Korrupsiyaya qarşı mübarizədə hökumət-vətəndaş əməkdaşlığı, ictimai



Yüklə 340,43 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix20.02.2018
ölçüsü340,43 Kb.
#27238
1   2   3   4   5   6   7   8   9   ...   12

 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



11 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

çətin  olur.  Bu  kimi  təşəbbüslər  büdcə  layihəsinin  müzakirəsi  zamanı  başlayır  və 



korrupsiyalaşmış ölkələrin büdcələrində bir qayda olaraq investisiya xərcləri üstünlük təşkil edir. 

Çünki əmək haqların, sosial müavinətlərin, pensiya ödənişlərinin  ödənilməsində hazırkı elektron 

dövrdə  hər  hansı  formada  mənimsəməni  həyata  keçirmək  daha  çətin    olur.  Nəticədə  bu  kimi 

ölkələrdə ictimai vəsaitlərin sosialyönümlülük səviyyəsi daim aşağı olur.  



4) Dövlət müəssisələrinin gəlirlərində səbəbsiz azalma halları artır. 

Dövlət  sektoruna  aid  təsərrüfat  müəssisələrinin  gəlirləri  süni  şəkildə  azaldılır.  Başqa 

sözlə, bu vəsaitlər korrupsiya predmetinə çevrilir. Hətta, bir çox hallarda bütün şərtlərin müsbətə 

doğru dəyişdiyi halda müəssisənin gəlirlərində azalma baş verir ki, nəticədə itirən tərəf yenə də 

dövlət büdcəsi və cəmiyyət olur. Bu kimi hallarda korrupsiya metodu olaraq istehsal edilən mal 

və  xidmətlərin  həcmi  azaldılır,  xərclər  şişirdilir,  istehsalat  prosesi  zamanı  itkilərin  həcmi  süni 

şəkildə artırılır.  

5) Dövlət qurumları öz vəzifələrinin icrası zamanı süni əngəllər yaradır. 

Bu hal bir çox ədəbiyyatlarda rüşvətə təhrik 

kimi də təsvir edilir. Bu kimi hallarda ağır prosedur 

qaydalarının 

tətbiqi, 

prosesin 

cansıxıcılığı, 

qanunvericilikdə 

mövcud 


olan 

boşluqlardan 

istifadə,  zaman  sərfinin  çoxluğu  kimi  təzyiq 

metodlarından  istifadə  edərək  vətəndaş  rüşvətə 

təhrik edilir. Digər tərəfdən isə, vətəndaş məmur münasibətləri əngəllənir və vətəndaşların ərizə 

və şikayətlərinin cavablandırılması prosesi uzadılır. Beləliklə, rüşvət prosesində əsas məsuliyyət 

ikincilərin, yəni vətəndaşların üzərinə qoyulur. 

6) Məhkəmə orqanları birtərəfliliyini itirir. 




 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



12 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

Korrupsiyalaşmış 



ölkələrdə 

məhkəmə 


orqanlarının  adil  qurum  kimi  fəaliyyət  göstərməsi 

mümkün  deyil.  Çünki  bu  qurumlar  baş  vermiş 

qanun  pozuntuları  zamanı  ədalətli  qərarlar  qəbul 

edərsə, o zaman ölkədə korrupsiya və rüşvət halları 

azalar.  Başqa  sözlə,  korrupsiya  və  rüşvətin 

çiçəklənməsində  əsas  aktyor  məhz  məhkəmə  qurumları  olduğu  üçün,  bu  fəaliyyətlərin  geniş 

yayıldığı  ölkələrdə  adil  qərarlardan  söz  etmək  gərəksiz  yanaşmadır.  Yəni,  ilk  öncə  məhkəmə 

orqanları  prosesə  qatılır  və  tərəfsizliyini  itirir  ki,  nəticədə  cəmiyyət  bu  bataqlığa  yuvarlanır. 

Təsadüfi  deyil  ki,  hələ  2700  il  bundan  əvvəl  İran  hökmdarı  korrupsiyaya  qarşı  mübarizə 

fərmanlarında  ən  sərt  cəzaları  hakimlər  üçün  müəyyən  etmişdi.  Bu  hallar  aşkar  edildikdə 

hakimlərə ölüm hökmü tətbiq edilirdi. 

Korrupsiyanın və rüşvətin fəsadları 

 

Aparılan  araşdırmalar  onu  göstərir  ki,  müasir  dövrdə  korrupsiya  cəmiyyətləri  mənəvi 

deqradasiyaya  sürükləməklə  paralel  olaraq  gəlirlərin  ədalətsiz  paylaşmasında  da  katalizator 

rolunu  oynamaqla,  ciddi  problemlərə  start  verir.  Korrupsiya  və  rüşvətin  cəmiyyətdə,  

dövlətçilikdə və eyni zamanda ictimai davranışda fəsadlarını aşağıdakı kimi qruplaşdırmaq olar; 

 



Hüququn  aliliyi  prinsipi  pozulur  -  ölkə  qanunvericiliyinin  müdafiəçisi  olan 

qurumların korrupsiyaya qurşanması nəticədə məhkəmə orqanlarının müstəqilliyini 

və  ədalətliliyini  itirməsinə  səbəb  olur  ,beləliklə,  bu  kimi  cəmiyyətlərdə  hüququn 

aliliyi  prinsipi  faktiki  olaraq  işləkliyini  itirir.  Buna  bənzər  cəmiyyətlərdə 

yazılmamış qanunlarla idarə edilir, yazılmış qanunlar isə sadəcə görüntü xarakteri 

daşıyır. 

 



 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



13 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 



 

Cəmiyyətin  mənəvi  deqradasiyası  sürətlənir-məmur  özbaşınalığı,  qeyri-bərabər 

gəlir  bölgüsü,  qanunların  addımbaşı  tapdanması,  ədalət  və  adil  qərar  axtarışındakı 

uğursuzluq  cəmiyyətin  təməl  dəyərlərini  (  vətənpərvərlik,  insani  xarakter, 

dövlətçilik,  dini  mənsubiyyət,  ailə  münasibətləri  və  s)  deformasiyaya  uğradır  ki, 

nəticədə  insanlar  doğru  və  yalnışın  izini  itirir.  Bu  kimi  cəmiyyətlərdə  güc,  maddi 

üstünlük insan beynini məşğul edən əsas problemə və arzuya çevrilir. Korrupsioner 

məmur,  rüşvətxor  vətəndaş  ictimai  qınaqdan  yayınır  və  hətta  digərlərinə  nisbətən 

daha  üstün  hörmətə  layiq  bilinir.  Nəticədə  sosial-iqtisadi  prinsiplər  tamamilə 

pozulur. 

 



Vətəndaş-dövlət münasibətlərində inamsızlıq hökm sürür - təcrübə onu göstərir ki, 

korrupsiyalaşmış  hökumətlərə  ictimai  inam  ciddi  sarsılır,  vətəndaş-məmur 

münasibətlərində  səmimiyyət  itir,  ictimai  vəsaitlərin  idarə  edilməsində  vətəndaş 

cəmiyyətinin iştirakçılığı formal xarakter daşıyır. Digər tərəfdən isə korrupsiya və s 

kimi  problemlərlə  mübarizədə  vətəndaş  iştirakçılığının  səviyyəsi  aşağı  düşür. 

Mülki  və  hüquqi  problemlər  isə  əksər  hallarda  hüquqi  prosedurlara  söykənərək 

deyil, qeyri-qanuni həll üsullarından istifadəyə meyillənir. 

 



Ölkənin  beynəlxalq  imici  ləkələnir  –  korrupsiya  halları  ölkənin  beynəlxalq 

hesabatlarda  reytinqinə  mənfi  təsir  göstərir,  biznes  mühiti  ilə  bağlı  araşdırmalara 

təsir  edir.  Nəticədə  ölkənin  beynəlxalq  imicinin  ləkələnməsi  kimi  problemlərlə 

yanaşı,  ölkəyə  xarici  investisiya  axını  əngəllənir,  beynəlxalq  korporasiyaların 

iqtisadi sektorlarda fəaliyyət maraqları azalır. 

 



Biznesin inkişafını və rifahı  əngəlləyir,  rəqabət  mühitini çətinləşdirir,  monopoliya 

halları  genişlənir  –  korrupsiya  və  rüşvət  biznes  mühitini  çətinləşdirən,  haqsız 

rəqabətə  yol  açan  eyni  zamanda  inhisarçılığı,  havadarlığı  stimullaşdıran  fəaliyyət 

növü hesab edilir. İnhisarçılığın hakim olduğu iqtisadiyyatlarda isə təşəbbüskarlıq, 

sahibkarlığa  maraq  azalır,  yeni  iş  yerlərinin  yaradılması  ləngiyir,  bütün  bunlara 

paralel  olaraq  büdcənin  vergi  daxilolmalarının  artım  tempi  real  imkanlara  uyğun 



Yüklə 340,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə