış 

hökumətlər hesab edilir. 

Korrupsiya və rüşvətin təzahür formaları 

 

Korrupsiya  və  rüşvət  həyatın  müxtəlif  sferalarında 

müxtəlif  formalarda  təzahür  edir.  Bu  zaman  zərər  çəkən 

tərəf  isə  birmənalı  olaraq  dövlətçilik  və  bütövlükdə 

cəmiyyətdir.  Vəziyyəti  daha  aydın  təsəvvür  etmək  məqsədi 

ilə  aşağıda  qeyd  edilən  istiqamətlərə  diqqət  etmək  faydalı 

olar.  

1)  Büdcə xərcləmələri süni şəkildə şişirdilərkən gəlirləri azaldılır və əngəllənir. 




 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



10 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

     



 Büdcə  prosesində  rast  gəlinən  korrupsiya  halları  daha  genişmiqyaslı  olması  ilə 

xarakterizə  olunur.  Bu  zaman  büdcənin  gəlirlərinə  və  xərcləmələrinə  cavabdeh  məmurlar 

tərəfindən saxta sənədləşdirmə, satınalmalar zamanı xərclərin süni şəkildə şişirdilməsi, hətta bəzi 

hallarda alınmamış xidmət və ya məhsul üzrə xərclərin həyata keçirilməsi və s kimi üsullar tətbiq 

edilərək  ictimai  vəsaitlər  korrupsiya  predmetinə  çevrilir.  Digər  tərəfdən  isə,  büdcə  gəlirləri 

müxtəlif  üsullarla  azaldılır.  Məsələn,  gömrük  orqanları  idxal  olunan  məhsulların  rəsmi 

qeydiyyatı zamanı dəyəri və miqdarı azaltmaqla faktiki olaraq büdcəyə çatacaq rüsumları azaldır 

və sonradan azaldılan məbləğin bir hissəsini rüşvət olaraq sahibkardan geri istəyir. Təəssüf ki, bu 

üsul çox geniş şəkildə tətbiq edilir. Və yaxud vergi orqanları dövlət və qeyri-dövlət sektoru üzrə 

vergi  ödəyicilərinin  qanuni  fəaliyyətində  maraqlı  olmur.  Belə  ki,  qanuni  şəkildə  fəaliyyət 

göstərən ödəyicidən qeyri-qanuni ödəniş tələb edilməsi mümkün olmur. 

2) Dövlət tenderlərində himayədarlıq və hiyləgərlik özünü büruzə verir. 

Dövlət  satınalmalarının  həyata  keçirilməsi  zamanı  tenderlərdə  iştirak  edənlərə  bərabər 

şərait  yaradılmır.  Əksər  hallarda  təcrübəsi  və  imkanları  olan,  daha  uyğun  qiymətlərlə  mal  və 

xidmətlər təklif edən iştirakçılar prosesdən məğlub çıxır. Lakin  yeni təsis edilmiş, təcrübəsi və 

etibarlılığı haqqında heç bir məlumat olmayan şirkətlər bu satınalmaların qalibi olur. Buna səbəb 

həmin  müəssisənin  gizli  danışıqlara  gedərək  ayrılan  vəsaitin  müəyyən  hissəsinin  yenidən  geri 

qaytarması  kimi  hallar  və  yaxud  yaradılan  şirkətin  satınalmanı  elan  edən  qurum  rəhbərliyinə 

yaxın olması kimi qanunsuz hallardır. 

3) İctimai vəsaitlərin səmərəsiz layihələrə yönəldilməsi halları artır. 

Korrupsiya  hallarının  geniş  yayıldığı  ölkələrdə  dövlətə-ictimaiyyətə  aid  vəsaitlər  daha 

asan  mənimsənilməsi  mümkün  olan  sahələrə,  məsələn,  tikinti  sektoruna  yönəldilir.  Xüsusilə 

dəbdəbəli layihələr icra edilir və nəticədə sərf edilən artıq vəsaitin dəyərliliyi bu dəbdəbə altında 

gizlədilir.  Digər  tərəfdən,  bu  kimi  layihələrin  icrası  zamanı  smeta  dəyərini  dəqiqləşdirmək 

imkanları məhdud olduğu üçün layihəyə sərf edilən vəsaitlərin dəqiq həcmini müəyyənləşdirmək 



Yüklə 340,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə