Korrupsiyaya qarşı mübarizədə hökumət-vətəndaş əməkdaşlığı, ictimai



Yüklə 340,43 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix20.02.2018
ölçüsü340,43 Kb.
#27238
1   2   3   4   5   6   7   8   9   ...   12

 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



20 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

imkanlarının  genişləndirilməsi  –  müasir  mübarizə  üsulları  təbii  olaraq 

vətəndaş  iştirakçılığı  olmadan  təsəvvür  edilə  bilməz.  Çünki  korrupsiya  və 

rüşvət  kimi  əməllərdə  zərərçəkən  tərəf  bir  qayda  olaraq  vətəndaş  və 

cəmiyyətdir. Məhz bu səbəbdən vətəndaş cəmiyyətinin bu fəaliyyətə qarşı 

mübarizədə  yer  alması  həm  məntiqi  və  həm  də  hüquqi  cəhətdən 

əhəmiyyətlidir. Digər tərəfdən isə bu ictimai aktivliyi artırır və hökumətin 

fəaliyyətinə  ictimai  nəzarəti  stimullaşdırır.  Bir  çox  ölkələrdə  dövlət 

qurumları  vətəndaş  cəmiyyəti  institutları  ilə  əlaqəli  şəkildə  fəaliyyət 

göstərir. Onların yanında ictimai şuralar təsis edilir və bu şuralar qurumun 

fəaliyyətinə tam nəzarət hüququna sahib olmaqla ictimai maraqları müdafiə 

edir,  həmçinin  mövcud  problemləri  ictimai  müzakirəyə  təqdim  etməklə 

vətəndaşın  hökumətin  fəaliyyətini  qiymətləndirməsində  bələdçi  rolunu 

oynayır.  



 

 


 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



21 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

Korrupsiya    və    rüşvətxorluğa    qarşı    mübarizədə    hökümət    vətəndaş 



əməkdaşlığı 

Əməkdaşlığın vacibliyi 

 

 

Korrupsiya  və  rüşvət  fəaliyyətinin  tərəfləri  cəmiyyət  və  hökumət  olduğu  üçün  bu 



problemlə  mübarizə  prosesi  maraqlı  tərəflər  olaraq  onların  hərtərəfli  əməkdaşlığını  şərtləndirir. 

Beləliklə,  cəmiyyət  korrupsiya  və  rüşvətdən  sadəcə  zərərçəkən  tərəf  olaraq  deyil,  həmçinin  bu 

tip fəaliyyətlərin mənbəyi və eyni zamanda problemlə mübarizə aparan tərəfə çevrilir. Bu proses 

bir çox hallarda özünün tənqid və yaxud özünü tərbiyə kimi xarakterizə olunmaqdadır. Beləliklə, 

biz  daha  çox  cəmiyyətin  maraqlarına  zidd  davranış  sayılan  korrupsiya  ilə  mübarizədə  hökumət 

vətəndaş əməkdaşlığını gözdən keçirəcəyik. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, korrupsiya 

və  rüşvətxorluq  kimi  əməllər  təkcə  hökumətin  uğursuz  idarəetməsi  və  yaxud  cəzasızlıq  kimi 

səbəblərdən  deyil,  eyni  zamanda  cəmiyyətin  daxili  problemlərindən-dünyagörüşün  azlığı,  aşağı 

savadlılıq,  mənəviyyatsızlıq,  fərdi  maraqların  ictimai  maraqları  tapdaması  kimi  amillərdən 

qaynaqlanır.  Vətəndaş  əslində  həm  birinci  və  həm  də  ikinci  halda  məsuliyyət  daşıyan  tərəfdir. 

Belə  ki,  əgər  hökumət  qanunauyğun  fəaliyyət  göstərmirsə,  korrupsiyaya  rəvac  verəcək  hallara 

göz  yumursa  və  yaxud  prosesin  birbaşa  idarəedicisidirsə,  bu  zaman  xalq  bu  insanlardan 

idarəetmə  səlahiyyətlərini  geri  tələb  etməlidir.  Əks  halda  isə,  xalqın  özü  vəziyyətin 

mövcudluğunda əsas günahkarlardan birinə çevrilir.  

 

Korrupsioner  məmur  və  yaxud  rüşvətxor  vətəndaş  yetişdirən  mühiti  cəmiyyətin 



formalaşdırdığını  nəzərə  aldıqda  ikinci  halda  da  ictimai  günahkarlıq  faktoru  qabarıq  şəkildə 

özünü  büruzə  verir.    Məhz  bu  səbəbdəndir  ki,  tədqiqatın  əsas  mövzusu  olaraq  korrupsiya  ilə 

mübarizədə  cəmiyyətin  iştirakçılığı  müəyyən  edilib.  Əks  halda,  problemlə  aparılan  mübarizədə 

ciddi nəticələr gözləmək sadəlövlük olardı. Çünki beynəlxalq təcrübə korrupsiyaya qarşı inzibati 




 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



22 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

mübarizənin ictimai nəzarət və yaxud ictimai tələb olmadıqda effektivsiz olduğunu və əksinə, bu 



kimi qurumların özlərinin belə korrupsiyalaşmasını stimullaşdırdığını deməyə əsas verir.  

Korrupsiya və rüşvət- ictimai qavrama 

 

Hər  hansı  bir  problemi  daha  dərindən  dərk  etmək  və  düzgün  həll  yollarını 



müəyyənləşdirmək üçün təbii ki, problemin sosial bazasını, mənəvi dəstəyini, ictimai yanaşmanı 

və  kök  atma  dərəcəsini  gözdən  keçirmək  mütləqdir.  Məsələyə  bu  prizmadan  yanaşdıqda  ortaya 

çıxan  suallardan  biri  “cəmiyyət  korrupsiyanı  və  rüşvəti  toplu  şəkildə  deyil,  fərdi  maraqlar 

baxımından necə qiymətləndirir?” sualıdır.  Bu suala cavab isə ictimai fikrin öyrənilməsi yolu ilə 

müəyyənləşdirilir.  Təbii  ki,  cəmiyyətdə  korrupsiya  və  rüşvətxorluq  ziddiyyətli  şəkildə 

qiymətləndirilir. Bununla bağlı mütəfəkkir fikirlərində, xalq arasında yayılmış atalar sözlərində, 

şifahi  və  yazılı  xalq  ədəbiyyatında,  dini  inanclarda  və  s.  əslində  cəmiyyətin  yanaşmasını  və 

qavramasını sərgiləyən nüanslar mövcuddur. İlk növbədə korrupsiya və rüşvəti tənqid edən, bu 

kimi  fəaliyyətini  ictimai  zərərlərini  nümayiş  etdirən,  başqa  sözlə,  ictimai  qınağı  formalaşdıran 

baxışları gözdən keçirməkdə fayda var. 

                                     

 İctimai qınaq – rüşvətə qarşı vətəndaş

 

     -  Salam verdim rüşvət deyil deyə almadılar 



                                                                    Məhəmməd Füzuli  

     -  Babamız rüşvətə kəm baxdı ki, rüşvət adı verdi.  



         Mindirib hörmətə zalım ona hörmət adı verdi

                                                                      Heydər Oğuz 

     -  Nə yaman eyləmisən rüşvətə adət, ay ata,  

         Yıxacaq evmizi bir gün bu cinayət, ay ata. 



Yüklə 340,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə